Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
135
Həkimləri narahat edən bəzi başqa məsələlərin də həllinə
nail olan Mətin çox keçmədi ki, hamının hörmətini qazan-
mış oldu. Ciddi, işgüzar, insanlara qarşı bacardığı qədər
köməklik göstərməyə çalışan ən gənc və itedadlı cərrah
kimi klinikanın fəxrinə çevrilmiş oldu. Az müddət işləmə-
sinə baxmayaraq təcrübəli cərrahlarla birgə mürəkkəb
əməliyyatlar aparması ona çox şeyi öyrədirdi.
Yorulmadan öz üzərində işləyirdi. Yaşıdları ilə müqa-
yisədə çox irəli getmişdi. Geriyə yolu yox idi. Qarşısına qoy-
duğu məqsəd, insanlar üçün daha çox şeylər etmək idi...
* * *
Şəxsi həyatında uğur əldə etsə də, vətənindən gələn
xəbərlərə görə sevinə bilmirdi. Xəbərlər heç ürəkaçan de-
yildi. Vətəni yaddellilərin, mənfur qonşularının hucumuna
məruz qalır, neçə-neçə kənd qəsəbə əhalisi son nəfərinə-
dək vəhşicəsinə qətlə yetirilməklə talanır, zəbt olunurdu.
Hər dəfə hansısa əraziyə hücum olunduğu xəbərini oxu-
yanda sanki qəlbinə dağ basırdılar. Bir-neçə dəfə Culiyə
buna dözə bilməyəcəyini demişdi. Hər dəfəsində də Culi
yalvarıb-yaxarmış, onu fikrindən daşındırmağı çalışmışdı.
Culini sakitləşdirməyə çalışan Mətin bütün varlığı ilə
vətənini sevdiyini bu vəziyyətdə daha aydın dərk etməyə
başlamışdı. Anasını düşünmək istəməsə də, onun bacısı ilə
oralarda cəbhə bölgəsinə yaxın ərazidə yaşadıqlarından,
bu gün, sabah oraların da hücuma məruz qalacaqları təh-
lükəsi onun təlaşını bir az da artırırdı. Günbəgün daha çox
düşmən tapdağı altına düşən döğma topaqların harayı, in-
sanlığa sığmayan vəhşiliklə qətlə yetirilən insanların ruhu
sanki onu rahat nəfəs almağa qoymurdu. Baş aça bilmirdi,
indi onu rahat yaşamağa qoymayan heysiyyatı niyə əvvəllər
onu heç narahat eləməmişdi? İnsan fizialogiyasını müfəssəl
şəkildə öyrənilməsinə baxmayaraq, mükəmməl fizialogiya-
nın hələ də insanların aça bilmədiyi qaranlıq tərəfləri hər
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
136
bir kəs kimi ona da məlum deyildi. Ancaq onu başa düşürdü
ki, özündən asılı olmayan getdikcə bütün varlığını qarsan,
varlığına hakim kəsilən qüvvə onu harasa sürükləyir.
Növbəti günlərdən birində səhər xəbərlərini oxuyarkən
artıq dözə bilmədi. Sətirləri oxuduqca gözləri yaşarır, köksü
hiddətlə qalxıb – enirdi. Belə vəhşilik heç bir müharibə ta-
rixinə yazılmamışdı axı. Böyük bir şəhəri uşaqdan böyüyədək
vəhşiliklə məhv etmək, qız-gəlini zorlamaq, yaşlıya, xəstəyə
baxmadan, qundakdakı körpələrədək heç kimə aman ver-
mədən müxtəlif vəhşiliklər etmək, bəzilərini süngüdən ke-
çirməklə, bəzilərini borunun içinə doldurub hər iki tərəfini
qaynaqla bağlamaqla, bəzilərinin başını balta ilə bədənindən
ayirmaqla, bəzilərini tankların altında əzməklə, bəzilərini
avtobillərin arxasına bağlayıb sürüməklə, digərlərini evlərə
doldurub diri-diri yandırmaqla, yer üzündən silməklə vəhşi-
lik yarışına çıxmış, insan cildinə girmiş iblislər əsl iç üzlərini
açıb göstərmişdilər. Günortaya qədər bir yerdə qərar tuta bil-
mədi. Bilirdi ki, Culiyə qərarını demiş olarsa, Culi mütləq onu
da özü ilə aparmasını deyəcəkdi. Ona görə heç bir söz demə-
dən, məktubla hər şeyi izah etməyi üstün tutdu.
İşdən ayrılarkən rəhbərliyə yazmış olduğu məktubu
da, həmin məktubla bərabər dostuna verərək sabah o, bu-
ranı tərk etdikdən sonra söylədiyi ünvana çatdırmağı xahiş
etdi. Gecəni səhərə qədər demək olar ki, yatmadı. Yanında
onun planlarından xəbərsiz şirin yuxuya dalmış Culinin
bütün cizgilərini hafizəsinə köçürərək birdəfəlik yaddaşı-
na həkk etmək istədi. Kim bilir, bəlkə onu sonuncu dəfə
görürdü. Qərarını Culiyə demədiyinə görə vicdan əzabı
çəksə də, digər tərəfdən dönüşü olmayan yola onu da gö-
türməyə haqqı çatmadığını düşünürdü. Culi onu sevməklə,
xöşbəxt olacağına inandığına görə mükafatı ölüm ola bil-
məzdi. Əsla yox. Onsuz da, onu tərk edib getməsi belə artıq
ona qarşı böyük haqsızlıq idi. Kim bilir bəlkə sağ qaldım,
deyə fikirləşən Mətin görəsən onda məni bağışlayarsanmı,
Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
137
deyə Culiyə baxdı. Ancaq sualına cavabı ala bilmədi...
* * *
Təyyarənin enişi ilə ürəyi daha da sürətlə döyünməyə
başladı. Üstündən gör neçə il keçmişdi. Bakı aeroportu heç
dəyişməmişdi. Yeganə dəyişən insanların üzlərində aydın
sezilən narahatçılıq idi. O, doğma şəhərini, doğma üzləri gö-
rüb sevinsə də, birinci hara, kimə baş çəkəcəyini düşIG F k
Ydın
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
138
* * *
Münasib qiymətə razılaşdılar ki, hara qədər getməyə
icazə verirlərsə ora qədər onu aparacağını boynuna gö-
türən, bayaqdan bir kəlmə belə kəsməyən taksi sürücüsü
nəhayət ki, dilləndi:
– O, tərəflərdə kimin var, nəsə heç rayon adamına da ox-
şamırsan, a bala. Sirr deyilsə “ursyetdən” gəlirsən deyəsən?
Son vaxtlar o tərəfə getmək istəyən də çox az olur. Xeyirdi-
mi, a bala güllə-boranın altına gedirsən? Artıq neçə vaxt-
dır, o tərəflərdən kimin imkanı var köçüb gəlir bu tərəflərə.
Oralarda ancaq hərbiçilərdir, bir də ki, yanıb tüstüləyən
el-oba. Bu köpək oğlanları haranı hücum eləyib alırlarsa
xaraba qoyurlar, salamat kimsə buraxmırlar. Dinsiz köpək
uşağı sən demə illər uzunu pusquda durub bu günü göz-
ləyirlərmiş. Qana susayıblar bala, qana. Külfəti dolandır-
maq məsələsi olmasaydı inan ki, qocalığıma baxmayaraq
silah götürüb, sinəmi verərdim qabağa. A kişi, belə şey olar.
Qundakdakı körəpnin nə günahı var, sən onu öldürürsən,
allahsızdırlar, bala, allahsız. Allahdan heç qorxusu yoxdur
bunların. Deyəsən sənin də başını ağrıtdım.
– Yox-yox dayı, başımı ağrıtmırsan. Doğma dilimi eşit-
mək üçün o qədər darıxmışam ki, ancaq kaş doğma dilim-
də yaxşı xəbərləri eşidəydim. Doğru deyirsiz, neçə vaxtdır
Azərbaycanda yox idim. Ancaq Rusiyada deyil Almaniyada
yaşamışam. Oranın vətandaşıyam. Anamdan, bacımdan ni-
garanam. Gəldim ki, onları tapım, yerbəyer eləyim, sonra
cəbhəyə gedim, torpağımızı qoruyum.
– Halal olsun, bala. Düz eləyirsən. Ana-bacı müqəd-
dəsdir, onların qədrini bil. Hələ vətən torpağını demirəm.
Bəzi nadürüstlər belə şeyləri anlamırlar. Burdan-bura vu-
ruşmaq əvəzinə cəbhədən qaçırlar. Sənə afərin, bala. Sənin
kimi oğullarımız həmişə olub, olacaq da. Vətənimiz sizin
kimi oğullara görə bu günə qədər var olub. İnşaallah bu
gündən sonra da var olacaq. Sənin kimilərini görəndə ürə-
Dostları ilə paylaş: |