Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə3/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   2   3   4   5   6   7   8   9   ...   31
İqlim dəişmələri 1-6

İonosfer (termosfer) adlanan dördüncü qat atmosferin 0,5%-ni təşkil edir. Bu qatda temperatur kəskin artmaqla 150 km hündürlükdə 2400C, 300 km-də 10000C, 600 km-də 15000C olur. Ionosferdə

müəyyən qədər elektromaqnit dalğalarını əks etdirən ionlaşmış hissəciklər olur və onlardan radiodalğalar kimi istifadə olunur. Bu təbəqədəki ionlar yer səthini Günəşin rentgen şüalarından qoruyur.
Cədvəl 4.1


Atmosferin təbəqələri

Təbəqələr

Hündürlüyü (km-lə)

Aralıq təbəqələr

Troposfer

8-18-25

Tropopauza

Stratosfer

18-50-55

Stratopauza

Mezosfer

55-80

Mezopauza

Termosfer (İonosfer)

90-800-1000

Termopauza (İonopauza)

Ekzosfer (Maqnitosfer)

1000-2000-3000

Ekzopauza (Maqnitopauza)

Ionosfer şərti olaraq 3 sahəyə-D, E, F sahələrinə (D –50 km, E –100 –150 km, F –150–200 km) bölünür. D sahəsi mezosferin bir hissəsini əhatə edir və burada temperatur çox dəyişkəndir (- 700C-dən +1000C-ə qədər), E sahəsində isə temperatur çox yüksək (+6000C-yə qədər) olur. F sahəsi üçün temperatur profili üçün dəqiq məlumat yoxdur.


İonosferdə Günəş şüasının təsiri nəticəsində oksigen, ozon, azot və onun oksidləri, su buxarları, karbon dioksidin iştirakı ilə kimyəvi reaksiyalar baş verir. Burada müsbət yüklü ionlar (N+, H+, NO+, O+, O2+ və s.) əmələ gəlir. İonlaşma əsasən atmosferin 70-80 km hündürtlüyündə baş verir. Atmosferin bu təbəqəsində Günəşin ultrabənövşəyi və rentgen radiasiyasının və kosmik şüaların təsirindən qazlar ionlaşaraq plazmaifrat qaz halına çevrilir, 300-400 km yüksəklikdə isə onların, xüsusilə oksigenin ionlaşması maksimum səviyyəyə çatır. Ionlaşma hidrogen, oksigen və arqon molekullarında daha intensiv gedir.
Ionosferdə qazların çox seyrək olmasına baxmayaraq, onlar yüksək elektrik keçiriciliyinə malikdir. Həmin elektrik cərəyanı axınları qütb parıltılarının və maqnit burulğanlarının yaranmasına səbəb olur. bu təbəqədə mövcud olan radiodalğaların vasitəsilə uzaq məsafələrdə olan obyektlərlə radio əlaqələri yaratmaq mümkün olmuşdur.

Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə