Petrofizika fənnindən muhazirə mövzuları Süxurların qeyri-bircinslilik xassələrinin öyrənilməsi


Darsi qanununun pozulması səbəbləri



Yüklə 0,57 Mb.
səhifə9/13
tarix16.06.2022
ölçüsü0,57 Mb.
#89603
1   ...   5   6   7   8   9   10   11   12   13
Petrofizika fənnindən muhazirə mövzuları

Darsi qanununun pozulması səbəbləri

Müəyyən edilmişdir ki, Darsinin xətti qanunu bir çox hallarda pozulur, yəni süzülmə qanunu qeyri-xətti olur. Aparılan təcrübə və mədən tədqiqatları əsasında süzülmənin xətti qanununun aşağıdakı 3 səbəbdən pozulması aşkar edilmişdir:


1) mayenin və məsaməli mühitin reoloji xüsusiyyətlərindən;
2) maye və qazla məsaməli süxurlar arasında baş verən qarşılıqlı təsirlər nəticəsində;
3) ətalət qüvvələrinin yaranması nəticəsində.
1. Məlumdur ki, bir çox yataqların neftlərinin reoloji xüsusiyyətləri Nyuton mayelərindən fərqlənir. Belə neftlərə misal tərkibində müəyyən miqdar qatran, asfalt, parafin və s. ağır karbohidrogen qarışıqları olan neftləri göstərmək olar. Bu cür neftlərə qeyri-Nyuton neftlər deyilir. Qeyri-Nyuton mayesi kimi gilli məhlulu,
polimer qarışıqlarını, emulsiyaları və s. göstərmək olar. Belə halda qeyri-xətti süzülmə üçün, adətən, ümumiləşdirilmiş Darsi qanunundan istifadə edilir:


Süzülmənin xətti qanuni məsaməli mühitin reoloji xüsusiyyətlərindən də asılı olaraq dəyişir. Məlumdur ki, təzyiqin dəyişməsi ilə məsaməli mühitin keçiriciliyi, məsaməlilik əmsalı, elastiklik əmsalı və s. dəyişir. Bu səbəbdən süzülmənin xətti qanunu pozulur və hərəkət qeyri-xətti qanun ilə ifadə edilir. Bu, əsas etibarilə çatlı məsaməli mühitlərdə özünü daha kəskin büruzə verir. Daha doğrusu k = k (p), m = m (p) olduğundan təzyiqin dəyişməsi ilə süzülmənin xətti qanunu dəyişir. 2. Son zamanlar aparılan labaratoriya və mədən tədqiqat işləri ilə sübut edilmişdir ki, Nyuton xassəli mayelər üçün də çox zaman süzülmənin xətti qanunu pozulur və hərəkət başlanğıc təzyiq qradiyenti ilə xarakterizə olunur. Belə hallarda qeyri-xətti süzülmə effektləri, hərəkət edən sistem ilə məsaməli mühit arasında gedən fiziki-kimyəvi proseslərin hesabına baş verir. Məsələn, sübut olunmuşdur ki özündə müəyyən miqdar əlaqəli su və gil hissəcikləri toplayan məsaməli mühitdə su və ya qazın süzülməsində başlanğıc təzyiq qradiyentli qeyri-xətti süzülmə effektləri baş verir. Daha doğrusu belə məsaməli mühitdə süzülə-Nyuton sistem kimi aparır.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə