Cümə məscidi
(şəkil 7). Yuxarıda qeyd etdiyimiz
kimi, Xınalıq əhalisi kənddəki bütün məscidləri, o
cümlədən kəndin mərkəzində və kəndin ən hündür yerində
yerləşən Cümə məscidini də pir adlandırırdılar. Bu qədim
ziyarətgahın
da
yüksəklikdə
və
günçıxan
tərəfdə
yerləşməsi göstərir ki, çox mühüm astronomik biliklərə
malik olan və günəşə sitayiş edən qədim Azərbaycan
əhalisi də şumerlərdə olduğu kimi “ öz allahlarını göyə
yaxın yerdə, təpədə, dağ başında görmək istəyirdilər (13).
Kəndin ən qədim pirlərindən sayılan Cümə məscidinin
içərisindəki tac şəkilli qədim taxta sütunun üzərindəki
naxışlarda da günəş rəmzinin izlərini aydın görmək olur
(şəkil 8). Maraqlıdır ki, bu məscidin divarlarına qoyulmuş
qədim daşların üzərində ərəb yazıları ilə yanaşı naməlum
işarələrə də rast gəlinir. Ehtimal ki, bu qədim türk runi
yazılarının izləridir (şəkil 9). Belə işarələrə Damdamı çayı
(Xınalıq ca Damdaminka) yaxınlığındakı şəlalə ilə üzbəüz
yerləşən və Kindir dağındakı (Xınalıqca Kindir dahar) sal
daşın üzərində rast gəlmək mümkündür. Həmçinin Cabbar
baba pirinin yerləşdiyi qədim qəbiristanlıqda da naməlum
işarəli yazılar və müxtəlif fiqurların həkk olunduğu qədim
daş kitabələr mövcuddur (şəkil 10). Qeyd etmək lazımdır
ki, Cənubi Azərbaycanın Haput adlı kındindəki qədim
məbədin xarabalıqlarında da türk runi yazılarına rast i
gəlinmişdir (12, 168). Bu məlumatlar “Şahdağ xalqları”nın
qədim türk köklərinin olması ehtimalımızı daha da
gücləndirir. Bu fakt yazı mədəniyyətimizin qaranlıq,
öyrənilməmiş səhifələrindən biri olan Orxon-Yenisey
əlifbasının Azərbaycnda da tətbiq edilib edilməməsi
məsələsinə aydınlıq gətirə bilər.
Cabbar baba piri.
Xınalıq əhalisinin qədim
inanclar sisteminin qorunub saxlandığı ziyarətgahlardan
30
olan “Cabbar baba “ piri Xınalıq qəbiristanlığında daş
hasara alınmış ərazidə yerləşir. Kəndin ən güclü və qədim
piri sayılan bu ziyarətgahın həyətində hamar sal daş (1,
3x0, 8 m ölçüdə) və onun kənarlarında yerə basdırılmış bir
cüt öküz buynuzu şəklində taxta dirək mövcud idi və
burada əhali niyyət edərək bu öküz buynuzu formalı taxta
dirəklərə müxtəliv əski parçaları bağlayır, qurban kəsilən
qoyunu məhz bu dirəklərdən asardılar (8) Xınalığa
etdiyimiz etnoqrafik ekspedisiya zamanı müşahidə etdik
ki, bu taxta kürələr çıxarılaraq kənara qoyulsa da əhali
yenə də onları müqəddəs hesab edərək üzərinə müxtəlif
əski parçaları bağlayaraq niyyət edir (şəkil 11) və
qurbanlıqlarını buradakı sal daşın üzərində doğrayırlar.
Məlumdur ki, qədim Azərbaycan sakinləri astral kultların
Yerdə simvolik obrazlarım yaradaraq onları da müqəd-
dəsləşdirirdilər. Xalqımızın dini-mifik təsəvvürlərində
öküz, keçi, maral kimi heyvan obrazları Ayın simvolu
kimi ilahiləşdirilmişdi (14, 70). Azərbaycanlıların qədim
inanclar sistemində özünəməxsus yer tutan öküz obrazı
hazırda da xeyir, bərəkət və mülkiyyətin qoruyucu qüvvəsi
kimi xalqımızın təfəkküründə yaşamaqdadır və Azərbay-
I
canın əksər rayon və kəndlərində (İsmayıllı, Şəki, Zaqatala
və s.) olduğu kimi Xınalıqda da evin divarına, darvazalara
jvə s. vurulmuş aypara formasını xatırladan öküz buynu
zunu görmək mümkündür (şəkil 12). Etnoqrafik ekspe
disiya zamanı Xınalıq kəndində evlərin divarlarında da
[aypara formalı daşlara da rast gəldik (şəkil 13).
Göründüyü kimi “Cabbar baba piri”ndə qədim
lAzərbaycan əhalisinin inanclar sistemində mühüm yer
|tutan Ay kultunun izləri özünü aşkar biruzə verir. Qədim
tzərbaycan sakinləri təzə ayın yerə təsirinin daha güclü
>lduğuna inanaraq aypara nişanını, o cümlədən apara
31
formasında olan öküz buynuzlarını Ay kultunun simvol
larından biri kimi qəbul edərək müqəddəsləşdirirdilər.
Ümumiyyətlə,
arxeoloji
tədqiqatlar
nəticəsində
Azərbaycanın qədim əhalisinin dəfn adətlərində Ay
kultunun özünəməxsus yer tutduğu məlumdur (14; 15, 86,
16). Strabon yazırdı ki, insanlar ayın bataraq (ölərək)
yenidən doğmasını sevinclə qarşılayaraq özlərinin də
öləndən sonra o dünyada yenidən
doğulacağlarına
inanırdılar (17). Bu məlumat qədim Azərbaycan əhalisinin
bəzi qəbir abidələrində, o cümlədən Xınalıq kəndindəki
“Cabbar baba piri” abidəsində mövcud olan aypara
nişanının mahiyyətini anlamağa imkan verir. Maraqlıdır
ki, Qəbələ rayonunun Vardanlı kəndində də “Cabbar baba
piri” abidəsi ilə eyniyyət təşkil edən, yəni öküz buynuzu
şəklində bir cüt taxta dirək basdırılmış tunc dövrünə aid
qədim qəbir abidəsi mövcuddur (18, 145). Bu fakt Şahdağ
etnik qrupuna aid edilən etnosların Şəki-Zaqatala bölgəsi
əhalisi ilə qədim etnogenetik əlaqələrinin olduğuna dəlalət
edir və alban tayfalarının varisləri olduğunu və çox qədim
tarixə malik etnik qruplardan olduğunu göstərir.
Qeyd etmək lazımdir ki, bu qədim ay pirinin adı
islamiyyət dövründə müsəlmanlaşdırılsa da mahiyyəti,
demək olar ki, dəyişilməmiş qalmışdır. Məlumdur ki,
Cabbar ərəbcə möhtəşəm, böyük deməkdir. Bu da,
“Cabbar baba” pirinin Böyük baba anlamına gəldiyinin
göstərir. Strabon yazırdı ki, Albaniyada Ay ibadətgahının
kahini geniş siyasi səlahiyyətə malik olub hökmdardan
sonra ən hörmətli şəxs hesab olunurdu (19). Görünür,
Qafqaz Albaniyasının ən mühüm inancını əks etdirən bu
qədim ay piri Ay ibadətgahının kahinlərindən birinin
məzarı kimi ziyarətgaha çevrilmişdir. Maraqlıdır ki.
qəbirin baş tərəfində iki baş daşı qoyulmuşdur. Bunlardan
32
Dostları ilə paylaş: |