Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə4/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   2   3   4   5   6   7   8   9   ...   114

 
10
Dümağ stolun üstünə uzadılan şey bir az da bundan qabaq özündə ümid işartısı, 
dözüm yaşadan titrək bir həyat parçası idi. İndi isə cansız meyit olmuşdu və 
ömründə heç vaxt səhv addım atmadığı ilə öyünən Ejeni adlı avtomat insan onun 
üstünə ağ mələfə çəkib apardı. «Belələri həmişə hər şeyə dözürlər, – Ravik 
ürəyindən keçirdi. – Günəşin bu daşürəklilərdən xoşu gəlmir, ona görə də onları 
unudur və axır nəticədə, belələri çox yaşayır». 
Veber dilləndi. 
– Hələlik, Ejeni, bu gün doyunca yatın. 
– Hələləik, doktor Veber. Təşəkkür edirəm, cənab doktor. 
– Hələlik. – Bunu da Ravik dedi. – Bayaqkı söyüşə görə də bağışlayın. 
– Sabaha qədər. – Ejeni çox soyuq tərzdə cavab verdi. Veber üz-gözünü turşutdu: 
– Yaman tündməcaz qızdır. 
Bayırda tutqun bir səhər açılırdı. Küçədən zibildaşıyan maşınların tırıltısı eşidilirdi. 
Veber yaxalığını qaldırdı: 
– Çox pis havadır. Sizi aparım, Ravik? 
– Xeyr, təşəkkür edirəm. Piyada gedəcəyəm. 
– Belə havada? Apara bilərəm. Heç bir tin də deyil. 
Ravik başını yırğaladı: 
– Təşəkkür edirəm, Veber. 
Veber onu sınayıcı nəzərlərlə süzdü: 
– Qəribədir, – dedi, – bıçağınızın altından kimsə sağ çıxmayanda hələ də 
həyəcanlanırsız. On beş ildir adam yarırsınız, belə şeyləri çox görmüsünüz. 
– Bəli, çox görmüşəm. Amma yenə həyəcanlanıram.  
Kök, boy-buxunlu Veber onunla üzbəüz dayanmışdı. Kopuş yanaqları Normandiya 
alması kimi qıpqırmızı idi. Yağış islatdığından qara, qısa bığları işıldayırdı. 
Səkinin kənarında bir «Buik» dayanmışdı və o da beləcə işıldayırdı. Veber indi ona 
minib evinə gedəcək. Çəhrayı rəngli evi şəhərin kənarında idi. Bu evdə onu 
tərtəmiz, gözqamaşdıran arvadı, bir cüt tərtəmiz, gözqamaşdıran balası, tərtəmiz, 
gözqamaşdıran bir həyat gözləyirdi. Nəfəsini içinə çəkib bıçağı ilk dəfə ehtiyatla 
ətə vuranda şırımlanan qıpqırmızı qanı, pərdə kimi qat-qat açılan bədəni görəndə, 
ömründə işıq nə olduğunu bilməyən əzalar bir-bir üzə çıxanda, cəngəllikdə ov 
dalınca düşmüş ovçu kimi axtaranda, zədələnmiş toxumalarda, şişlərdə, vəzilərdə 
ən dəhşətli yırtıcıya – ölümə rast gələndə keçirdiyin gərginliyi, həyəcanı beləsinə 
başa salmaq olardımı? Həmin yırtıcı ilə döyüşə girirsən, ancaq əlində iti bıçaqdan 
iynədən, sonsuz inamdan başqa heç nə olmur…Bütün diqqətini cəmləşdirib ürəklə 
işlədiyin anda qəflətən haradansa qorxunc bir kölgə sürünüb, qanına işləyir, 
qəhqəhə çəkərək, «mən də varam» deyir, sanki, bıçağı korşaldır, iynə az qalır sına, 
əllərin ağırlaşır və o gizli, müəmmalı, döyünən həyat birdən-birə keyləşmiş 
əllərindən çıxır, qapqara qorxunc bir dalğa onu qoynuna alıb, uzaqlara aparır, nə 
qədər çalışırsan, qabağını kəsə bilmirsən, gedəndə də dalınca çatmırsan… Nə 
vaxtsa nəfəs alan, həyatda öz adı olan bir insan o dəqiqə heçə dönür, ölüm pərdəsi 
çəkilmiş sifətində əli hər yandan üzülmüş zəif bir müqavimət nişanəsi donub 
qalır… Bütün bunların nə demək olduğunu o, haradan bilər? Bunları ona başa 
salmaq olardımı? Axı burada başa salınası nə var idi? 
Ravik təzədən siqaret yandırdı: 


 
11
– İyirmi bircə yaşı vardı… – dedi. 
Veber yaylığını çıxarıb, bığlarında işıldayan yağış damcılarını sildi: 
– Siz çox yaxşı işlədiniz, Ravik. Şəxsən mən bacarmazdım. Kiminsə 
başısoyuqluğu üzündən onu xilas edə bilmədiniz… Bu, sizin günahınız deyil. hər 
şeyə belə yanaşsaq, axırımız hara gedib çıxar? 
– Bəli, doğrudan, hara gedib çıxar?! 
Veber yaylığı cibinə qoydu. 
– Siz, gərək, bu qədər görüb-götürəndən sonra çox dözümlü olaydınız. 
Ravik istehza ilə ona baxdı: 
– Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür… 
– Mən də elə onu nəzərdə tuturdum. 
– Ancaq bəzilərinə heç öyrəşmək də olmur. Niyəsini demək çətindir. Tutaq ki, 
qəhvədən oldu. Bəlkə də, elə, doğrudan, qəhvədən oldu. Biz də onu həyəcanla 
qarışdırırıq. 
– Yaxşı qəhvə idi. Elə deyil? 
– Çox yaxşı idi. 
– Qəhvə dəmləməyin ustasıyam. Birdən hiss elədim ki, qəhvə istəyirsiniz, ona görə 
də özüm hazırladım. Hər halda, Ejeninin düzəltdiyi qapqara horradan yaxşı idi. 
Düz deyirəm? 
– Heç müqayisəyə gəlməz. Qəhvə dəmləməkdə mahirsiniz.  
Veber maşina oturub, onu işə saldı, başını pəncərədən çıxarıb dedi: 
– Bəlkə, doğrudan, sizi aparım? Axı çox yorulmusunuz. 
«Porsuq kimidir, – Ravik ürəyindən keçirdi. – Şişmiş porsuğa oxşayır. Bəs bu nə 
deməkdir? Haradan ağlıma gəldi? Niyə belə əks fikirlər gəlir ağlıma?» 
Yorğun deyiləm, – dedi, – qəhvə məni ayıldıb. Yuxunuz şirin olsun, Veber. 
Veber güldü. Qara bığlarının altından dişləri ağardı:  
– Yatmaq nədir?! Gedib bağda işləyəcəm, zanbaq, nərgizgülü basdıracağam. 
«Hə, zanbaq, nərgizgülü… – Ravik ürəiyndən keçirdi. – Aralarına çınqıl tökülmüş, 
dırmıqlanmış ləklərdə… Zanbaq, nərgizgülü – baharın narıncı, qızılı 
müjdəçiləri…» 
– Hələlik, Veber, – dedi, – yəqin, o biri işləri özünüz görəcəksiniz. 
– Əlbəttə! Axşam zəng vuraram. Təəssüf ki, qonorar az olacaq. Heç deməyə 
dəyməz… Qız kasıb imiş və deyəsən, qohumu yoxdur. Hələ baxarıq… 
Ravik əlini yellətdi. 
Ejeniyə yüz frank verib, – Veber sözünə davam etdi, – deyəsən. Olanı bu imiş. 
Ondan iyirmi beşi sizindir. 
– Yaxşı, yaxşı… – Ravikin səbri tükəndi. – Hələlik, Veber. 
– Hələlik. Sabah səkkizə qədər… 
Ravik asta-asta Lauriston küçəsi ilə gedirdi. Yay olsaydı, Bulon meşəsindəki 
skamyalardan birində oturar, səhər günəşində qızına-qızına heç nə fikirləşmədən, 
həyəcanı sovuşub keçənə, kimi çaya, yaşıl meşəyə tamaşa edər, sonra da 
mehmanxanaya gedib yatardı. 
Buasor küçəsinin tinindəki bistroya girdi. Piştaxtanın yanına bir neçə fəhlə və yük 
maşını sürücüləri yığışmışdı. Onlar bulka ilə isti, tünd qəhvə içirdilər. Ravik bir 
xeyli onlara tamaşa elədi. Ən etibarlı, ən sadə həyat… Onu öz zəhmətləri ilə, 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə