Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
18
Bunların sırasında E. S. Fedorovun (1902), N. S. Uspenskinin
(1910), P. N. Çervinskinin (1914), K. N. Paffenholsun (1922-
1926), İ. V. Barkanovun (1936) və bir çoxlarının, əsas etibarilə,
Kiçik Qafqazda apardıqları tədqiqatlar nəzərə çarpır. Filiz
yataqlarının tədqiqatında böyük irəliləmə əsrin 30-cu illərində
Az
ərbaycan geologiya idarəsinin yaranması ilə başlanır. Belə ki,
geoloqlardan Ş. Ə. Əzizbəyov, M. S. Qaşqay, S. M. Süleymanov,
A. N.
Solovkin, İ. A. Şirvanzadə, N. M. Səlimxanov, M. A.
Mustafab
əyli, H. İ. Kərimov, İ. N. Sitkovski və b. apardıqları
t
ədqiqatlar nəticəsində Respublikamızda əlvan, qara metal
yataqları, mineral su mənbələri və b. aşkar olunur. Qafqaz
əyalətində Azərbaycan filiz və qeyri-filiz yataqlarının müxtəlifliyi
v
ə zənginliyinə görə ən dövlətli ölkələrdən biridir. Bunlardan
Daşkəsən dəmir, xromit, Naxçıvan manqan, Gədəbəy mis, Çovdar
barit v
ə b. yataqları göstərmək olar. Respublikamız qeyri-filiz
yataqları ilə də zəngindir. Bunlardan kükürd kolçedanı, daş duz,
dolomit, fosforit v
ə s. yataqları qeyd etmək olar.
İnşaat materialları içərisində Qaradağ əhəngdaşı və gil, Qazax-
Tovuz vulkan külü, pemza, Yuxarı Ağcakənd gips, Kəlbəcər
Şaxtaqı travertin, Daşkəsən mərmər, Kəlbəcər perlit, obsedian
yataqları və bir çoxları qeyd olunmalıdır.
Az
ərbaycan eyni zamanda müalicəvi mineral su mənbəyidir.
Respublikanın Kiçik Qafqaz hissəsində İstisu, Turşsu, Şirlan,
Qızılca, Naxçıvanda Badamlı, Sirab, Vayxır və b. mənbələri
göst
ərmək olar. Respublikanın cənub rayonlarında, Masallı,
L
ənkəran, Astarada xlorlu-natriumlu mədən sularından, termal su
m
ənbələrindən məişətdə geniş istifadə olunur.
Az
ərbaycan ərazisinin cox hissəsi tektono-maqmatik inkişafın
alp tsiklinin maqmatik kompleksl
əri və çökmə süxurları ilə təmsil
olunmuşdur və alp qırışıqlıq sisteminin Aralıq dənizi vilayətinə
daxildir.
Baykal tsiklinin kristallik şistlərdən, fillitlərdən,
m
ərmərlərdən və digər metomorfik süxurlardan, həmçinin
qranitoidl
ərdən ibarət olan, kristallik fundamenti təşkil edən ən
q
ədim yaşlı süxurları Kiçik Qafqazın müxtəlif strukturlarında
Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
19
kiçik “p
əncərələr” kimi təzahül edir. Çıxışlarının məhdudluğu
onların
metallogenik
əhəmiyyətinin düzgün
proqnozlaşdırılmasına imkan vermir. Hersin tsikli üçün bütün
struktur m
ərtəbələrdə və yaş intervallarında çökmə süxurların
üstünlüyü s
əciyyəvidir. Maqmatik süxurlar qalınlığı 0,5-3,0 m.
olan layvarı diabaz intruziyaları ilə təmsil olunmuşlar. Bu
çöküntül
ər içərisində stratiform tipli qurğuşun-sink yatağı
yerl
əşir, lakin hersin tsikli çöküntülərinin məhdud miqyasda
yayılması ilə əlaqədar olaraq onların endogen filiz yataqları üçün
potensial ehtiyatları tam qiymətləndirilməmişdir. Metal və qeyri-
metal yataqlarının genetik tiplərinin ən çox təzahür edən
müxt
əlifliyi tektono-maqmatik inkişafın alp tsikli üçün
s
əciyyəvidir. Azərbaycanın ərazisi Böyük və Kiçik Qafqaz
regionlarına və onları bir-birindən ayıran dağarası Kür
çök
əkliyinə, Talış qırışıqlıq strukturuna, Naxçıvan zonasına və
Qusar-D
əvəçi kənar çökəyinə bölünür. Böyük Qafqaz
Az
ərbaycan ərazisində şimal sərhədi Baş Qafqaz dağ silsiləsi üzrə
keç
ən cənub yamacı ilə təmsil olunur. Böyük Qafqazın cənub
yamacında ümumi qalınlığı müxtəlif müəlliflərə görə 6-10 km.
olan çökm
ə süxurlar üstünlük təşkil edir. Maqmatik süxurlar
Böyük Qafqazın dayka qurşağını əmələ gətirən qabbro-
diabazların,
qabbro-dioritlərin, dioritlərin
layvarı
intruziyalarından, daykalarından, kiçik ştoklarından və əsasi, orta
v
ə az miqdarda turş tərkibli vulkanitlərdən ibarətdir. Metallogenik
baxımdan bu region mis-pirrotin və kolçedan-polimetal
yataqlarının geniş yayılması ilə xarakterizə olunur. Filizçay,
Katsdağ, Katex, Cicix-Saqator və b. yataqlar kompleks tərkibli
filiz cisiml
əri ilə təmsil olunaraq, filizlərin texnoloji emalı
prosesind
ə əsas filiz əmələ gətirən elementlərlə birlikdə
çıxarılmasının mümkünlüyü baxımından diqqəti cəlb edən
miqdarda qarışıq komponentlər (Ag, Au, Co, Bi, Cd, İn, Se, Te və
b.
) saxlayırlar.
Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
20
II FƏSİL
KIÇIK QAFQAZ VİLAYƏTİNİN
GEOLOGİYASI
Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
21
Kiçik Qafqaz vilay
əti Kür və Araz çayları arasında suayrıcı
olub, şərqdən qərbə doğru yüksəlir. Azərbaycanın qərbində
yerl
əşir. Vilayətin əsas dağ silsilələri Şahdağ, Şərqi Göyçə,
Murovdağ (Gamışdağ 3724 m.) və Qarabağdır. Qarabağ
silsil
əsindən qərbdə Vulkanik yayla yerləşir. Ən fəal seysmiklik
G
əncəbasar zonasında (8-9 bal) müşahidə olunur.
Geomorfoloji vahidl
əri - Murovdağ, Şahdağ, Şərqi Göyçə,
Qarabağ silsilələri, Qarabağ vulkanik yaylası və s.
Zirv
ələri - Gamışdağ, Hinaldağ, Böyük Işıqlı və s.
Böyük Qafqazdan f
ərqli olaraq vilayətdə Mezozoy erasının
effuziv süxurları üstünlük təşkil edir. Xüsusilə Qarabağ vulkanik
yaylası sönmüş vulkanlarla zəngindir. Bu vulkanlardan ən
hündürl
əri Böyük Işıqlı və Qızılboğazdır. Vulkan və effuziv
süxurların geniş yayılması ilə əlaqədar rayon filiz faydalı
qazıntıları - alunit, dəmir filizi, qızıl, Mehmanə polimetal yatağı
v
ə mineral bulaqlar -Istisu, Turşsu, Şırlan, Minkənd bulaqları ilə
z
əngindir. . Vilayətdə mezozoy, kaynozoy, qismən də paleozoy
(Əsrikçay hövzəsi) erasının süxurları yayılmışdır. Azərbaycanda
ən qədim süxurlardan biri Tovuz rayonunun Əsrikçay
hövz
əsindədir. Paleozoya aid bu süxurların yaşı 400-450 mln.
ildir.
Iqlimi - Vilay
ətdə yarımsəhra və quru çöl iqlimindən başqa
bütün iqlim tipl
əri mülayim-isti, dağ soyuq və dağ tundra iqlim
tipl
əri mövcuddur. Kiçik Qafqazın dağətəyi və alçaq dağlığında
qışı quraq keçən mülayim-isti (cənub-şərq hissədə yayı quraq
keç
ən mülayim-isti), orta dağlığında qışı quraq keçən soyuq,
yüks
ək dağlığında isə dağ-tundra iqlimi hakimdir.
Çayları sıxdır. Tovuz, Xaçın, Tərtər, Zəyəm, Şəmkir, Kürəkçay
– Kür
çayına; Həkəri, Bərgüşad, Köndələn, Oxçuçay isə Araz
çay
ına tökülürlər.
Dostları ilə paylaş: |