Qanın xəncərə qalib gəlməsinə dair bəyanat



Yüklə 404,26 Kb.
səhifə2/12
tarix25.06.2018
ölçüsü404,26 Kb.
#51139
1   2   3   4   5   6   7   8   9   ...   12

Xalqın imama münasibəti


Xalq imama həqiqətən eşq bəsləyir. İmam adətən həftədə 1-2 dəfə televiziyada görünürdü və hansısa qrupla görüşdə etdiyi çıxışı yayımlanırdı. O, bir dəfə xəstələndiyindən 10-15 gün efirdə görünmədi. Çoxdandır imamı görməyən bir şair birdən-birə televiziyada imamı görəndən sonra bir qəsidə dedi. Bu qəsidə həqiqətən daş qəlbi əridər. Deyir ki, ey əziz imam, ey böyük imam, mən 15 gündür sənin üzünü görmürəm... Gözəl bir qəsidədir. Baxın, şeir bir xalqın hisslərini tərənnüm edən amildir, boş yerə əmələ gəlmir. Əslində cəmiyyətdə bir düşüncə, fikir və hiss oturuşmuş olur və sonra həmin cəmiyyətin şairi ona uyğun bir şeir deyir. Bu, təbii şəkildə baş verir, zorla bir düşüncəni şairə verib şeir söyləməsini tələb etmək olmaz. Bu bizim cəmiyyətimizdə bir ənənəyə çevrilmişdir. İmamla xalq arasında bu mənəvi əlaqə, xalqla hökumət və İnqilab Şurası arasında olan bu səmimilik və dostluq bu inqilabın səciyyələrindəndir. Bu baxımdan, sizin inqilabınız ümid yaratmış və həqiqətən bir baca açmışdır. Məhz buna görə Şərq və Qərb bu inqilabın qarşısında səf çəkib əngəl törədir, onunla vuruşurlar. Allah isə bizə kömək edir. Allaha şükür olsun!

"Mədəni inqilab" seminarında çıxışdan: 1980.



İmamın xalqa və ruhanilərin roluna inamı

İmam bu hökumətin əsasını elə qurmaq istəyir ki, kiçik və xırda işlər bir düyünə, problemə çevirlməsin. Bunun üçün məmurlar, nazirlər, Baş nazir, müavinlər və yüksək vəzifəli şəxslər mütləq bu meyarlara malik olmalıdırlar. Bu meyarlar hansılardır? İslama, inqilaba, xalqın böyüklüyünə, dəyərinə inam və xalqa arxalanmaq. Kimsə düşünməsin ki, ziyalı və ali təhsilli təbəqəyə nisbətən adi xalqın dəyəri yoxdur. Xeyr! Bu, yanlış fikirdir və inqilabımızın əsaslarına ziddir. Görürsünüz ki, imam xalqa arxalanır. Bir dəfə imam bir qədər söhbət edəndən sonra biz onun yanına getdik. Həqiqətən adam imamın çox, ucadan, həvəs və həyəcanla söhbət etməsinə görə nigaran olur. O, ürək xəstəliyindən yeni qalxıb. Bu baxımdan, təbii ki, hamı nigaran olur. Biz dedik ki, yaxşı olar siz bu çıxışları bir qədər azaldasınız, söhbət etmək istəyirsinizsə, ən azı uzun çıxışlar etməyin, məsələn, 15 dəqiqə ilə kifayətlənin. O isə bəzən 45 dəqiqə və bir saat danışır. O buyurdu ki, mən asta-asta danışıram. Sonra dedi ki, xalqın bir qrupu buraya gələndə mən gedib onlarla danışmaya bilmərəm. Bu, xalqa inamdır. Bilin ki, bu inam olmasaydı, bu inqilab hələ də qələbə çalmamışdı. Bu məmləkətdə inqilab, mübarizə və hərəkat çox olub. Bu hərəkatlarda nə zaman xalqa axralanmışlarsa, qələbə çalmışlar, xüsusi bir təbəqəyə arxalanan isə məğlub olub. Bizim inqilabımız da dəqiqliklə xalqın içinə girməyincə davamsız və zəif bir hərəkat idi, qələbə çalması bəlli deyildi və zalım rejim tərəfindən əzilirdi. Ruhanilərin hünəri budur ki, inqilabı cəmiyyətin içinə çəkə bildilər. Mən imam üçün həkim sözünü ən uyğun söz bilirəm: "Həqiqətən, Loğmana hikmət verdik"1. Bu böyük və müstəsna insanda sözün əsl mənasında ilahi hikmət mövcuddur. O, nə dediyini və nə üçün dediyini yaxşı bilir.

"İmamət və rəhbərlik" mövzusunda çıxışdan: 1980.

Qətiyyətli imam


Biz dünyadan çəkinməməliyik. Məlum məsələdir ki, biz dünyanın bir çox siyasi ənənələrini qəbul edə bilmərik. Bunlar bizim mədəniyyətimizə, ideologiyamıza və düşüncəmizə uyğun deyil. Biz bunları qəbul edə bilmərik və bunu açıq şəkildə dünyaya deməliyik. Biz dünyanın siyasi xadimləri ilə diplomatik dillə danışanda da ideoloji prinsiplərimizi unutmamalıyıq. Biz dünyaya deməliyik ki, bu gün kişi və qadın üçün qəbul olunan azadlıq və özbaşınalığı qəbul etmirik. Biz buna görə xəcalət çəkməməliyik. Biz dünyaya deməliyik ki, istər Şərqdə, istər Qərbdə mövcud olan hakimiyyət və iqtisadiyyat üsulunu qəbul etmirik. Bundan utanmamalıyıq. Təəssüf ki, bizim bəzi siyasətçilərimiz bu qaydanı nəzərə almır, sanki dünya xalqlarından, dünyanın tanınmış şəxsiyyətlərindən xəcalət çəkirlər. Bu ümmətin imamı xəcalət çəkmədi və sözünü açıq dedi. İmam bu məmləkətdə şahlığı istəmədiyini deyəndə bugünkü iddialı siyasətçilərin heç biri bu barədə fikirləşməyə cürət etmirdilər. O, açıq şəkildə və qətiyyətlə sözünü dedi. Biz də belə etməliyik. Biz İslama, İslam hakimiyyətinə güvənir, tövhidi, İslamı, Allahı qəbul etməyən hər bir hökuməti və düşüncəni küfr sayırıq. Bunu dünya xalqlarına deyək, bundan utanmayaq. İnsanın dünyada nəzakətli siyasi xadim kimi tanınmağa çalışması bir növ süni rəğbət axtarışıdır. İmamın ilahi gücünün sirlərindən biri heç zaman belə məsələləri nəzərə almamasıdır. Dünyanın birinci böyük gücünün birinci siyasətçisi, yəni ABŞ prezidenti imama xüsusi məktub yollayır və imam məktubun radiodan oxunmasını tapşırır. Bu, beynəlxalq ənənə və nəzakətə ziddir, amma bu işi görür. Biz ABŞ-la, SSRİ ilə barışa bilmərik. Biz bu böyük güclərlə barışa bilmərik. Kiçik güclərlə işimiz yoxdur. Əgər kiçik güclər də bizə hücum etsələr, onlarla da barışmarıq. Bunu bütün dünyaya açıqca söyləmək lazımdır. İmamın prinsip və üsullarına sadiq olan dövlət rəsmilərinin fikirlərində bizim Şərq və Qərb önündə möhkəm dayanmağımıza dair açıq və qətiyyətli sözlər görürsünüz.

"İslam təlimləri" mövzusunda çıxışdan: 1980.



Dövrümüzün ən elmli din alimi və fəqihi


Bu gün bu cəmiyyəti idarə edən və 1962-ci ildən indiyə qədər 19 ildir idarə etməkdə olan bu böyük rəhbər dövrümüzün ən elmli din alimi və fəqihidir. Bunu sizə dünyadan köçmüş və hazırda yaşayan bir çox fəqihlərin dərsində iştirak etmiş bir adam deyir. Mən nadir istisnaları çıxmaq şərtilə sizin tanıdığınız fəhiqlərin hamısının dərslərində iştirak etmişəm. Mənim fikrim budur ki, imam onların hamısından elmlidir. Onların çoxu müctəhiddirlər, bunda şübhə yoxdur, amma müctəhid və daha elmli müctəhid məsələsi var.

Ən elmli fəqih və fiqhdən əlavə fəlsəfə, irfan və digər belə elmlər üzrə mütəxəssis və müəllim olan bu insan gənclik və yeniyetməlik çağından, yəni sizin yaşlarınızdan siyasi işlərə qoşulmuş, böyük ruhani siyasətçi olan Seyid Həsən Müdərrislə əlaqəsi olmuşdur. O təxminən qırxa yaxın yaşlarında mərhum Vəzirinin xatirə dəftərinə bəlli qeydləri yazmışdır. Onun qırxa yaxın yaşlarından belə yazısı var. Siz bu qeydlərə baxsanız, onun bütün əsas məsələlərdən və siyasi hadisələrdən xəbərdar olan inqilabçı və siyasətçi olduğunu düşünərsiniz. Mən bu yazını onun öz xətti ilə Yəzddə mərhum Vəzirinin xatirə dəftərində görmüşəm. İndi də nəfis yazılardandır və Yəzddə durur. O, 2-3 səhifəlik yazısını bu müqəddəs ayə ilə başlayır: "(Ey Peyğəmbər! Bu müşriklərə) de: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (yaxud: qiyam edin), sonra da düşünün"1. Bundan sonra isə Allah üçün qiyam haqda geniş mövzu açaraq bu ayəni öz dövründə xalqın ictimai və inqilabi vəzifəsi ilə uyğunlaşdırır. Bu insan inqilabi təfəkkürdə bu qədər səriştəli, iradəli və biliklidir.

Mərhum Hacı Molla Məhəmməd Cəfər (Ayətullah Müctəhidi) mədrəsəsinin müəllim və tələbələri ilə görüşdə çıxışdan: 1981.


Yüklə 404,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə