Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə4/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   207

 

ÜZÜMÇÜLÜYÜN XALQ TƏSƏRRÜFATINDA ƏHƏMİYYƏTİ 



 

Üzümçülük  xalqımızın  təsərrüfat  həyatının  tarixi  etibarilə  ən  qədim  və  geniş 

yayılmış  sahələrindən  biri  olmuşdur.  Saysız  -  hesabsız  arxeoloji  qazıntılar, 

paleobotanika,  ampeloqrafiya  məlumatları,  dil  və  folklor  nümunələri,  yazılı  mənbələr, 

toponomika və s.tədqiqatlar nəticəsində Azərbaycan ərazisinin mədəni 

üzümçülüyün vətənlərindən biri olduğu müəyyən edilmişdir. 

Azərbaycan  ərazisi  üzümçülüyün  meydana  gəlməsi  və  inkişafı  üçün  olduqca 

əlverişli  təbii  şəraitə  malikdir.  İbtidai  insanlar  onların  təsərrüfat  fəaliyyətinin  əsas 

formaları olan ovçuluq və balıqçılıqla yanaşı, meşələrdən yabanı meyvə və giləmeyvə, o 

cümlədən cır üzüm toplamış, ondan dadlı qida məhsulu kimi istifadə etmişlər. 

Əkinçilik tarixini öyrənən alimlər müəyyən etmişlər ki, Azərbaycan meşələri yabanı 

üzüm növü ilə zəngindir.Mədəni üzümçülüyün inkişafında meşə üzümləri genetik fond 

kimi  xüsusi  əhəmiyyətə  malikdir.Mədəni  üzümün  mənşəini  haqlı  olaraq  tədqiqatçılar 

yabanı üzüm yayılmış regionların ərazisində axtarılmasını göstərmişlər. 

Azərbaycan  xalqının  sosial-iqtisadi  həyatının  işıqlandırılmasında,  habelə 

üzümçülüyün keçmiş olduğu tarixi inkişaf yolunun öyrənilməsində arxeoloji materiallar 

mühüm mənbə sayılır.  

Üzümçülüyün  inkişafı  ilə  əlaqədar  xalq  üzümdən  şirə  sıxmaq,  alkoqolsuz  içkilər 

almaqla  da  məşğul  olmuş,  bu  şirə  və  şərablardan  cürbəcür  yeyinti  məhsulları  əldə 

etmişlər. 

Üzümçülük Azərbaycan xalqını şirə və şərbətlər, kişmiş, bəhməz, sirkə, abqora və s. 

ilə təmin edirdi. Bütün bunların alınması zəngin təcrübə, çoxlu işçi qüvvəsi və müxtəlif 

formalı  qablar  tələb  edirdi.  Qazıntılar  zamanı  üzüm  məhsullarını  istehsal  etmək  və 

saxlamaq  üçün  işlədilən  çoxlu  saxsı  qab  məmulatı  aşkar  olunmuşdur.  Şirənin 

süzülməsində əsasən gil qablardan istifadə olunmuşdur. 

Beyləqandan tapılmış saxsı və şüşə qabların əksəriyyətinin şirniyyat istehsalı üçün 

işlədildiyi  şübhə  doğurmur.  Beyləqan  şəhərinin  sənətkarlar  məhəlləsində  tikinti  qalığı 

aşkar  edilmişdir.  Arxeoloqlar  ehtimal  edirlər  ki,  həmin  tikinti  üzümdən  və  onun 

şirəsindən şirniyyət məhsulları istehsal etmək və yaxud müxtəlif şirələr hazırlamaq üçün 

istifadə olunmuşdur. 

Mövcud ədəbiyyat  və etnoqrafik materiallar,  respublikamızın  ayrı-ayrı zonalarında 

əhalinin  torpaqdan  səmərəli  istifadə  etmə,  torpaqdan  bol  məhsul  götürmə  yolları  ilə 

yaxından  tanışlıq  göstərir  ki,  üzümçülük  təsərrüfatı  sahəsində  də  müdrik  bağbanların 

özünəməxsus  əkinçilik  təcrübəsi,  zəngin  biliyi  olmuşdur.  Çoxillik  təcrübələri  onlara 

tənək əkib-becərməyin, üzüm sortları yetişdirməyin sirrini yaxşı öyrətmişlər. 

Qocaman üzümçülər söyləyirlər ki, tənək naz sevən, qayğı sevən bitkidir.İllər boyu 

hər tənəyin başına pərvanə kimi dolanmasan səndən üz döndərər, barını görməzsən.  

Keçmişdə  əkin  yerini  yaşlı,  təcrübəli  adamlar  seçib  bəyənərdilər.Torpağın 

münbitliyi  də  az  şərt  deyildir.Uzun  illərin  təcrübəsi  usta  bağbanlara  göstərmişdir  ki, 

üzüm sahəsinin torpağı kövrək olarsa, qida maddələri ilə zəngin və yüngül tərkibli, su 

və havanı yaxşı keçirən torpaqda salınan üzümlüklərdə məhsul bol və keyfiyyətli, eyni 

zamanda bitki uzun ömürlü olar. 

Üzüm  və  üzüm  məhsulları  qədim  zamanlardan  bəzi  azərbaycanlıların  həyat  və 

məişətində əsas  yerlərdən birini tutur. Üzümdən dadlı qida məhsulu, habelə şəfaverici  




 

10 


təbii  dərman  kimi  istifadə  edilmişdir.  Tarixi  mənbələrdən  və  arxeoloji  materiallardan 

aydın  olur  ki  ,  hələ  qədim  zamanlardan  Azərbaycanda  üzüm  məhsulları  xalqımızın 

həyat  və  məişətində,  habelə  daxili  və  xarici  ticarətdə  əsas  yerlərdən  birini 

tutmuşdur.Azərbaycan  xalqı  ən  qədim  vaxtlardan  üzümdən  hazırlanmış  dadlı-ləzzətli 

şirə  və  şərbətlərdən  istifadə  etmişdir.  Bu  içkilər  insana  gümrahlıq  verir,  insanı 

sağlamlaşdırır,  iştahanı  artırır.  Üzümdən  bəhməz,  turşaşirin,  halva  bişirir,  abqora, 

şoraba,  sirkə  tutur,  kişmiş,  möüz  qurudur,  incir,  kudu,  heyva  və  s.  riçalların 

bişirilməsində işlədilir, sucuq hazırlanır.  

İnsan  orqanizmi  üçün  üzümdən  əvəzedilməz  hesab  edilən  amin  turşuları  (sistin, 

lizin,  histidin,arqinin,  metionin,  leysin,  qlisin  )  ,  alma,  limon,  çaxır  və  s.  turşular 

vardır.Üzümdəki  amin  turşularının  qiyməti  və  əhəmiyyəti  ondadır  ki,  aşağıdakı  vacib 

həyati  proseslərdə  orqanizm  asanlıqla  və  çevikliklə  onları  səfərbərliyə  alır  və  işlədir. 

Dəri örtüyünün zülallar sintez etməsində, vitaminlərin, hormonların, yağ mübadiləsinin 

nizamlanmasında  (  metionin),  sidiyin  əmələ  gəlməsində  iştirak  etmək  (  arginin), 

böyümə  prosesinin  stimullaşdırılmasında  (lizin)  və  s.göstərilən  maddələrin  xüsusi 

əhəmiyyəti vardır.  

Amin  turşuları  üzüm  giləsinə  və  üzüm  şirəsinə  xoşagələn  tupşməzə  dad  verir, 

orqanizmə təravət gətirir, bu təravətin təsiri isti havalarda daha güclü olur. 

Üzümdəki  yarımfenol  (dabbaq)  maddələri  insan  orqanizminin  inkişafı  və  tənəffüs 

prosesləri  ilə  əlaqədar  maddələr  mübadiləsini  fəallaşdırır  və  nizamlayır.  Kaxetinlər, 

flovonlar, və antosianlar şüaların insan orqanizminə mənfi təsirinin qarşısını alır. 

Polifenola görə üzüm şirəsində P vitamini fəallaşır. Təzə üzümdə az miqdarda olan 

pektin  maddələri  şüadan  müdafiə  və  antitoksik  qabiliyyətə  malikdir  və  bu  xüsusiyyət 

orqanizmdən ağır metalların, zəhərin və radioaktiv elementlərin kənar edilməsini təmin 

edir. 

Üzüm giləsində çoxlu miqdarda asan mənimsənilən vitaminlər- A, C, B, B1, B2 və 



s.  vardır  ki,  bunlar  fəallığına  və  faydalılığına  görə  digər  qida  məhsullarında  bu  adda 

olan vitaminlərdən üstündürlər. 

İnsan orqanizminin C vitamininə sutkalıq tələbatı 50-75 mq- dır və bu baxımdan da 

üzüm qiymətli  yeyinti məhsuludur. Çoxlu üzüm şirəsi qəbul edildikdə şirə ilə birlikdə 

müəyyən miqdar müdafiə maddələri daxildir. Müdafiə maddələri müalicə xarakterlidir. 

Sortdan asılı olaraq 100 sm³ üzüm şirəsində askorbin turşusunun miqdarı 2, 3 qram ilə 

8,5  qram  arasında  olur.  Ən  tez  və  tez  yetişən  üzüm  sortlarında  C  vitamini  daha  çox 

olur.Ümumrusiya  Qida  İnstitutunun  müəyyən  etdiyinə  görə  orta  və  gecyetişən 

sortlardan Qalan və Dekabrskidə C vitamini başqa sortlardan çoxdur. 

Ampeloqrafiyadan geniş istifadə üçün seleksionerlər bu istiqamətdə seleksiya işləri 

aparmalıdırlar. 

Qanın əmələ gəlməsi və onun dövranında iştirak edən P ( qan təzyiqini nazamlayır) 

,Bq ( qanın əmələ gəlməsini sürətləndirir) , K1(qanın laxtalanmasını nizamlayır) həyati 

əhəmiyyətə  malikdir.  Qan  dövranı  sisteminin  xəstəliklərinin  müalicəsində 

ampeloterapiyanın əhəmiyyəti böyükdür. 

1888-ci  ildə  Donda  anadan  olmuş  prof.  S.  M.  Vasilyevin  S.Peterburqda  dərc 

etdirdiyi  kitabın  adı  belə  idi:  «  Üzümçülük  stansiyaları  eyni  zamanda  müalicə 

məntəqələridir». Kitabda belə bir sərlövhə vardır: «Bizim əsəbi əsrimizdə üzüm müalicə 

vasitəsidir». 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə