Petrofizika fənnindən muhazirə mövzuları Süxurların qeyri-bircinslilik xassələrinin öyrənilməsi


Nisbi keçiriciliyə təsir edən amillər



Yüklə 0,57 Mb.
səhifə8/13
tarix16.06.2022
ölçüsü0,57 Mb.
#89603
1   ...   5   6   7   8   9   10   11   12   13
Petrofizika fənnindən muhazirə mövzuları

Nisbi keçiriciliyə təsir edən amillər

Faza (nisbi) keçiricilik əyrilərinə bir çox amillərin o cümlədən süxurun petrofiziki, maye və qazın fiziki-kimyəvi xassələrinin, məsaməli mühitin fazalarla doldurulma ardıcıllığının, temperaturun və s. təsiri vardır. Bunlardan bəzilərini nəzərdən keçirək.


Məlumdur ki, petrofiziki baxımdan məsamələri təşkil edən sqxurlar hidrofil (su ilə yaxşı islanan) və hidrofob (su ilə islanmayan) olur. Süxurun belə xassəsi onun faza keçiriciliyinə böyük təsir göstərir. Məsaməli mühitin fazalarla islanma dərəcəsinin nisbi keçiriciliyə təsiri təcrübə yolu ilə öyrənilmişdir. Su-neft sistemi üçün nisbi keçiriciliyin süxurun fazalarla islanma dərəcəsindən asılılq əyriləri I. 17 şəklində göstərilmişdir. Şəkildə 1 və 2 əyriləri hidrofil, 3 əyrisi hidrofob sistemlərə aiddir. Su ilə doyma dərəcəsi çox böyük olan hidrofil süxurlarda suyun hərəkətetmə qabiliyyəti hidrofob süxurlara nisbətəbn zəifdir. Elə buna görə də isladan faza, məsamələrindaha kiçik kapillyarlarında hərəkətsiz qala bilər. Beləliklə, isladan faza, məsamələrin daha kiçik kapillyarlarında hərəkətsiz qala bilir. Beləliklə, isladan və islatmayan fazalarla eyni doyma dərəcəsində süxurun isladan fazaya görə nisbi keçiriciliyi islatmayan fazaya görə nisbi keçiriciliyindən az olur.



İsladan və islatmayan fazanın hərəkəti məsamələrin bu fazalarda doyma dərəcəsinin meəyyən həddindən sonra baş verir. Belə doyma dərəcələrinə, uyğun surətdə isladan və islatmayan fazanın müvazinətli doyma dərəcəsi deyilir. Məsaməli mühitin isladan faza ilə doyması müvazinətli doymadan böyük olduqda islatmayan faza öz səltliyini itirir və damcılara parçalanaraq kapillyarlara daxil olmağa cəhd edir. Belə damcıların məsamələrdə hərəkətini təmin etmək üçün böyük müqavimət qüvvələrinin dəf olunması tələb edilir. Bu səbəbdən faza keçiriciklərin cəmi, süxurun mütləq keçiriciliyindən (yəni nisbi keçiriciklərin cəmi vahiddən kiçik olur) kiçik olur.


Yuxarıda qeyd etdiyimiz kimi, nisbi keçiricilik əyrilərini bir fazanın digər faza ilə sıxışdırılması prosesi vasitəsilə qurmaq olar. Təcrübələr göstərmişdir ki, faza keçiricikləri isladan və islatmayan fazaların sıxışdırılma ardıcıllığından asılıdır.
Məlumdur ki, təcrübələrdə qaza və neftə görə faza keçiriciliyi əyrilərini qurduqda məsaməli mühitdə qazlı maye iki üsulla yaradıla bilər: 1) məsaməli mühitə qazlı mayenin (müxtəlif həcmi nisbətdə) verilməsi ilə; 2) məsaməli mühitin özündə qazlı maye sistemi yaratmaqla. İkinci üsulda qazlı maye sistemi, məsaməli mühitdəki təzyiqin dəyişdirilməsi ilə başa çatdırılır.
D. A. Efros göstərmişdir ki, neftə və qaza görə nisbi keçiriciklərin təyinində qazlı mayenin yuxarıda göstərilən üsullarla yaradılmasından asılı olaraq təcrübənin nəticələri müxtəlif olur. I .19 şəklində hər iki üsulla qaza görə nisbi keçiricilik əyrisi (1 əyrisi birinci üsulla, 2 əyrisi isə ikinci üsulla hazırlanan qazlı mayeyə uyğundur) göstərilir. Məsamələrdə əlaqəli suyun olması neftə görə faza keçiriciliyini artırır, qaza görə isə azaldır. I.20 şəklində neftə (1) və qaza (2) görə nisbi keçiricilik əyriləri göstərilmişdir. 3 əyriləri məsaməli mühitdə 20% əlaqəli su olan hala, 4 əyriləri isə əlaqəli su olmayan hala uyğun gəlir. Neft-su sisteminin hərəkətində isə eyni neftlə doymada əlaqəli suyun miqdarı azaldıqca neftin faza keçiriciliyi artır, suyunki əksinə azalır.



Məsamələrdə əlaqəli suyun olması neftə görə faza keçiriciliyini artırır, qaza görə isə azaldır. Neft-su sisteminin hərəkətində isə eyni neftlə doymada əlaqəli suyun miqdarı azaldıqca neftin faza keçiriciliyi artır, suyunki əksinə azalır.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə