Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
145
özün üçün istirahət elə.
Sorğu-sualdan bir şey çıxmadığını görən Polkovnik qa-
pının arxasındakı əsqərlərə onu yaxşıca əzişdirməyi, yola
gəlib fikrini dəyişərsə, yanına gətirilməsini, əks təqdirdə
aparıb içəridəki qoyun sürüsünə qatmağı tapşırdı. Özü də
bunu elə jestlə etdi ki, sanki Mətinə böyük bir şans verirdi.
Bədheybətin lap çiçəyi çatlamışdı. Neçə gün idi ki,
bu anı gözləyirdi. Söhbət işgəncə verməkdən gedirdisə,
bu onun üçün toy bayram olurdu. İnsana əzab verib onu
mənən sındırmaqdan ləzzət aldığı qədər bu həyatda zövq
aldığı ikinci bir şey yox idi. Həbsxanada onun qədər qəd-
darı yox idi. Onun daxili elə xarici qədər bədheybət idi. O,
iri cüssəli görünməyən, şümal və sağlam bədən qurulu-
şuna malik, xarici görünüşcə xoş təsir bağışlayan, bu zərif
görünüşlü oğlanın belə möhkəm iradəyə, dözümə sahib
olacağına inana bilmirdi. Onun tapdığı işgəncə üsulları-
na dözən çox az olurdu. Onlardan biri də bu idi deyəsən.
Tez-tez huşunu itirən, ağrıdan bütün əzələləri yığılmış bə-
dənin belə getsə tezliklə cəsədə çevriləcəyini heç kim də
bilməsə o, çox gözəl bilirdi. Ancaq belə vəziyyətlərdə onla-
ra əlavə təlimat verilmişdi. Əsirdə olan məlumatı işgəncə
yolu ilə əldə etmək mümkün olmazdısa, onu tez ölməsinə
yol verilməməli, informatorların (satqınların) öhdəsinə
buraxmalıydılar.
Onu baraka elə vəziyyətdə gətirmişdilər ki, ancaq nəb-
zi ilə həyatda olmasını təyin etmək mümkün idi. İki gün-
dən sonra özünə gəlib danışa bilən Mətin burda olan in-
sanların necə ağır şəraitdə yaşadıqlarını görəndə, burada
çox yaşaya bilməyəcəyini, sonu ölümlə nəticələnsə belə
tezliklə buradan qaçaçağını dəqiqləşdirdi. Ona dedilər ki,
burada kimsə hər hansı xəstəlik tapırdısa deməli ölümlə
dostluq edirdi. Heç bir dava-dərmandan söhbət gedə bil-
məzdi. Ara – sıra monitorinqlər zamanı qırmızı xaç cəmiy-
yətinin verdiyi dərmanları isə onlar gedən kimi yığışdırılır,
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
146
satışa göndərirdilər. Dan yeri ağarandan axşam qaranlığı-
na qədər sahələrdə qul kimi qamçı altında işlədilən əsirlər
qurumuş balaca çörək parçası müqabilində ağır şərtlər
altında saxlanılırdı. Kim isə qaçmağa cəhd göstərirdisə ye-
rindəcə güllələnirdi. Yay-qış fərqi olmadan ayda bir dəfə
onlara çimməyə icazə verilirdi. O da ki, soyuq su ilə sabun-
suz. Barakda yorğan-döşək əvəzi yerə sərilmiş quru otdan
istifadə edirdilər. Böyük barak cəmi bir lampa ilə işıqlanır-
dı. Qışda dözülən olsa da, yayda bu dözülməz olurdu. Kəs-
kin
qoxu demək olar ki, baş gicəlləndirirdi. Pəncərələrdən
bir dənəsini saxlamış qalanını daşla hörmüşdülər. Arxadan
dəmir barmaqlıqlarla haşiyəyə alınmış həmin pəncərəni
də, qəsdən açıq qoymağa icazə vermirdilər. Baraka rəhbər-
lik edən 55-60 yaşlarındakı kapitan rütbəli əsir idi, hamı
da onu elə kapitan deyə çağırırdı. Axsaq olmasına baxma-
yaraq zirəng idi. Onun erməni dilini bilməsi (dediyinə görə
ermənistanda doğulub böyümüşdü) əsirlərin çox kömə-
yinə çatırdı. Düzdür rus dili ortaq dil idi. Demək olar ki,
həm nəzarərçilər, həm də əsrlərin əksəriyyəti az olsa rus
dilini başa düşürdülər. Ancaq nəzarətçilər öz dillərini daha
üstün tutur, əsrlərin onlara erməni dilində müraciət etmə-
sinə üstünlük verirdilər. Bəzən içib sərxoş olmuş əsgərlər
gecənin saatından asılı olmayaraq baraka girər gözlərinə
xoş dəyməyəni o ki, var döyərdilər. Yan tərəfdə belə başqa
bir barakda var idi ki, orada ancaq bir-neçə qadın və qız
əsir saxlanırdı. Onları isə demək olar az-az hallarda gör-
mək olurdu. Qulluqçu işlərini yerinə yetirən bu binəvalar
özlərinkinin gözlərinə görünməyə utanır, onlarla üzbəüz
gəlməkdən belə qaçırdılar. Onların nə çəkdiklərini özlə-
rindən başqaları təsəvvür belə edə bilməzdi. Əvvəl sayları
çox olsa da indi az qalmışdılar. Çoxu demək olar ki, güllə ilə
gələn ölümü sevinərək qəbul etmişdi.
Yavaş – yavaş şəraitə uyğunlaşan Mətin ətrafı öyrən-
məklə məşğul idi. O, ərazinin coğrafiyasını beyninə həkk