Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə12/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

Yayda insanlar təbii şəraitinə görə əlverişli olan dağlıq ərazilərə
– yaylağa, qışda isə nisbətən mülayim şəraitdə keçirmək üçün
dağətəyi və düzən ərazilərə – qışlağa köç edərdilər. Belə köçəri
həyat  tərzi  “qışlaq”  topoformantlı  oykonimlərin  yaranmasına
səbəb olmuşdur. 
Xaçmaz oykonimlərində bu həm şəxs adlarına, həm də dağlıq
ərazilərdəki yaşayış məskənlərinin adlarına birləşərək oykonim
əmələ gətirmişdir.
Ç.Kazımov “Cəbrayıl toponimləri” monoqrafik tədqiqatında
“qışlaq” sözünün “qış” və “laq” komponentlərindən ibarət olub,
“qış yurdu” mənasında olduğunu qeyd edir (27, 14).
R.Əliyeva da “laq” topoformantının yer, məkanla bağlı ol -
duğunu yazır (13, 92).
Xaçmaz rayonunda “qışlaq” topoformantı ilə ifadə olunan aşa -
ğı dakı oykonimlər var: Qımılqışlaq, Susayqışlaq, Bala Qusar qış -
laqMirzəməmmədqışlaq, Üçgünqışlaq, Bəyqışlaq, Mehrəliqışlaq,
Mürsəlliqışlaq, Qədiməliqışlaq, Alıcqışlaq, Suxtaqalaqışlaq.
“Kənd” topoformantı. Bu komponent toponim yaradıcılığında
fəal iştirak etsə də, Xaçmaz oykonimlərində azlıq təşkil edir. 
M.Kaşqarinin  “Divani-luğat  it-türk”  əsərində  “kənd” sözü
şəhər, inzibati ərazi kimi izah olunur. Bir çox türkdilli xalqların
toponimiyasında da “kənd” sözü topoformant kimi oykonimlərdə
iş tirak  edərək  şəhər  mənası  ifadə  edir  (Daşkənd,  Çimkənd).
“Kənd” sözü də digər determinativ sözlər kimi toponimlərin tər -
ki bində iştirak etmişdir. Bu söz bir sıra şəxs adlarına qoşularaq aşa -
 ğıdakı oykonimləri əmələ gətirmişdir: Maqsudkənd, Həbib kənd.
“Qazma”  topoformantı. “Qazma” keçmişdə  mal-qoyun
qışlayan və saxlayan yerlərdə düşərgə rolu oynamışdır. Bu cür
qazmaların yerində sonralar böyük kəndlər yaranır (32, 24.)
“Qazma” sözünün ilkin mənası “yeraltı daxma, yerin altında
qazılmış müvəqqəti ibtidai yaşayış yeri” kimi də başa düşülür.
XI–XIII  əsr  ərəb  səyyahlarının  qeydlərində  Azərbaycanın
şimalında  yeraltı  daxmalardan  ibarət  kənd  və  orada  yaşayan
46


əhalinin hava haqqında əvvəlcədən məlumat vermək bacarığından
söz açılır (13, 75).
Qazma tipli müvəqqəti yaşayış məskənləri adətən qışlaq yerləri
üçün xarakterikdir. Qazmalarda həm qoyun-quzu saxlanılırdı, həm
də onlar qışlıq yem bazası rolunu oynayırdı.
Dialektoloji lüğətlərdə “qazma” sözünün “tövlə” mənasında
işlədilməsi də göstərilir. Bu sözün digər mənası neft və s. çıxarmaq
üçün qazılan quyu, şaxtadır.
Xaçmaz bölgəsində “qazma” topoformantlı iki oykonim qeydə
alınmışdır: Hacıqazma və Qoçaqqazma.
“Çay” topoformantı. “Çay” sözü dilimizin lüğət tərkibində
yaşamaqla bərabər türk dillərinin əksəriyyətində müxtəlif variant-
larda işlənir. Bu anlayış türk xalqları üçün xarakterikdir. “Çay”
Kuban türklərinin dilində “dağ çayı”, Orta Asiyada “quru çay
qolu”“susuz çay” mənasında işlənirsə, Azərbaycan dilində axar
su anlayışını verir (19, 17).
“Çay” Azərbaycan  dilinin  izahlı  lüğətində  öz  hövzələrinə
düşən atmosfer yağıntılarından və ya bulaqlardan qidalanan və özü
əmələ gətirdiyi yataqla axan çoxlu və fasiləsiz təbii su axını kimi
qeyd olunub. “Çay” həm də dilin leksik tərkibində omonimlik
xarakteri daşıyır.
“Çay” sözü məişətdə çox işlənən leksik vahidlərdəndir. Bu ter-
min “çafan” şəklində çin dilində işlənir. “Çafan” sözünün “ça”
hissəsi çay, “fan” isə ev mənasındadır. “Ça-çay” paralelliyi dünya
dillərinin bir kökdən olduğunu sübut edən faktlardandır (26, 137).
Xaçmaz  rayonu  ərazisindəki  Qusarçay,  Samurçay,  Ağçay
coğrafi anlayışları hidronim mənşəlidir. 
“Yataq”  topoformantı. Bu  söz  azərbaycanlıların  qədim
məşğuliyyəti  olan  heyvandarlıqla  bağlıdır.  Dilimizdə  bir  neçə
omonimlik  bildirən  bu  söz  bölgədə  qeydə  alınmış  Əbilyataq
oykonimində kənddən kənarda mal-qaranı saxlamaq üçün salınmış
məskən, yer mənasını ifadə etməklə Əbilin yatağıƏbilə məxsus
yataq olduğunu bildirir.
47


“Tala” topoformantı. “Tala” sözü dilimizin izahlı lüğətində
meşədə ağacsız, çılpaq yer, sahə mənalarında olduğu göstərilir.
“Tala” sözünə bir sıra türk dilli xalqların toponimiyasında da rast
gəlinir.  Bu  söz  Qazax  dilində  “düzənlikdə  açıq  yer,  çöl”
mənasında “dala” formasında, qırğız dilində “tarla, çöl, açıq
sahə” mənasında “talaa” formasında işlədilir. Bəzi tədqiqatçılar
isə “tala” sözünü ərəb dilindəki tall//tell sözü ilə “təpə” mə -
nasında əlaqələndirirlər.
Azərbaycan ərazisində “tala” komponentli coğrafi adlara çox
rast gəlinsə də, Xaçmaz rayonunda yalnız biri – fitonim mənşəli
Çinartala oykonimi qeydə alınmışdır.
“Qala”  topoformantı. Ərəb  mənşəli  “qala” sözü  toponim
yaradıcılığında  bir  komponent  kimi  çox  işlənir.  Bu  sözün
Azərbaycan  dilinin  izahlı  lüğətində  bir  neçə  mənası  qeyd
olunmuşdur:
1.Uzun müddət içində qapanıb düşmənə müqavimət göstərmək
üçün möhkəm müdafiə tikililəri və vasitələri olan istehkam;
2.Qədimdə  qala  rolunu  oynamış  yüksək  və  əksərən  dairəvi
şəkildə olan tikili.
Toponimiyamızda  “qala” komponenti  ilə  əlaqədar  xeyli
oronim,  hidronim  və  oykonimlər  vardır.  Bunlardan  biri  –
Həsənqala oykonimi Xaçmaz rayonu ərazisindədir.
Beləliklə,  demək  olar  ki,  Xaçmaz  rayonunun  oykonimləri
maraqlı qrammatik xüsusiyyətlərə malikdir. Bu ərazilərdə həm də
şəxs adları əsasında əmələ gələn antroponimlər geniş yayılmışdır.
Bu oykonimlər sadə, düzəltmə və mürəkkəb quruluşlu bir və ya
ayrı-ayrı dil vahidlərindən ibarət olub, hibrid oykonimlər də əmələ
gətirmişdir. Xaçmaz oykonimlərinin yaranmasında morfoloji və
sintaktik üsul ən məhsuldar üsuldur. Oykonimlərin əksəriyyəti
Azərbaycan (türk) dili xüsusiyyətlərini özündə birləşdirir. 
48


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə