Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 455,5 Kb.
səhifə1/5
tarix06.02.2018
ölçüsü455,5 Kb.
#26008
  1   2   3   4   5

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda
Ləzİmlİ Nİgar Bəhrəm qızı
Müasİr şəraİtdə fİskal sİyasət və onun təkmİlləşdİrİlməsİ İstİqamətlərİ” mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İstiqamətin şifri və adı: İİM 060403 “Maliyyə”

İxtisasın şifri və adı: 060403-2 ”Vergi və Vergiqoyma”
Elmi rəhbər: Magistr proqramının rəhbəri:

i.e.n.dos.L.T.Mehdİyeva i.e.n.dos.İ.M.Rzayev
Kafedra müdiri:

i.e.d.Ə.Ə.Ələkbərov

BAKI-2016

M Ü N D Ə R İ C A T

GİRİŞ...............................................................................................................................3

I FƏSİL. FİSKAL SİYASƏTİN NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI

1.1. Fiskal siyasətin məqsəd və vəzifələri........................................................................7

1.2. Fiskal siyasət nəzəriyyələri......................................................................................12

1.3. Fiskal siyasətin vergi tənzimlənməsi mexanizmləri................................................18

II FƏSİL. MİLLİ İQTİSADİYYATDA FİSKAL SİYASƏTİN TƏHLİLİ VƏ SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ ÜSULLARI

2.1. Azərbaycanda vergi siyasətinin onun sosial-iqtisadi inkişafa təsiri.........................25

2.2. Büdcə xərclərinin fiskal siyasətin formalaşmasında rolu və yeri.............................29

2.3. Fiskal siyasətin səmərəliliyinin qiymətləndirilməsi üsulları....................................35

III FƏSİL. MİLLİ İQTİSADİYYATDA FİSKAL SİYASƏTİN İNKİŞAF İSTİQAMƏTLƏRİ

3.1. Büdcə proqnozlaşdırılmasının istiqamətləri.............................................................42

3.2. Vergi siyasətinin səmərəliliyinin müəyyən edilməsində vergi yükünün rolu.........51

3.3. Azərbaycan Respublikasında aparılan vergi siyasətinin əsas istiqamətləri.............60

NƏTİCƏ VƏ TƏKLİFLƏR..........................................................................................68

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT.......................................................................73

Резюме

SUMMARY
G İ r İ ş

Mövzunun aktuallığı. Hər bir ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi siyasəti mühüm rol oynayır. Vergi siyasəti həyata keçirilərkən dövlət büdcəsinin tənzimlənməsi, planlaşdırılması və ona nəzarətin qanunla müəyyən edilmiş hüquq normaları reallaşdırılır. Bu zaman dövlətlər vergilərə məxsus fiskal, bölüşdürücü, tənzimləyici və nəzarətedici funksiyalara söykənir və aktiv vergi siyasətində bu funksiyalardan istifadə edirlər.

Dövlətin büdcə və vergi siyasəti olmaqla fiskal siyasət - büdcə formalaşması siyasətini ifadə edir və eyni zamanda maliyyə siyasətinin tərkib hissəsi sayılır.

Fiskal siyasət sistemi dövlət xərcləri və vergilərin dərəcələrinə təsir etməklə ölkənin təsərrüfat fəaliyyətini tənzimləyən bir sistemdir. Fiskal siyasət xətti dövlətin iqtisadi siyasətinin, eyni zamanda həyata keçirdiyi tədbirlər sisteminin məntiqi nəticəsi kimi formalaşıb, dövlətin iqtisadi-siyasi həyatının ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən fiskal siyasət xətti milli iqtisadiyyatda iqtisadi artım, nisbi ümumi sabitlik, işgüzar fəallıq yaradaraq faydalı olduğu kimi, həm də tamamilə başqa nəticələrə gətirib çıxara bilər. Buna görə də, dövlətin maliyyə sisteminin sabit iqtisadi artımının yaradılmasında əhəmiyyətli rola malik olması fiskal siyasətin düzgün işlənib hazırlanmasını və sistemli həyata keçirilməsini tələb edir.

Dövlət özünün müvafiq hakimiyyət orqanlarının daxili və xarici vəzifələrini, bütün ölkələr üçün səciyyəvi xarakter daşıyan fiskal siyasət köməyilə yaradılan pul və maddi fondlar vasitəsilə həyata keçirir. Dövlət həmin vəzifələri həyata keçirərkən fiskal siyasətin iqtisadi artım sürətinin yüksəldilməsinə, iqtisadiyyatda dövri tərəddüdlərin hamarlaşdırılmasına, əhalinin tam məşğulluq səviyyəsinə və inflyasiyanın mülayim sürətinə nail olunması kimi ictimai məqsədləri əsas tutur. Dövlət fiskal siyasətini həyata keçirərkən qarşıya qoyduğu bu məqsədlərə müxtəlif növ vergi və vergi dərəcələri ilə, transfert ödənişləri və digər növ dövlət xərcləri alətləri vasitəsilə nail olur.

İnkişaf etmiş dünya ölkələrində olduğu kimi, Azərbaycanın fiskal siyasətinin vergi tənzimlənməsinin əsas istiqamətləri vergi mexanizminin sadə və təkmil qurulmasını və vergi yükünün azaldılmasını nəzərdə tutmaqla sahibkarlıq fəaliyyətinin sərbəst inkişafı üçün əlverişli iqtisadi şəraitin yaradılmasına yönəldilmişdir.

Aparılan uğurlu iqtisadi, o cümlədən, vergi siyasəti ölkənin makro-iqtisadi göstəricilərində də öz əksini tapmışdır. Son on ildə Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş vermiş, respublikamız dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir.



Disssertasiya işinin predmeti Azərbaycan Respublikasının fiskal siyasətinin inkişafının təhlili, səmərəliliyinin artırılması və təkmilləşdirilməsi istiqamətlərinin nəzəri-metodoloji aspektlərini izah edir.

Dissertasiya işinin obyekti kimi fiskal siyasət nəzəriyyələri, mexanizmləri, milli iqtisadiyyatın fiskal tənzimlənməsi, təhlili, səmərəliliyinin qiymətləndirilməsi və inkişaf perspektivləri seçilmişdir.

Dissertasiya işinin əsas məqsədi ölkədə fiskal siyasətin geniş formada təhlilini aparmaq, onun səmərəliliyinin qiymətləndirilməsi üsullarını aşkar etmək, ölkədə aparılan vergi siyasətinin əsas istiqamətlərini müəyyənləşdirərək, yeni istiqamətlər üzrə inkişaf yollarını müəyyənləşdirərək müasir şəraitdə səmərəliliyin artırılmasına yönələn tövsiyyələr verməkdən ibarətdir.

Dissertasiya işinin vəzifələri kimi:

  • Fiskal siyasətin məqsəd və vəzifələri;

  • Azərbaycan Respublikasında aparılan vergi siyasətinin sosial-iqtisadi inkişafa təsiri;

  • Büdcə xərclərinin fiskal siyasətin formalaşmasında rolu;

  • Vergi siyasətinin səmərəliliyinin müəyyən edilməsində vergi yükünün rolu müəyyən edilmişdir.

Dissertasiya işinin nəzəri və metodoloji əsasını Azərbaycan Respublikasının qanunvericilik aktları (Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Büdcə sistemi haqqında Qanun, Dövlət büdcəsi haqqında Qanun və digər əlaqədar qanunlar və Milli Məclisin qəbul etdiyi qərarlar), Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin iqtisadiyyat, maliyyə, büdcə, vergi və digər aidiyyatı sahələrində qəbul etdikləri fərman, sərəncam, qərar və digər metodiki təlimatlardan ibarət normativ hüquqi aktlar, eləcə də iqtisadiyyat və maliyyə sahəsində elmi faəliyyətlə məşğul olan alimlərin bu sferada problemlərin təhlili və qiymətləndirilməsinə həsr olunmuş elmi əsərləri (monoqrafiya, dissertasiya, avtoreferat, elmi məqalə), həmçinin azərbaycan, rus və ingilis dillərində olan digər iqtisadi ədəbiyyatlar (kitab, dərslik, dərs vəsaitləri və s.) təşkil edir.

Dissertasiya işinin elmi yenilikləri kimi:

  • fiskal siyasət nəzəriyyələri, həyata keçirilmə mexanizmləri, məqsəd və vəzifələrinin nəzəri-metodoloji prinsipləri elmi cəhətdən əsaslandırılmışdır;

  • Azərbaycanda vergi siyasətinin onun sosial-iqtisadi inkişafa təsiri açıqlanmışdır;

  • Respublikamızda büdcə xərclərinin fiskal siyasətin formalaşmasında rolu və yeri təhlil olunmuşdur;

  • 2010-2016-cı illər üzrə dövlət büdcəsi bir sıra parametrlərdən təhlil olunmuşdur;

  • milli iqtisadiyyatda fiskal siyasətin təhlili və səmərəliliyinin qiymətləndirilməsi üsulları tətbiqi cəhətdən əsaslandırılmışdır;

  • milli iqtisadiyyatda aparılan vergi siyasətinin əsas istiqamətləri, bütövlükdə fiskal siyasətin inkişaf istiqamətləri müəyyən olunmuş, bunun da əsasında elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyyələr hazırlanmışdır.

Dissertasiya işinin praktiki əhəmiyyəti bu işin maliyyə-vergi sistemində fiskal siyasətin təkmilləşdirilməsi prosesində səmərəliliyin artırılması sahəsində elmi-tədqiqat işi olması, verilən tövsiyyə və təkliflərin təcrübi əhəmiyyət daşımağındadır.

Dissertasiya işinin həcmi giriş, üç fəsil, nəticə hissələri və ədəbiyyat siyahısından ibarət 75 səhifədir.

Dissertasiya işinin strukturu işin I fəslində “Fiskal siyasətin nəzəri və metodoloji əsasları” tədqiq edilmiş, fiskal siyasətin məqsəd və vəzifələri, fiskal siyasət nəzəriyyələri və fiskal siyasətin vergi tənzimlənməsinin mexanizmləri öyrənilmişdir.

Dissertasiya işinin II fəslində “Milli iqtisadiyyatda fiskal siyasətin təhlili və səmərəliliyinin qiymətləndirilməsi üsulları” araşdırılmış, Azərbaycanda vergi siyasətinin onun sosial-iqtisadi inkişafa təsiri tədqiq olunmuş, büdcə xərclərinin fiskal siyasətin formalaşmasında rolu və yeri müəyyən edilmiş, praktiki olaraq bir sıra cədvəllərlə milli iqtisadiyyatın büdcə xərcləri təsvir olunmuş, fiskal siyasətin səmərəliliyinin qiymətləndirilməsi üsulları bir sıra qrafiklərlə tədqiq olunmuşdur.

Dissertasiya işinin III fəslində isə “Milli iqtisadiyyatda fiskal siyasətin inkişaf istiqamətləri” öyrənilmiş, ilk öncə büdcə proqnozlaşdırılmasının istiqamətləri bir sıra cədvəl və analizlərlə tədqiq olunmuş, daha sonra vergi siyasətinin səmərəliliyinin müəyyən edilməsində vergi yükünün rolu və Respublikamızda aparılan vergi siyasətinin əsas istiqamətləri araşdırılaraq, nəticə çıxarılmış, təklif və tövsiyyələr verilmişdir.
FƏSİL I. FİSKAL SİYASƏTİN NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI


    1. Fiskal siyasətin məqsəd və vəzifələri

Makroiqtisadi tənzimləmənin əsas təsir vasitələrindən biri fiskal siyasətdir. Fiskal siyasət dedikdə, ölkədə məşğulluq və inflyasiya ilə bağlı proseslərin tənzimlənməsi məqsədilə dövlət xərcləri və vergilərin səviyyəsinin nizamlanması istiqamətində hökumətin həyata keçirdiyi müəyyən tədbirlər sistemi başa düşülür. Fiskal siyasət dövlət büdcəsinin gəlir hissəsinin həyata keçirilməsi məqsədilə vergi dərəcələri üzrə mövcud şəraitin tələblərinə uyğun dəyişikliklərin yerinə yetirilməsini nəzərdə tutur. Bu o deməkdir ki, dövlət fiskal siyasət üsulları vasitəsilə iqtisadi proseslərə daim müdaxilə edir. Bu müdaxilə ilə hökumət dövlət büdcəsinin gəlir hissəsinin formalaşdırılmasına nail olur. Fiskal siyasət ümumilikdə dövlətin gəlir və xərcləri ilə bağlı olan tədbirlər məcmusu kimi səciyyələndirilir.

Dövlət fiskal siyasət vasitəsi ilə iqtisadi proseslərə, onların gedişatını tənzimləmək məqsədi ilə daim müdaxilə edir. Bu müdaxilə, dövlət büdcəsinin gəlir hissəsinin formalaşdırılması məqsədilə vergitutma sahəsində, milli iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi, iqtisadi artımın, əhalinin məşğulluğunun pul dövriyyəsinin sabitləşdirilməsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər məcmusudur.

Fiskal siyasət dövlətin maliyyə siyasətinin tərkib hissəsi olub büdcənin formalaşması siyasətini ifadə edir.1[5] Fiskal siyasət dövlətin büdcə və vergi siyasətini ifadə edir.

Fiskal siyasət məcmu tələbin, məşğulluğun və gəlirin səviyyəsinə təsir etmək üçün dövlətin xərclərdən, vergiqoymadan və borclanmadan istifadə edərək həyata keçirdiyi siyasətdir.2[13]

Fiskal siyasət sistemi dövlət xərcləri və vergilərin dərəcələrinə təsir etməklə ölkənin təsərrüfat fəaliyyətini tənzimləyən bir sistemdir. Fiskal siyasət xətti dövlətin iqtisadi siyasətinin, eyni zamanda həyata keçirdiyi tədbirlər sisteminin məntiqi nəticəsi kimi formalaşıb, dövlətin iqtisadi-siyasi həyatının ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən fiskal siyasət xətti milli iqtisadiyyatda iqtisadi artım, nisbi ümumi sabitlik, işgüzar fəallıq yaradaraq faydalı olduğu kimi, həm də tamamilə başqa nəticələrə gətirib çıxara bilər. Buna görə də, dövlətin maliyyə sisteminin sabit iqtisadi artımının yaradılmasında əhəmiyyətli rola malik olması fiskal siyasətin düzgün işlənib hazırlanmasını və sistemli həyata keçirilməsini tələb edir. Bunu müxtəlif ölkələrin, həm yüksək inkişaf etmiş ölkələrin, həm də inkişaf etməkdə olan ölkələrin, həmçinin keçid dövrünü yaşamış yeni müstəqil ölkələrin təsərrüfat fəaliyyəti təcrübəsi təsdiq edir.

Dövlət özünün müvafiq hakimiyyət orqanlarının daxili və xarici vəzifələrini, bütün ölkələr üçün səciyyəvi xarakter daşıyan fiskal siyasət köməyilə yaradılan pul və maddi fondlar vasitəsilə həyata keçirir. Dövlət həmin vəzifələri həyata keçirərkən fiskal siyasətin iqtisadi artım sürətinin yüksəldilməsinə, iqtisadiyyatda dövri tərəddüdlərin hamarlaşdırılmasına, əhalinin tam məşğulluq səviyyəsinə və inflyasiyanın mülayim sürətinə nail olunması kimi ictimai məqsədləri əsas tutur. Dövlət fiskal siyasətini həyata keçirərkən qarşıya qoyduğu bu məqsədlərə müxtəlif növ vergi və vergi dərəcələri ilə, transfert ödənişləri və digər növ dövlət xərcləri alətləri vasitəsilə nail olur.

Fiskal siyasətə müxtəif növ vergilər və vergi dərəcələri ilə təsir edilməsi məcmu xərclərə mənfi təsir aləti rolunda çıxış edir. Belə ki, istənilən vergi növü əldə olan gəlirin məbləğini azaldır. Bu isə öz növbəsində nəinki istehlak xərclərinin azalmasına, eyni zamanda yığımların da səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Dövlət xərclərinin başqa bir komponenti isə transfert ödənişlərdir. Transfert ödənişləri dövlət xərclərinin təkrar bölüşdürülməsinin bir forması olaraq əhaliyə pensiya, müavinat və b. formada verilən əvəzsiz dövlət ödənişləridir. Transfert ödənişləri əhalinin gəlirlərini artırmaqla istehlak tələbatına dolayı yolla təsir göstərməkdədir. Transfert ödənişləri şəxsi əllərdə yığılan gəlirlərlə nəzərə alındığı üçün ümumi milli məhsulun tərkibinə daxil edilmirlər. Buna görə də transfert ödənişləri zamanı şəxsi istehlak səviyyəsi milli gəlirin səviyyəsindən deyil, əldə olan gəlirlərin səviyyəsindən asılı olur.

Fiskal siyasətin alətləri iqtisadiyyata müxtəlif formalarda təsir göstərməkdədirlər. Dövlət satınalmaları dövlətin məcmu xərclərinin əsas elementlərindən biri kimi xərclər səviyyəsinin artımına səbəb olur.

Fiskal siyasətin diskret və avtomatik kimi iki tipi fərqləndirilir:

Fiskal siyasətin çevik və dəyişkən bir xarakter daşıyan diskret tipi ölkədə ÜDM həcminin dəyişməsi, məşğulluq səviyyəsinin optimallaşdırılması, qiymətlərin səviyyəsinin dəyişməsi və inflyasiyanın tənzimlənməsi məqsədilə vergilər və dövlət xərcləri arasında manevr etmək, mövcud situasiyadan səmərəli çıxış yolları tapmaq deməkdir.

Fiskal siyasətin diskret tipi: ictimai işlər, transfert ödənişlərdəki dəyişikliklər və vergi dərəcələrinin dəyişdirilməsi alətləri ilə həyata keçirilir.

Diskret fiskal siyasətin tətbiqi bir sıra problemlərlə bağlıdır. Bu problemlərdən ən başlıcası vergi dərəcələrinin dəyişdirilməsinin cəmiyyətin müxtəlif təbəqələri arasında birtərəfli qəbul edilməməsi ilə bağlıdır.

Təcrübədə dövlət tərəfindən hazırlanmış xüsusi dövlət proqramlarının tətbiq olunması fiziki və hüquqi şəxsləri stimullaşdırmaq məqsədilə onlara bir sıra güzəştlərin tətbiqi fiskal siyasətin diskret tipindən istifadə olunaraq həyata keçirilmişdir. Şübhəsiz ki, bu tədbirlərin səmərəlilik dərəcəsi vaxt amili və mövcud vəziyyətin özünəxas cəhətlərindən asılı olmuşdur. Aydındır ki, bu cür proqram və tədbirlərin iqtisadiyyatın böhran dövrlərində tətbiq edilməsi əlavə bir sıra çətinliklərə gətirib çıxardır.

Dövlət diskret fiskal siyasət həyata keçirərkən ölkədə işgüzar fəallığın yüksək olmadığı bir müddətdə vergi dərəcələrini azaltmaq səmərəli ola bilər. Bu zaman dövlət həm də öz vəzifələrini normal yerinə yetirə bilmək üçün vergi dərəcələrini yüksəltmədən, xərcləri artırmaq məcburiyyəti yaşaya bilər. Məlumdur ki, vergi dərəcələrinin sabit qaldığı və ya aşağı salındığı halda dövlət xərclərinin artması büdcədə kəsir yaranmasına səbəb olacaqdır. Lakin mövcud vəziyyətdən asılı olaraq, dövlətin bu yolu seçməsi ölkənin təsərrüfat həyatının dinamik olmasıyla izah olunur. Bu o deməkdir ki, dövlət və hakimiyyət orqanları ilk baxışda əlverişli görünməyən bu üsuldan ümumi milli mənafe baxımından istifadə etməyi məqsədəuyğun hesab edirlər.

Dövlətin həyata keçirdiyi diskret fiskal siyasət ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə planlı şəkildə vergitutma və budcə xərclərini tənzimləyir. Iqtisadi tsiklin müxtəlif dövrlərində bu tənzimləmə forması fərqlənir. Belə ki, iqtisadi böhranlar dövründə dövlət öz xərclərini yüksəldir, vergilərin səviyyəsini isə azaldır. Bu isə alıcılıq tələbatının artmasına gətirib çıxarır. İstehsal zamanı artım inflyasiya ilə müşayiət olunduğu zaman dövlət öz xərclərini azaldaraq və vergilərin səviyyəsini artıraraq işgüzar fəallığın qarşısını almış olur. Iqtisadi tənəzzül dövründə isə məcmu tələbi stimullaşdırmaq məqsədilə dövlət diskret fiskal siyasət vasitəsilə xərclərin həcmini artırmaqla və yaxud vergilərin səviyyəsini azaltmaqla planlı şəkildə büdcə kəsiri yaratmış olur.

Dövlət xərclərinin həvəsləndirici təsir göstərməsi məqsədilə onlar vergi daxilolmaları hesabına maliyyələşdirilməməlidirlər. Vergi dərəcələrinin yüksəldilməsi işgüzar fəallığa olan stimulun azalmasına səbəb olur ki, bu da öz növbəsində istehsalın həcminin azalmasına səbəb olur. Elə buna görə də, dövlət xərclərinin artımı birmənalı olaraq büdcə kəsri ilə nəticələnir.

Beləliklə, diskret fiskal siyasət zamanı dövlət, isehsalın tənəzzülə uğradığı dövrdə dövlət xərclərini artıraraq, inflyasiya ilə müşayiət olunan iqtisadi yükşəliş dövründə isə dövlət xərclərini azaldaraq iqtisadi böranları yüngülləşdirir, bununla da milli istehsalın həcminin artmasına nail olmuş olur.

Fiskal siyasətin passiv xarakter daşıyan avtomatik tipi vergi dərəcələrinin sabit olduğu dövrdə iqtisadiyyatda baş verən təbii dəyişikliklərlə bağlıdır. Belə ki, avtomatik fiskal siyasət əvvəlcədən müəyyən olunmuş, eyni zaman daxilində prosesin öz-özünü tənzimləməsi halı kimi xarakterizə olunur.

Fiskal siyasətin avtomatik tipi: vergi ödənişlərinə dəyişikliklər edilməklə, işsizlərə müavinat və bir sıra sosial ödənişlər edilməklə, fermerlərə subsidiyalar verməklə həyata keçirilir.

Avtomatik fiskal siyasət məcmu gəlirin dövrü tərəddüdləri nəticəsində dövlət xərcləri, vergilər və dövlət büdcəsinin saldosunun avtomatik dəyişməsidir. Fiskal siyasətin bu tipində iqtisadi yüksəliş zamanı dövlət büdcəsinə xalis vergi daxilolmalarının həcminin avtomatik artmasını, iqtisadi tənəzzül dövründə isə əksinə, dövlət büdcəsinə xalis vergi daxilolmalarının avtomatik azalmasını nəzərdə tutur. Bütün bu hallar isə quraşdırılmış özünütənzimləyicilərin vasitəsilə baş verir.

Quraşdırılmış, özünütənzimləyicilər ölkənin iqtisadi siyasətində heç bir dəyişiklik etmədən istehsal və məşğulluq səviyyələrindəki tərəddüdləri azalda bilən bir mexanizmdir. Həmin quraşdırılmış tənzimləyicilər bunlardır:



  1. İqtisadi yüksəliş dövründə əhalinin gəlirlərinin səviyyəsi artdıqda bu gəlirlər daha yüksək vergi dərəcələri ilə vergiyə cəlb olunurlar. Bu zaman məcmu tələbin qarşısını alan proqressiv vergi sistemi tətbiq olunur. Iqtisadi tənəzzül dövründə gəlir səviyyəsi azaldıldıqda vergi dərəcələrinin də aşağı salınması əhalinin əlində olan gəlirlərin artmasına səbəb olur. Bu zaman məcmu tələbin stimullaşdırılması prosesi baş verir.

  2. İqtisadi tənəzzül dövründə işsizlərin sayının artması səbəbilə işsizliyə görə ödənilən müavinatların və s. sosial ödənişlərin səviyyəsi artır. İqtisadi yüksəliş dövründə isə işsizlik səviyyəsi azalır, bu da avtomatik olaraq sosial ödənişlərin səviyyəsinin azalmasına gətirib çıxarır.

Fiskal siyasətin müsbət cəhəti iqtisadi vəziyyətin ani dəyişməsilə quraşdırılmış, özünütənzimləyicilərin hərəkətə keçməsilə bağlıdır. Mənfi cəhəti isə dövri tərəddüdləri tamamilə aradan qaldıra bilməməsilə bağlıdır.

Fiskal siyasətin məqsədindən aslı olaraq 2 növü ekspansionist və restriksionist növləri vardır. Ekspansionist fiskal siyasət istehsalın tənəzzülü dövründə dövlət xərclərinin səviyyəsinin yüksəldilməsi, vergi dərəcələrinin azaldılması yolu ilə həyata keçirilir. Ekspansionist siyasət uzunmüddətli dövr üçün vergi dərəcələrinin azaldılması zamanı iqtisadi artım səviyyəsinin stimullaşdırılmasına səbəb olacaqdır. Belə bir hal keçən əsrin 80-ci illərində inkişaf etmiş ölkələrdə vergi dərəcələrinin aşağı salınması nəticəsində iqtisadi artım səviyyəsinin stimullaşdırılması ilə müşayiət olunmuşdur.

Restriksionist fiskal siyasət isə inflyasiya sürətinin aşağı salınması məqsədilə həyata keçirdilir. Fiskal siyasətin bu növü dövlət xərclərinin aşağı salınması və vergi dərəcələrinin səviyyəsinin yüksəldilməsi üsulu ilə həyata keçirilir. Bu siyasət qısamüddətli dövr üçün məcmu tələbi azaltmağa imkan verir. Bu səbəbdən inflyasiyanın səviyyəsinin aşağı salınmasına kömək edir. Uzunmüddətli dövr üçün isə istehsalın tənəzzülünə və işsizlik səviyyəsinin artımına səbəb ola bilər.

Fiskal siyasətdəki dəyişiklik məcmu tələb və məcmu təklifə birlikdə təsir edir. İqtisadi sabitliyi təmin edə bilmək üçün dövlət təcrübədə özünü doğrultmuş vergiləri artırmaqla, dövlət istiqraz və səhmlərini dövriyyəyə buraxaraq fayda əldə edə bilər. Qeyd etmək lazımdır ki, bu zaman fiskal siyasətin həyata keçirilən diskret və ya avtomatik tipləri iqtisadiyyatda baş verən mövcud qanunauyğun prosesləri aradan tam qaldıra bilməsə də,problemlərin tənzimlənməsinə, eyni zamanda idarə olunmasına imkan verir.




    1. Fiskal siyasət nəzəriyyələri

Fiskal siyasət nəzəriyyəsi vergilərin təbiəti və mahiyyəti onların cəmiyyətin həyatındakı rolu və əhəmiyyəti barədə elmi biliklərin sistemidir.3[13]

Vergitutma praktikasının nəzəri cəhətdən əsaslandırılması yolunda həyata keçirilən tədbirlər özünü fiskal siyasət nəzəriyyələrində tapmışdı. Fiskal siyasət nəzəriyyələri iqtisadi ideyanın istiqamətlərinin inkişafı ilə eyni dövrdə təkamül etmişdir.

Vergilər haqqında bütün təsvir və anlayışlar XVII əsrə qədər təsadüfi və tamamilə sistemsiz xarakter daşıyırdı. Belə ki, XVII əsrdən başlayaraq əsas vergi nəzəriyyələri bir təlim kimi formalaşmağa başladı.

Vergitutmada həm ümumi, həm də ayrı-ayrı tədqiqat məsələləri mövcud olduğuna görə ümumi və xüsusi vergi nəzəriyyələri fərqləndirilir.

Vergilərin ümumi nəzəriyyələri vergitutmanın ümumi təyinatını xarakterizə edir. Ən ilkin ümumi vergi nəzəriyyələrindən biri vergitutmada əvəzli qarşılıqlı prinsipə əsaslanan mübadilə nəzəriyyəsidir. Bu nəzəriyyənin mahiyyəti vətəndaşların ödədikləri vergilər müqabilində dövlətdən ictimai aayişin qorunması, xarici hücumlardan müdafiə və s. kimi xidmətlər alması ilə bağlıdır.

Mübadilə nəzəriyyəsinin bir forması kimi ilk dəfə atomistik nəzəriyyə yarandı. Bu nəzəriyyənin mahiyyəti vergilərin vətəndaşların mühafizəsi və ölkənin müdafiəsi qarşılığında məcburi ödəniş forması kimi çıxış etməsindədir.

Daha sonra vətəndaşın cəmiyyətdən aldığı zövqə görə ödədiyi qiymət özünü zövq, ləzzət nəzəriyyəsində tapdı.

Həmin dövrlərdə vergilərin hər hansı bir riskin yaranacağı halda vətəndaşların dövlətə ödədiyi sığorta ödənişi vergilərə sığorta mükafatı kimi baxan nəzəriyyədə formalaşmağa başladı. Bu nəzəriyyəyə görə vergi ödəyiciləri öz gəlirlərinin həcmindən asılı olaraq oğurluq, müharibə, yanğın və s. kimi hadisələrdən öz mülkiyyətlərini sığortalayırlar. Həqiqi sığortadan fərqli olaraq burada vergilər sığorta halı baş verdikdə onun əvəzini geri almaq məqsədilə deyil, müdafiə və qanun pozuntusunun təmin edilməsi məqsədilə dövlət xərclərinin maliyyələşdirilməsi üçün ödənilir.

Tərəfdarları A.Smit və D.Rikardo olan vergilərin klassik nəzəriyyəsi yüksək nəzəri səviyyəyə çataraq, vergilərə hökumətin saxlanılması məqsədilə zəruri olan xərcləri təmin edən dövlət gəlirlərinin bir növü kimi baxırdılar. A.Smit qeyd edirdi ki, hər bir vətəndaşın həm ödəməli olduğu verginin məbləği, həm də ödənilmə müddəti əvvəlcədən dəqiq müəyyən edilməlidir. Belə olmasa, vergi ödəyən vergi yığanın hökmü altına düşəcək, beləliklə vergi yığan bu vəziyyətdən öz şəxsi mənafeyini güdərək istifadə edəcək. Bu səbəbdən vergilər hər bir vergi ödəyicisinə əlverişli olan vaxtda tutulmalıdır.

Hüquqi dövlət haqqında təlimin yaranması yeni vergi nəzəriyyələrinin - qurban nəzəriyyəsi və kollektiv istehlak nəzəriyyəsinin yaranmasına səbəb oldu. Bu nəzəriyyələr verginin məcburi xarakterli olması fikrini irəli sürərək onu cəmiyyətin dövlət quruluşunun mahiyyətindən doğan bir öhdəlik olduğunu izah edirdi.

Mahiyyət etibarilə klassik nəzəriyyəyə tamamilə əks olan Keyns nəzəriyyəsi C.M.Keynsin adı ilə bağlıdır. Bu nəzəriyyəyə görə vergilər iqtisadiyyatın tənzimlənməsinin əsas alətidir, ölkə iqtisadiyyatının uğurlu inkişafının tərkib hissələrindən biridir.

Keynsin fikrincə, tam məşğulluq şəraitində iqtisadi artım pul yığımlarından asılıdır. Tam məşğulluq halı isə praktiki cəhətdən qeyri-mümkündür. Bu da o deməkdir ki, yığımlar istehsala qoyulmamaqla passiv gəlir mənbəyinə çevrilirlər. Bununla da iqtisadi artımın ləngiməsinə səbəb olurlar. Yaranmış bu mənfi halı aradan qaldırmaq məqsədilə artıq yığımları vergilər vasitəsilə büdcəyə cəlb etməklə onlardan investisiya məqsədilə ehtiyyat mənbə kimi istifadə etmək olar. Bu yolla o, kifayət qədər yüksək və artan vergi dərəcələrinin vacibliyini sübut edirdi.

Keyns nəzəriyyəsinə görə yüksək vergilər iqtisadi fəaliyyəti stimullaşdıraraq iqtisadi balanslaşmaya təsir göstərir, aşağı dərəcəli vergilər isə dövlət xəzinəsini azaldaraq iqtisadi dayanıqsızlığın güclənməsinə səbəb olur. Bununla da, Keyns nəzəriyyəsində vergilərin dövlətin tənzimlənmə siyasətində vacibliyi vurğulanır.

XX əsrin 50-ci illərində Milton Fridman tərəfindən pulun kəmiyyət nəzəriyyəsinə əsaslanan monetarizm vergi nəzəriyyəsi irəli sürüldü. Fridmana görə milli iqtisadiyyatın tənzimlənməsi ölkədə olan pulun miqdarından və bankların faiz dərəcələrinə görə dəyişən pul dövriyyəsindən asılıdır. Onun fikrincə, artıq pulları vergilər vasitəsilə dövriyyədən çıxararaq ölkədə olan pul kütləsinin tənzimlənməsinə təsir etmək olar.

Buradan belə bir nəticə alınır ki, monetarizm və Keyns nəzəriyyələrinə görə vergilər iqtisadiyyatın inkişafına mane olan amillərin təsirini azaldır. Monetarizm nəzəriyyəsində bu amillər pul kütləsi olduğu halda, Keyns nəzəriyyəsində həmin amillər yığımlardır.

XX əsrin 80-ci illərində vergilərin iqtisadiyyatın inkişafının və tənzimləmənin əsas amillərindən hesab edilən təklif iqtisadiyyatı nəzəriyyəsi yarandı. Təklif iqtisadiyyatı nəzəriyyəsinə görə vergitutmanın səviyyəsinin yuxarı olması sahibkarlıq fəaliyyətinə və investisiya fəallığına mənfi təsir göstərir, nəticədə vergi ödənişlərinin səviyyəsinin azalması baş verir.

Vergilərin səviyyəsilə dövlətin real gəlirləri arasındakı nisbət iqtisadiyyatda sıx-sıx müraciət edilən, lakin hələ də tam həllini tapmamış vacib məsələlərdəndir. Bu problemin həlli vergi dərəcələri və vergi daxilolmalarının həcmi arasındakı asılılığı özündə əks etdirən əyrini – Laffer əyrisini meydana gətirdi:

y
y1



0 x1 x

Qrafik 1. Laffer əyrisi

Burada, x və y uyğun olaraq, vergi dərəcəsi və büdcə gəlirlərini, x1 və y1 isə büdcə gəlirlərinin maksimum qiymət aldığı vergi dərəcəsi və büdcə gəlirlərinin maksimum mümkün həddini göstərir.

Laffer beləliklə, vergitutmanın proqressivliyi ilə büdcə gəlirləri arasında kəmiyyət asılılığının parabolik əyrisini quraraq vergilərin azaldılmasının investisiya fəallığına müsbət təsir göstərdiyi nəticəsinə gəldi.

Laffer onu da qeyd edirdi ki, əyrinin əsasını təşkil edən fundamental ideya ondan ibarətdir ki, vergi dərəcəsinin son həddi mümkün qədər yüksək olduğu halda vergi ödəyicilərinin vergi ödəməkdən yayınması da bir o qədər yüksək olacaqdır. Beləliklə, vergi ödəyicilərinin bir hissəsinin iqtisadiyyatın leqal sektorundan gizli sektoruna keçməsi baş verir.

Laffer nəzəriyyəsinə görə, gizli iqtisadiyyatın inkişafı ilə vergi sistemi arasında tərs mütənasiblik var. Yəni vergi dərəcələrinin artımı gizli iqtisadiyyatın da ölçülərinin artmasına səbəb olur, vergi siyasətinin inkişafında azalma baş verir.

Laffer korporativ vergilərin hesablanması zamanı yarana biləcək çətinlikləri əvvəlcədən görərək, əmələ gətirdiyi əyri xətti gəlir vergisi hesabına dövlət gəlirlərinin hesablanmasına yönəltmişdir. O gəlirdən büdcəyə daxil olmalı olan verginin son həddini 30 faiz həddində hesab edir. Onun fikrincə bu hədd daxilində iqtisadi fəallıq yüksələcək, vergi daxilolmalarının ümumi həcmi də artacaqdır.

Xüsusi vergi nəzəriyyələrindən ən birincisi birbaşa və dolayı vergilərin nisbəti nəzəriyyəsi olmuşdur. Bu nəzəriyyəyə görə vergi sistemləri əsasən birbaşa vergilərdən təşkil olunurdu, dolayı vergilər isə əmtəənin dəyərini artırdığı üçün xalqın sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərən vergilər hesab olunurdu.

Vergitutmada sosial ədalətliliyin təmin edilməsi maliyyə sferasında elmi nəzəriyyələrin yarandığı ilk vaxtlardan daim mütəxəssislərin qarşısında duran əsas məsələlərdən biri olmuşdur. Buna görə də vahid vergi nəzəriyyəsinin meydana gəlməsi ilk öncə demokratik vergi sisteminin yaradılması məqsədilə aparılan islahatlarla bağlı idi. Bu ideya vergilərin hesablanıb ödənilməsi mexanizminin nə qədər mürəkkəb, sərt və ağır olduğunun aradan qaldırılması mahiyyətini əks etdirmişdir.

Vahid vergi nəzəriyyəsi ilə bağlı irəli sürülən fikirlərin əsasını vergilərin vahid bir mənbədən-gəlirdən ödənilməsi ideyası təşkil edirdi. Bu səbəblə, vahid vergi nəzəriyyəsinə görə sayca çoxluq təşkil edən müxtəlif vergi növlərilə müqayisədə vahid verginin tətbiqi vergitutmada daha sadə forma kimi məqsədəuyğun ola bilər. Bu fikrin meydana gəlməsi cəmiyyətin imtiyazlı təbəqələrinə məxsus sərvətlərin vahid aksiz formasında vergiyə cəlb edilməsi məqsədlərindən əmələ gəlmişdir.

Bir sıra nəzəriyyəçilər vahid vergitutma obyekti kimi kapitalı əsas götürürdülər. Onların fikrincə, vahid vergitutma obyekti kimi kapitaldan dövlət xəzinəsinə daxilolmalar dövlətin bütün xərclərini ödəyə bilər. Buna görə də onlar, vahid vergiyə bütün bədbəxtliklərdən çıxış yolu kimi baxırdılar. Lakin kapitaldan vahid verginin tutulması praktikada özünü doğrultmur, yalnız nəzəriyyədə mümkün ola bilər.

İstənilən halda vahid verginin tətbiqilə ədalətsizlik prinsipinin aradan qaldırılması halı tam mümkün deyil. Bunu vahid verginin əvəz etdiyi hər bir vergi növündə ədalətsizlik əlamətlərinin mövcudluğu ilə izah etmək olar. Belə olan halda vahid verginin tətbiqilə bir neçə vergi növünün birləşdirilməsi baş verir, həmin vergilərə məxsus ədalətsizlik əlamətləri də bir vergidə birləşdirilmiş olur. Nəticədə ədalətsizlik əlamətləri ayrı-ayrı vergi növlərinə nisbətdə vahid vergidə özünü daha çox biruzə vermiş olur. Vahid verginin daha bir çatışmayan tərəfi isə onun tətbiqi zamanı az gəlirlərin vergidən azad edilməsi və yaxud aşağı vergi dərəcələrinin tətbiqinin məqsədəuyğun hesab edilməməsidir. Çünki adətən cəmiyyətin az gəlirli təbəqəsinin xüsusi çəkisi varlılara nisbətdə daha çox olur.

Qeyd olunanlarla yanaşı, beynəlxalq təcrübə göstərir ki, vahid verginin tətbiqi zamanı yalnız ayrıca götürülmüş bir neçə vergi növünün birləşdirilərək müəyyən kateqoriyalı vergi ödəyicilərinə tətbiqi daha məqsədəuyğundur. Buna dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda sadələşdirilmiş verginin tətbiqini misal göstərmək olar.

Vergitutmanın nəzəri əsaslarına vergilərin sosial-siyasi xarakteri böyük təsir göstərirdi. Bu da özünü mütənasib və proqressiv vergitutma nəzəriyyəsində tapmışdır. Bu nəzəriyyəyə görə vergi ödəyicisinin gəlirinin artması vergi dərəcələrinin də artmasına səbəb olacaqdır.

Vergitutmanın əsas problemlərindən biri özünü vergilərin başqasının üzərinə keçirilməsi nəzəriyyəsində tapdı. Bu nəzəriyyənin mahiyyəti vergi yükünün bölüşdürülməsinin nəticəsinin yalnız qiymətin əmələ gəldiyi mübadilə prosesində mümkün olması ilə bağlı idi. Bu nəzəriyyənin banisi C.Lokk vergilərin ağırlığının sonda torpaq mülkiyyətçisinin üzərinə düşdüyü nəticəsinə gəlmişdi. Kolumbiya Universitetinin professoru E.Seliqmen də bu nəzəriyyənin əsas müddəalarını şərh edərək onun iki növünü fərqləndirdi: verginin satıcıdan alıcının üzərinə keçirilməsi və verginin alıcıdan satıcının üzərinə keçirilməsi.



    1. Yüklə 455,5 Kb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə