Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə5/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   2   3   4   5   6   7   8   9   ...   114

 
12
qabarlı əlləri ilə qazanmışdılar. Axşam yorğun-arğın evə qayıdır, arvadı qabağına 
yemək qoyur, sonra da yıxılıb yatır. Elə ağır yatır ki, yuxu da görmür… 
– Bir qədəh gilas arağı, – deyə sifariş verdi. 
Ölən qızın sağ ayağında nazik, ucuz, saxta qızıldan hazırlanmış zəncir vardı. Belə 
səfehliyi ancaq zövqsüz, xəyalpərvər cavanlıqda eləmək olardı… Düyməsində 
«Toujours Charles»(1) yazılmış bu zəncir ayağına elə dolanmışdı ki, açmaq 
olmurdu və Sena çayının sahillərində keçən bazar günlərindən, eşqbazlıqdan, çılğın 
gənclikdən, Neydəki balaca zərgər dükanından, talvarda keçən sentyabr 
gecələrindən xəbər verirdi. Və qəflətən gələn ayrılıq, yollarda qalan gözlər, qorxu, 
qəfil yoxa çıxan Şarl… Haradasa bir mamaça tanıyan rəfiqəsi… Mamaça, üstünə 
müşəmbə salınmış stol, dəhşətli ağrılar, qanaxma… qan… qarının qorxudan 
qırışmış sifəti… Başından eləmək üçün onu taksiyə qoyan əllər… Sonra o əzablı-
işgəncəli günlər və nəhayət, təcili yardım, xəstəxana, alışıb – yanan tərli ovcunda 
sıxdığı olan-olmazı – yüz frank və bir də… artıq gec idi… 
Radio xırıldamağa başladı. Kimsə tanqo üstündə qart səslə mənasız sözlər 
oxuyurdu. Ravik birdən hiss elədi ki, bayaqkı təşrihin gedişini təzədən xatırlayır, 
hər hərəkətini saf-çürük edir. Bir-iki saat əvvəl olsaydı, yenə nəsə eləmək mümkün 
idi. Veber zəng elətdirib, ancaq mehmanxanada tapılmayıb. Demək, o, de Alma 
körpüsünün üstündə dayanıb çaya baxıb, qız da buarda ölüb. Veber belə təşrihi tək 
eləyə bilmirdi. Təsadüfə bax! Qızıl zəncir taxılmış ayaq süst düşərək… 
«Ay doğur, gəl qayıqla gəzək biz…» – saxta tenor səs zilə qalxdı… 
Ravik pulunu verib çıxdı. Küçədə taksi saxlatdı. 
– «Oziris»ə sürün, – dedi. 
«Oziris» möhkəm qayda-qanunlu böyük bir fahişəxana idi. Nəhəng barı Misir 
üslubunda tikilmişdi. 
Qapıçı onu görən kimi: 
– Bağlayırıq, – dedi, – heç kəs qalmayıb. 
– Heç kəs? 
– Təkcə madam Rolandadır. Qızlar dağılışıb. 
– Çox yaxşı. 
Qapıçı narazı tərzdə ayağındakı qaloşları daş döşəməyə sürtdü. 
– Taksini buraxırsınız? Sonra tapmaq çətin olacaq. İşin axırıdır. 
– Bunu bir dəfə dediniz. Narahat olmayın, taksi taparam.  
Ravik qapıçının döş cibinə bir qutu siqaret basıb içəri girdi, asılqanın yanındakı 
ensiz qapıdan böyük zala keçdi. Bar bomboş idi; ətrafa dağılmış şərab, çevrilmiş 
stullar, döşəmədəki siqaret kötükləri, tütün, ətir qoxusu yenicə qurtarmış kef 
məclisindən xəbər verirdi. 
– Rolanda! 
Rolanda, üstündə çəhrayı rəngli ipək paltarlar qalaqlanmış stolun yanında 
dayanmışdı və Raviki görəndə heç təəccüblənmədi: 
– Gecdir, Ravik. Nə istəyirsən? Qız, yoxsa içmək? Bəlkə, ikisini də? 
– Araq. Polşa arağı. 
Rolanda şüşə və qədəh gətirdi. 


 
13
– Özün süz, iç. Mən, gərək, bu paltarları seçib yazam. Camaşırxananın maşını 
indicə gələcək. Hamısını bircə-bircə yazmasan, bu qırxquldur çırpışdırır. 
Sürücüləri deyirəm! Öz qızlarına hədiyyə eləyirlər… 
– Musiqi çaldır, Rolanda. Özü də lap ucadan. 
– Yaxşı. 
Rolanda cihazı işə saldı. Gur musiqi səsi bu nəhəng, boş zalı başına götürdü. 
– Çox gur oldu, Ravik? 
– Xeyr. 
«Çox gur? Nə idi çox gur olan? Yalnız buradakı sükut! Havasız otaq kimi adamı 
boğan sükut!» 
– Qurtardım! – Roland Ravikə yaxınlaşdı. Onun şax qaməti, aydın sifəti, sakit, 
qara gözləri vardı. Əynindəki abırlı qara paltardan bilinirdi ki, dayədir və bu paltar 
onu, demək olar ki, çılpaq gəzən fahişədən fərqləndirirdi. 
– Mənə yoldaşlıq elə, Rolanda. 
– Yaxşı. 
Ravik bardan ayrı qədəh gətirib araq süzdü. Qədəh yarıya çatanda Rolanda şüşədən 
yapışdı: 
– Bəs eləyər. Çox içən deyiləm. 
– Yarımçıq qədəhdən zəhləm gedir. İçmədiyin qalar. 
– Niyə? Bu ki bədxərclikdir. 
– Bədxərcliyə bax! Fransızlar ömrü boyu ondan qorxublar! Qısmaq nəyə lazımdır? 
Axı sənin həyatına heç kəs qənaət eləmir… 
– Bu, alverdir, tamam başqa şeydir. 
Ravik güldü: 
– Gəl onda elə bu sağlığa içək! Görəsən, alver qayda-qanunları olmasaydı, dünya 
neyləyərdi?! Canilərlə, idealistlərlə, tənbəllərlə dolardı. 
– Sənə qız lazımdır, Ravik. İstəyirsən, Kikiyə zəng vurum. Qəşəng qızdır, iyirmi 
bir yaşı var. 
– Belə de… Bunun da iyirmi bir yaşı var. Yox, o, bu gün mənim malım deyil. 
Ravik qədəhini doldurdu. 
– Rolanda, yuxuya getməzdən əvvəl nə haqda fikirləşirsən? 
– Çox vaxt heç fikirləşmirəm. Yaman yoruluram. 
– Bəs çox yorğun olmasan? 
– Tur barədə. 
– Niyə? 
– Xalamın orada evi var. Altı da mağazadır. İki dəfə girov haqqını mən vermişəm. 
Yetmiş altı yaşı var, öləndə ev mənə qalacaq. İstəyirəm. mağazanı kafe eləyim. 
Açıq rəngli güllü divarlar, üç nəfər musiqiçi – piano, skripka, violonçel… Arxası 
da var… Xudmani bir kafe… Ev gedişli-gəlişli yerdədəir. Mənə elə gəlir, 
pərdələri, çilçırağı ilə bir yerdə doqquz min beş yüz franka başa gətirmək olar. 
İstəyirəm, ilk günlər üçün beş min frank da ehtiyatım olsun. Bir də ikinci, üçüncü 
mərtəbələrin kirayəsi… Mən bunlar haqda düşünürəm, Ravik. 
– Sən Turda anadan olmusan? 
– Bəli. Ancaq o vaxtdan hara getdiyimi bilən yoxdur. İşlər yaxşı getsə, heç 
maraqlanan da olmayacaq. Pul hər şeyi həll eləyir. 


 
14
– Hər şeyi yox, çox şeyi… 
Ravik gicgahlarında küt ağrı hiss elədi, gördü ki, dili dolaşır. 
– Deyəsən, çox içdim, – deyə cibindən pul çıxardı. – Turda ərə gedəcəksən, 
Rolanda? 
– Gedən kimi yox. Bir az keçsin, sonra… Orada adamım var. 
– Onun yanına gedirsən? 
– Hərdən. Arabir özü məktub yazır. Əlbəttə, başqa ünvana. Evlidir, ancaq arvadı 
xəstəxanada yatır. Vərəmdir. Həkimlərin dediyinə görə, bir-iki ilə ancaq yaşayar. 
Sonra tək olacaq. 
Ravik durdu. 
– Allah özü sənə kömək olsun, Rolanda. Sənin çox sağlam düşüncə tərzin var. 
Rolanda inamla gülümsədi. Ona elə gəldi ki, Ravik düz deyir. Aydın sifətində daha 
yorğunluq əlaməti görünmürdü. Gümrah idi, elə bil yenicə yuxudan durmuşdu. Nə 
istədiyini yaxşı bilirdi. Həyatın ondan gizli heç bir sirri yoxdur. 
Bayırda hava işıqlanmışdı. Yağış da kəsmişdi. Qapıçı getmiş, gecə öz qınına 
çəkilmiş, gündüz başlamışdı. Dəstə-dəstə tələsən adamlar basabasla metrolara 
doluşurdular. Sanki, bu metrolar yarğanlar idi, adamlar da özlərini qədim Allahlara 
qurban vermək üçün ora girirdilər… 
Qadın divandan dik atıldı. Qışqırmadı, zəif, boğuq bir səs eşidildi, dirsəklənib 
yerindəcə dondu. 
– Qorxmayın! – Ravik tez dilləndi. – Mənəm. Sizi bura gətirən adamam. 
Qadın dərindən nəfəs aldı. Ravik onu güclə seçirdi. Hələ də yanan elektrik işığı 
pəncərədən süzülən günəş işığına qarışaraq otağı solğun, sarıya ölgün bir işığa 
bələmişdi. 
– Zənnimcə, indi söndürmək olar, – deyib Ravik düyməni burdu. O, yenə də 
gicgahlarında küt ağrılar hiss edirdi. – Səhər yeməyi istəmirsiniz? – deyə soruşdu. 
O, qadını büsbütün unutmuşdu, gəlib aşağıdan açarı götürəndə xatırlamış və elə 
bilmişdi ki, getmiş olar. Kaş elə getmiş olaydı! Ravik çox içmişdi, şüurunun 
pərdələri çəkilmiş, zamanın cingiltili zənciri sınmış, qorxu-hürkü bilməyən coşğun 
xatirə və xəyallar onu öz qoynuna almışdı. O, indi tək qalmaq istəyirdi… 
– Qəhvə istəyirsiniz? – deyə yenə soruşdu. – Burada ondan yaxşı heç nə olmur. 
Qadın başını buladı. Ravik diqqətlə onu süzdü. 
– Nə olub? Gələn var idi? 
– Xeyr. 
– Ancaq nəsə olub. Mənə elə birtəhər baxırsınız ki…  
Qadının dodaqları tərpəndi və «İy var» sözləri eşidildi. 
– İy? – Ravik heç nə anlamadı. – Araqdan iy gəlməz. Gilas arağı, brendi də elə… 
Siqaret də deyil, çünki özünüz çəkənsiniz. Burada qorxmağa özgə nə səbəb ola 
bilər? 
– Elə demək istəmirəm… 
– Allah eşqinə, bəs nəyi deyirsiniz? 
– Həminkidir… Həmin iydir… 
– İlahi, efir iyi olacaq!.. – Bu, birdən Ravikin ağlına gəldi. – Efirdir? 
Qadın başını tərpətdi. 
– Nə vatsa təşrih olunmusunuz? 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə