Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   6   7   8   9   10   11   12   13   ...   91

25 
 
 
 
 
Albumin 
Albuminlər qanda bütün zülalların 60%-ni təşkil edir. Albuminlərin molekukla 
kütləsinin  nisbətən  kiçik  olması  (65.000-70.000)  sayəsində  və  yüksək  qatılıqda 
olması onkotik təzyiqin 80%-ni təşkil edir. 
Albumun aşağıdakı funksiyaları yerinə yetirir: 

 
Qidalandırıcı funksiyası; 

 
Zülalların sintezi üçün aminturşuların ehtiyat mənbəyidir; 

 
Transport  funksiyası:  xolesterinin,  yağ  turşularının,  bilirubinin,  öd 
turşularının,  ağır  metal  duzlarının,  dərman  preparatlarının  daışnmasında 
iştirak edir. 
Albumin qara ciyərdə sintez olunur. 
Рисунок 
1şşş 


26 
 
 
 Qlobulinlər. 
Qlobulinlərin  bir  neçə  fraksiyası  var:  -,  -  və  -qlobulinləri.  Qlobulinlər 
qlikoprotein  birləşmələri  əmələ  gətirir;  qlikoproteinlərin  protestetik  qrupunu  isə 
karbohidratlar  təşkil  edir.  Plazmada  olan  bütün  qlükozanın  60%-ə  qədəri 
qlikoprotedlərin  tərkibində  sirkulyasiya  edir.  Bu  qrup  zülalları  hormonları, 
vitaminləri, mikroelementləti, lipidləri daşıyır. 
- qlobulinlərə eritropoetin, plazminogen, protrombin tipli zülallar aiddir. 
-qlobulinlər  fosfolipidlərin,  xolesterinin,  steroid  hormonlarının,  metal 
kationlarının  transportunda  iştirak  edir.  Bu  fraksiyaya  dəmirin  transportunu  təmin 
edən transferrin, habelə qanın laxtalanmasında iştirak edən maddələr aiddir. 
-qlobulinləri  immun  sisteminin  ayrılmaz  tərkib  hissəsini  təşkil  edir  və 
müxtəlif  antitellərdən  və  immunoqlobulinlərdən  ibarətdir.  Immuniqlpbulinlər  5 
sinfə  bölünür:  İgA,  İgG,  İgM,  İgD  və  İgE;  bunlar  orqanizmi  viruslardan  və 
mikroblardan  qoruyurlar.  Həmçinin  hər  bir  insanda  qanın  qrup  mənsubiyyətini 
müəyyən edən - və -aqlütininləri də -qlobulinlər qrupuna aiddir. 
Qlobulinlər qara ciyərdə, sümük iliyində, dalaqda, limfatik düyünlərdə sintez 
olunur. 
Fibrinogen – qanın laxtalanmasının I faktorudur. O qanda qeyri-fəal formada, 
yəni  həllolunan  halda  olur.  Trombinin  təsirindən  fəallaşır  və  həll  olunmayan 
formaya,  fibrinə  keçir  və  qan  laxtalarının  əmələ  gəlməsini  təmin  edir.  Fibrinogen 
qara ciyərdəsintez olunur. 
Zülallar,  onların  karbohidratlarla  əmələ  gətirdikləri  qlikoprotein  və 
lipoproteidlər  qana  daxil  olan  dərman  preparatlarını  birləşdirmək  qabiliyyətinə 
malikdirlər. Birləşmiş vəziyyətdə olan bu dərmanlar  qeyri-fəaldırlar və qanda sanki 
“depo”  yaradırlar.  Qanda  dərman  maddələrinin  sərbəst,  yəni  fəal  fraksiyalarının 
qatılığı azalan zamn həmin maddələrin birləşmiş fraksiyaları zülallardan ayrılır və 
fəallaşaraq, farmakoloji təsirə malik olur. Buna görə də bir dərman maddəsini təyin 
edərkən əvvəldən vurulmuş dərman preparatını diqqətdən kənarda saxlamamalıdır; 
belə  ki,  bu  zaman  sonradan  vurulmuş  dərman  maddələri  əvvəlcə  vurulmuş 
preparatın  zülallarla  birləşmiş  hissəsini  sıxışdırıb  birləşmələrdən  çıxararaq,  bu 
dərmanın fəal formasının qatılığının artmasına və farmakoloji effektin yaranmasına, 
yaxud da güclənməsinə səbəb ola bilər. 
Qan plazmasının üzvi maddələrinə qeyri-zülal azot birləşmələri (aminturşular, 
polipeptidlər,  sigik  cövhəri,  sidik  turşusu,  kreatinin,  ammonyak)  aiddir.  Plazmada 
qeyri-zülal azotun ümumi miqdarı qalıq azotu adlanır və miqdarı 11-15 mmol/l (30-
40  mq%)  təşkil  edir.  Qanda  qalıq  azotun  miqdarı  böyrəklərin  funksiyasının 
pozulması zamanı kəskin artır. 


27 
 
Qan plazmasında həmçinin qeyri-azot üzvi maddələr də olur, bunlara qlükoza 
(4,4  mmol/l  və  ya  80-120  mq%),  neytral  yağlar,  lipidlər,  qlikogeni,  yağları  və 
zülalları  parçalayan  fermentlər,  profermentlər,  qanın  laxtalanması  və  fibrinoliz 
proseslərində  iştirak  edən  fermentlər  aiddir.  Plazmanın  qeyri-üzvi  maddələrinin 
qatılığı ümumilikdə 0,9-1% təşkil edir. Bunlar əsasən Nа
+
, Са
2+
, К
+
, Mg
2+
 kationları 
və Сl
-
, НРО
4
2-
, НСО
3
-
 anionlarıdır. Kationların miqdarlarının səviyyələri anionların 
miqdarına  nisbətən  daha  dayanıqlıdır.  Ionlar  orqanizmin  bütün  hüceyrələrinin,  o 
cümlədən  oyanıcıllığa  malik  toxuma  hüceyrələrinin  normal  funksiyalarını  təmin 
edir, osmotik təzyiqi şərtləndirir, pH müvazinəti tənzimləyir. 
 Plazmada  daimə  bütün  vitaminlər,  mikroelementlər,  metabolizmin  aralıq 
məhsulları (süd və piroüzüm turşuları) olur. 
 
Qanın formalı elementləri. 
Qanın formalı elementlərinə eritrositlər, leykositlər və trombositlər aiddir. 
 
Eritrositlər 
Eritrositlər  normada  kişilərdə  4,0-5,0x10
12
/l  (və  ya  1  mkl-də  4.000.000-
5.000.000), qadınlarda 4,5x10
12
/l (və ya 1 mkl-də 4.500.000) təşkil edir. 
Qanda  erirositlərin  miqdarının  artması  eritrositoz,  azalması  isə  eritropeniya 
adlanır. Eritropeniya əksər hallarda azqanlılıq (anemiya) ilə müşayiət olunur. 
Anemiyalar  zamanı  eritrositlərin  sayı  ya  azalır,  ya  da  onların  sayının 
azalmaması ilə tərkibində hemoqlobinin miqdarı azalır, yaxud da hər ikisi də azalır. 
Istər  eritrositoz,  istərsə  də  eritropeniya  müxtəlif  variantlarda  yalançı  və  ya  həqiqi 
ola bilər. “Yalançı” hallar qanın qatılaşması (eritrositoz) və ya durulaşması zamanı 
(eritropeniya) müşahidə edilir. 
Insanın  yetişmiş  eritrositlərində  nivə  olmur;  içərisi  hemoqlobinlə  dolmuş 
stromadan  və  ikiqat  zülal-lipid  qişasından  ibarətdir.  Eritrositlər  daha  çox  iki 
tərəfdən basıq, diametri 7,5 mkm, periferiyada qalınlığı 2,5 mkm və mərkəzdə 1,5 
mkm  ölçülərdə  disk  formasındadır.  Belə  formalı  eritrositlər  normositlər  adlanır. 
Eritrositlərin  göstərilən  xüsusi  forması  onların  diffuziya  səthinin  artmasını  təmin 
edir ki, bu da eritrositlərin əsas, tənəffüs funksiyasını daha yaxşı yerinə yetişməsinə 
imkan  yaradır.  Belə  ki,  eyni  həcmli  diskin  səthi  sferik  (kürə  şəkilli)  səthdən 
böyükdür, yəni kürə ən kiçik səthə malikdir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə