1
AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİ RAYONLARI VƏ “AZƏRBAYCAN
RESPUBLİKASININ İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİNƏ BÖYÜK
QAYIDIŞA DAİR I DÖVLƏT PROQRAMI”
Azərbaycan Respublikasının şəhər və rayonlarının davamlı inkişafının təmin olunması
məqsədilə qəbul edilmiş
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində şəhər, qəsəbə
və kəndlər əsaslı şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı,
əhaliyə göstərilən
xidmətlərin keyfiyyəti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.
Azərbaycanın inkişafı istiqamətində aparılan məqsədyönlü siyasi və iqtisadi fəaliyyətin, ordu quruculuğunun nəticəsi
olaraq 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz işğaldan azad olundu. Ali Baş Komandan
cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində Azərbaycanın
ərazi bütövlüyünü bərpa
etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin inkişafı və onların
ölkə iqtisadiyyatına inteqrasiyası, həmçinin digər iqtisadi rayonlarda planlaşdırma işlərinin səmərəliliyinin artırılması
məqsədilə 7 iyul 2021-ci il tarixli fərman imzalamışdır. Fərmana əsasən ölkədə yeni rayonlaşma aparılmış və 14 iqtisadi
rayon ayrılmışdır:
Bakı, Abşeron–Xızı, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Mil–Muğan, Mərkəzi Aran,
Şirvan–Salyan, Gəncə–Daşkəsən, Qazax–Tovuz, Qarabağ, Şərqi Zəngəzur, Lənkəran-Astara və Naxçıvan
(
şəkil 1
və 2, cədvəl 1
).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 noyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam
imzalamışdır.
Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq
işləri və mövcud vəziyyət, nail
olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının
prioritet istiqamətləri, əhalinin
doğma torpaqlarına geri qayıdışı
məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması,
müvafiq
vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət
Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş
ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
Şəkil 1. Azərbaycanın iqtisadi rayonlarının təsərrüfatı
Azərbaycan Respublikasının ayrı-ayrı regionları
tarixi inkişaf, fiziki və iqtisadi-coğrafi xüsusiyyətlərinə görə bir-
birindən fərqlənir.
İqtisadi rayon
– ölkə miqyasında təbii şəraitinə və ehtiyatlarına, təsərrüfatın sahəvi və ərazi quruluşuna, ixtisaslaşma
istiqamətlərinə, əhalinin məskunlaşmasına və əmək vərdişlərinə, inkişaf səviyyəsinə görə fərqlənən ərazidir.