QəDİm diyari xinaliq azərbaycan Dövlət Nəşriyyatı



Yüklə 397,14 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix14.01.2018
ölçüsü397,14 Kb.
#20516
1   2   3   4   5   6   7   8   9   ...   15

pesifik  xüsusiyyətlər  də  qalmaqdadır.  Bu  çox  zaman  ma- 

liyyəti  eyni  olan  ayinlərin  fərqli  şəkildə  ifadə  edilməsində 

3zünü  biruzə  verir.  İcra  olunan  ayinlərin  mahiyyəti  eyni 

olsa  da.  fərqli  şəkildə  ifadə  edilən  simvollarla  zəngindir. 

Məsələn,  toy  mərasimlərinin  ilkin  mərhələsi  olan  “qızbə- 

yənmə"  adəti  “Şahdağ”  xalqları  arasında  özünəməxsus 

şəkildə  icra  edilirdi:  əsasən  toy  şənliklərində  bəyənilən 

qızı  oğlanın  anası  və  ya  bacısı  rəqsə  dəvət  adərək  çiyninə 

şal  atırdılar.  Bu,  artıq  qızın  nişanlanması  demək  idi.  Bu 

adətin  təsiri  altında  xalq  arasında “Toydan  toy  törəyər"  və 

ya  “Toy  toyu  gətirər”  kimi  məsəllər  yaranmışdır. 

Ümumiyyətlə,  qədimlərdə  Azərbaycanda  razılıq  əlaməti 

kimi  qızın  oğlana  şal  və  ya  baş  yaylığını  verməsi  adəti 

geniş  yayılmışdı.  Bu  adətin  izləri  başqa  bir  şəkildə  son 

zamanlara  qədər  Azərbaycanın  bir  çox  bölgələrində 

müşahidə  edilirdi.  Məsələn,  Qarabağ  bölgəsində  nigaha 

razılıq  əlaməti  olaraq  qızın  oğlana  verdiyi  qırmızı  yaylıq 

elçilik  zamanı  qız  evinə  göstərilirdi  və  bununla da  tərəflər 

razılığa gəlirdilər (13).

Hələ  qədim  zamanlardan  bal  təzə  ailə  üçün  xeyir, 

bərəkət,  şirin  ömür  rəmzi  hesab  edildiyi  üçün  Azərbaycan 

toy  mərasimlərində  özünəməxsus  yer  tutmuşdur.  Hal- 

hazırda  qədim  daşlaşmış  arı  pətəyi  Xınalıq  muzeyində 

saxlanılır (şəkil  1).  Azərbaycanın  müxtəlif bölgələrində  bu 

ayin  fərqli formalarda icra edilirdi. Məsələn,  Şəki-Zaqatala 

bölgəsində  yaşayan  Azərbaycan  türklərində  gəlin  bəy 

evinə  girərkən  barmağıni  bala  batırıb  qapıya  yaxırdı  (bu 

adət  Anadolu  türklərində  də  mövcuddur),  udilərdə  isə 

keçmişdə  3  gün  davam  edən  toyun  axırıncı  günü  bəyi  bal 

qatılmış  suda  çimdirirdilər.  Lənkəran-Astara  bölgəsində 

yaşayan  talışlarda  isə  gəlin  başında  bir  kasa  balla  bəy 

evinə girirdi  və  bu  bal  7  oğlan  uşağına paylanırdı.



Azərbaycan  Respublikası  Prezidentini. 

İşlər İdarəsi

P R E Z İD E N T   K İT A B X A N A S I  j


Belə  bir  ənənə  “Şahdağ  xalqlarının"  “çörəkkəsdi” 

(7)  adlanan  elçilik  mərasimində  də  öz  əksini  tapmışdı. 

Şahdağ  etnik  qrupuna  aid  edilən  etnoslar  arasında  bu  adət 

özünəməxsus şəkildə  icra edilirdi:  razılıq  simvolu  kimi  söz 

ıkəsən  ağsaqqallar  lavaşa  yağ-bal  yaxaraq  dürmələyib  iki 

yerə bölərək  yeyir,  oğlan  və  qız  üçün  də  pay  ayırırdılar  (5; 

6).  Bu  qədim  sözkəsmə  adətinin  izləri  azərbaycanlılar 

arşında  çox  yayılmış  olan  “Sözünü  yağ-balla  kəsim” 

ifadəsində də özünü göstərir.

“Şahdağ xalqları” arasında “Gəlin şərbəti  “ ayininin  ic­

rası  zamanı  da gəlin  özü  ilə şirinlik  simvolu  kimi  “gəlin  bar­

dağı”  adlanan  bir  qabda  ballı  şərbət  gətirərək  barmağını  bu 

şərbətə batırdıqdan sonra içmək üçün qonaqlara paylanırdı.

Azərbaycanın  qədim  əhalisinin  inanclar  sistemində 

Günəş  kultunun  izləri  daha  çox  özünü  biruzə  verir. 

Günəşin  qoruyucu qüvvəsinə  inanan  Şahdağ xalqlarının da 

qədim  məişət  ənənələrində  bu  inancların  izi  özünü 

göstərməkdədir.  Şahdağ  xalqlarının  toy  mərasimlərində 

gəlinin  başına  düyü,  buğda,  şirniyyatla  bərabər  xırda 

dəmir  mıxların  və  kömür  parçalarının  da  səpilməsi  adəti 

var  idi.  Azərbaycan  mifik  görüşlərində”  göy  qübbəsi 

dəmirdən  döyülmüş  bir  tabaq  kimi,  günəş  isə  kürədə 

qızdırılmış  dəmir  parçası  kimi”  (7,  89)  təsəvvür  edilirdi. 

Bu  baxımdan  dəmirin  də  günəşin  göydən  düşmüş  bir 

parçası  oiduğuna  inam  var  idi.  .  Xalq  arasındakı  inama 

görə  cin,  şeytan  metalın  səsindən  qorxub  dağılışdığı  üçün 

Şahdağ  xalqlarında  gəlin  bəy  evinə  girərkən  ayağını  mis 

məcməyiyə basaraq içəri  keçməli  idi.

Şahdağ  xalqlarının  toy  mərasimlərində  bəzədilən 

şaxdan  qızardılmış  xoruz  asılması  adəti  də Günəş kultunun 

qalıqlarındandır.  Ümumiyyətlə,  xoruz  günəşin  doğmasını 

xəbər  verdiyinə  görə  günəş  və  məhsuldarlıq  simvolu  kimi



18


Şəki-Zaqatala  bölgəsinin  azsaylı  xalqlarının  da  toy 

mərasimlərində  özünəməxsus  yer  tutmuşdur.  Məsələn, 

udilərdə  qız  evinə  qızardılmış  xoruz  və  3  yumurta 

göndərilməsi,  avarlarda  gəlini  müşayət  edənlərin  bəy 

evinə diri  xoruz gətirməsi  adətləri  və s.  mövcud idi.

Beləliklə,  yuxarıda  aparılan  paralellər  və  adət- 

ənənələrindəki  oxşar  xüsusiyyətlər  bir  daha  təsdiq  edir  ki, 

Şahdağ ətrafında məskunlaşan  xınalıq 



qrız, hapıt, buduq- 

larla,  Azərbaycanın  digər  azsaylı  xalqlarının  (udilər,  avar­

lar,  ingiloylar  və  s.)  məskun  olduğu  Şəki-Zaqatala  bölgə­

sinin əhalisi  ilə etnogenetik əlaqələri mövcud olmuşdur.

“Şahdağ  xalqlan”nda  gəlin  köçən  qıza  “xeyirlik” 

kimi  bir  çimdik  ocaq  külü  verilməsi  adəti  (13)  günəş  və 

onun  simvollan  kimi  od,  ocağa  sitayişlə  bağlı  idi.  Gəlini 

aparmağa  gələn  oğlan  evi  adətə  görə  qız  evindən  bir  şey, 

xüsusilə  kül  və  ya  köz  götürməyə  çalışırdı.  Buna  yol 

verməmək  üçün  qız  anası  özü  əvvəlcədən  “xeyrirlik” 

verirdi.  Bundan  sonra evdən  bir şey  götürmək olmazdı.  Bu 

adət  talışlar  arasında  mövcud  olmuşdur  və  talışlar  bu 

adətlə  bağlı  belə  bir  ifadə  də  işlədirlər:”  Ata  eyinin  külü 

şirin olar”.

Şahdağ  etnik  qruplarından  biri  olan  qrızlarda  toy 

ərəfəsində  bəyin  7  atlı  ilə  pirə  gedib  onun  başına 

dolanması  adəti  mövcuddur.  Məlumdur  ki,  7  rəqəmi 

qədum  türk  xalqlarının,  o  cümlədən  azərbaycanlıların 

astral  inamları  ilə  bağlıdır.  Astranomik  biliklərə  əsaslanan 

qədim  inanclar  sistemindəki  bir  anlayışa  görə  7  səma 

cismi  qütb  ulduzu  ətrafında  fırlanaraq  ondan  güc  alır. 

Görünür,  yuxanda təsvir edilən  ayin  məhz  bu  inamın  təsiri 

ilə icra edilirdi.

Şahdağ  xalqlarının  doğum  mərasimlərində  də  dini- 

mifik  təsəvvürlər özünəməxsus  yer tuturdu.  Xınalıqda xalq

19



Yüklə 397,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə