Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə11/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

Tədqiqat  apardığımız  bölgə  oykonimlərində  özünü  göstərən
asılı tərəf əsas tərəflə əlaqə yaradaraq fərqləndirici əlamət daşıyır.
Belə  ki,  birinci  tərəf  konkretləşdirici  əlamət  bildirən  müxtəlif
sözlərdən (kiçik, köhnə, yeni, aşağı və s.), ikinci – əsas tərəf isə
ümu mi coğrafi obyekti ifadə edən sözdən ibarət olur. Məsələn: Ki -
çik Baraxum, Köhnə Xudat, Yeni Həyat, Köhnə Xaçmaz, Yeni Su -
dur, Armud Padar, Qaradağ Buduq, Aşağı Ləgər, Aşağı Zeyd və s.
Mürəkkəb söz şəklində olan oykonimlər ən çox nəsil, tayfa, tirə
və şəxs adlarından, eləcə də coğrafi anlayışlardan əmələ gəlmişdir:
Hacıəlibəy, Ağyazıbuduq, Şıxhapıt, Qaraçaycek, Qobuqıraq və s.
Sintaktik  yolla  yaranan  oykonimlər  ən  çox  isim+isim  modeli
əsasındadır. Bunlar quruluşuna görə xüsusi isim + ümumi isim
(Manafoba, Məcidoba, Ağarəhimoba, Əhmədoba, Əbilyataq və
s.),  ümumi  isim+ümumi  isim  (Xanoba,  Çinartala,  Palçıqoba,
Yataqoba və s.) şəklində yaranmışdır. Oykonimlərin bir qismi isə
müxtəlif nitq hissələrindən (zərf+isim, say+isim və s.) ibarətdir.
Üçkomponentli oykonimlər də vardır ki, bunlar çox az bir qisim
təşkil edir.
“Oba”  topoformantı.  Araşdırmalar  göstərir  ki,  Xaçmaz
oykonimlərində 50-yə qədər “oba” komponentli oykonim vardır.
Ümumiyyətlə, “oba” sözü Müşkür adlanan ərazi üçün oykonim
yaradıcılığında ən məhsuldar komponentdir.
Yeri gəlmişkən qeyd edək ki, Müşkür adına müxtəlif variant-
larda (Masqut, Miskar, Müşkar) XVI əsr ingilis səyyahı Antoni
Cenkinsonun yol qeydlərində, rus hərbi qulluqçusu P.Q.Butkovun
Qafqaz tarixi haqqında topladığı materiallarda, A.Bakıxanovun
“Gülüstani-İrəm” əsərində də rast gəlirik (23,13). Bəzi tədqi qat -
çılar isə Müşkürün bir şəhər kimi Xaçmaz yaxınlığında yerləşdi -
yin dən xəbər verir. 
Professor F.Nərimanoğlu tədqiqatçıların qənaətinə əsaslanaraq
Müşkürün tarixən mövcud olmuş Masqut-Hun dövləti ilə əlaqədar
olduğunu yazır (38, 33).
Toponimçi alim R.Əliyeva da Müşkür haqqında maraqlı mə -
lumat verir: “Tarixi mahal olan Müşkür Samur çayı, Xəzər dənizi
43


və Şabran arasındakı ərazini əhatə etmiş, VIII əsrin əvvəllərindən
Dərbənd əmirliyinin, X əsrdən Şirvanşahlar dövlətinin tərkibində
olmuşdur. XVIII əsrin ikinci yarısından Quba xanlığının mahal -
larından biri olan Müşkür müasir Azərbaycan toponimiyasında
mikrotoponimə çevrilmişdir (13, 52). Yerli sakinlər isə hazırda
Xaçmazla Yalama arasındakı ərazilərə Müşkür deyirlər.
Müşkür tarixən dağlıq ərazilərdə yaşayan xırda xalqların (qrız,
cek, hapıt, buduq və s.) qışlaq yerləri olmuşdur. Bu qışlaqlar da
ayrı-ayrı obalardan ibarət idi. Bəzən eyni etnik mənşəyə malik
olan nəsil Müşkürdə bir neçə qışlağa sahib idi ki, bunlar da yaşayış
məntəqəsi  kimi  “oba” adlanırdı.  Obaları  bir-birindən  fərqlən -
dirmək üçün onlara nəsil başçılarının, nüfuzlu adamların adlarını
verirdilər. Məsələn, Rəhimin obası (Rəhimoba), Müzəffərin obası,
(Müzəffəroba), Ağaşirinin obası (Ağaşirinoba), Hacı İsanın obası
(Hacıisaoba) və s.
Professor  M.Seyidov  mənbələrə  istinad  edərək  “oba” sözü
haqqında yazır ki, bir çox türkdilli xalqlar dağ belindəki dar keçidə
dağın və eləcə də dağ ruhunun, yiyəsinin şərəfinə, adına daşlar
yığıb ona tapınarmışlar. Bu cür daş təpəciklərə “oba”// “ova
deyərmişlər (40, 266). Biz sözarası demək istəyirik ki, “oba” həm
yurd qoruyucusu ruhu, kultu, onqonu imiş (40, 267).
V.V.Radlov da “oba” sözünü yurd, ailə, köç kimi izah edir. (53,
1157).
P.İvanovun fikrincə, “oba” sözü türkmən dilindəki “obak” –
alaçıq sözü ilə əlaqəlidir (60, 47–50).
Azərbaycan  dilinin  izahlı  lüğətində  “oba” sözü  “bir  neçə
evdən ibarət kiçik yaşayış məntəqəsi, kiçik kənd və köçərilərin,
heyvandarların müvəqqəti sakin olduqları bir neçə alaçıq və ya
çadırdan ibarət köç yeri, düşərgə” kimi göstərilir (3, 509).
Dilimizdə kiçik yaşayış məntəqəsi kimi başa düşülən “oba”
sözü şəxs adlarına, coğrafi məkan və relyef quruluşlu sözlərə, bitki
adlarına,  nəsil,  tayfa  adlarına,  arxaik  dil  elementlərinə  və  s.
birləşərək müxtəlif oykonimlər əmələ gətirmişdir.
44


“Oba” komponentli  bölgə  oykonimlərini  aşağıdakı  kimi
qruplaşdırmaq olar:
a) şəxs adları ilə ifadə olunanlar:
Ağarəhimoba, Ağaşirinoba, Ağaverdioba, Bayoba, Əhmədoba,
Fərzəlioba,  Hacıəhmədoba,  İdrisoba,  Hacıisaoba,  Hacımə mə -
doba, Manafoba, Məcidoba, Mənçəroba, Xaçpoladoba və s. Bu
mürəkkəb oykonimlərdə birinci komponent antroponimik adlarla
ifadə olunaraq yaşayış məntəqəsinin konkret şəxsə mənsubluğunu
və ya həmin şəxs tərəfindən salındığını bildirir;
b) etnik tərkiblə ifadə olunanlar: 
Ərəb, Padar, Cığatay, Qaraçı və s. 
c) coğrafi relyef və istiqamətlə ifadə olunanlar:
Çuxuroba, Ortaoba, Uzunoba, Palçıqoba və s.
ç) nəsil adı ilə ifadə olunanlar: 
Xanoba, Xanlıqoba;
d) bitki adı ilə ifadə olunanlar: 
Tikanoba.
Kiçik yaşayış məntəqəsini bildirən “oba” topoformantından
əmələ gəlmiş oykonimlərə Azərbaycanın digər bölgələrində də
rast gəlinsə də, bu Xaçmaz oykonimlərinə nisbətən azlıq təşkil
edir.  Masallıda  Türkoba,  Nəzəroba, Dəlləkoba,  Zərdabda
Dəkkəoba və s. belə oykonimlərdəndir.
“Qışlaq”  topoformantı.  Bu  topoformant  da  oykonimlərdə
xalqın köçəri həyatı ilə bağlı yaranmışdır. “Qışlaq” və “yaylaq
bir-birinin müqabili kimi yayda və qışda maldarlıq və qoyunçuluq
üçün əlverişli olan yer, yurd, oba mənasını ifadə edir.
Məlumdur  ki,  türk  xalqlarının,  həmçinin Azərbaycan  türk -
lərinin  əsas  məşğuliyyətini  lap  qədimlərdən  maldarlıq  təşkil
etmişdir. Köçəri həyat tərzi türk xalqlarında əsas yaşayış prinsipi
olduğundan, ulu babalarımız həyatlarını iqtisadi cəhətdən təmin
etmək  üçün  özlərinə  münasib  ərazilərə  köç  etmişlər.  Bunun
nəticəsində onlar məskən saldıqları ərazilərdəki coğrafi obyektlərə
ad vermişlər. 
45


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə