72
Atmosferin çirklənməsi həmçinin qlobal problem olub təbii və dövlət sərhədlərini tanımır,
onlarla məhdudlaşmır və havası intensiv çirklənmiş sıx yerləşən yaşayış
məntəqələrindən və sənaye
cəhətdən inkişaf etmiş rayonlardan daha uzaqlara - əhalisi az, havası təmiz olan yaşayış məntəqələrinə
yayılır. Odur ki, atmosferin çirklənməsi problemi bütün bəşəriyyəti narahat edir, bütün dövlətlər və
xalqlar onun təmizliyinin qayğısına qalmalıdır.
Qeyd etdiyimiz kimi havanın tərkibi müxtəlif qazların qarışığından ibarətdir (azot, oksigen,
karbon qazı, arqon,
hidrogen, ksenon, rodon və s ). Lakin təbiətdə belə tərkibdə təmiz havaya rast
gəlmək qeyri mümkündür. Həqiqətdə isə havanın qaz mühitində çoxlu xırda bərk və maye hissəciklər
mövcuddur. Beləliklə, hava aerozol və ya dispers sistem halında olur.
Bu çirkləndiricilər havaya
biosferdən daxil olur. Ona görə ki hər şeydən əvvəl hava biosferin bir hissəsidir, orada rast gəlinən bərk
və maye hissəciklər havanın
biosferin digər komponentləri, yəni su, torpaq və canlı orqanizmlərlə
qarşılıqlı əlaqəsinin nəticəsidir (təzahürüdür).
Qara metallurgiya, çuqunun əridilməsi və ondan polad istehsalı zamanı
atmosferə müxtəlif
qazlar atılır. Müasir qara metallurgiya zavodlarının çoxunda kömürün kokslaşdırılması sobaları vardır.
Koks kimyəvi istehsalı atmosfer havasını tozla və uçucu birləşmələrin qarışığı ilə çirkləndirir. İş rejimi
pozulduqda isə atmosferə küllü miqdarda təmizlənməmiş koks qazı atılır. Qara metallurgiya sahəsində
sənaye qəzaları zamanı regionda ekoloji vəziyyət daha da kəskinləşir .
Şəkil 6.4
Kimya sənayesində turşuların (sulfat turşusu, xlorid turşusu, fosforit turşusu, nitrat turşusu və
s .) istehsalı zamanı, rezin – texniki işlərində, fosforit, plastik kütlələr, rənglər və yuyucu vasitələr, süni
kauçuk, mineral gübrələr, həlledicilərin (toluol, aseton, fenol, benzol ) istehsalı zamanı atmosferə
tullantılar atılır.
Respublikamızda kimya və neft – kimya müəssisələrinin çoxu Bakı və Sumqayıt şəhərlərində
cəmləşmişdir. Mövcud müəssisələrin texniki təchizatı, təmizləyici qurğularının çoxunun yararsız
vəziyyətdə olması, qaz-toz tutucu avadanlıqların sıradan çıxması ətraf mühitə normadan artıq
tullantıların atılmasına səbəb olur. Belə vəziyyət təbii ehtiyatlardan istifadə edilərkən böyük itkilərə yol
verilməsinə səbəb olur.
Havanı daha çox çirkləndirən digər mənbə hazırda nəqliyyat vasitələri, xüsusən avtomobillərdir.
Nəqliyyat
ətraf mühitə, yəni insanların həyatına güclü təsir göstərir. Şəhərlər böyüdükcə nəqliyyat
problemi kəskin hal alır. Bəzi şəhərlərdə onların buraxdığı qazlar hava çirkləndirən qazların 68-80%-ni
73
təşkil edir. Əvvəllər buna əhəmiyyət verilmirdi, çünki avtomobillərin sayı
az olduğuna görə bu, ətraf
mühit üçün o qədər də qorxulu sayılmırdı. Lakin hazırda bu ciddi problemə çevrilmişdir.
Dostları ilə paylaş: