Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
143
rı gözlənilmədən hər tərəfdən başlarının üstünü aldılar.
Qaçmağın mümkün olmayacağını görüb, əynindəki həkim
xələtini soyunub kənara atdı. Elə təzəcə əyilib silahı götür-
müşdü ki, avtomatın soyuq lüləsini gicgahında hiss etdi.
Çıxış yolu yox idi.
Onunla bərabər özləri bir nəfəri də sağ götürdülər.
Çadırda olan beş yaralını və gözətçilərdən birini yerində
güllələmişdilər. Üst-başının təmiz olması, əynindəki zabit
forması onu ölümdən qurtarmış oldu. Öz aralarında er-
məni dilində nə isə danışan yaraqlılar, hər ikisinin əl-qo-
lunu bağladılar. Sir-sifəti deyil, kürəyinə dəymiş avtomat
qundağının yeri yaman incidirdi. Bayaq gicgahına dirən-
miş avtomat lüləsindən yayınıb dirsəyi ilə başının üstünü
kəsdirmiş əsgərin qasığına zərbə endirməyə nail olsa da
kürəyinə dəyən dəmir qundağın zərbəsi onu yerə sərmiş-
di. Vaxtında yetişən digər əsgər onu yerə sərə bilmişdi.
Handan-hana özünə gələn zərbə yemiş əsgər isə ondan
heyfini artıqlaması ilə çıxmışdı. Əslində öldürmək istəyir-
di, ancaq qoymadılar.
Ara-sıra rus dilində söylədiklərindən başa düşdü ki,
onlar
girov götürüblər, dindirilməyə aparacaqlar.
* * *
Hə, bütün olub keçənləri beləcə nöqtə vergülünə qə-
dər yaxşı xatırlayırdı. Ona verilmiş zaman sabah tamam
olacaqdı. Ona qədər yaxşıca yatıb dincəlmək olardı. Onsuz
da sonra işgəncələr başlayacaqdı. Butün bunların baş verə
biləcəyini yolun başlağıcında gözə almışdı. Hələ ki, öldür-
məyiblər, deməli hələ yaşayır. Yaşayırsa, deməli hələ ki,
şanşı var. Sadəcə yeri və zamanı düzgün seçməlidir. Onun
hesabına görə cəbhə xəttindən çox da uzaq deyildi buralar.
Verilmiş vaxt bitmişdi. Qıfılı açan bədheybəti səsindən
tanıdı. Ürəyində bircə şeyi çox arzuladı. Kaş indi bu əc-
lafla təkbətək qalaydı. Deyərdilər ki, kim güclüdür özünü
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
144
sübut eləsin. İki-üç gün bundan əvvəl bədheybətin vurdu-
ğu zərbələrin ağrısı hələ də canından çıxmamışdı. Heç bir
şey demədən onun qabağına düşüb ayağını çəkərək özünü
axsayırmış kimi göstərərək xırda addımlarla irəlilədi. Qə-
rar gəlmişdi ki, buradan qaçan ana qədər özünü axsayan
göstərməlidir ki, onun qaçacağına inanmasınlar. Deyəsən
bədheybət onun asta yerişinə hirsləndi. Arxadan ona bir
təpik atdı. Qəzəbli səslə üstündən söyüş də yağdırdı.
Yenə
həmin üz, həmin ifadə. Öz-özünə:
– Lənət şeytana. Bu iblis niyə mənə bu qədər tanış gə-
lir. Yəni insan həqiqətənmi bu qədər oxşar ola bilir?
Onu gülə-gülə qarşılayan polkovnik masasının üstündə
olan alman şnabsından qədəhinə süzüb tamını yoxlayırmış
kimi dodaqlarına toxundurdu. Bəlkə könlün çəkir? Utanma,
hə nə deyirsən, süzüm? Yoxsa sən əsl müsalmanlardansan,
içki içmirsən? Amma sən hardan biləsən bu nədir, ay yazıq.
Sizdə bir misal var, eşşək nə bilir zəfəran nədir? İndi, sən nə
biləsən bu nədir? Elit yaşam tərzindən, dünya mədəniyyətin-
dən
sənin hardan xəbərin olsun, ay bədbəxt?
Mətin gözucu şüşəyə baxdı. Almanların pivədən sonra ən
çox sevdikləri likyor sayılan şnabsın dadını gözəl bilirdi. Heç
nə
demək fikri yox idi, əgər sonuncu cümləsi olmasaydı.
– Düzdür, sizdə mədəniyyətin artıq ən yüksək pilləsi-
dir. Bunu dinc əhaliyə qarşı etdikləriniz sübut edir. Mən
tam əminliklə deyə bilərəm ki, Marks mədəniyyət haqda
dediyi məhşur kəlamı sizlər üçün deyib.
Polkovnik deyəsən hərtərəfli adam idi. O, Markısın
“Mədəniyyətin ən yüksək zirvəsi vəhşilikdir” – kəlamını
nəzərdə tutduğunu həmən anladı.
– Görürəm, özünə lazım olanda dil-dil ötürsən, Mark-
sdan sitat gətirirsən. Elə bilirsən nə demək istədiyini başa
düşmürəm? Boş-boş çərənləməkdənsə, yaxşı olar ki, öz
gününə ağlayasan. Nə deyirsən, köməyinizə gələcək dəstə
hansı marşurutla gələcək? Marşurutu de, sonra da get