29
Üzüm ailəsinin təsnifatı
Son təsnifata görə üzüm bitkisi çox da böyük olmayan Vitaseae Juss-
üzümkimilər ailəsinə məncub olub 14 cinsi birləşdirir. Üzümçülükdən olan
əvvəlki dərsliklərdə bu cinslərin 550 və 600 növü göstərildiyi halda
prof.K.V Smirnovun (1987) dərsliyində 968 göstərilir.
Vitaseae ailəsinin öyrənilməsinin üzümçülüyün bir çox nəzəri və
təcrübi məsələlərin, xüsusilə seleksiya işlərində yeni sortların
yaradılmasında, mühitin əlverişsiz amillərinə onların davamlığının
öyrənilməsində əhəmiyyət böyükdür.
Üzüm ailəsi örtülü toxumlu bitkilər tipinə-Maqnoliophyata
(Angiospermae), İkiləpəli Maqnoliatae ( Angiospermae) sinfinə,
Rhamudles Lindley sırasına daxildir və onlarla qohumluq əlaqəsi vardır.
Vitaseae ailəsinin hərtərəfli öyrənilməsinin aşağıdakı səbəbləri
vardır: 1.təsərrüfat baxımından qiymətli əlamət və xüsusiyyətləri, məsələn,
məhsuldarlıq, şaxtaya və fillokseraya davamlılıq, irigiləlik, duzlu
torpaqlarda yaxşı bitmək qabiliyyəti və s.özündə birləşdirən növ
müxtəlifliklərinin aşkar edilməsi; 2. Vitis vinifera üçün əlverişli almayan
mühit şəraitində asanlıqla bitən və məhsul verən növlərin mədəni şəkildə
becəsilməsi; 3.Vitis vinifera növünə məxsus üzümlərin kök sistemi üçün
əlverişsiz mühitdə ( duzluluq, torpağın dərin qatlarının donması, quraqlıq,
fillokseranın olması və s.).
Prof.A.M.Neqrul göstərmişdir ki, üzümçiçəklilər fəsiləsinə daxil olan
cinslərin təsnifatı nəinki onların morfoloji əlamətlərin və bioloji
xüsusiyyətlərinə, həm də digər göstəricilərinə, o cümlədən xromosomların
sayına əsaslanır. O qeyd edir ki, ən qədim və ən çox polimorf hesab edilən
Sissus cinsində xromosomların sayı 2n=24-dür. Bundan başqa onun
22,26,28,32,48 və 60 xromosomu olan növləri vardır. Tetrasiqma növündə
də xromosomların sayı 22 və 24 olduğundan onlar bir-birinə yaxın hesab
edilir.
Əvvəlki mənbələrdə Vitaseae Juss ailəsinə daxil olan Leoidae Clark
yarımailəsi sistematiklərin təklifinə görə yarımaləlikdən çıxarılaraq
müstəqil Leeaceae Dumortler ailəsi adlandırılmışdır. Bu ailənin cins və
növləri yabanı halda vadilərdə və dağ yamaclarının tropik, subtropik və
mülayim iqlimli rayonlarında 52
0
şimal en dairəsi və 43
0
cənub en dairəsi
arasında rast gəlinir. Əksər növlərində zoğlar yarpaq qoltuğundakı
tumurcuqdan çıxır, bəzilərində isə yoğunlaşmış yeraltı gövdədən çıxır.
30
Vetaseae ailəsinə daxil olan növlərin hamısında zoğların 4 tip
budaqlanmasına rast gəlinir (bu ailənin təkamül dərəcəsini göstərir):
yarpaqları düzülüşlü monopodial; yarpaqları növbəli iki cərgəli
monopodial; yanında çiçək qrupu olan və bığçıqsız simpodial; bığcıqlı
simpodial.
Sissus cinsinin bütün növlərində budaqlanmanın 4 tipinə də rast
gəlinir. Ampelopsis, Rhoicissus və Ampelocissus növlərində üçüncü və
dördüncü budaqlanmalar, qalan növlərdə isə ancaq 4-cü budaqlanmadır.
Bu növ bitkilər dayağa dolanaraq ona bərkiyir, bəziləri isə bığcığın
uc hissəsində yerləşən sorucu çıxıntılar vasitəsi ilə dayağa bərkiyir, canlı
dayağı isə sorurlar.
Vitaseae ailəsinə mənsub və ən çox praktiki əhəmiyyəti olan cinslərin
qısa xarakterizəsi
Cissus L - ən qədim, geniş əhatəli, 319 növü özündə birləşdirən hələ
az öyrənilən cinsdir. Asiya Afrika, Amerika və Avstraliyanın tropik və
subtropik iqlimli zonalarında yayılmışdır.
Kökümeyvəlilərə məxsus ətli kökü vardır. Yarpaqlarında böyük
müxtəliflik vardır. Bu müxtəliflik onların iriliyində, kəsimliliyində və
formalarında özünü göstərir.Gilələri xırda və iridir, şərab üçün yararlı
deyildir. Xromosomları sayı 2n=24, 26,28,36,40,48,50, 96
Ampelocissus Planch- 90 növü vardır. Asiya və Afrikanın isti tropik
rayonlarında geniş yayılıb, Amerika və Avstraliyada da rast gəlinir.
Sarmaşan, yaxud dik duran koldur, şişman kökümeyvəli kök sistemi vardır.
Ot tipli zoğları vardır, vegetasiya müddəti çox qısadır, təqribən 3 aydır. Hər
il yerüstü hissə yenidən əmələ gəlir. Bəzi növlərinin giləsi yeyiləndir,
yüksək şəkərlidir, keyfiyyətinə görə Vitis cinsindən sonra ikinci yerdə
durur. Kolları fillokseraya qarşı immun hesab edilir, ancaq digər cinslərlə
çarpaz tozlanmır. Xromosomların sayı 2n=40,80
Ampelopsis Michx- 23 növü vardır. Asiya və Şimali Amerikanın
mülayim isti rayonlarında yayılmışdır. Sonralar Tacikistanda, Qərbi
Pamirdə, Primoryedə aşkar edilmişdir. Güləşi xırda bir qayda olaraq ağ,
göy və narıncı rənglidir, yeyilən deyildir. Kolları fillokseraya davamlıdır,
yaxşı kök atır, ancaq digər növ və sortlarla calaq tutmur. Bəzək
bağçılığında istifadə olunur. Xromosomların sayı 2n=40
Partenocissus Planch- 19 növü vardır. Şimali Amerikanın, Cənubi
və Qırbi Asiyanın mülayım isti iqlimli rayonlarında bitir. Buğumlarında
31
çoxlu miqdarda budaqlanan bığcıqları vardır. Gilələri xırda, qara rəngli və
yeyilən deyildir. Oduncağı ağ rənglidir və -30
0
C şaxtaya tab gətirir.
Fillokseraya tutulmur, göbələk xəstəliklərinə qarşı davamlıdır. Başqa
növlərlə calaq tutmur.
Xromosomların sayı 2n=40
Tetrasiqma Miq- 120 növü vardır. Asiya və Avstraliyanın isti və
mülayim iqlimi zonalarında rast gəlinir. Bığcıqları budaqlanmayan
sarmaşan liandır. Digər cinslərdən fərqli olaraq çiçək qrupu yarpağın qarşı
tərəfində deyil, qoltuğunda yerləşir. Kolları ikievlidir, yəni bir bitkidə öz-
özünü tozlayan, digərində isə erkək tipli çiçəkləri olur. Bəzi növlərində
gilələr kifayət qədər iridir, yeyiləndir. Bu cinsin kolları mədəni halda
becərilir.
Xromosomların sayı 2n=22,44,52
Vitis L. cinsinin botaniki xarakterizəsi
Bu cins sarmaşan çoxillik ağac bitkisidir(L.V. Kolesnik 1964).
Avropanın, Amerikanın və Asiyanın subtropik və mülayim iqlimli
zonalarında yayılmışdır.
Zoğu nazik, uzun və üzərində yarpaq, çiçək qrupu və bığcıqları
saxlayır. Yarpaqlar növbəli yerləşir, yəni bığcığı olan hər iki buğumdan bir
bığcığı olmayan buğum yerləşir (bığcığı olan buğumlar generativ buğum
adlanır). Bu qayda ancaq V.Labruskada pozulur, onlar zoğun uzunu boyu
fasiləsiz yerləşir.
Çiçək qrupları xırda, süpürgə şəklində yığılmış vəziyyətdədir,
çiçəkləri özü-özünü tozlayan və təkcinslidir.
Vitis cinsi iki yarım cinsə bolünür- Muskadina Planch və Euvitis
Planch.
Muskadinia Planch yarımcinsi iki subtropik növə V.Rotundifolia
Michx və V.Munsoniana slimps. Bunların xarakterik əlaməti odur ki,
bığcıqları budaqlanmamış olur. Birillik zoğların səthi mərciməklidir,
buğumlarda diafraqma yoxdur; toxumun bel tərəfindəki xalazada şirim
yoxdur. Xromosom 2
n
= 40.
Muskadinia Planc yarımcinsinin növləri. V.Rotundifoliya Michx
Şimali Amerikanın cənubunda bitir. Güclü kolları, filloksera və göbələk
xəstəliklərinə davamlılığı ilə fərqlənir. Mədəni üzümlərlə pis calaq tutur və
kökvermə qabiliyyəti çox zəifdir. Bu baxımdan ondan calaqaltı kimi
istifadə etmək mümkün deyil. Torpaqda əhəngə davamlılığlı pisdir.bu
sahədə çoxlu tədqiqat işləri aparəlmasına baxmayaraq hələlik bu məsələ
tam həll edilməmişdir. əgər bu məsələ müvəffəqiyyətlə həll edilərsə
Dostları ilə paylaş: |