232
Amerika prezidentləri
xarici siyasətinin uğuruna çevrildi (ölkəmiz də bu pakta qo-
şulub).
Belorus, Qazaxıstan və Ukraynanın atom silahından
imtina etməsini də Klinton administrasiyasının uğuru kimi
dəyərləndirmək olar.
Bəzi sələfl əri kimi Klintonun da prezidentliyi qal-
maqalsız ötüşməyib. Qalmaqal onun ikinci prezidentlik
müddətində baş verib və Ağ Evdə praktika keçən Monika
Levinski ilə bağlıdır. ABŞ, eləcə də dünya KİV-də geniş işıq-
landırılan olay az qala Klintonun istefasıyla nəticələnəcəkdi.
Aparılan təhqiqatlar, Konqresdəki müzakirələr prezidentin
nüfuzuna ciddi zərbə vurdu. Lakin öz səhvini etiraf etməsi,
bütün Amerika xalqından, xanımı və qızından rəsmi olaraq
üzr istəməsi onu gözlənilən biabırçılıqdan xilas etdi.
XX əsrin sonuncu prezidentinin fəaliyyətini ümumilikdə
qənaətbəxş hesab edirlər. Hər halda o, demokratların
nümayəndəsi olaraq F.D.Ruzveltdən sonra iki tam müddətə
prezident seçilən hələlik yeganə prezidentdir. İstefaya çıx-
dıqdan sonra ciddi surətdə siyasi fəaliyyət göstərməsə də,
ictimaiyyət tərəfi ndən daim hörmətlə qarşılanır.
233
Amerika prezidentləri
CORC BUŞ (oğul)
(GEORGE W.BUSH)
(2001 –2009)
1824-cü il prezident seçkilərində Con Kuinsi Adams
qalib gəldi. O, ABŞ-ın ikinci prezidenti Con Adam-
sın oğlu idi. Bu təcrübə bir də yalnız 176 il sonra 2000-
234
Amerika prezidentləri
ci il seçkilərində təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib
gələn Corc Buş (oğul) ABŞ-ın 41-ci prezidenti C.Buşun
oğludur. Artıq qeyd etdiyimiz kimi, hər bir amerikalı so-
sial vəziyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən
asılı olmayaraq prezidentlik iddiasında ola və bu istəyini
gerçəkləşdirə bilər. (Şübhəsiz ki, konstitusiyanın verdiyi
imkanlar çərçivəsində). Bu baxımdan C.Buşun (oğul) pre-
zident seçilməsi təbii qarşılanmalıdır.
Corc Buş (oğul) 1946-cı il iyulun 6-da anadan olub.
Onun rəsmi bioqrafi yasında konkret harada anadan ol-
duğu öz əksini tapmır. Texasda olduqca populyar olan
Buşu texaslılar «yüz faiz özününkü» hesab edirlər. Lakin
jurnalistlərin «Cənab Buş harada anadan olub?» sualına
administrasiya əməkdaşı Maykl Couns «Təəssüf ki, Kon-
nektikutda, amma iki-üç yaşlarından valideynlərilə birgə
Texasa köçüb və tamamilə texaslı ruhunda böyüyüb» ca-
vabını verib. Orta təhsilini Midlend və Hyustonda alaraq,
Yel Universitetinə daxil olur və oranı bakalavr dərəcəsində
bitirir. Harvard Universiteti nəzdində Biznes Məktəbində
oxuyaraq magistr dərəcəsi alıb. Təhsilini bitirdikdən sonra
hərbi xidmətə getmiş və Texas Milli Qvardiyasının HHQ-
də F-102 təyyarəsində pilot kimi qulluq etmişdir.
Əmək fəaliyyətinə 1975-ci ildə, Midlenddəki neft-qaz
sənaye şəbəkəsində başlamış və 1986-cı ilə qədər bu sahədə
çalışmışdır. 1988-ci il prezident seçkilərində, atasının seç-
kiönü kompaniyasında fəal iştirak edir. Növbəti il bir neçə
şəriki ilə birgə «Teksas Reyncers» beysbol komandasını
alır. Beş il müddətində klub rəhbərliyində aparıcı vəzifələr
tutmuşdur.
1994-cü il noyabrın 8-də keçirilən ştat qubernatoru
seçkilərində iştirak edir və 53,5 % səs toplayaraq quber-
nator seçilir. 1998-ci ildə təkrar seçkilərdə 68,6 % səs top-
layaraq tarixi qələbə qazanır və Texas tarixində iki ardıcıl
dördillik müddətə qubernator seçilən ilk şəxs olur.
235
Amerika prezidentləri
2000-ci ildə keçirilən prezident seçkilərində respubli-
kaçılar partiyasının namizədi olur. Gərgin keçən seçkilərdə,
Buş demokratların namizədi, Klintonun prezidentliyi
ərəfəsində vitse-prezident vəzifəsini tutmuş Albert Qora ki-
çik üstünlüklə qalib gələrək prezident seçilir.
Xanımı Lora Buş keçmişdə kitabxanaçı və müəllimə
işləyib. Buşların Barbara və Cenni adlı əkiz qızları var.
Ağ Evə gedən yolda atasının rolu az olmasına baxmaya-
raq, istər seçki kompaniyasının təşkilində, istərsə də forma-
laşdırdığı kabinetdə vaxtilə atasının komandasında təmsil
olunanlar üstünlük təşkil edib (Dik Çeyni, Kollin Pauell,
Kondoliza Rays və s.).
11 sentyabr 2001-ci il hadisələri nəticəsində 3 min in-
san həlak olur. ABŞ xüsusi xidmət orqanlarının verdiyi
məlumatlara görə terror aktlarının təşkilatçısı səudiyyəli
milyoner Usəma Ben Laden Əfqanıstanda gizlənir və
ABŞ administrasiyası taliban hərəkatından onun təhvil
verilməsini tələb edir. Onların rədd cavabına Buş belə re-
aksiya verir: «Biz onları yuvalarından dartıb çıxaracaq…
və ədalət məhkəməsi qarşısında mühakimə edəcəyik».
ABŞ administrasiyasının diplomatik səyləri və hərbi
əməliyyatlar aparmaq üçün geniş koalisiya yaradılır. 2001-
ci il milad bayramı ərəfəsində NATO koalisiyası və «Şimal
alyansı» adlı mücahidlər qrupunun birgə əməliyyatlarından
sonra Əfqanıstan üzərində tam nəzarət yaradılaraq milli
vəhdət hökuməti qurulur, talibanın əsas hərbi birləşmələri
isə məhv edilir.
2003-cü ildə Səddam Hüseyn rejimini Əl-Qaidə ilə
əlaqədə və kütləvi qırğın silahlarını BMT ekspertlərindən
gizlətməkdə ittiham edən Buş İraqa hərbi müdaxilənin
zəruriliyini bildirir. Lakin bu, Əfqanıstanda olduğu kimi heç
də çoxsaylı dövlətlər tərəfi ndən dəstəklənmir. Buna bax-
mayaraq İraqa hərbi müdaxilə başlamış, Səddam Hüseyn
rejiminə son qoyulmuşdur. Lakin hələ də İraq ərazisində
236
Amerika prezidentləri
sabitlik tam bərpa olunmayıb və vəziyyət qeyri-müəyyən
olaraq qalmaqdadır. Nəticədə Buş administrasiyası həm
daxildə, həm də xaricdə ciddi tənqid olunmuşdur.
Tənqidlərə baxmayaraq 2004-cü il 2 noyabrda keçirilən
seçkilərdə Buş, demokratların namizədi Con Kerriyə qalib
gələrək ikinci dəfə prezident seçilir.
Prezident seçildikdən sonra Buşlar haqqında maraq-
lı informasiya yayılmışdır. Aristokrat soyadlarının nəsil
şəcərəsini araşdıran ingilis nəşriyyatı «Berkez Pikçers» id-
dia edir ki, Buşlar qədim kral nəslindəndir. Onlar rus impe-
rator soyadı və Britaniya kral ailəsi ilə qohumluq əlaqələrinə
malikdirlər. Digər tərəfdən müəyyənləşdirilib ki, Buş bir-
başa Plantagentlər sülaləsindən olan Henrixin nəslindəndir.
Lakin bu informasiya rəsmi təsdiqini tapmayıb.
Ümumilikdə Buşun prezidentliyi birqiymətli dəyərlən-
dirilmir. Bu özünü aparılan sorğularda da göstərir. 11 sent-
yabr hadisələrindən sonra reytinqi 90 %-ə çatdırdısa, 2007-
ci ilin sonunda bu göstərici 24 % olmuşdur. Buşun prezi-
dentliyi tam obyektiv qiymətini yəqin ki, yaxın gələcəkdə
alacaq.
237
Amerika prezidentləri
BARAK OBAMA
(BARACK H. OBAMA)
(2009 - )
Əvvəlki yazılarda qeyd etmişdik ki, sosial vəziyyətindən,
cəmiyyətdə tutduğu mövqeyindən, etnik mənsubluğundan
asılı olmayaraq hər bir Amerika vətəndaşı prezident olmaq
arzusuyla yaşaya və bu arzusunu gerçəkləşdirə bilər. 2008-
238
Amerika prezidentləri
ci ildə keçirilən prezident seçkiləri sadalanan amillərə daha
birisini – irqi mənsubluğu da əlavə etdi. Yaxın keçmişdə cid-
di problem hesab edilən irqi ayrıseçkilik birdəfəlik tarixin
arxivinə göndərildi, hələ ötən əsrin ortalarında zəncilərlə
bir avtobusa getməyi, eyni restoranda nahar etməyi həqarət
hesab edən Amerika xalqı qaradərili Barak Obamanı özünə
prezident seçdi. Amerika tarixində ilk dəfə baş verən bu
hadisəni demokratiyanın böyük qələbəsi hesab etmək olar.
Barak Hüseyn Obama kiçik 1961-ci il 4 avqustda Hono-
lulu şəhərində (Havay şt.) anadan olub. Keniyalı müsəlman
olan atası Barak Hüseyn Obama–böyük luo qəbilə sindən
olan ara həkiminin oğlu idi. Erkən yaşlarında çobanlıq
etməsinə baxmayaraq sonradan Nayrobidə təhsil alır və
dövlətdən maliyyə yardımı alaraq təhsilini ABŞ-da, Havay
Universitetində davam etdirir. Burada o, gələcək prezidentin
anası Stenli Ənn Danhəm ilə tanış olur. Obama-kiçik dünya-
ya gəldikdən iki il sonra o, Keniyaya qayıtmış və 1982-ci ildə
avtomobil qəzasında həlak olmuşdur. Anası və atalığı Lolo
Soetoro ilə birlikdə İndoneziyaya gedən Obama-kiçik dörd
il burada yaşamış və Cakartadakı dövlət məktəblərindən
birində oxumuşdur. Sonradan o, Honoluluya qayıdaraq ana-
sının valideynlərinin yanında yaşayır. Burada o, nüfuzlu Pu-
nahou məktəbində təhsil alır.
1979-cu ildə məktəbi bitirən Obama Los-Ancelosdakı
Qərb kollecində oxuyur, sonradan isə təhsilini Kolumbiya
Universitetində davam etdirmiş və 1983-cü ildə oranı baka-
lavr dərəcəsində (politologiya və beynəlxalq münasibətlər)
bitirmişdir. İki il ərzində Beynəlxalq Biznes korporasiyası
və Nyu-York elmi-tədqiqat mərkəzində işləyir. 1985-ci ildə
Çikaqoya köçmüş xeyriyyə fondlarında sosial təşkilatçı
kimi çalışmışdır.
1988-ci ildə Obama Harvard universitetinin hüquq
məktəbinə daxil olmuş, 1990-cı ildə isə yarandığı tarixdə ilk
dəfə universitetin nüfuzlu Harvard Law Review nəşrinin
239
Amerika prezidentləri
qaradərili redaktoru olmuşdur. 1991-ci ildə hüquq doktoru
diplomu alaraq Çikaqoya qayıtmış və burada hüquqi prak-
tika ilə məşğul olmuşdur. Bundan əlavə 2004-cü ilə qədər
o, Çikaqo universitetinin hüquq məktəbində konstitusiya
hüququndan dərs demişdir.
Barak Obama 1992-ci ildə hüquqşünas Mişel Robin-
sonla ailə qurmuşdur. Onların Maliya Ənn və Nataşa adlı
iki qızları var.
Gələcək prezident siyasi karyerasına İllinoys ştatının se-
natında başlayıb. Burada o 1997-2004-cü illərdə Demokrat-
lar partiyasını təmsil edib. 2000-ci ildə Nümayəndələr pala-
tasına iddialı olsa da konqresmen Bobbi Raşa praymerizdə
(ilkin seçkilər) məğlub olur. Ştat senatında Obama həm
demokratlarla, həm də respublikaçılarla əməkdaşlıq etmiş-
dir: hər iki partiyanın nümayəndələri vergiləri azaltmaqla
aztəminatlı ailələrə dövlət yardımı proqramını birgə hazırla-
mışlar. Obama məktəbəqədər təhsilin inkişaf etdirilməsinin
fəal tərəfdarı kimi çıxış etmiş, istintaq orqanları üzərində
nəzarət tədbirlərinin güc
lən dirilməsini dəstəkləmişdir.
2002-ci ildə Çikaqoda keçirilən antimüharibə mi tin qində
Corc Buş administrasiyasını sərt tənqid etməsi onu məş-
hurlaş dır mışdır.
2004-cü ildə Obama ABŞ senatına seçkilərə namizədlik
uğrunda mübarizəyə qoşulur. Praymerizdə o, altı rəqibi üzə-
rində inamlı qələbə qazanır. Obamanın respublikaçı rəqibi
Cek Rayanın ailə problemləri ilə əlaqədar məhkəmə qalma-
qalı ilə üzləşməsi səbəbindən namizədliyini geri götürməsi
onun şansını daha da artırdı.
29 iyun 2004-cü ildə, seçkiönü kampaniyanın gedişində
Obama Demokrat partiyasının milli qurultayına müraciətlə
çıxış edir. Televiziya ilə translyasiya edilən çıxışı onu bütün
ölkəyə tanıtdı. Senatorluğa namizəd dinləyiciləri Amerika
cəmiyyətinin köklərinə qayıtmağa və ABŞ-ı yenidən «açıq
imkanlar» ölkəsinə çevirməyə çağırdı: açıq imkanlar ide-
240
Amerika prezidentləri
alını o, atasının və özünün tərcümeyi-halında illüstrasiya
edirdi.
Senata seçkilərdə Obama respublikaçı Alan Keyesə
böyük üstünlüklə qalib gəlir. Səlahiyyətlərinin icrasına
4 yanvar 2005-ci ildən başlayaraq ABŞ tarixində beşinci
qaradərili senator olur. Burada o, ətraf mühit problemləri,
veteranlar məsələsi və beynəlxalq münasibətlər üzrə ko-
missiyaların üzvü olur.
Ştat senatında olduğu kimi o, nümayəndələr palatasın-
da da respublikaçılarla, xüsusilə hökumətin fəaliyyətinin
şəffafl ığı haqqında qanun layihəsi üzərində işləyərkən yaxın-
dan əməkdaşlıq edir. Bundan əlavə Obama məşhur respub-
likaçı senator Riçard Luqarla bir çox ölkələrdə, o cümlədən
Azərbaycanda da səfərdə olmuşdur. Bütövlükdə o Senat-
da Demokrat partiyasının liberal xəttinə uyğun fəaliyyət
göstərmişdir. Xüsusilə alternativ enerji mənbələrinin inki-
şafı ideyasına ciddi diqqət yetirmişdir.
Senator Obama qısa müddətdə mətbuatın hörmətini
qazanmış və Vaşinqtonda diqqət mərkəzində olmuşdur.
Artıq 2006-cı ilin payızında bir çoxları növbəti prezident
seçkilərində onun namizəd olacağını mümkün sayırdılar.
2007-ci ilin əvvəllərində o Demokrat partiyasının favoritləri
siyahısında Hillari Klintondan sonra ikinci yeri tuturdu.
Yanvarda Obama prezident seçkilərində iştiraka hazırlıq
üçün qiymətləndirmə komitəsi yaradır. Fevralda aparılan
sorğularda demokratların 15 %-i onun 43 %-i isə Klintonu
dəstəklədiklərini bildirdilər.
10 fevral 2007-ci ildə Sprinqfi ldə İllinoys ştatının köhnə
Kapitolisi qarşısında keçirilən mitinqdə Barak Obama ABŞ
prezidenti postuna namizədliyini rəsmən bəyan edir. Məkan
simvolik xarakter daşıyırdı. Belə ki, 1858-ci ildə Avraam
Linkoln tarixi «Bölünmüş ev» nitqini məhz burada et-
mişdir. Seçki kompaniyasının gedişi ərzində Obama İraq
müharibəsinə son qoyulması, enerji müstəqilliyi və univer-
241
Amerika prezidentləri
sal səhiyyə mövzusunda çıxışlar edir. Onun kompaniyası-
nın əsas şüarları «bizim inana biləcəyimiz dəyişikliklər» və
«bəli, biz bacarırıq» olub. Onu da qeyd edək ki, Obama seç-
kiönü kompaniyanı dövlətin maliyyələşdirməsindən imtina
edən birinci və hələ ki, yeganə namizəd olub.
Obama-namizədin əsas problemi onun «afro-amerikalı»
mənsubluğu olub. Tezliklə aşkar oldu ki, ölkənin qaradərili
əhalisinin bəzi, o cümlədən nüfuzlu nümayəndələri Oba-
manı heç də özlərininki hesab etmirlər. Məsələ ondadır ki,
«əsl» amerikalı zəncidən fərqli olaraq Obama heç də Qərbi
Afrikadan Amerika kontinentinə gətirilmiş qul nəslindən
deyil. Bundan əlavə, amerikalı zənci-siyasətçilərin böyük
əksəriyyətindən fərqli olaraq ona qaradərililərin hüququ
uğrunda mübarizədə iştirak nəsib olmayıb.
7 iyun 2008-ci ildə Hillari Klintonun seçki yarışmasın-
dan çıxması haqqında verdiyi rəsmi bəyanatından sonra Ba-
rak Obama demokratların vahid namizədi oldu. İlk olaraq
ABŞ-ın 42-ci prezidenti Bill Klinton Obamanı dəstəkləyir və
rəsmi nümayəndəsi Mett Makken vasitəsilə, onun prezident
seçilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bəyan edir.
23 avqust 2008-ci ildə, Demokratlar partiyasının qu-
rultayı ərəfəsində Obama vitse-prezidentliyə namizədin
adını açıqlayır: bu senator Co Bayden olur. Hər ikisinin
namizədliyi 28 avqustda partiyanın qurultayında təsdiqlənir.
Barak Obama seçkiönü debatlarda respublikaçıların
namizədi Con Makkeynlə üç dəfə qarşılaşmışdır. Sorğu-
lara görə Obama hər üç raunda qalib gəlmişdir. Debat-
larda uğursuz çıxışları, həmçinin respublikaçıların vitse-
prezidentliyə namizədi Sara Peylinin səlahiyyətlərindən
sui-istifadə etməsi haqqında təhqiqatla bağlı qalmaqal
Makkeynin reytinqini aşağı salmışdır. Bəzi bukmeyker
kontorları hətta əvvəlcədən Obamanın qələbə qazanacağı-
nı bildirmiş, Makkeyn özü isə mümkün məğlubiyyətə hazır
olduğunu söyləmişdir.
242
Amerika prezidentləri
4 noyabrda seçicilərin 64 %-nin iştirak etdiyi seçkilərdə
51 % səs toplamaqla yanaşı, seçimçilərin 338 səsini alan
Barak Obama prezident seçildi.
18 noyabr 2008-ci ildə Los-Ancelosda keçirilən ekoloji
konfransın iştirakçılarına video müraciətində Buş administ-
rasiyasını ABŞ-ın ətraf mühitin qorunmasında «liderlik ro-
lunu əldən verməkdə» ittiham edərək, enerjiyə qənaət üzrə
tədbirlərə hər il 15 mlrd. dollar ayırmağa söz vermişdir. Elə
həmin gün KİV-də onun, vaxtilə Bill Klinton administrasi-
yasında ABŞ-ın ədliyyə nazirinin müavini olmuş qaradərili
hüquqşünas Erik Holderi gələcək administrasiyasında
ədliyyə naziri təyin etmək niyyətində olduğu haqda qeyri-
rəsmi məlumatlar yayılmışdır. Eyni zamanda 1 dekabrda
Çikaqoda çıxış edərkən keçmiş rəqibi Hillari Klintonun
ABŞ Dövlət katibi postuna, Robert Qeytsin isə müdafi ə na-
ziri postuna namizəd olduqlarını rəsmən bəyan etmişdir.
243
Amerika prezidentləri
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
Azərbaycan dilində
1. ABŞ Dövləti. Ümumi cizgilər. Bakı: 2005, 120 s
2. Amerika
tarixinin
əsas cəhətləri. Bakı: 2005, 406 s
3. Demokratiya:
gediləsi uzun bir yol. Antologiya.
Tərt. H.Hacızadə. Bakı: 2001, 445 s.
4. Əliyev Ş. Prezidentlik institutu. Bakı: 1994, 115 s.
5. İvanov R. Duayt Eyzenhauer. B.: İşıq, 1985, 336 s.
6. Urofski
M.İ. ABŞ demokratiyası haqqında əsas
mətnlər. Bakı: 2005, 487 s.
Rus dilində
1. 100
великих политиков. М.: «Вече», 2006, 480 с.
2. 100 знаменитых политиков. Харков: Фолио,
2004, 511 с.
3. Америка. Энциклопедия повседневной жизни.
М.: 1988, 416 с.
4. Гершов З.М. Вудро Вильсон. М.: 1983, 335 с.
5. Глядя в будущее. Автобиография Джордж Буш:
В сотрудничестве с Виктором Голдом. М.: Прогресс,
1989, 336 с.
6. Горовиц Д., Кольвер П. Клан Кеннеди. М.: 1988,
494 с.
7. Громыко А.А. 1036 дней президента Кеннеди.
М., 1971, 279 с.
8. Джефферсон Т. Автобиография: Заметки о штате
Виргиния. Л.: «Наука» 1990, 314 с.
9. Иванов Р.Ф. Дипломатия Авраама Линкольна.
М.: 1987, 301 с.
10. Иванов Р.Ф. Президентство в США. М.: 1981, 62 с.
244
Amerika prezidentləri
11. История США: В 4-х т/ Под. Ред. С.Н. Севость-
янова. М.: Наука, 1983-1985
12. Качан Я.И. Миф и реальность. Что такое
«американ уей оф лайф», Минск: 1970, 174 с.
13. Майроф Б. Лики демократии. Американские
лидеры: герои, аристократы, диссиденты, демократы.
М.: «Вес Мир», 2000, 480 с.
14. Мальков В.Л. Франклин Рузвельт. М.: 1988, 350 с.
15. Мишин А.А. Принцип разделения властей в
конституционном механизме США. М.: 1984, 190 с.
16. Никонов В.А. От Эйзенхауэра к Никсону: Из
истории Рес. Партии США, М.: 1984, 287 с.
17. Пессен Э. Миф о бревенчатой хижине. М.:
Прогресс, 1987, 276 с.
18. Печатнов В.О. Гамильтон и Джефферсон. М.:
1984, 335 с.
19. Печатнов В.О. Демократическая партия США:
избиратели и политика. М. 1980, 248 с.
20. Романова Н.Х. Реформы Э. Джексона. М.: 1988,
150 с.
21. Севостьянов Г.Н. Томас Джефферсон. М.:
«Мысль», 1976, 392 с.
22. Согрин
В.В.
Джефферсон.
Человек,
Мыслитель, политик. М.: 1989, 272 с.
23. Согрин В.В. История США. СПб, 2003, 192 с.
24. Согрин В.В. Основатели США: исторические
портреты. М.: 1983, 177 с.
25. Токвилл А. де Демократия в Америке. М.: 2000,
560 с.
26. Уткин А.И. Рузвельт. М.: Логос, 2000, 544 с.
27. Уткин А.И. Теодор Рузвельт: Политические
портреты. Свердловск, 1989, 192 с.
245
Amerika prezidentləri
28. Федоров В. Как избирают президента США. М.:
1980, 95 с.
29. Яковлев Н.Н. Братья Кеннеди. М.: 2003, 488 с.
30. Яковлев Н.Н. Вашингтон. М.: 2003, 416 с.
31. Яковлев Н.Н. ФДР – человек и политик. Загадка
Пёрл-Харбора. М.: 1988, 731 с.
İngilis dilində
1. Americas eleven greatest presidents./ Ed. By
M.Borden – Chicago? 1971-295 p.
2. Gallick Sarah. Ronald Reagan: the pictorial biog-
raphy. – New York. 1999 – 119 p.
3. Roseboom H.H. A History of presidential elections
– New York. 1959, 568 p.
4. Wagner H.L. George Washington great american
presidents. 2004-101 p.
İnternet resursları
1. http: // www.en.wikipedia.org
2. http: // www.peoples.ru
3. http: // www.whitehause.gov
4. http: // www.presidents.h1.ru
246
A successful political system does
not depend only on laws and consti-
tutions written on paper, it depends
on separate people who implement
this system, their qualities and cha-
racteristic features.
This book in Azerbaijani language
depicts 43 political leaders - presi-
dents who formed and implemen-
ted the USA Constitution; their li-
ves and activities.
247
QEYDLƏR
Yığılmağa verilib: 13.09.2012 Çapa imzalanıb: 16.09.2012
Format: 84x108 1/32. F.ç.v 7
Sayı: 500
«Apostrof» Çap Evi
AZ 1009, Bakı, Azərbaycan, M.İbrahimov 43
Dostları ilə paylaş: |