37
Ravik də başını qaldırdı. Növbətçinin yanıda əl buyruqçusu işləyən oğlan onlara
tərəf gəlirdi. Əlində balaca bir bağlama vardı.
– Bu, sizə çatacaq, – dedi.
– Mənə? – Ravik bağlamaya baxdı. Lap balaca idi və nazik kağıza bükülüb
sarınmışdı. Üstündə ünvan yazılmamışdı.
– Mənə bağlama gələsi deyil, səhv düşüb. Kim gətirdi?
– Bir qadın... xanım... – oğlan kəkələdi.
– Qadın, yoxsa xanım? – Morozov soruşdu.
– Belə... yəni həm ondan, həm də bundan...
Morozov güldü:
– Sən nə fərasətli oğlan imişsən!
– Burada ad yazılmayıb. Özü dedi ki, mənə çatacaq?
– Elə demədi... Ad çəkmədi... Dedi ki, burada yaşayan həkimə ver. Siz o xanımı
tanıyırsınız.
– Özü dedi?
– Xeyr... – oğlan kəkələdi, – bu yaxınlarda sizinlə gecə gəlmişdi...
– Düz deyirsən, Çarlz, hərdən mənimlə buraya qadınlar gəlir. Ancaq yadında saxla
ki, ağzımöhkəmlik mehmanxana işçisinin birinci vəzifəsidir. Ağzıyırtıqlıq bu geniş
dünyanın incə-mincə kavalerləri üçündür.
– Bağlamanı aç, – Morzov sözə qarışdı. – Səninki olmasa da, aç! Onsuz da fani
dünyada bundan da betər günah işlər tutmuşuq.
Ravik gülüb, bağlamanı açdı. Nəsə balaca bir şey idi. Gördü ki, o qadının otağında
gördüyü ağacdan yonulmuş madonna fiqurudur. Fikrə getdi. Adı nə idi?
Madeline... Mad... Yox, yadından çıxmışdı. Nəsə buna oxşar idi. Kağızı bir də
yoxladı. Məktub yox idi.
– Yaxşı, – oğlana tərəf döndü – düzdür, mənə çatacaq.
Madonnanı stolun üstünə qoydu. O, şahmat fiqurlarından seçilirdi.
– Rusdur?
– Yox. Mən də əvvəlcə elə bildim rusdur. – Ravik gördü ki, dodaq boyasını
fiqurdan siliblər. – İndi bunu neyləyim?
– Bir yerə qoy. Çox şeyi qoymağa yer tapılır. Bu dünyada hər şey üçün yer, nə
qədər istəsən var. Təkcə adamlara çatmır.
– Deyəsən, kişini basdırıblar.
– Həmin qadındır?
– Hə.
– Heç onunla maraqlanmısan?
– Yox.
– Qəribədir, həmişə bizə elə gəlir ki, nəsə eləmişik, ancaq önündəki çıxılmaz
vəziyyətdə olanda heç nə eləmirik.
– Mən xeyirxah xidmətlər bürosu deyiləm, Boris. Bundan da dəhşətlisini
görmüşəm, ancaq heç nə eləməmişəm. Onun vəziyyəti indi niyə çətin olmalıdır ki?
– Ona görə ki, yalqız qalıb. İndiyə kimi kişi, ölmüş də olsa, yanında idi. O, yerin
üzündə idi. İndisə altındadır, getdi... daha qayıtmayacaq. Bu da – Morozov fiquru
göstərdi, – təşəkkür üçün deyil. Kömək istəyir.
– Heç nədən xəbərim olmayıb, onunla yatmışam. İndisə unutmaq istəyirəm.
38
– Boş-boş danışma! Məhəbbət olmayan yerdə belə şeylər çox olur. Mən bir qadın
tanıyırdım, deyirdi ki, kişiyə «sən» – deyə müraciət etməkdənsə, onunla yatmaq
asandır. – Morozov bir az irəli meyilləndi və onun yekə, daz başı işıqda parıldadı.
– Yadında saxla, Ravik, əgər imkanımız varsa, bacarana qədər mehriban olmalıyıq.
Çünki hələ çox belə cinayətlər edəcəyik. Heç kim eləməsə də, mən edəcəyəm.
Yəqin, sən də eləyəcəksən.
– Elədir.
Morozov əlini qurumuş palmanın üstünə qoydu. Ağac asta-asta yırğalandı.
– Həyat, kiminsə hesabına yaşamaq deməkdir. Biz hamımız bir-birimizdən yeyirik.
Ancaq insanda, hərdən də olsa, xeyirxahlıq qığılcımı olur, gərək, ona
toxunmayasan, qoyasan qala. Yaşamaq çətinləşəndə, o, köməyə gəlir.
– Yaxşı, sabah ona dəyərəm.
– Çox gözəl! Elə mən də bunu istəyirdim. Deyişməyi də qırağa qoy! Ağalarla kim
oynayacaq?
V
Mehmanxana sahibi Raviki o o dəqiqə tanıdı.
– Xanım otağındadır, – dedi.
– Gəldiyimi ona deyə bilərsiniz?
– Otaqda telefon yoxdur. Özünüz də çıxa bilərsiniz.
– Hansı otaqdır?
– İyirmi yeddi.
– Adını da unutmuşam. Necə idi?
Kişi heç təəccüblənmədi:
– Madu. Joan Madu. – Sonra əlavə etdi: – İnanmıram, bu əsl adıdır. Deyəsən,
təxəllüsüdür.
– Necə yəni təxəllüsüdür?
– Bizdə aktrisa kimi qeyd olunub. Elə deyil?
– Bilmirəm. Mən bir aktyor tanıyırdım, adını Qustav Şmidt deyirdi. Əsl adı
Aleksandr Mari Qraf fon Sambona idi. Qustav Şmidti təxəllüs götürmüşdü. Heç
aktyor təxəllüsünə oxşamır. Düz demirəm?
Kişi təslim olmaq istəmədi:
– İndi belə şeylər çox olur, – dedi.
– O qədər də çox olmur. Tarixinə baxsanız, görərsiniz ki, biz çox sakit bir
zəmanədə yaşayırıq.
– Təşəkkür edirəm, mənə bəs eləyir.
– Mənə də! Ancaq insan, gərək, hər şeydə təsəlli axtarsın. İyirmi yeddi dediniz?
– Bəli, müsyö.
Ravik qapını döydü. Cavab gəlmədi. Bir də döyəndə boğuq səs eşidildi. Açan kimi
qadını gördü. Divarın yanındakı çarpayıda oturmuşdu, başını ağır-ağır qaldırdı.
Geyinib-keçinmişdi. Əynindəki onda Ravikin gördüyü göy paltar idi. Bəlkə də,
başı-gözü dağınıq, xalatda uzanmış olsaydı, belə tənha, belə yalqız görünməzdi.
İndi heç bir səbəb olmadan, boş yerə, yalnız adət xatirinə belə geyinib-keçinməsi
Ravikin ürəyini göynətdi. Bu, ona yaxşı tanış idi: yüzlərlə adamın beləcə
39
oturduğunu, yüzlərlə qaçqının bu cür qəribliyini, qəmginliyini çox görmüşdü.
Miskin bir təsəlli idi, belə oturub nə edəcəklərini bilmirdilər və onları yaşadan da
adətlər idi.
Qapını arxasınca çəkdi.
– Çox güman ki, mane olmadım, – dedi və o dəqiqə də hiss elədi ki, bu sözlərin
yeri deyildi. Bundan sonra qadına nə mane ola bilərdi? Mane olmalı bir şey
qalmamışdı.
Şlyapasını stolun üstünə qoydu.
– İşləri yoluna qoya bildiniz?
– Bəli. Çox deyildi…
– Çətin olmadı ki?
– Xeyr.
Otaqdakı yeganə kresloya oturdu. Kreslonun yayları cırıldadı və Ravik hiss elədi
ki, biri qırılıb.
– Getmək istəyirdiniz? – Ravik soruşdu.
– Bəli… Nə vaxt olsa… Sonra… Gedəsi yerim də yoxdur. Elə-belə… Özgə
neyləyəsiyəm ki?
– Heç nə. Düz eləyirsiniz. Hələlik belə lazımdır. Parisdə heç kəsi tanımırsınız?
– Xeyr!
– Heçcə kəsi?
Qadın başını ağır-ağır qaldırdı:
– Sizdən, mehmanaxana sahibindən, xidmətçidən, qulluqçu qızdan başqa… heç
kəsi. – O, acı-acı gülümsədi. – Çox deyil, eləmi?
– Elədir. Bəs o… – Ravik ölən kişinin adını xatırlamağa çalışdı, ancaq yadına
düşmədi.
– Xeyr, Raçinskinin burada tanışı yox idi. Ya da, ola bilsin ki, mən görməmişəm.
Elə bura çatan kimi xəstələndi.
Ravik çox qalmaq istəmirdi. Ancaq qadını bu vəziyyətdə görəndən sonra fikrini
dəyişdi.
– Şam eləmisiniz?
– Xeyr, ac deyiləm.
– Bu gün bir şey yemisiniz?
– Bəli, günorta yemişəm. Gündüzlər çətin deyil, ancaq axşam…
Ravik yan-yörəsinə baxdı. Tənhalıq, payız soyuğu bu balaca, bomboş otağı başına
götürmüşdü.
– Getmək vaxtıdır, – dedi, – gəlin çıxaq, bir yerdə şam eləyək.
Ravik gözləyirdi ki, qadın etiraz edəcək. Elə oturmuşdu ki, deyərdin, heç nə
istəmir və heç nə də onu yerindən tərpədə bilməz. Ancaq o, tez durub plaşını
götürdü.
– Belə yaramaz, – Ravik dilləndi. – Plaş çox nazikdir. Qalın paltarınız yoxdur?
Bayır soyuqdur.
– İndicə yağış yağırdı…
– Yağış yenə də yağır. Ancaq soyuqdur. Altından bir şey geyə bilməzsiniz? Başqa
paltonuz yoxdur? jaket də olar…
– jaketim var.
Dostları ilə paylaş: |