67
Şəkil 5.8 Müxtəlif peşələr
Elektrik mühərriklərinin və dəzgahların səsini və vibrasiyasını azaltmaq üçün aşağıdakı
tədbirlər
görülür: keyfiyyətli və etibarlı diyircəklər tətbiq edilir, maşınlar dəqiq yığılır,
az səsli işçi çarxlardan
istifadə olunur, metal çarxlar plastmas çarxlarla əvəz edilir. İşçilərin səslərdən (gurultudan) fərdi
qorumaq üçün, muma və ya qliserinə hopdurulmuş pambıqdan və ya yumşaq rezindən hazırlanmış
tıxaclardan, bəzi hallarda isə qulaqları sıx bağlayan xüsusi geyimlərdən (papaq) istifadə edilir.
Ayaqlardan bədənə ötürülən vibrasiyalardan və sarsıntılardan qorumaq üçün keçədən və ya qalın rezin
altlığa malik ayaqqabıların geyinməsi məsləhətdir.
Ümumiyyətlə sexlərdə səs-küylə mübarizənin başlıca metodlarından biri səsi azaldan materiallar
və ya səsboğucu quraşdırılmasıyla divarların işləməsi vasitəsi ilə əhəmiyyətli metodudur.
Səs boğucu
material qismində kapron lifi, porolon, mineral pambığı, şüşə lif tətbiq edilir. Səs-küyün azaldılmasında
ərazinin və istehsalat sahəsinin düzgün planlaması, həmçinin tikinti materiallarının (səs boğucuları)
düzgün seçilməsi böyük əhəmiyyət kəsb edir.
Səs-küydən eşitmə orqanlarını iki üsulla mühafizə etmək olar:
1. Tıxaclar və kapsullar
2. Qulaqcıqlar
Qulaq tıxacları: kauçuk, rezin, silikon, plastik materialdan hazırlanır, bir ölçülü olub bütün ölçülər
üçün istifadə olunur və qulaq kanalına yerləşdirilir.
Qeyd: pambıq topaları və ya pambıq parçası qulağın mühafizə olunması üçün qəbuledilməzdir.
Şəkil 5.9 Yol ayrıcılığı
68
5.3.2.Tələbələr üçün fəaliyyətlər
Səs və vibrasiyalardan mübarizə təbirləri haqqında esse yazın.
Elektrik qurğularında gurultu və vibrasiyaların səbəblərini araşdırın.
Səs-küydən eşitmə orqanlarını necə mühafizə etmək olar? sualı ətrafında dəyirmi masa
təşkil edin və müzakirələr aparın.
5.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: