Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə"



Yüklə 45,1 Kb.
səhifə2/5
tarix19.10.2018
ölçüsü45,1 Kb.
#75172
növüQaydalar
1   2   3   4   5

6. Dövlət reyestrindən istifadə

 

6.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmış və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma qeydiyyat orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış göndərilməlidir (verilməlidir).



6.2. Dövlət reyestrindən çıxarış müəyyən edilmiş formada, qeydiyyat orqanının səlahiyyətli vəzifəli şəxsinin imzası ilə verilir və gerbli möhürlə təsdiqlənir.

6.3. Hər bir şəxs özü barəsində dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir. Müvafiq qeydiyyat orqanı istənilən maraqlı şəxsin tələbi ilə 15 gün müddətində qurumun dövlət qeydiyyatına alınması və ya alınmaması barədə məlumat verməlidir.

6.4. Dövlət reyestrindən çıxarışlar sorğu əsasında üçüncü şəxslərə də verilir. Bu halda çıxarışda əks olunan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğuya uyğun verilir.

6.5. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin surəti şəklində də verilir. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə rüsum ödənilməklə verilir.

6.6. Qurumların dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsinə dair, habelə qurumların təşkili və fəaliyyəti ilə əlaqədar dərc edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) ümumi tanışlıqüçündövlət qəzetində dərc edilir.

6.7. Qeyri-kommersiya qurumları və təhsil müəssisələri (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra hər ay müəyyən edilmiş formada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna məlumat verilir.

6.8. Qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumları və təhsil müəssisələri ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, habelə qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini dayandırdıqda və bərpa etdikdə, bu barədə (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna məlumat verilir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırmış vergi ödəyicisi olan qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumatları hər il avqust ayının 10-dək və fevral ayının 10-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edir.

6.8-1. Kommersiya hüquqi şəxsinin, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarının dövlət qeydiyyatını aparan orqan:

hər gün dövlət qeydiyyatına aldığı kommersiya hüquqi şəxslərinin, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları barədə məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna elektron və (və ya) kağız daşıyıcı formasında göndərir;

qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsinin, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialı ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna bir gün müddətində bu barədə məlumat (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) verir.

6.9. Elektron daşıyıcılarda tərtib edilən reyestr məlumatlarının saxlanılması və ötürülməsi zamanı dövlət statistika orqanlarında tətbiq edilən texniki-iqtisadi və sosial informasiyanın aşağıdakı təsnifatlarından istifadə edilir:

6.9.1. dövlət reyestrinə daxil edilmiş qurumların təşkilati-hüquqi formaları üzrə təsnifatı;

6.9.2. dünya ölkələrinin təsnifatı;

6.9.3. ölkə üzrə inzibati-ərazi vahidlərinin təsnifatı;

6.9.4. fəaliyyət növləri üzrə təsnifat.

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

 

8. Dövlət qeydiyyatı orqanlarında saxlanmaq üçün verilmiş sənədlərin mühafizəsi

 

8.1. Dövlət qeydiyyatına alınmış hər bir qurum, habelə Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxsin yaratdığı qurumlar barədə məlumatlar reyestrə daxil edildikdən sonra onların qeydiyyata alınması və reyestrə daxil edilməsi üçün təqdim edilmiş sənədlər saxlanılmaq üçün arxivə verilir.



8.2. Dövlət reyestr məlumatlarını əks etdirən və qeydiyyat üçün təqdim edilən sənədlər toplusu, o cümlədən dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış arxivdə müvafiq qurumun qeydiyyat nömrəsi altında saxlanılır.

8.3. Arxiv işinə məsul şəxs dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumun və təhsil müəssisəsinin arxiv sənədlərinin qeydiyyat nömrələrinin ardıcıllığı üzrə arxivdəsaxlanılmasını təşkil edir. Arxiv sənədlərinin itməsi, korlanması və məhv olmasının qarşısının alınması təmin edilir. Arxiv havası dəyişdirilən, quru, kənar şəxslərin daxil olmasına qadağa qoyulan, yanğından təhlükəsizliyi təmin edilən yerdə təşkil edilir. 

8.4. qeyri-kommersiya qurumlarının  və təhsil müəssisələrinin  Arxiv sənədlərinin hərəkəti xüsusi kitabda əks etdirilir. Qeydiyyat orqanında “Arxiv sənədlərinin hərəkəti” kitabı tətbiq edilir. //çıxarılıb// Arxiv işinə məsul şəxs arxiv sənədini qeydiyyat orqanının əməkdaşlarına kitabda imza etdirməklə təhvil verir və təhvil alır. Dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının arxiv sənədlərinin saxlanılması qaydaları Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.

8.5. Qeydiyyata alınmış hər bir qurumun qeydiyyata və saxlanmağa verilmiş bütün sənədləri xüsusi qovluqda saxlanılır. Qovluğun üzərində qurumun adı və qeydiyyat nömrəsi (vergiödəyicisinin eyniləşdirmə nömrəsi) yazılır. Sənədlər bir qovluğa yerləşmədikdə, tələb olunan sayda qovluqlarda yerləşdirilir. Bu halda hər bir qovluğun üzərində qurumun adı və qeydiyyat nömrəsi (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ilə yanaşı, qovluqlar da sıra ardıcıllığı ilə rəqəmlərlə nömrələnir (Qovluq № 1, № 2 və s.).

8.6. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin “Hüquqi şəxslərin qeydiyyatı barədə müraciətlər” kitabı, “Dövlət reyestri” kitabı, “Reyestrdə dəyişiklik edilməsi barədə müraciətlər” kitabı, “Arxiv sənədlərinin uçotu” kitabı və başqa orqanlarda qeydiyyata alınmış qurumların uçota alınması barədə tərtib edilmiş “Uçot kitabı” xüsusi müddət təyinedilənədək saxlanılır və mühafizə edilir. “Dövlət reyestri” kitabında qeydiyyata alınmış bütün qurumlar ləğv edildiyi halda, həmin kitab sonuncu ləğvetmədən sonra 75 il saxlanılır.

8.6.1. “Hüquqi şəxslərin qeydiyyatı barədə müraciətlər” kitabında ərizənin daxil olma nömrəsi və tarixi, hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, müraciət etmiş şəxs (ərizəçi) haqqında məlumat, sənədin icra vəziyyəti və təhvil verilməsi (göndərilməsi) haqqında qeydlər göstərilir.

8.6.2. “Reyestrdə dəyişiklik edilməsi barədə müraciətlər” kitabında müraciətin daxil olma nömrəsi və tarixi, qurumun adı, təşkilati-hüquqi forması, qeydiyyat nömrəsi və tarixi, müraciətin qısa məzmunu, sənədin icra vəziyyəti və təhvil verilməsi (göndərilməsi) haqqında qeydlər göstərilir.

8.6.3. “Arxiv sənədlərinin uçotu” kitabında qurumun adı, qeydiyyat nömrəsi və tarixi, təşkilati-hüquqi forması, saxlanılan sənədlər haqqında məlumatlar göstərilir.

8.7. Qeydiyyatda olan qurumun arxiv sənədləri müddətsiz saxlanılır. Ləğv edilmiş qurumların arxiv sənədlərinin saxlanma müddəti qurumun dövlət reyestrindən çıxarıldığı gündən sayılmaqla 75 ildir.

8.8. Ləğv edilmiş qurumların qeydiyyat sənədləri ləğvetmə ilə əlaqədar təqdim edilmiş bütün sənədlərlə birlikdə arxivdə saxlanılır. Həmin qurumların ayrıca siyahısı tutulur.

8.9. Qeydiyyatından imtina edilmiş qurumların, həmçinin reyestrdə qeydə alınmalı faktların dəyişikliyinin qeydiyyatından imtina sənədlərinin 3 il müddətinə saxlanılması təmin edilir.

8.10. Saxlanılma müddəti bitmiş sənədlər məhv edilir və bu barədə akt tərtib edilir.

8.11. Qurumun arxiv sənədləri tapılmadıqda və ya itmiş olduqda, həmin sənədlərin bərpası üçün tədbirlər görülür. Bu məqsədlə təsisçilərdə olan hüquqi şəxsin qeydiyyata alınmış nizamnaməsinin, şəhadətnaməsinin//çıxarılıb// və s. təsis sənədlərinin notariat qaydada təsdiq edilmiş surəti alınır.

 

9. Dövlət reyestr məlumatlarının mühafizəsi

 

Dövlət reyestrinin mühafizəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.



 

 



 

//çıxarılıb//



//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 


//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

 

 



 

Azərbaycan Respublikası Nazirlər

 

Kabinetinin 2005-ci il 13 aprel

 

tarixli 70 nömrəli qərarına

 

Əlavə 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

 

Kabinetinin 2008-ci il 3 dekabr

 

tarixli 265 nömrəli qərarı ilə

 

təsdiq edilmiş mətndə

 

 

Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması

 

 

 

____________________________________

 

____________________________________

 

(dövlət qeydiyyatı orqanının adı)

 

 

 

____________________________________

 

____________________________________

 

_____________________________ tərəfindən

 

(təsisçi və səlahiyyətli şəxs haqqında məlumatlar)

 

 

 

 

ƏRİZƏ

 

 

____________________________________

dövlət qeydiyyatına alınmasını xahiş edirik.

(qurumun adı və təşkilati-hüquqi forması)

 

 

 

Qeydiyyata alınmaq üçün təqdim edilən faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.

 

 

Qoşma:

__________________________________________________________________

 

__________________________________________________________________

 

__________________________________________________________________

 

(saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilən sənədlər barədə məlumat)

 

 

Təsisçi (təsisçilər) və ya Səlahiyyətli şəxs (şəxslər):

 

_____________________________

____________________

 

(soyadı, adı, atasının adı)

(imza)
















 

Qeyd. Təsisçi fiziki şəxs (şəxslər) olduqda, ərizədə onun (onların) soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan təsisçisinin (təsisçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi göstərilməlidir.

Təsisçi hüquqi şəxs olduqda, ərizədə onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi göstərilməlidir.

Ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda, ərizədə onun soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi, vəkalətnamə haqqında məlumatlar göstərilməlidir.

Ərizə notariat qaydasında təsdiq edilməlidir.

Qoşulan sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə qeyd olunur.

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi

 

1. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli, 48 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır. 



2. Dövlət reyestrindən çıxarış qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatını həyata keçirən orqanlar tərəfindən verilən, qurumun dövlət qeydiyyatına alınmasını təsdiq edən, qeydiyyata alınmış faktları, o cümlədən təsis sənədlərində edilmiş dəyişikliyi və qeydiyyata alınmış faktların sonrakı dəyişikliyini özündə əks etdirən hüquqi sənəddir. 

3. Dövlət reyestrindən çıxarış xüsusi blank formasında tərtib olunur. Çıxarış “İşləmək üçün kağız formatları” — 9327- 60 dövlətlərarası standartlar üzrə A4(210x297mm) formatda hazırlanır, üstündə Dövlət gerbi təsvir edilir və qeydiyyat orqanının adı//çıxarılıb// göstərilir. 

4. Dövlət reyestrindən çıxarışda “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın 3.1-ci bəndində göstərilən ümumi məlumatlarla yanaşı, təşkilati-hüquqi formasından asılı olaraq həmin Qaydaların 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərində yarımbəndində göstərilən digər məlumatlar da əks etdirilir (1 nömrəli əlavə). 

5. Dövlət reyestrindən çıxarış dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı olduqda, dövlət qeydiyyatına alınmış qurumun adı, qeydiyyat nömrəsi və tarixi, təşkilati-hüquqi forması, //çıxarılıb// hüquqi ünvanı, //çıxarılıb////çıxarılıb// dəyişikliyin məzmunu və hüquqi əsasları (dəyişikliyin qeydə alınmasına əsas verən sənədlər) və dəyişikliyin qeydiyyat tarixi mütləq qaydada göstərilməlidir. 

6. Reyestrdə bir neçə fakt üzrə dəyişiklik edilməsi barədə eyni vaxtda müraciət edildiyi halda, baş vermiş bütün dəyişikliklər çıxarışda qeyd edilir (2 nömrəli əlavə). 

7. Hüquqi şəxslərin yenidən təşkili zamanı digər məlumatlarla yanaşı, hüquqi varislik faktı da çıxarışda qeyd edilməlidir.

8. Başqa dövlət orqanlarında qeydiyyata alınmış qurumların reyestrə daxil edilməsi zamanı çıxarışda həm də onların ilkin qeydiyyat tarixi və nömrəsi, əvvəlki qeydiyyat orqanı //çıxarılıb// qeyd edilməlidir. 

9. Dövlət reyestrindən çıxarış Dövlət reyestr kitabında yazılmış və qüvvədə olan bütün məlumatları, həmçinin hüquqi qüvvəsini itirmiş sonuncu faktı əks etdirir.

10. Dövlət reyestrindən çıxarışda hüquqi şəxslərin təşkilati-hüquqi formasından //çıxarılıb// asılı olan məlumatlar öz əksini tapır. 

 

 



 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 


//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

 


//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

Yüklə 45,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə