55
Ilkin olaraq qara ciyər qan cərəyanının
artması və ürək atmasının yenidən
bölüşdürülməsi
Orqanlar arasında qan cərəyanının yenidən
bölüşdürülməsi
Hüceyrə aqreqasiyası
Qanda katexolaminlərin miqdarının artması
qan dövranının mərkəzləşməsinə
gətirib çıxarır. Daha doğrusu, həyati vacib orqanlarda qan cərəyanının adekvat,
normal səviyyəsini saxlamaq, təmin etymək üçün kompensator reaksiya kimi qan
dövranının mərkəzləşməsi lazım gəlir. Bu prosesi isə katexolaminlər həyata keçirə
bilir. Yəni DQH-nin azalması zamanı həmin miqdarda qan damar məcrasını lazımi
qədər doldura bilmədiyindən, yəni uyğunsuzluğu yarandığından təzyiq aşağı düşür
və orqanların, o cümlədən də həyati vacib orqanların adekvat perfuziyası təmin
olunmur. Buna görə də katexolaminlər tərəfindən periferiyanın damarları
sıxılmalıdır ki, həyati vacib orqanların, yəni əsasən baş beynin, ürəyin və ağ
ciyərlərin təminatlı qan təchizatı üçün qan mərkəzdə dövr etsin. Əgər sonra da bu
proses dərin və uzun müddətli olarsa, yəni katexolaminlərin səviyyəsi ifrat dərəcədə
davamlı qaydada yüksəlməsi baş verərsə, onda patoloji merxanizmlərin işə düşməsi
meydana çıxır. İlk olaraq bu, venomotor effektlə, yəni vena damarlatının tonusunun
artması sayəsində baş verir, sonradan isə generalizə olunmuş damar spazmı
meydana çıxır.
Dövredən qanın
həcminin effektliliynin
itgisi
Katexolaminlərin miqdarının artması və
damarların avtonom fəalyyətinin
güclənməsi
Daxili orqanlar nahiyyələrində qanın
sekvestrləşməsi
Damar məcrasında qanın yenidən
bölüşdürülməsi
Qanın
özlülüyünün yüksəlməsi
Ekstraselülyar
mayenin yenidən
bölüşdürülməsi
və hematokrin dəyişməsi
Qara ciyər damar
müqavimətinin
yüksəlməsi
Böyrək damarlarının
müqavimətinin
yüksəlməsi
Ümumi periferik damar
müqavimətinin artması və
sirkulyator dekompensasiya
Qara ciyər qan
cərəyanının
azalması
Böyrəklərin qan
cərəyanının azalması