Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə111/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   106   107   108   109   110   111   112   113   114

 
294
– Yadına salmayın. Bir-iki dəqiqədən sonra əldən düşüb yatacaq. Ola bilsin
yuxuda görüb, səksənib. Sabah ayılanda, bəlkə də, heç xatırlamadı. Siz də yadına 
salmayın, özünüzü elə aparın ki, guya, heç nə olmayıb. 
– Mətbəxböçəyi.–Qadın yuxulu-yuxulu mızıldandı. – İri-iri... 
– Bu işıqların hamısı lazımdır ki? 
– Elə hey qışqırıb «işıq, işıq» deyirdi, ona görə yandırdıq. 
– İşığı söndürün, şamlara isə hələlik dəyməyin, qoyun tamam yuxuya getsin. 
İndicə yatacaq, dozanı çox eləmişəm. Sabah on birdə gəlib dəyərəm. 
– Təşəkkür edirəm. Doktor, deməyinizə görə... 
– Xeyr. İndi belə şeylər çox olur. Bir neçə gün ehtiyatlı dolanın, kədərinizi büruzə 
verməyin. 
«Demək asandır!» –Ravik öz otaqına gedərkən ürəyindən keçirdi. 
İşığı yandırdı. Çarpayının yanında çoxlu kitab vardı: Seneka, Şopenhauer, Platon, 
Heraklit, Rilke, Lao-Tszı, Le Taybo, Paskal və bir də «İncil...» Ən mətin, ən həlim 
kitablar... Çoxu da balaca formatda nəfis tərtib olunmuşdu. Bu kitablar gəzərgi 
adamlar üçün idi, çünki onlar özləri ilə çox şey götürə bilməzdilər. Əvvəlcə özü ilə 
aparacağı, sonra da qalacaq şeylərə baxdı. Atılmalısı çox az idi. Həmişə bu gün, ya 
sabah tutulacağını gözünün altına alıb yaşamışdı. Adyal da, palto da köhnə dostları 
kimi yenə ona həyan olacaqdı... Bir də içərisi ovulmuş medaldakı zəhər... Onu özü 
ilə alman konslagerinə də aparmışdı, həmişə yanında olması o demək idi ki
istədiyi anda özünü öldürə bilər və bu da onun dözümünü artırırdı. Medalı gizlətdi. 
Yanında olsa, yaxşıdır! Adamı sakitləşdirir. Kim bilir, başına hələ nələr gələcək?! 
Yenə gestaponun əlinə düşə bilərdi... Stolun üstündə yarım şüşə kalvados da 
qalmışdı. Bir qədəh içdi. «Fransa!–deyə ürəyindən keçirdi.–Həyatın dinclik nə 
olduğunu bilməyən beş ili! Üç ay həbsxanada yatdı, gizlicə qalıb yaşadı, dörd dəfə 
qovuldu, yenə qayıtdı! Beşillik həyat! Pis həyat olmadı...» 
 
                                                                                        XXXIII 
 
Telefon səsləndi. Yuxulu-yuxulu dəstəyi qaldırdı: 
– Ravik!–Dəstəkdən səs gəldi. 
– Bəli. 
Joan idi. 
– Gəl!–Yavaş-yavaş, astadan danışırdı.–Tez gəl, Ravik! 
– Yox. 
– Mütləq gəl... 
– Yox! Məni rahat burax. Tək deyiləm. Gəlməyəcəyəm! 
– Kömək elə... 
– Heç bir kömək eləyə bilmərəm. 
– Başıma iş gəlib...–Səs qırıq-qırıq çıxırdı.– Mütləq... tez... 
– Joan!–Ravikin səbri tükəndi.–İndi artistlik vaxtı deyil! Bu tələni bir dəfə qurdun
mən də düşdüm. İndi aldada bilməzsən! Mənimlə işin olmasın, get özünə ayrısını 
tap! 
Cavab gözləməyib dəstəyi yerinə qoydu. Yatmaq istədi, ancaq bir şey çıxmadı. 
Telefon yenə səsləndi. Götürmədi. Aramsız zəng səsləri bu bomboz tənha keçənin 


 
295
bağrını dəlirdi. Yastığı götürüb telefonun üstünə qoydu. Boğuq səs bir az da 
eşidildi, sonra tamam kəsildi. 
Ravik gözlədi. Sakitlik idi. Durub siqaret yandırdı. Ancaq ləzzət almadı, onu 
söndürdü. Kalvadosun qalanı stolun üstündə idi. Bir qurtum alıb, şüşəni kənara 
qoydu. «Qəhvə yaxşıdır,– deyə ürəyindən keçirdi.– İsti qəhvə, yağ, təzə kökə...» 
Səhərə kimi işləyən bir bistro tanıyırdı... 
Saata baxdı. İkicə saat yatmışdı, ancaq bütün yorğunluğu canından çıxmışdı. İkinci 
dəfə dərin yuxuya gedib əzgin-üzgün oyanmağın mənası yox idi. Vanna otağına 
keçib açarları burdu. 
Qulağına səs gəldi. Yenə telefon idi? Açarları geri burdu. Qapı tıqqıldadı. Özü də 
onun qapısını döyürdülər. 
Ravik hamam xalatını çiyninə saldı. Qapı yenə bərkdən döyüldü. Joan ola 
bilməzdi, yoxsa, içəri gələrdi. Qapının cəftəsi vurulmamışdı. Açmağa tərəddüd 
elədi. Əgər polisdirsə... 
Qapını açdı. Astanada tanımadığı bir kişi dayanmışdı. Ancaq kiməsə oxşadırdı. 
Onun əynində smokinq var idi.  
– Doktor Ravik?  
Ravik dinməyib onu başdan-ayağa süzdü, sonra: 
– Nə lazımdır?–deyə soruşdu. 
– Doktor Ravik sizsiniz? 
– Yaxşısı budur, nə istədiyinizi deyin... 
– Əgər doktor Raviksinizsə, təcili Joan Madunun yanına gedin. 
– Doğrudan? 
– Bədbəxt hadisə üz verib. 
– Nə hadisə? – deyə Ravik gülümsədi. İnanmırdı. 
– Silahla... Qəsd olub.. 
– Dəyib?–Ravik hələ də gülümsəyirdi. «Çox güman ki, bu zavallı heyvancığazı 
qorxutmaq üçün özünü vurmaq istəyib»,– deyə ürəyindən keçirdi. 
– İlahi... o can üstədir...– kişi pıçıldadı,– gəlin! Ölür... Mən vurmuşam... 
– Nə?! 
– Bəli... mən... 
Ravik xalatı tullayıb, paltarlarını götürdü. 
– Taksi aşağıdadır? 
– Maşınım var. 
– Lənət şeytana!– Ravik xalatı təzədən çiyninə atdı, çantasını, ayaqqabılarını, 
köynəyini və pencəyini götürdü. – Maşında geyərəm. Getdik! Tez olun! 
 
Maşın südrəngli gecə ilə süzürdü. Şəhər qaranlığa bürünmüşdü. Küçələr dumana, 
axar səhraya dönmüşdü, bir-birindən seçilmirdi... Hərdən mavi işıqlı tənha 
lampalar gözə dəyirdi. Maşın, sanki, suyun altı ilə gedirdi... 
Ravik köynəyini, ayaqqabılarını geydi, əyninə taxıb gəldiyi xalatı bürmələyib bir 
küncə dürtdü. Nə corab götürmüşdü, nə də qalstuk... 
Nigaran baxışları qaranlıq gecəyə zillənmişdi. Sürücüdən nəsə soruşmağın xeyri 
yoxdu. O bütün diqqətini toplayıb maşını bərk sürürdü, gözlərini yoldan ayıra 
bilməzdi. Danışmağa vaxtı yox idi, çalışırdı ki, başqa maşınla toqquşmasın, adət 


 
296
etmədiyi qaranlıqda yolu itirməsin. «On beş dəqiqə itirdik! – Ravik ürəyindən 
keçirdi.– Ən azı on beş dəqiqə!» 
– Bərk sürün!– dedi. 
– Bacarmıram... fənərsiz qaranlıqdır... Hava hücumu... 
– Cəhənnəmə olsun, fənərləri yandırın! 
Kişi uzaqvuran işıqları yandırdı. Tində dayanmış polislər qışqırışdılar. Qarşıdan 
gələn «Reno»nun sürücüsünün gözü qamaşdı, az qaldı onların belinə çıxsın... 
– Sürün! Cəld olun! 
Maşın sərt bir təkanla evin qabağında dayandı. Lift aşağıda idi, qapısı da açıq... 
Kimsə yuxarıda zəngi hirsli-hirsli basırdı. Çox güman ki, kişi çıxanda, qapını 
örtməyi unutmuşdu. «Yaxşı oldu!–Ravik fikirləşdi.– Bir-iki dəqiqə tez olar...» 
Lift sürünə-sürünə yuxarı qalxırdı... Bir dəfə də belə olmuşdu! Onda yaxşı 
qurtardı! İndi də elə olacaq... Lift birdən dayandı. Kimsə pəncərəsindən baxıb, 
qapını açdı: 
– Bu, nə deməkdir? Lifti də bu qədər aşağıda saxlamaq olar? 
Bayaq zəngi basan kişi idi. Ravik onu geri itələyib qapını örtdü: 
– Bircə dəqiqə!–dedi.–Biz qalxaq, sonra... 
Kişi onları söydü. Lift sürünməyə başladı. Dördüncü mərtəbədəki kişi elə hey 
hirslə zəngi basırdı. Lift dayandı. Ravik qapını tez açdı ki, kişi aşağıda səfehlik 
eləyər, onlar çıxmamış lifti tərpədər... 
Joan çarpayıda uzanmışdı. Geyimli idi. Əynindəki axşam paltarının düymələri 
boğazınacan bağlı idi. Üstündə qan ləkəsi vardı. Döşəmə də qanlı idi. Burada 
yıxılmışdı... O səfeh də qucağına götürüb, çarpayıya uzatmışdı... 
– Sakit ol!–Ravik ona ürək-dirək verdi.–Sakit ol! Hər şey qaydasına düşəcək. 
Qorxulu şey deyil... 
O, paltarın döş hissəsini kəsib ehtiyatla aşağı qatladı. Sinəsi salamat idi. Boğazına 
dəymişdi. Qırtlağa toxunmayıb, yoxsa, danışa bilməzdi... Arteriya da salamat idi... 
– Ağrıyır?–deyə soruşdu. 
– Hə... 
– Çox? 
– Hə... 
– İndi keçib gedər. 
İynə hazır idi. Joanın gözlərinin içinə baxdı: 
– Heç nə deyil... Ağrını kəsmək üçündür. Bu dəqiqə kəsəcək... 
İynə vurdu. 
– Vəssalam, qurtardı...–Sonra kişiyə tərəf döndü.– Passi 27–43-ə zəng eləyin, təcili 
yardım çağırın. Deyin ki, iki sanitar da gəlsin. Tez olun! 
– Mənə nə olub?–Joan güclə danışırdı. 
– Passi 27–43! – Ravik təkrar etdi.–Tez olun! Cəld! Zəng eləyin! 
– Mənə nə olub... Ravik? 
– Qorxulu heç nə yoxdur. Burada müayinə etmək olmaz. Xəstəxanaya getməlisən... 
Joan diqqətlə ona baxdı. Üzündəki ənlik-kirşan bir-birinə qarışmışdı, gözlərinə 
çəkdiyi qara boya kirpiklərinə süzülürdü, dodağındakı rəngin yarısı da silinmişdi. 
Sifətinin bir tərəfindən Joan ucuz sirk təlxəyinə, bir tərəfindən də yaşı ötmüş 
yorğun-arğın fahişəyə oxşayırdı. Saçları isə yenə əvvəlki kimi parıldayırdı. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə