Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə8/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   4   5   6   7   8   9   10   11   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
12 
adətən gizli bir əl həm fərdlərin, həm də dövlətin mənfəətlərini maksimum səviy-
yədə tənzimləyir. Bunlara görə belə bir quruluşun axsamadan işləyə bilməsi üçün, 
vergilərin tərəfsiz olması, yəni dövlətin aldığı vergilərin fərdlərin iqtisadi qərar və 
seçimlərinə təsir etməməsi vacibdir. Onlar dövlətin vergiləri bir iqtisad siyasət aləti 
olaraq istifadə etmələrinə qarşıdırlar. Onlara görə dövlət xərcləri artarsa, vergilərin 
də artırılması  zərurəti ortaya çıxar. Bunun üçün dövlət xərcləri məhdud həcmli 
olmalıdır.  
Klassik maliyyəçilər dövlət xərclərinin məhdud olmasını istəyirlər. Xərclər az 
olsa, vergilər də ona görə nizamlanacaq. Belə olsa, bir gizli əlin özbaşına həm 
fərdi, həm də ictimai mənfəətlərin mümkün olan ən yaxşı şəkildə təşkil edilməsini 
təmin etdiyi təbii nizama müdaxilə  zərurəti olmayacaq. Dövlət, təbii ki, ictimai 
ehtiyacların tələb etdiyi xərclərin yükünü vətəndaşlar arasında bölüşdürəcək. Ma-
liyyə bu bölüşdürməni ən yaxşı şəkildə aparmağı təmin edəcək qanunları araşdıran 
bir elmdir. Bütün bu qanunlar işığında ilk zamanlarda ictimai fəaliyyətlərin yaxşı 
icra edilməməsinə qarşılıq, özəl sektorun müvəffəqiyyət qazanması liberalizmin də 
güc qazanmasına gətirib çıxarmış və bu nəzəriyyə altında, dövlətin vəzifələrinə sərt 
bir sərhəd çəkilmiş və "jandarma" rolundan kənara çıxilmamışdır. 
1.4.5. KEYNES NƏZƏRİYYƏSİ 
John Maynard Keynes (1883-1946), klassiklərin bu fikirlərini tənqid etmiş və 
iqtisadiyyatda klassiklərin irəli sürdükləri kimi hər zaman öz- özündən yaranan bir 
nizamın mövcud olmadığını müdafiə etmişdir. 
1929-cu ildə meydana gələn Böyük İqtisad Böhranında iqtisadiyyatda durğun-
luq dövrünün çox uzun davam etməsi, klassiklərin müdafiə etdikləri təbii rejim 
nəzəriyyələrinin sarsılmasına səbəb olmuşdur. Keynes dövlətin müdaxiləsi olmadan 
iqtisadiyyatın durğunluq dövründən çıxa bilməyəcəyini isbat etməyə çalışmışdır. 
Klassik iqtisad nəzəriyyəsini mənimsəyənlər böhranın keçici olduğunu və qısa 
bir zamandan sonra pozulan quruluşların yenidən qurulacağını müdafiə etmişdirlər. 
Ancaq böhranın uzanması hökumətləri bir sıra yeni tədbirlərə  əl atmağa məcbur 
etmişdir. Dövlət maliyyə vasitələrindən istifadə etməklə, xüsusilə dövlət xərcləri 
yolu ilə işsizliyin ortadan qaldırılmasında və iqtisadiyyatın tam məşğulluqla yeni-
dən düzəlməsində təsirli olmuşdur. Durğunluq səbəbi ilə istehsalın azalması vergi-
ləndirilə bilən qaynaqların da azalmasına yol açdığından, dövlət xərcləri klassik 
iqtisadçıların şiddətlə qarşı çıxdığı borc alma və pul kəsmə yolu ilə qarşılanmışdır. 
Bu dövrdən etibarən iqtisadiyyatda dövlət müdaxiləsinin başlanması xüsusilə İkinci 
Dünya Müharibəsindən sonra sosial rifahın geniş kütlələrə yayılması  məqsədi ilə 
tədricən artmışdır. Dövlət bu dövrdə ödəmə gücü yüksək olan sahələrdən topladığı 
vergilərin bir hissəsini xalqın bir qisminə transfer xərcləri vasitəsilə çatdırmağa 
başlanmışdır. Bu yeni dövrdə dövlət iqtisadiyyatda müəyyən bir böyümə sürətinin 


Dövlät Maliyyäsi 
 
13 
və istiqrarın təmin edilməsi ilə, gəlirlərin paylaşılmasında  ədalətin bərqərar edil-
məsi üçün ən çox maliyyə vasitələrindən istifadə etməyə başlamışdır. Bu səbəblə 
günümüzdə maliyyə hadisələrinin əhəmiyyəti keçmişə nəzərən daha çox artmışdır. 
1929-cu il iqtisadi böhran üzərindəki müşahidələrindən yeni bir qayda ortaya 
qoyan Keynes, müasir iqtisadi nəzəriyyənin təməlini qoymuş, dövlətin iqtisadi 
sahədəki tərəfsizlik siyasətini tənqid etmiş və dövlətin iqtisadiyyata müdaxiləsinin 
zəruri olduğunu müdafiə etmişdir. 
Liberalların pul siyasəti Keyneslə birlikdə maliyyə siyasətinə çevrilmiş və döv-
lət maliyyəsinin ümumi iqtisadiyyat içərisindəki payı artırılmışdır.  İqtisadiyyatda 
tarazlığın təmin edilməsində  tək çarə olaraq görünən ictimai xərcləmələr, dövlət 
iqtisadiyyatı ilə özəl sektoru əməkdaşlığa məcbur etmişdir. İqtisadiyyatda əhəmiy-
yətli bir struktur tərəfindən nöqsanın mövcud olduğunu və bazarın öz gücü ilə bu 
struktur tərəfindən bu nöqsanı aradan qaldıra bilməyəcəyini ortaya qoyan Keynes, 
xüsusilə davamlı və  məşhur işsizliyin bir iqtisadiyyatda ən böyük təhlükəni yara-
dacağını müdafiə edərək, tam məşğulluğu təmin edəcək tədbirlərə əl atılmasını irəli 
sürmüşdür. 
K,üüüeynesə görə klassiklərin irəli sürdükləri “Laissez-faire“ bir siyasət deyil. 
Keyneslə birlikdə müdaxiləçi bir iqtisad siyasəti ilə, maliyyə vasitələrı iqtisadiyyat 
içində "müdaxilə vasitəsi" olaraq istifadə edilməyə başlanmışdır. Böyük iqtisadi 
böhran və Keynesçi fikirlərdən qazanılan məlumatlar, maliyyə vasitələrinın daha 
geniş sahələrdə çox müxtəlif məqsədlər üçün istifadə edilə biləcəyini öyrətmişdir. 
Dövlət xərclərinin, büdcənin, xüsusilə vergi sisteminin və borcların müxtəlif 
iqtisadi, ictimai, siyasi məqsədlərin reallaşdırılmasında istifadə olunacağı aydınlaş-
dıqca vasitələrdə  də müxtəlifliklər və inkişaf olmuşdur. Belə ki ortaya tamamilə 
yeni bir anlayış ilə birlikdə, yeni bir maliyyə sistemi, onu istifadə edən bir siyasət 
və maliyyə idarə anlayışı çıxmışdır. Bu da dövlət maliyyəsinin ümumi iqtisadiyyat 
içərisindəki payını olduqca artırmışdır. 
Artıq dövlət, fərdin və dövlətin iqtisadi rifahını, daha ümumi ifadə ilə, ictimai 
rifahını artırmaq üçün alınması zəruri olan iqtisadi siyasət tədbirləri ilə, iqtisadi hə-
yatdakı sabitlikdən, vətəndaşların müəyyən bir gəlir və rifah səviyyəsinə çatdırıl-
masından, iqtisadi həyatın davamlı bir inkişaf sürəti içində olmasından məsul 
olmaqdadır. Bu səbəblə özəl mülkiyyət və  təşəbbüsə qarşı olmayıb tamamlayıcı, 
istiqamətləndirici xarakter daşımaqdadır. 
1.5. DÖVLƏT MALİYYƏSİNİN VƏZİFƏLƏRİ 
Müasir dövlətlər təhsil, səhiyyə, ictimai təhlükəsizlik, məhkəmə, milli təhlükə-
sizlik kimi bir çox xidmət təqdim etməkdədir. Dövlətlərin təqdim etdikləri bu xid-
mətlərin növləri ölkədən ölkəyə dəyişdiyi kimi, zaman içində də müxtəlifliklər gös-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə