Peşəkar mühasib sertifikatı nədir və bu sertifikat kimlər üçün və nə üçün vacibdir. İlk öncə peşəkar mühasib



Yüklə 19,22 Kb.
səhifə3/4
tarix11.12.2023
ölçüsü19,22 Kb.
#145069
1   2   3   4
Təqdimat (1)

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı əldə etmiş peşəkar mühasiblər aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:
1.ictimai əhəmiyyətli qurumlarda;
2. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.1-ci (maddəsində göstərilən publik hüquqi şəxslərdə;
3.Bu Qaydaların 3.3-cü bəndində göstərilən mühasibat uçotu subyektlərində.


4.İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı;
1.Yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasiblər.


5. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı.
1.mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında;
2.illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc etdirən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.2-ci (Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını aşağıdakı qaydada tərtib edirlər) maddəsində göstərilən publik hüquqi şəxslərdə;
Bu müəssisələr nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulmadığı halda, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq aparılır. nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulduğu halda, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya öz seçimlərindən asılı olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq.
3.6.3. Yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasiblər.

Bildiyimiz kimi peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir və peşəkar mühasib sertifikatı alaraq, fəaliyyətə başlayan şəxs sonradan iki dəfə eyni standart üzrə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.Yəni yuxarıda qeyd edilən səviyyələr üzrə 3 dəfə sertifikat alan şəxsə sonuncu sertifikat ömürlük verilir.


Eyni zamanda peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədə olma müddətinin sonuncu ilində növbəti sertifikatı almaq üçün Mərkəz tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdır.
Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri (bundan sonra-dövlət reyestri) Maliyyə Nazirliyi tərəfindən kağız və elektron daşıyıcılarda tərtib edilir və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

Həmçinin , Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 oktyabr tarixli 464 nömrəli Qərarı ilə yuxarıda qeyd edilən təşkilatların baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı aşağıdakı kimi müəyyən edilmişdir:


1. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin işə qəbul edilən baş mühasibləri 2023-cü il yanvarın 1-dək, -işləyənlər üçün isə 2024-cü il 30 dekabradək;
2. iri və orta sahibkarlıq subyektlərinin baş mühasibləri - 2023-cü il 30 dekabradək;
3. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri - 2023-cü il 30 dekabradək;
4. qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2023-cü il 30 dekabradək;

Yüklə 19,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə