Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi


Psixologiyanın düzgün təbliği prinsipi



Yüklə 30,85 Kb.
səhifə14/14
tarix02.09.2023
ölçüsü30,85 Kb.
#121229
1   ...   6   7   8   9   10   11   12   13   14
Mühazirə 15-Məktəbdə psixoloji işin təşkili

5. Psixologiyanın düzgün təbliği prinsipi
5.1. Psixoloji təhsili olmayan şəxslərə hər hansı bir peşəkar məlumatları çatdırdığı zaman psixoloq onun işinin peşə metodlarının məzmununu açıqlayan artıq dərəcədə məlumatlandırıcı ifadələrdən qaçmalıdır. Bu kimi məlumatlar yalnız mütəxəssislərə ünvanlana bilər.
5.2.Psixoloqun bütün məlumatları praktik psixologiyanın metodlarının imkanlarını real vəziyyətə uyğun əks etdirməlidir. Psixoloq əsassız gözləntilərlə nəticələnən hər hansı bir ifadələrdən çəkinməlidir.
5.3.Psixoloq psixologiya elminin nailiyyətlərini peşəkar səviyyədə və elmin hazırkı vəziyyətinəuyğun təbliğ etməlidir.
6. Kliyentin rifahının nəzərə alınması prinsipi
6.1. Peşə fəaliyyətində psixoloq kliyentlərin rifahına istiqamətlənir və iş prosesinin bütün subyektlərinin hüquqlarını nəzərə alır. Psixoloqun vəzifələri ilə etik normaları arasında 20

ziddiyyət yaranırsa, psixoloq həmin münaqişələri “zərər verməmə” prinsipinə əsaslanaraq həll edir.


6.2. Psixoloq peşə fəaliyyətində sosial status, yaş, cinc, milliyyət, din, intellekt səviyyəsi və digər fərqlənmələrə görə ayrı-seçkiliyə yol vermir.
6.3. Psixoloqun peşə fəaliyyətində uşaq təhsil prosesinin əsas subyekti sayılır və onun hüquq və maraqları üstün tutulur.
6.4. Psixoloq kliyentə qarşı xeyirxah və qərəzsiz mövqe tutur.
7. Peşəkar əməkdaşlıq prinsipi
7.1. Psixoloq öz nəzəri və metodik yanaşmalarından asılı olmayaraq başqa mütəxəssislərə və onların iş üsullarına hörmət ilə yanaşır.
7.2. Psixoloq kliyent və müayinə apardığı şəxslərin yanında həmkarlarının işinin metod və üsullarını açıq şəkildə qiymətləndirmək və tənbeh etməkdən çəkinir.
7.3. Münaqişəli hallarda (etik pozuntunun qeyri-formal yolla aradan qaldırılması mümkün olmadığı halda) psixoloq problemi peşəkar birliyin müzakirəsinə və ya xidmətinin elmi-metodik şurasına çıxara bilər.
8. Kliyenti müayinənin məqsəd və nəticələri haqqında məlumatlandırma prinsipi
8.1. Psixoloq kliyentə onunla aparılan psixoloji işin məqsəd və məzmunu, istifadə olunan metod və vasitələr barəsində məlumat verir ki, kliyent bu işdə iştirak etməyinə razılıq versin. Psixoloji prosedurların 16 yaşa çatmamış uşaqlarla aparıldığı halda uşağın iştirakına razılığı onun valideynləri və ya onları əvəz edən şəxslər verməlidir.
8.2. Peşə fəaliyyəti prosesində psixoloq öz fikirlərini bildirməlidir, lakin bunu elə formada etmək lazımdır ki, psixoloqun fikirləri kliyentin sərbəst qərar qəbul etməsinə təsir etməsin. Psixoloji yardım işinin gedişatı zamanı kliyent tərəfindən könüllülük prinsipi tam təmin olunmalıdır (bax: bənd 1.3).
8.3. Psixoloq nəzərdə tutulmuş işdə iştirak edib-etmə-mək qərarının qəbuluna təsir edən amillər barəsində kliyentləri məlumatlandırmalıdır: fiziki risk, diskomfort, xoşa gəlməyən emosional təcrübə və s.
8.4. Kliyentin psixoloji işə razılığını almaq üçün psixoloq aydın terminologiyadan və sadə sözlərdən istifadə etməlidir.
8.5. Müayinənin nəticələri üzrə rəy qəti xarakter daşımamalıdır, rəy kliyentə yalnız tövsiyə formasında təqdim olunmalıdır. Tövsiyələr dəqiq olmalıdır və yerinə yetirilə bilməyən şərtləri əhatə etməməlidir.
8.6. Müayinə zamanı psixoloq kliyentin imkan və bacarıqlarını müəyyən edib vurğulamal
Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə