5
Üzümçülük təsərrüfatlarında yeni struktur dəyiĢkənliyi
Üzüm bitkisi mədəniləşdirildikdən sonra yaşayış evlərinin yanında, çardaqda,
divarların yanında, alleyalarda və həyətyanı sahələrdə becərilmişdir. Vaxt keçdikcə
sahibkarlarm iri həcmli üzümlükləri yaranmışdır. Söz yox ki, göstərilən təsərrüfatların
hər birində üzüm bitkisinə məxsus münasibət formaläşmış və tətbiq edilən
aqrotexnikanın üsulu dəyişmişdir.
Üzümlükdə tətbiq edilən aqrotexnikanı təkcə təsərrüfatın hansı strukturda olması
təyin etmir. Burada torpaq-iqlim şəraiti, sortun biologiyası və isitehsal edilən məhsulun
istifadə istiqaməti, eləcə də üzümlükdə görülən işlərin mexanikləşdirilmə səviyyəsi
müəyyən edir. Göstərilən məsələlərin bir qisminin və yaxud kompleks şəkildə həyata
keçirilməsi üzümçülük təsərrüfatının strukturundan xeyli dərəcədə asılıdır.
Almanlarm Azərbaycana gəlməsindən də xeyli əvvəl sahəsi 50-100 hektar və daha
çox olan üzümçülük təsərrüfatları olmuşdur. Bu üzümlüklər əsasən xiyaban sistemində
becərilmişdir. Məlumdur ki, xiyaban sistemində üzüm bitkisinin elmi əsaslarla idarə
edilməsi və konkret keyfıyyət göstəricilərinin dürüstləşdirilməsi mücərrətlik təşkil edir.
Alman kolonistlərinin Azərbaycanda təşkil etdikləri üzümçülük təsərrüfatlarında
üzümlüklərin sahəsi az hallarda 200-300 hektara çatırdı. Əksər üzümlüklərin sahəsi
xeyli az olurdu. Onların təsərrüfatlarında maşm və mexanizmlər tətbiq edilmədiyindən
at və öküzə qoşulan torpaq becərən alətlərdən istifadə edilirdi. Həyətyanı üzümlüklərdə
isə işlərin hamısı əl ilə görülürdü. Bu məsələ müasir həyətyanı üzümlüklərdə də belədir.
1924 -cü ildən etibarən Azərbaycanda sovxoz təsərrüfatları yaradılmasma başlandı.
Bunlardan üzümçülük üzrə ixtisaslaşanlar da var idi. Həmin sovxozların bir qismi
Gəncədə və Şəmkir rayonunda Alman üzümçülük təsərrüfatlarının bazasında təşkil
edilmişdir. Bundan başqa Şəmkir rayonunda Alman üzümçülük təsərrüfatlarının
bazasmda kolxoz (K.Setkin adma kolxoz) təşkil edilmişdir. Həmin kolxozun əsas
istiqaməti üzümçülük olmuşdur.
Söz yox ki, o vaxtkı üzümçülük istiqaməti olan sovxoz və kolxozlar briqada və
manqalardan ibarət olmuşdur. Keçən əsrin 60-70-ci illərindən etibarən üzümçülük
təsərrüfatlarında manqa strukturu ləğv edilmişdir.
Yeri gəlmişkən qeyd etmək yerində olardı ki, o vaxtkı manqalarda işlərin idarə
edilməsi daha çeviklik təşkil edirdi. Bu çevikliyin əsası böyük məhsul və qazanca
istiqamətlənən stimul idi. Burada ümumi tələbatı və yüksək əmək intizammı heç vəchlə
unutmaq olmaz. Yalnız bunun nəticəsi idi ki, keçən əsrin 40-50-ci illərində yalnız
Şəmkir rayonunun K.Setkin adına kolxozununda 20-dən çox fəhlə və manqa başçısı
Sosialist Əməyi Qəhramanı kimi yüksək ada layiq görülmüşdür. O illərdə həmin
kolxozun əməkçiləri üzümçülükdən əldə etdikləri gəlir hesabına mənzil şəraitlərini və
yaşayış tərzini xeyli yaxşılaşdırmışlar. Onların qazancı iki mənbədən idi: birincisi,
üzümlüyün becərilməsinə görə əmək gününə düşən taxıl, yağ, pendir və pul idi. İkincisi
hər əmək gününə düşən şərab idi. Ailə var idi ki, ildə tonlarla şərab alırdı. Bu şərabı
Rusiya bazarlarıda realizə edib pula çevirirdilər. Şəmkir rayonunun K.Setkin adma
kolxozu ona görə misal gətirdik ki, kolxozçularm aldıqları qazanc Respublikanm digər
üzümçülük təsərrüfatları ilə müqayisədə üstünlük təşkil edirdi.
Keçən əsrin 50- ci illərindən etibarən respublikada üzümçülüyün inkişafı ilə bağlı
bir sıra dövlət qərarları oldu. Bu qərarlarda üzümçülük üzrə yeni dövlət təsərrüfatlarının
6
yaradılması və onların təchizatı məsələləri ciddi qoyulurdu. Köhnədən olan dövlət
üzümçülük təsərrüfatlarının nailiyyətlərinin təhlili ( alman müsbət nəticələrə görə) yeni
təsərrüfatların təşkilinə stimul yaratdı.
Üzümçülük üzrə dövlət təsərrüfafları ildən-ilə artır və üzümlüklərdə becərmə,
xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərində elmə istinad artırdı.Ancaq
üzümçülüyün bəzi məsələlərində elmin təsiredici gücü özünü göstərə bilmirdi, belə ki,
torpaq- iqlim şəraiti üzüm üçün son dərəcə əlverişli olan bir respublikada hektardan
alman orta məhsuldarlıq digər respublikalarla müqayisədə azlıq təşkil edirdi. O vaxtlar
üzümlüklərin orta məhsuldarlığı 50-60 sentner təşkil edirdi.
1969-cu ildən etibarən Respublikada bütün sahələrin təşkilində və idarə edilməsində
yeni abı-hava yarandı. Bu abı-havanın əsası əməyə münasibətdə insanların
məsuliyyətinin artırılması və işlərin təşkilində primitivlikdən uzaqlaşmaq idi.
1979-cu ildə Azərbaycan üzümçülüyünün və şərabçılığının daha geniş-miqyaslı
inkişafı üçün ittifaq miqyaslı çox möhtəşəm qərar verildi. İttifaq üzrə 11 nazirlik,
komitə, idarə və təşkilatlar Azərbaycan üzümçülüyünün və şərabçılığının inkişäf
etdirilməsi üçün səfərbər edilmişdi. Üzümçülük üzrə yeni-yeni dövlət təsərrüfatları
təşkil edildi. Üzümlüklərin sahəsi 280 min hektara çatdırıldı və perspektivdə 350 min
hektarı keçməli idi. Həmin illərdə hər hektar üzümlükdən alınan orta məhsuldarlıq 90
sentneri keçdi və 1984-cü ildə ümumi məhsula görə İttifaqda 1-ci yerə çıxdı.
O vaxtlar üzümçülük təsərrüfatları əsasən mərkəzləşmiş iş prinsipləri üzrə
idarə olunurdu. Respublika iqtisadiyyatmda xüsusi yeri olan təsərrüfat sahələrinin
məsələsi vaxtaşırı Mərkəzi Komitədə, Nazirlər Sovetində və aidiyyəti nazirliklərdə
müzakirəyə çıxarılırdı.
Üzümçülük təsərrüfatlarının maşm və mexanizmlərə, toxuma, kübrə və zəhərli
maddələrə olan tələbat mərkəzdən ödənilirdi. Təsərrüfatların ixtiyarında yuxarıda
göstərilən təchizat məsələlərinin yerlərdə konkret olaraq həll edilməsi və yerli xarakterli
cüzi məsələlərin həlli qalırdı. Təsərrüfatm idarə edilməsində belə idarəçiliyin müsbət
tərəfləri danılmazdır. Ən böyük təsərrüfatlar belə bu sistemdə idarə olunurdu.
İttifaqda,o cümlədən Respublikamızda Qazax rayonunda fəaliyyət göstərən
S.Vurğun adma üzümçülük təsərrüfatı giqantlar sırasında idi. Bunların sırasında elə
təsərrüfatlar var idi ki, onlarda üzümlüklərin sahəsi 300 min hektar və daha çox idi.
Üzümlüklərdə əkilən üzüm sortları, onlardan alman şərab markaları, üzümlüklərdə
tətbiq edilən aqrotexnika, kübrə və zəhərli maddələri mərkəzləşmiş qaydada müzakirə
edilərək nəticələri yerlərə göndərilirdi. Çox hallarda bunun müsbət nəticələri olurdu.
Son 10 ildən çox bir müddətdə bütün sahələrdə olduğu kimi üzümçülük
təsərrüfatlarında da struktur dəyişkənliyi baş vermişdir. Sovxozların hamısı ləğv
edilmişdir. Kolxozlardan yalnız biri, İsmayıllı rayonunda Nikitin adına kolxoz
fəaliyyətdədir.
Təsərrüfatların əvvəlki qaydada təşkili, idarə edilməsi və təhcizatı ç /v v mexanizmi
pozulmuşdur. Hazırda üzümçülük təsərrüfatları yeni struktur dəyişkənliyinə uğramışdır.
İri səhmdar cəmiyyətləri, sahibkar və fermer təsərrüfatları təşəkkül tapmışdır. Bu
təsərrüfatlarda üzümlüklərin təşkilində, sortlarm seçilməsində, alman məhsulun istifadə
istiqamətində aqrotexniki tədbirlərin seçilməsində və təchizat məsələlərində çox
müxtəlıflik yaranmışdır. Bütün bu məsələlərin həllində təsərrüfatın çoxsahəli imkanları