Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə113/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   106   107   108   109   110   111   112   113   114

 
300
Bəzən alınmasa da, əksəriyyəti yaxşı olmuşdu. Hətta bir neçə dəfə möcüzə 
göstərib, «olmaz»ı «olar» eləmişdi... Ancaq indi... indi... hər şeyin onlardan asılı 
olduğu bir anda... əllər aciz qalmışdı.... Heç nə eləyə bilməzdi. Heç kəs də 
bacarmazdı. Təşrihlik bir şey qalmamışdı... Dayanıb eləcə yaraya baxırdı. 
İstəsəydi, Martonu çağırardı, ancaq o da belə deyəcək... 
– Heç nə eləmək olmaz?–Veber soruşdu. 
– Heçcə nə... Əl dəysə, daha da pisləşəcək, zəiflədəcək... Görün güllə hara ilişib 
qalıb?! Çıxarmaq da olmaz... 
Ekranın arxasından Ejeninin səsi gəldi: 
– Nəbzi çox bərk vurur! Qalxır! Yüz otuz! 
Yaraya kölgə qondu, elə bil, ona qara nəfəs dəydi. Kofein iynəsi əlində hazır idi... 
– Koramin! Tez! Bihuşdarını kəsin! İkinci iynəni vurdu. 
– İndi necədir? 
– Dəyişmədi. 
Joanın qanı hələ də qurğuşun rənginə çalırdı. 
– Adrenalin iynəsi, tənəffüs aparatını hazırlayın.  
Qanın rəngi getdikcə qaralırdı. Elə bil, bayırda buludlar sürünür, kölgəsi yaranın 
üstünə düşürdü... Sanki, kimsə pəncərənin qarşısında dayanıb pərdələri salırdı. 
– Qan...–Ravik ümidsiz-ümidsiz dilləndi. – Qan vurmaq lazımdır. Ancaq qrupunu 
bilmirəm. 
Aparat yenə işləməyə başladı. 
– Nə oldu? Nəbzi necədir? Xeyri olmadı? 
– Düşür.. Yüz iyirmi... Zəifdir...  
Həyat yavaş-yavaş qayıdırdı... 
– İndi necədir? Fərq elədi? 
– Dəyişmir. 
Bir az da gözlədi. 
– Bəs indi? Dəyişmədi? 
– Yaxşıdır. Qaydasına düşdü. 
Kölgələr çəkildi. Yaranın kənarları yenə qızarmağa başladı. Qan öz qan rənginə 
düşürdü... Qan kimi də işləyirdi. Aparat da işləyirdi. 
– Kirpikləri tərpənir...–Ejeninin səsi eşidildi. 
– Eybi yoxdur, qoyun ayılsın.  
Ravik yaranı sarıdı. 
– Nəbzi necədir? 
– Qaydasında.  
Veber dilləndi: 
– Lap az qalmışdı... 
Ravik hiss etdi ki, kirpikləri ağırlaşdı. Tər idi. İri-iri damcılar... Dikəldi. Aparat 
uğuldayırdı... 
– Qoyun hələ işləsin, – deyə stolun baş tərəfinə gedib, orada xeyli dayandı. Heç nə 
haqda fikirləşmirdi. Gah aparata, gah da Joanın üzünə baxırdı. Joanın yanaqları 
səyriyirdi. Hələ sağ idi. Veberə tərəf döndü: 
– Şok olub. Qanından analizə göndərmək lazımdır. Haradan qan ala bilərik? 
– Amerika qospitalından. 


 
301
– Yaxşı, baxarıq. Köməyi olmayacaq, ancaq bir az uzadar...–O, aparatı yoxladı.–
Polisə xəbər verməliyik? 
– Bəli, mən indiyə kimi verməli idim. O dəqiqə iki nəfər göndərəcəklər ki, 
dindirsinlər. Bunu istəyirsiniz? 
– Xeyr. 
– Yaxşı, onda sabah baxarıq. 
–Aparatı dayandırın, Ejeni! 
Joanın rəngi yavaş-yavaş özünə gəlirdi. Yanaqlarına xəfif qızartı çökürdü. Nəbzi 
qaydasında idi, zəif döyünsə də, aydınca bilinirdi. 
– Palataya aparın. Yanında özüm qalacağam... 
Joan qımıldandı. Bir əli tərpəndi. Sağ əli idi. Solu tərpədə bilmirdi... 
– Ravik... 
– Hə... 
–Təşrih elədin? 
– Yox, Joan, lazım gəlmədi. Yaranı yuduq, vəssalam. 
– Burada qalacaqsan?  
– Hə. 
Gözləri yumuldu, yuxu apardı. Ravik qapıya sarı getdi. Növbətçi tibb bacısına: 
– Mənə qəhvə gətirin,–dedi. 
– Bulka da? 
– Xeyr, təkcə qəhvə. 
Qayıdıb pəncərəni açdı. Xoş, parlaq bir səhər açılırdı. Damlardakı novalçanın 
üstünə qonmuş sərçələr cikkildəşirdi. Ravik pəncərənin qabağında oturub siqaret 
yandırdı, tüstünü çölə üfürdü. 
Tibb bacısı qəhvə gətirdi. Onu yanına qoyub içə-içə, «siqaret çəkə-çəkə 
pəncərədən baxdı. Geri dönəndə səhərin parlaq işığına öyrəşmiş gözləri qaraldı. 
Gəlib Joana baxdı. Yatırdı. Üzünü yumuşdular, rəngi avazımışdı. Dodaqları heç 
seçilmirdi. 
İçində qəhvədanla fincan olan məcməyini götürüb çıxdı, onu dəhlizdəki stolun 
üstünə qoydu. Dəhlizdən mastika, qan-irin qoxusu gəldi. Tibb bacısı bir vedrə 
işlənmiş tənzif aparırdı... Haradasa tozsoran uğuldayırdı... 
Joan qımıldandı. İndicə ayılacaq! Ağrılar başlayacaq. Getdikcə də kəskinləşəcək... 
Ya bir neçə saat, ya da bir neçə gün yaşayardı... Ağrılar o qədər kəskinləşəcək ki, 
daha iynənin də köməyi olmayacaq... 
Ravik iynə-dərman gətirməyə getdi. Qayıdanda Joan gözlərini açdı. Ravik diqqətlə 
ona baxdı. 
– Başım ağrıyır...–Joan zəif səslə dilləndi.  
Ravik gözlədi. Joan başını tərpətmək istədi, sanki, kirpikləri ağırlaşmışdı, döndərə 
bilmirdi. Birtəhər gözlərini Ravikə tərəf çevirdi: 
– Elə bil, qurğuşundur... – Joan getdikcə ayılırdı. – Dözə bilmirəm... 
Ravik iynə vurdu: 
– İndi keçib gedər. 
– Əvvəlcə belə ağrımırdı...–Başını tərpətdi, güclə pıçıldadı.–Ravik... mən əzab 
çəkmək istəmirəm... Mən... Söz ver ki, əzab çəkməyə qoymayacaqsan... Nənəm... 
Onu görmüşəm... Elə olmaq istəmirəm... Heç nə kömək eləmirdi... Söz ver... 


 
302
– Söz verirəm, Joan! Sən çox əzab çəkməyəcəksən... Ağrı görməyəcəksən... 
Joan dişlərini bir-birinə sıxdı: 
– Tez kəsəcək? 
– Hə... Bu dəqiqə.. Bir-ikicə dəqiqə...  
– Qoluma... nə olub? 
– Heç nə... İndi tərpədə bilmirsən... Yaxşı olacaq... 
– Bəs ayağım... sağ ayağım... 
Ayağını tərpətmək istədi, ancaq bacarmadı. 
– O da belədir, Joan. Heç nə yoxdur, düzələcək...  
Joan başını tərpətdi. 
– İstəyirdim... başqa cür... yaşayam...–deyə pıçıldadı.  
Ravik dinmədi. Nə desin? Bəlkə də, doğrudan, elə idi... Kim istəmirdi bunu?! 
Joan başını yenə narahatçılıqla tərpətdi, yeknəsəq, iztirab dolu səsi eşidildi: 
– Yaxşı ki... gəldin... Sənsiz halım necə olardı?! 
– Hə... 
«Eyni şey olardı,–deyə ümidsiz-ümüdsiz ürəyindən keçirdi.–Eyni şey olardı! Lap 
baytar həkimi də mən eləyəni bacarardı. Kim olur olsun... Ömrümdə tək bircə dəfə 
bildiklərim, öyrəndiklərim belə lazım oldu, onda da heç nə... Mən elədiklərimi 
istənilən ara həkimi də eləyərdi... Heç nə...»  
Joan günorta hər şeyi başa düşdü. Ravik demədi, özü qəfil başa düşdü. 
– Mən şikəst olmaq istəmirəm, Ravik... Ayaqlarıma nə olub... heç birini... 
– Heçcə nə... Ayağa duran kimi düzələcək, yeriyəçəksən... 
– Dura... bilsəm... Niyə aldadırsan? Lazım deyil... 
– Aldatmıram, Joan. 
– Yox, elə demək sənin borcundur... Qoyma məni böyrü üstə qalmağa! Hər yerim 
ağrıyır... Söz ver... 
– Söz verirəm. 
– Ağrılar güclənəndə dərman ver... Nənəm... beş gün... böyrü üstə qaldı... zarıdı... 
Mən elə olmaq istəmirəm, Ravik... 
– Olmayacaqsan! Sən elə ağrılar görməyəcəksən..  
– Güclənəndə, təsirli dərman ver… Birdəfəlik eləsin… Mütləq ver… Lap 
istəməsəm də… Huşumu itirsəm də… Bu, mənim son arzumdur… Söz ver… 
– Söz verirəm! Ancaq elə dərman lazım olmayacaq… 
Gözlərindəki qorxu nişanəsi yox oldu. Birdən-birə elə sakitləşdi ki! 
– Bunu… eləməyə… haqqın var… – O pıçıldadı. – Sən olmasaydın… mən indi 
yaşamazdım… 
– Boş-boş danışma! Niyə yaşamırdın?! 
– Yox… Onda mən… Sənə birinci dəfə rast gələndə… nə edəcəyimi bilmirdim… 
Bu bir ili sən mənə bağışladın… Sən bağışladın! – Başını yavaş-yavaş Ravikə tərəf 
döndərdi. –Niyə mən sənin yanında qalmadım, Rafik?! 
– Günah məndə oldu, Joan… 
– Yox… günah… bilmirəm…. 
Günəşin qızılı şəfəqləri pəncərəni döyürdü. Pərdələr salınmışdı, ancaq işıq yan-
yörəsindən içəri dolurdu. Joan dərmanın təsirindən yarıyuxulu idi. Əvvəlki 
Joandan nişanə qalmamışdı. Elə bil, bir-iki saatın içində ac canavarlar onu didib 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə