Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   2   3   4   5   6   7   8   9   ...   41

 

11 


Bağayarpağı- Bağayarpağıkimilər fəsiləsinə aiddir. Birillik və çoxillik ot bitkisi olub, latınca 

«Plantago» adlanır. Lüğəti mənası planta- iz, agree- istiqamət deməkdir. Rus dilində «Podorojnik» 

adlanır. Xalq təbabətində dərman bitkisi kimi istifadə olunur. Yarpaqlarında plantaqulisid adlanan 

maddə  olduğuna  görə  çiban  tipli  yaraların  müalicəsində  dərman  kimi  istifadə  edilir.  Təzə 

bitkilərindən  hazırlanmış  cövhər  «homeopatiyada»  (dərmanların  kiçik  dozalarla  müalicə  üsulu) 

istifadə olunur. Əksər növləri aşı maddəsi ilə zəngindir. Vitaminli bitkilərdir, yarpaqlarında A və B 

vitaminləri vardır. Bağayarpağının toxumları ishala qarşı istifadə olunur. Azərbaycan florasında 13 

növü bitir. Onlardan ən əhəmiyyətlisi Böyük və NeĢtərvarı bağayarpağıdır. 

Bağırdələn-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Tragus»  adlanır. 

Lüğəti  mənası  traqos-  keçi  deməkdir.  Rus  dilində  «Kozleü»  adlanır.Qış  otlaqlarının  alağı  kimi 

tanınır. Azərbaycan florasında  Salxımvarı bağırdələn növü becərilir. 

Bağ  səhləbi-  Səhləbkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  köküyumrulu  bitkidir.  Latınca 

«Anacamptis»,  rus  dilində  «Anakamptis»  adlanır.  Kök  yumrularının  tərkibi  selikli  qişa  ilə 

zəngindir. Xalq təbabətində  və  tibbidə    ondan mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində  istifadə 

olunur. Bu növün itmə təhlükəsi olduğuna görə bir çox ölkələrin (Rusiya, Ukrayna, Belorusiya və 

s.)  «Qırmızı  Kitab»larına  daxil  edilmişdir.  Azərbaycan  florasında  Piramidal  bağ  səhləbi  növü 

bitir. 


Baharotu-  Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aid  olub,  birillik  bitkidir.  Latınca 

«Erophila» adlanır. Yunan dilində er- yaz, ifileo- sevmək deməkdir. Erkən yazda bəzən isə fevral 

ayında  çiçək  açır.  Əksər  növləri  baharda  çiçək  açdığına  görə  xalq  onu  «baharotu»  və  ya 

«yazçiçəyi» adlandırır. Rus dilində «Vesnənka» adlanır. Azərbaycan florasında Qısa, Tez və Yaz 

baharotu növləri bitir.  

Baqəvər  (Süsənbər)-  Süsənbərçiçəkkimilər  fəsiləsinə  aid  olub,çoxillik  ot  bitkisidir.  Latınca 

«Alisma», rus dilində isə «Çastuxa» adlanır. Təzə tədarük edilmiş halda heyvanlar üçün zərərlidir, 

qurumuş halda isə öz zəhərlilik xüsusiyyətini itirir. Kökümsovu nişasta ilə zəngindir və bişirilmiş 

halda  yeyilir,  çiy  halda  zəhərlidir.  Xalq  arasında  geniş  yayılmış  dərman  bitkisidir  ki,  ondan 

quduzluğa  qarşı  dərman  kimi  istifadə  olunur.  Bəzək  əhəmiyyətli  bitki  kimi  rütubətli  sahələrin  və 

dayaz  su  hovuzlarının  tərtib  edilməsində  istifadə  etmək  olar.  Azərbaycan  florasında  3  növü  bitir. 

Onlardan ən əhəmiyyətlisi Yol baqəvəridir.  



Baldırğan-  Kərəvüzkimilər  (Çətirçiçəkkimilər)  fəsiləsinə  aid  olub,  ikiillik  və  ya  çoxillik  ot 

bitkisidir. Latınca «Heracleum» adlanır. Bitkinin gövdə və yarpaqları iri ölçülü olduğundan qədim 

yunan  mifologiyasının  qəhrəmanı  Heraklın  şərəfinə  adlandırılmışdır.  Rus  dilində  «Borhevik» 

adlanır. Bu da tər yarpaqlarının «borş» xörəyinin hazırlanmasında istifadə olunması ilə əlaqədardır. 

Bitkinin  cavan  hissələri  qidada  nəm  və  turşuya  qoyulmuş  halda  istifadə  olunur.  Yarpaq  və 

meyvələrində  efir  yağları  vardır.  Yarpaqlarında  qurudulmuş  halda  1,25%,  meyvələrində  isə  0,23-

dən  1,75%-ə  qədər  efir  yağı  vardır.  Baldırğanın  bəzi  növləri  dəriyə  qıcıqlandırıcı  təsir  göstərir, 

bəzən  güclü  yanığa  da  səbəb  olur.  Azərbaycan  florasında  7-8  növü  bitir.  MNB-da  kolleksiyada 

becərilir.  

Balıqotu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olub,  çoxillik  kökümsovlu  bitkidir.  Latınca 

«Digraphis» adlanır. Yunan dilində di- iki, qrafis- salxım deməkdir. Rus dilində  «Dvukistoçnik» 

adlanır.  Erkən  yazda  vegetasiyaya  başlayır  və  heyvanlar  üçün  qidalı  yem  sayılır.  Vaxtı  keçəndə, 

yəni  vegetasiyanın  I-II  aylarında  qabalaşır.  Ona  görə  onu  sünbülləşəndən  sonra  biçib  yem  bitkisi 

kimi tədarük etmək lazımdır. Azərbaycan florasında QamıĢvari balıqotu növü bitir. 



Balqabaq  (Boranı,  Qabaq,  Küdü)-  Boranıçiçəkkimilər  fəsiləsinə  aid  olub,  birillik  bitkidir. 

Latınca  «Cucurbita»  adlanır.  Lüğəti  mənası  cucumis-  xiyar,  orbis-  dairə  olub,  «dairəvi  xiyar» 

deməkdir.  Rus  dilində    «Tıkva»  adlanır.  Balqabağın  müxtəlif  növləri  tərəvəz  bitkisi  kimi  geniş 

əkilib becərilir. Meyvəsi B

1

,B

2



 və C vitaminləri ilə zəngindir. Toxumlarında filosterin, şəkər, salisil 

turşusu, fitin və digər maddələr vardır. Balqabaq mədə-bağırsaq xəstəliklərinin müalicəsində, uşaq 

və böyüklərdə əmələ gələn yastı, yumru və biz qurdlarının salınmasında istifadə edilir. Azərbaycan 

florasında 3 növü mədəni şəraitdə becərilir. 




 

12 


BalzaminBalzaminkimilər fəsiləsinə aiddir. Xalq arasında xına (həna)  gülü kimi tanınan bu 

bitki  birillik  olub, latınca  «Impatiens»,  rus dilində isə  «Nedotroqa»,  «Prıqun»  və  ya  «Balğzamin» 

adlanır.  Sözün  latın  mənşəyi  «səbirsiz»,  «dözümsüz»,  «toxunma  mənə»  deməkdir.  Bu  ad  bitkiyə 

onun  bəzi  növlərinin  yetişmiş  meyvəsinə  toxunduqda  çatlaması  və  toxumunu  ətrafa  ataraq 

yaymasına  görə  verilmişdir.  Yarpaqları  və  çiçəkləri  boyaqçılıqda  qırmızı  və  sarı  rəng  çalarlarının 

alınmasında  geniş  istifadə  edilir.  Çiçəklərindən  alınan  rəng  isə  saç  tükünün  qırmızımtıl  rəngə 

boyanmasında  istifadə  olunur.  Xalq  təbabətində  əl  və    ayaq  barmaqlarının  arasında  göbələk 

xəstəliyi və gicişmə baş verərkən həna (balzamin) yaxması ilə müalicə edilir. Çiçəklərində 68,5% C 

vitamini vardır. Azərbaycan florasında 2 növü bitir, 1 növü isə mədəni şəraitdə becərilir. MNB-da 

kolleksiyada becərilir. 



Barmaqotu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  daxildir.  Latınca  «Digitaria»  adlanır.  Lüğəti 

mənası  latın  dilində  diqitus-  barmaq  deməkdir.  Rus  dilində  «Rosiüa»  adlanır.  Bitkinin  yarpaqları 

barmağa oxşadığından xalq onu «barmaqotu» adlandırıb. Tərkibində 7,31-8,02% proteyin, azotsuz 

piy  -2,53%,  39,41%-42,98%  ekstrativ  maddələr,  11,61-8,80%  kül  sellüloza  vardır.  Xalq  arasında 

cavan pöhrə və zoğları qida bitkisi kimi istifadə olunur Otlaq bitkisi kimi çox əhəmiyyətlidir. Güclü 

kök  sisteminə  malik  olduğuna  görə  qumluqların  bərkidilməsində  istifadə  etmək  olar.  Azərbaycan 

florasında 5 növü bitir. 

BaşınağacıBaşınağacıkimilər fəsiləsinə aid olub, kol bitkisidir. Latınca «Viburnum» adlanır. 

Lüğəti mənası viere- toxumaq, vimen- səbət deməkdir. Rus dilində «Kalina», «Qordovina» adlanır. 

Bitkinin  cavan  zoğ  və  budaqlarından  səbət,  cəvərən,  əl  çantası  toxunmasında  geniş  istifadə 

olunduğu  üçün  ona  bu  adı  vermişlər.  Quraqlığadavamlı  kol  bitkisidir.  Toxumla,  qələmlə  və 

firqəndə  üsulu  ilə  çoxaldılır.  Meyvələrində  aşı  maddələri  vardır.  Yarpaqlarından  samanı-sarı  rəng 

alınır.  Dərman  bitkisidir.  Qabığının  tərkibində  aşı  maddələri  olan  tannin  (2%-ə  qədər), 

qətran(6,5%),  turşular  (qarışqa,  sirkə  və  b.  turşular),  viburnin  qlükozidi,  fermentlər  və  digər 

maddələr  vardır.  Bitkinin  budağı  və  qabığından  qankəsici  dərman  kimi  istifadə  olunur.  Bütün 

növləri dekorativdir. Azərbaycan florasında 3 növü bitir. MNB-da kolleksiyada becərilir. 

Başlıot-  Gülçiçəkkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Latınca  «Poterium»  adlanır. 

Yunan dilində poterion- piyalə və ya qədəh mənasını verir . Rus dilində «Çernoqolovnik» adlanır. 

Tüklümeyvə  başlıotun  yarpaqlarında  61,9  mq%  C  vitamini  vardır.  Cavan  yarpaqları  xiyar  dadı 

verir və ondan salat kimi istifadə olunur. Azərbaycan florasında 2 növü bitir. 



Batbat  (Donuz  paxlası,  Bəngotu)-  Badımcançiçəkkimilər  fəsiləsinə  aid  olub,  birillik,  ikiillik 

və çoxillik ot bitkisidir. Latınca «Hyoscyamus» adlanır. Bu sözün lüğəti mənası yunan dilində hys- 

donuz,  kyamos-  paxla  olub,  «donuz  paxlası»  deməkdir.  Rus  dilində  «Belena»  adlanır. 

Yarpaqlarında  zəhərli  alkaloid  olan  qiossiamin  (0,1%)  və  qiossin  vardır.  Tibbdə  ağrıkəsici  və 

sakitləşdirici kimi istifadə olunur. Yarpaqlarında 64 qamma karotin (A provitamini) və 82,6 mq% 

C vitamini vardır. Zəhərli bitkilər olduğu üçün bu vitaminlərdən istifadə etmək məsləhət deyildir. 

Azərbaycan florasında 3 növü bitir. Bunlardan ən əhəmiyyətli növü Qara batbatdır

Bellevaliya və ya yabanı sünbülçiçəkSünbülçiçəkkimilər fəsiləsinə daxildir. Soğanaqlı bitki 

olub,  latınca  «Bellevalia»  adlanır.  Bu  cins  1598-ci  ildə  Fransanın  Monpelye  şəhərindəki  Nəbatat 

Bağının  yaradıcısı  olan  P.R.  Belvalın  şərəfinə  adlandırılmışdır.  Rus  dilində  «Belğvaliə»  adlanır. 

Bəzək-bağçılıqda  və  gülçülükdə  əvəz  olunmaz  dekorativ  bitkidir.  5  yabanı  növü  1969-cu  ildən 

başlayaraq AMEA Mərkəzi Nəbatat Bağında becərilir. 

Beşmeyvə  –  Əməköməcikimilər  fəsiləsinə  aid  olub,  çoxillik  ot  bitkisidir.  Latınca 

«Kosteletzkya»  adlanır.  Lüğəti  mənası  Çex  Nəbatatçı  alimi,  professor  V.F.  Kosteleskovanın 

şərəfinə adlandırılmışdır. Rus dilində «Kosteleükiə» adlanır. Lif verən bitki olub, ondan kəndir, çatı 

və  ipin  hörülməsində  və  toxunmasında  istifadə  olunur.  Eyni  zamanda  balıqçılıq  avadanlıqlarının, 

quşların ovlanması üçün torların hazırlanmasında istifadə edilir. Dekorativ bitki olub, Azərbaycan 

florasında 1 növü bitir.  

     Bədrənc-  Lamiasiyakimilər  (Dodaqçiçəklilər)  fəsiləsinə  daxildir.  Xalq  arasında  bəzən  ballı 

nanə,  limonlu  nanə  kimi  tanınan  bu  çoxillik  bitki  latınca  «Melissa»  adlanır.  Yunan  dilində 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə