Oxu təLİMİ Müəllimlər üçün vəsait


Sualların aşağıdakı növləri var



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix21.06.2023
ölçüsü0,84 Mb.
#118375
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait (2)

Sualların aşağıdakı növləri var: 
Anlamanı yoxlayan suallar. 
“Kim? Nə? Hara? Nə zaman?” sual əvəzlikləri ilə tərtib 
edilir. 
Şərhlərə istiqamətləndirən suallar: “
Nə nəticəyə gəldiniz? Hansı əlaqələri müəy-
yən etdiniz? Əvvəlcədən nə baş verəcəyini təxmin edə bilərsinizmi?” kimi suallardan 
istifadə olunur. 
Dəyərləndirməyə istiqamətləndirən suallar: 
Bu haqda nə düşünürsünüz? Bununla 
bağlı hansı fərziyyələr irəli sürə bilərsiniz? Müəllifə hansı sualı verərdiniz? 
Suallar tərtib edilərkən səthidən dərinə doğru sıralanmalı və nəticələri təqdim 
edərkən fikirlər əsaslandırılmalıdır. Sualların səviyyəsi aşağıdakı göstəricilərə görə 
təsnif edilir: 

Mətndə dəqiq cavabı olan suallar; 
I. BİLİRƏM
 
II. İSTƏYİRƏM BİLİM
 
III. ÖYRƏNDİM
 


22 

Cavabı sətiraltı mənada gizlənən suallar; 

Mətnin ideyası əsasında oxucu mühakiməsindən yaranan suallar. 
Əvvəlcə suallar tərtib edilir, sonra onlar sadədən mürəkkəbə, səthidən dərinə 
doğru düzülür. Suallar aşağıdakı kimi təsnif edilir: 
Ən yüksək 
-
Dəyərləndirməyə istiqamətləndirən suallar
-
Münasibət bildirən suallar; 
-
Şərhlərə istiqamətləndirən suallar; 
-
Məlumatların tətbiqinə yönləndirən suallar; 
-
Anlama
səviyyəsini yoxlayan suallar. 
Ən aşağı 
-
Yaddaşı yoxlayan suallar. 
 
“Ucadan düşün”
 
Bu üsuldan istifadə edərkən müəllim bir növ öz “beyninin pəncərəsini” şagirdlər 
üçün açır və onlara oxu zamanı düşünməyin yollarını göstərir. O, əlaqələndirmə
ümumiləşdirmə aparmaq, nəticə çıxarmaq, dərketməni yoxlamaq və s. fəaliyyətlərin 
köməyi ilə şagirddə yaxşı oxucu üçün vacib olan bacarıqları formalaşdırır. “Ucadan 
düşün” üsulunda dərs iki hissəyə ayrılır: 
I hissə ̶ mətnin məzmunu üzərində düşünməklə oxunun təşkili; 
II hissə ̶ düşünərək oxumaq üçün üsulların öyrədilməsi. 
Hər dəfə bu cür oxudan sonra aparılan 
“Necə oxuduq ki, başa düşdük?”
fəaliyyəti şagirdlərin oxu strategiyalarını nümunələrlə mənimsəməsinə və beləliklə, 
müstəqil, düşünən oxucu kimi formalaşmasına şərait yaradır. 
“Ucadan düşün” üsulu aşağıdakı fəaliyyətlərdən ibarətdir: 

ilkin bilikləri müəyyənləşdirmək; 

əlaqələndirmək; 

sual vermək; 

məqsədi müəyyənləşdirmək; 


23 

dərketməni yoxlamaq; 

təsəvvür etmək; 

uşaqların münasibətini öyrənmək və
dəstəkləyici fikirlər əlavə etmək. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə