Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   81

qoyulan  kimi  struktur  yaranır  və  daşların  çoxluğu  sistemə  çevrilir,  elementlərin  bir-
birinə  qarşılıqlı  təsiri  sayəsində  özünü  və  kənar  yüklərini  saxlamaq  üçün  statik 
qabiliyyət qazanır. Yük saxlamaq imkanı hər bir daşa və ya bütün daş qalığına aid bir 
xüsusiyyət  deyildir,  bu  xüsusiyyət  ancaq  daşlar  müəyyən  qaydada  qarşılıqlı  şəkildə 
bir  birilərinə  təsir  etdikləri  zaman  aşkara  çıxır.  Sistemin  təşkilatlanması  nə  qədər 
yüksək  olarsa,  onu  digərlərindən  fərqləndirib  ayırmaq  bir  o  qədər  rahat  olur.  Çoxlu 
kərpic  və  onlardan  tikilmiş  ev  buna  ən  yaxşı  misaldır.  Arxitektura  –  sistemliliyin 
mənasını izah edən daha bir anlayışdır. 
  Daha  az  təşkil  olunmuş,  zəif  strukturlaşdırılmış  obyektlər  üçün  olan  sistem  və 
çoxluq  anlayışlarının  arasında  fərqləndirmə  aparmaq  daha  çətindir.  Tağ  və  daş  qalağı 
haqqında  yuxarıda  nəzərdən  keçirilmiş  misalda  tağ  yük  saxlamaq  imkanı  yaradır.  Amma, 
daş  qalağı  da  bu  yükü  (hətta  bundan  daha  ağır  olanı  da)  saxlaya  bilər,  lakin  daha  az 
yüksəklikdə. Eyni elementlərdən ibarət daş qalaqları müxtəlif ola bilərlər. Belə ki, əgər daş 
qalağı muzeyin ərazisində yerləşirsə və onun qarşısında modernist – memarın adı yazılmış 
lövhəcik  asılıbsa  bu  sistemin  qiyməti  inqridiyentlərin  dəyərindən  xeyli  çox  olacaqdır. 
Təsəvvür edək ki, bizim daş qalağımız səhranın müəyyən sahəsinə səpələnmişdir. Bu halda 
əlimizdə  çoxlu  daş  var.  Bəs  əgər  həmindaşlar  yapon  bağındadırlarsa?  Nəzakətli  adam 
daşların  çox  gözəl  şəkildə  düzüldüyünü  deyəcəkdir,  amma  bu  işdən  başı  çıxan  adam  isə 
bilir ki, bu daşların düzülüşü qeyri-adi struktura mallikdir: bağın hər hansı bir nöqtəsindən 
bütün  daşları  eyni  zamanda  görmək  qeyri-mümkündür.  Beləliklə,  burada  kifayət  qədər 
mürəkkəb, qeyri-adi strukturlu sistem görürük. 
 
A.A.Malinovski  çoxluq  və  sistem  anlayışlarının  arasında  dəqiq  hədd  qoymanın 
çətinliklərini  nəzərə  alaraq  təklif  edir  ki,  sistemin  öz  təzahürləri  ilə  onu  təşkil  edən 
elementlərin  sadə  cəmindən  mütləq  fərqlənməsini  tələb  etmək  heç  də  lazım  deyildir. 
Təşkilatlanmanın aşağı səviyyəsində sistem öz xüsusiyyətlərinə görə öz hissələrinin cəminə 
yaxınlaşa bilər. 
 
Sistem anlayışının mahiyyətini izah edən daha iki tərəfi misal gətirək. 
 
Hər  hansı  bir  xüsusiyyətlərə  malik,  hansı  isə  əvvəlcədən  müəyyən  olunmuş 
münasibətlərdə olan hər hansı bir obyekt sistemdir (35). 
 
Sistem  –  reallığın  şüur  tərəfindən  xüsusiləşdirilmiş  bir  hissəsidir,  hansının  ki, 
elementləri öz birliklərini qarşılıqlı təsir prosesində aşkara çıxarırlar (12).  
 
C.Kerlin  əsərlərində  (15)  B.Heyns  tərəfindən  təklif  olunmuş  aşağıdakı  tərif 
müzakirə  olunur.  Bizim  sistem  kimi  nəzərdən  keçirmək  istədiyimiz  hər  şey  sistemdir. 
Anlayışlar  iyerarxiyasında  ―sistem‖  anlayışına  yuxarı  pillələrdə  yer  ayrılmışdır.  Qeyd 
olunur ki, bu anlayışın həm zəif, eyni zamanda isə ən yaxşı cəhəti ondan ibarətdir ki, onu 
heç  cür  əlavə  olaraq  xarakterizə  etmək  olmaz.  Verilmiş  tərif  sistemin  çox  vacib 
xüsusiyyətini qeyd edir, amma buna baxmayaraq çoxluqlar və sistem anlayışlarının nisbəti 
məsələsini həll etmir. 
 
R.Akoffun əsərində sistem tam, bir və ya bir neçə əsas funksiya – burada funksiya 
dedikdə sistemin rolu, vəzifəsi, ―missiyası‖ nəzərdə tutulur – ilə tərifi verilən bir şey kimi 
nəzərdən keçirilir. Akoffa görə sistem iki və ya da çox vacib hissələrdən ibarətdir ki, həmin 
hissələrsiz o, öz funksiyalarını yerinə  yetirə bilməz. Başqa sözlə, sistem elə bir tamdır ki, 
onu müstəqil hissələrə bölmək olmaz. 
 
 
Sistemin  və  ya  onun  elementlərinin  funksiyaları  anlayışı  intuitiv  olaraq  düşünən 
alimlər müşahidə ediblər ki, sadə mexaniki sistemlər üçün şübhəsiz olan şeylər mürəkkəb 
təşkilatlanmış böyük sistemlər üçün düzgün olmaya bilər. Çünki, aşkar funksiyalarla yanaşı 
gizli, latent funksiyalar da ola bilər. Bundan başqa sistemin eyni elementi sistem üçün həm 
faydalı  olan  funksiyaları  yerinə  yetirə  bilər,  həm  də  disfunksiya  edərək  onun  fəaliyyətinə 
neqativ təsir göstərə bilər. 
 
Sistem analizində sistemin elementlərini bir-birinə bağlayan münasibətlərin qaydaya 
salınması  ilə  bağlı  olan  ―struktur‖  anlayışı  vacib  rol  oynayır.  Strukturlar  elementlərin 


arasındakı qarşılıqlı əlaqələrin  sayından və tipindən asılı  olaraq sadə və  mürəkkəb olurlar 
(14).  Strukturlar  çox  vaxt  ierarxik  xarakter  daşıyırlar,  yəni  nizamlanmış  səviyyələrdən 
ibarətdirlər.  Strukturlaşdırma  problemi  sistem  tədqiqatlarının  ən  vacib  fərqləndirici 
xüsusiyyətlərindən biridir. Sistemin çoxlu elementlərini sistemaltı sistemlər kimi nəzərdən 
keçirmək  olar,  onlar  da  öz  növbəsində  daha  aşağı  səviyyəli  sistemaltı  sistemlərdən 
ibarətdirlər.  Amma  nəzərdə  tutmaq  lazımdır  ki,  sistemin  sistemaltı  sistemlərə  bölünməsi 
tədqiqat məqsədlərindən asılıdır və ümumiyyətlə desək, birmənalı deyildir. 
 
Strukturun  olması  mümkün  olan  külli  miqdarda  elementar  münasibət 
kombinasiyalarının əhəmiyyətli dərəcədə ixtisar edilməsinə imkan verir, yəni struktur – bu 
müəyyən mənada müstəqillik səviyyələrinin itirilməsi deməkdir. 
 
Strukturlaşdırılma problemi XX əsrin birinci  yarısında psixologiyanın populyar bir 
istiqaməti  olan  geştaltpsixologiyada  (almanca  gestalt  –  struktur,  forma,  konfiqurasiya)  ən 
aparıcı mövzulardan biri idi. Geştaltpsixoloqlar tamlıq və struktur prinsiplərinə əsaslanaraq 
qavrayışın  eksperimental  və  nəzəri  cəhətdən  öyrənilməsi,  daha  sonra  isə  digər  psixi 
proseslərin öyrəniləməsi ilə aktiv şəkildə məşğul olurdular. Bu istiqamətin banilərindən biri 
olan M.Vertqeymer 1925-ci ildə yazırdı: ―Elə əlaqələr mövcuddur ki, bu zaman tamda baş 
verən  onu  təşkil  edən  elementlərdən  –  guya  ayrıca  mövcud  olub,  sonradan  bir-birinə 
bağlanmış olan - hasil olmur, əksinə, bu tamın ayrıca hissəsində üzə çıxan bu tamın daxili 
struktur qanunları ilə müəyyən olunur. Geştalt nəzəriyyəsi bundan nə azdır və nə də çoxdur 
– məhz budur‖ (7, s.6). 
 
L.fon  Bertalanfinin  nəyə  görə  geştaltpsixologiyanın  ümumi  sistem  nəzəriyyəsinin 
real tarixi xələfi olduğunu dəfələrlə qeyd etməsinin səbəbi bu parçadan aydın məlum olur
1

 
Yuxarıda  nəzərdən  keçirilmiş  anlayışlar  əsasən  sistemlərin  statik  durumunu 
xarakterizə edir. Indi isə sistemlərin dinamikasının təsvirinə keçək. Əsas tərifləri göstərək: 
Sistemin davranışı (funksiya etməsi kimi) kimi onun zaman daxilində fəaliyyətini nəzərdə 
tutaq. Sistemin strukturunun zaman daxilində dəyişməsinə sistemin təkamülü kimi nəzərdən 
keçirək. 
 
Sistemin məqsədi – onun üçün uyğun olan vəziyyət. 
 
Məqsədyönlü davranış – məqsədə çatmağa can atmaq. 
 
Əks əlaqə - sistemin fəaliyyətinin nəticələrinin bu fəaliyyətin xarakterinə təsiri. 
 
Əgər əks əlaqə fəaliyyət nəticələrini gücləndirirsə, onda o müsbət, əgər zəiflədirsə, 
mənfi  adlandırılr.  Müsbət  əks  əlaqə  qeyri-sabit  vəziyyətlərə  səbəb  ola  bilir,  amma  mənfi 
əks-əlaqə sistemin sabitliyini təmin edir. Mənfi əks-əlaqələrin köməyi ilə orqanik sistemlər 
öz  həyat  fəaliyyətlərini  dəstəkləyirlər.  Məsələn,  ağır  fiziki  iş  insanın  qanında  oksigenin 
miqdarını azaldır. Amma, sürətlənmiş nəfəsalma oksigenin ağ ciyərlərə axınını gücləndirir 
ki, bu da öz növbəsində qanda oksigenin ehtiyatını artırmış olur.  
 
Müsbət  əks  əlaqəyə  bir  misal  kimi  inflyasiya  proqnozları  problemini  nəzərdən 
keçirək. Inflyasiyanın yüksək olacağı haqqında proqnozlar insanları zəruri olduğundan daha 
çox alış-veriş etməyə məcbur edir. Tələbatın artması qiymətlərin qalxmasına səbəb olur və 
inflyasiyanı  gücləndirir,  bu  da  öz  növbəsində  inflyasiyanın  gücləndirməsinə  dair 
proqnozların artmasına səbəb olur. 
 
Canlı  və  ölü  təbiət  sistemlərin  davranışının  dərk  edilməsində  əks  əlaqəni  ilk 
anlayanlardan biri kibernetikanın atası sayılan Norbert Viner olmuşdur. Kibernetikanın ilk 
ideyaları N.Vinerin rəhbərlik etdiyi alimlər qrupu tərəfindən işlənib hazırlanmışdır. 1943-cü 
ildə  çıxan  tarixi  ―Davranış,  məqsədyönlülük  və  teleologiya‖  məqaləsində  mərkəzində 
təbiətdə  və  texnikada  əlaqə  və  idarəetmə  məsələlərinin  durduğu  bir  sıra  məsələlərin 
prinsipial birliyi ilk dəfə olaraq göstərilmişdir. 
                                                 
1
Geştaltpsixoloqlar tamlıq və struktur prinsiplərinə istinad edərək qavrayışın, eləcə də digər psixi 
proseslərin nəzəri və eksperimental tədqiqi ilə aktiv olaraq məşğul olurdular.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə