Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi



Yüklə 30,85 Kb.
səhifə10/14
tarix02.09.2023
ölçüsü30,85 Kb.
#121229
1   ...   6   7   8   9   10   11   12   13   14
Mühazirə 15-Məktəbdə psixoloji işin təşkili

Praktik Psixoloq: Günel Əlizadə (ad şərtidir)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Praktik psixoloqun xüsusi iş sənədləri içərisində psixi inkişaf xəritəsi adlanan sənədin mühim informativ əhəmiyyəti vardır. Buraya uşaq haqqında anket göstəriciləri, valideynləri və ailənin digər üzvləri haqqında məlumat, uşağın yaşadığı ailənin sosial-məişət şəraiti, ailədə baş vermiş insan itgisi haqqında məlumatlar, uşağın həyatında yaşlıların rolu və təsiri, ailədaxili qarşılıqlı münasibətlərin tərzi, uşağın keçirdiyi xəstəliklər, xəsarət və əməliyyatlar və s. kimi amillər psixoloji, sosial və psixi inkişafın yaş normasına uyğunluğu baxımından təhlil edilir. Bəzən təhsil müəssisələrində psixoloq bu sənədi məktəb həkimi ilə birlikdə tərtib edir.
Təşkilati-metodik sənədlər praktik psixoloqun iş sistemində özünəməxsus yer tutur. Bu qrupa aid edilən sənədlər praktik psixoloqun peşə fəaliyyətinin təşkilini, planlaşdırılması və metodik təminatını nəzərdə tutur. Psixoloji fəaliyyətin uşaqların təlimi və tərbiyəsi prosesi ilə birləşdirilməsi bu sahədə çalışan psixoloqu xüsusi sənədlər bloku yaratmağa yönəldir.
Təşkilati-metodik sənədlər blokuna aşağıdakılar daxildir:
- Praktik psixoloqun iş qrafiki;
- Praktik psixoloqun illik iş planı (peşə fəaliyyətinin strategiyası);
- Praktik psixoloqun diferensial aylıq iş planı (peşə fəaliyyətinin proqramı);
- Psixoloji sorğu blankları, tapşırıq nümunələri üçün qovluq və jurnal;
- Praktik psixoloqun illik yekun hesabatı.
İş qrafiki - iş vaxtının xronometraj əsasında müxtəlif iş sahələri üzrə gündəlik bölgüsüdür. Psixoloq həftənin 5 günü üçün öz işini qrafik şəklində planlaşdırır. Qrafikdə fərdi və qrup şəklində fəaliyyətin, müxtəlif istiqamətlər üzrə işin məzmunu və metodik vaxtın müddətləri qeyd olunur. 15


İllik iş planı - (peşə fəaliyyətinin strategiyası) təhsil müəssisəsində psixoloqun bir illik işinin məqsəd və vəzifələrini əks etdirən ən mühim sənədlərdən biridir.
Praktik psixoloqun strategiyası adlandırılan bu sənəd uşaqların təhsili və tərbiyəsi üzrə dövlət proqramları ilə müəyyən edilmiş təhsilin məzmununa, təhsil standartlarına uyğun olaraq tərtib olunur. Praktik psixoloq illik iş planını tərtib edərkən öz peşə fəaliyyətinin konsepsiyasının, Psixoloji yardım haqqında Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə almalıdır. İllik iş planında praktik psixoloqun məqsədi, vəzifələri, işin istiqamətləri, məzmunu və formaları, onların icra müddətləri qrafik şəklində və ya sərbəst şərhetmə formasında qeyd olunur.

Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə