Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

 

42

gözlənilmişdir. Lakin hüceyrəarası maddə burada daha güclü inkişaf etmiş, miqdarı artmış və daha çox 



sıxlaşmışdır. Bu maddədə 70-80%-ə qədər su, 10-15% üzvi maddələr və 4-7% mineral duzlar vardır. Üzvi 

maddələr, əsasən, proteoqlikanlardan, qlikoproteinlərdən ibarətdir.  

Hüceyrəarası maddənin quruluş xüsusiyyətindən asılı olaraq qığırdaq toxumasının üç əsas növü 

ayırd edilir: hialin qığırdaq [1, s. 128, şək.15.2], elastik qığırdaq [1, s. 129, şək.15.4] və kollagen lifli 

qığırdaq [1, s. 129, şək.15.5]. 

Qığırdaq toxumasının hüceyrəarası maddəsi kollagen tipli xondrin liflərindən və  əsas amorf 

maddədən təşkil olunmuşdur. Kimyəvi tərkib cəhətdən xondrin lifləri birləşdirici toxumanın kollagen 

liflərinin eynidir və fibrilyar zülaldan əmələ  gəlmişdir (qığırdağın müxtəlif növülərində kollagenin tipi 

fərqlidir, əsasən II tip, az miqdarda IX, XI, nadir hallarda X tip kollagen). Amorf maddə isə əsas etibarı 

ilə qeyri-fibrilyar zülal molekulları ilə qlikozaminqlikanların birləşməsindən ibarət proteoqlikanlardan və 

qlikoproteinlərdən təşkil olunmuşdur. Bu birləşmələr ara maddənin bazofilliyini müəyyən edir. 

Qığırdağın fiziki-kimyəvi xassələri, yəni onun yapışqanlılığı, sıxlığı və gərginliyi də proteoqlikanlardan 

asılıdır.  

Xondrin lifləri adi histoloji preparatlarda görünmür, çünki onun şüa sındırma qabiliyyəti, amorf 

maddədə olıduğu kimidir. Bu lifləri xüsusi metodlarla (gümüşləmə, tripsin təsiri və s.) hazırlanan nazik 

histoloji kəsiklərdə görmək olur.  

Hüceyrəarası maddə hüceyrə qruplarını  əhatə edən yerdə konsentrik cizgilər  şəklində görünür və 

daha güclü şüa sındırma xassəsi kəsb edir.  

Qığırdaq hüceyrələri və ya xondrositlər -  (chondrocyti) qığırdaq toxumasının  əsas hüceyrə 

formasıdır. Adətən qığırdaqda 2 növ xondrosit müəyyən olunur: cavan xondrositlər – qığırdağın səthində, 

qığırdaüstlüyünün altında yerləşərək bölünmə qabliyyətini saxlayırlar; yetkin xondrositlər daha 

dərinliklərdə yerləşərək bölünmürlər, lakin hüceyrəarası maddənin komponentlərini aktiv olaraq sintez 

edirlər. Bunlar xüsusi boşluqlarda tək-tək, və ya qruplarla yerləşir; sonuncular izogen qruplar adlanır. 

İzogen qruplardakı hüceyrələr, vaxtı ilə bir hüceyrədən bölünmə yolu ilə  əmələ  gəlir. Xondrositlər adi 

preparatlarda oval, girdə, bəzən isə çoxbucaqlı  şəkildə görünür. Forma müxtəlifliyinə  əsas maddənin 

fiziki-kimyəvi halı təsir edir; məs.: həmin maddədə su və xondromukoid çox olduqda, hüceyrələr girdə 

görünür. Belə forma cavan qığırdaq üçün daha xarakterikdir. Xondrositlər, adətən, birnüvəli 

hüceyrələrdir, bəzən ikinüvəli  şəkildə  də olur. Nüvədə bir, və ya iki nüvəcik görünür. Sitoplazma zəif 

bazofildir və içərisində bütün orqanellər müəyyən edilir. Mitoxondrilər cavan hüceyrələrdə çox olur; 

onlarda habelə Holci kompleksi və sitoplazmatik tor daha aydın görünür. Hüceyrənin xarici səthində 

mikroxovcuqlara təsadüf olunur. Histokimyəvi cəhətdən xondrositlərdə qlikogen, qələvi fosfataza

oksidaza və lipaza tapılmışdır. Cavan hüceyrələrdə qlikogenin miqdarı artıq olur. 

İkinci növ qığırdaq hüceyrələri  xondroblastlar adlanır. Bunlar yetişməmiş, yastı, daha cavan 

hüceyrələr olub qığırdaqüstlüyünün hüceyrəli qatında, qığırdağın periferik hissəsində, yəni 

qığırdaqüstlüyünün yaxınlığında müşahidə olunur. Bölünmə qabliyyətlidirlər, həmcinin hüceyrəarası 

maddənin komponentlərini suntez edə bilirlər. Xondroblastlar bazofil boyanır, çünki RNT ilə zəngindir. 

Bu hüceyrələr qığırdağın inkişafında və onun böyüməsində bilavasitə  iştirak edir və yetişmiş  qığırdaq 

toxumasında xondrositlərə çevrilirlər.  



 

Hialin qığırdaq toxuması 

 

Hialin, ya şüşəyəbənzər qığırdaq  əsas qığırdaq toxuması növü olub, başlıca olaraq hüceyrəarası 



maddənin morfoloji və fiziki-kimyəvi xüsusiyyətlərinə görə digər qığırdaq toxumalarından fərqlənir. 

Adi histoloji preparatlarda hialin qığırdaq toxumasının hüceyrəarası maddəsi yarımşəffaf, tamamilə, 

homogen görünür, şüşəyə bənzəyir [1, s. 128, şək.15.2] və hüceyrələr ətrafında kapsullar əmələ gətirir. 

Ara maddənin tək-tək hüceyrələri və izogen qrupları əhatə edən hissəsi toxumanın periferiyasında oksifil 

boyanır və qığırdağın mərkəzinə doğru getdikcə onların ətrafında oksifil zonadan başqa bazofil zona da 

müşahidə olunur. Cavan hüceyrələr  ətrafında ara maddə yalnız oksifil olur. Ara maddədə bazofilliyin 

meydana çıxması  qığırdaq hüceyrələrinin qlikozaminqlikanları, proteoqlikanları çox ifraz etməsi ilə 

əlaqədardır. Hüceyrə kapsulundan uzaqlaşdıqca bazofillik yenidən zəifləyir. Yaşa dolduqca xondrositlərin 

və ara maddədəki xondroitinsulfat turşularının miqdarı azalır, bunların əvəzində isə ara maddəyə, adətən, 

kalsium duzları çökür. Sonuncular əsasən amorf maddədə olur. Xüsusi üsulla hazırlanmış preparatlarda 




 

43

əsas maddədə II tip kollagen fibrillər yerləşdiyi görünür. Onlar lif əmələ  gətirmir, eninəzolaqlılığa 



malikdirlər, lakunaların kapsulunu təşkil edirlər.  

Hialin qığırdağın möhkəm olmasının səbəbi ara maddədəki kollagen lifi gərginliyi isə 

proteoqlikanların, proteoqlikan aqreqatlarının cox olması ilə  əlaqədardır. Proteoqlikan aqreqatlarının 

(PQA) əsasında hialuron turşusunun uzun zənciri və onunla birləşmiş çoxlu sayda proteoqlikanlar durur, 

PQA-nın təşkilində birləşdirici qlobulyar zülallar, peptid zəncirlər də iştirak edir. Proteoqlikan aqreqatları 

özünə çoxlu miqdarda su molekulları birləşdirməklə yüksək hidrofillik xassəsi göstərirlər ki, bu da 

qığırdağın gərginliyini təmin edir. Bütün bunlarla yanaşı PQA kiçik molekullu metabolitlər üçün 

keçiriciliyini saxlayır. 

Hialin qığırdağının periferik hissəsində  qığırdaq hüceyrələri nisbətən cavan olur və iy şəklində 

görünür; bunlar, adətən, tək-tək yerləşir. Qığırdağın mərkəzinə doğru getdikcə hüceyrənin forması 

dəyişir, o oval ya girdə şəkil alır. İzogen qruplarda 2-4 hüceyrə yerləşir və bunlara qığırdağın mərkəzində 

daha çox təsadüf olunur.  

Hialin qığırdağı insanda və digər məməlilərdə çox yayılmışdır. Onun miqdarı yaşdan asılıdır. Belə 

ki, embrional dövrdə skeletin hələ sümükləşməmiş hissələri hialin qığırdağından təşkil olunur. Yaşlılarda 

hialin qığırdağı oynaq səthlərdə, qabarığlarda, tənəffüs yollarında və s. təsadüf olunur.  

 

Elastik qığırdaq 



 

Elastik qığırdaq hialin qığırdağa bənzəyir, lakin şəffaf deyil, təzə halda sarı rəngdə olur. Sıxıldıqda 

və dartıldıqda elastiklik xüsusiyyəti təzahür edir. Hialin qığırdaqdan onun əsas morfoloji fərqi ondadır ki, 

bu qığırdağın əsas maddəsində çoxlu elastik liflərə təsadüf olunur. Elastiki liflər orsein boyağı ilə tünd 

rənglənərək aydın görünürlər. Elastik liflər 1-4 mikron qalınlığda olub, şaxələnərək tor əmələ  gətirir. 

Qığırdağın mərkəzi hissəsində elastik liflər qalın, periferik hissədə isə nazik olur və  qığırdaqüstlüyünə 

keçir. Elastik liflər toru o qədər sıx olur ki, əsas maddə aydın görünmür [1, s. 128, şək.15.3]. Bunu nəzərə 

alaraq elastik qığırdağa bəzən torlu qığırdaq da deyirlər, hüceyrələr ətrafında bəzən bu tor daha sıx olur. 

Hüceyrəarası maddədə az miqdarda kollagen fibrillər (II tip), proteoqlikan aqreqatları olur. Elastik 

qığırdağın ara maddəsində xondrioitinsulfat turşuları, hüceyrələrdə isə qlikogen və lipidlər azdır. Bu 

toxuma  əvvəlcə hialin qığırdaq kimi inkişaf edir, sonra əsas maddədə elastik liflər  əmələ  gəlir. Elastik 

qığırdaqdan insanda və digər məməlilərdə qulaq seyvanının, xarici eşitmə keçəcəyinin və  eşitmə 

borusunun qığırdaqları, habelə  qırtlaq qapağı, buynuzabənzər və pazabənzər qığırdaqlar təşkil 

olunmuşdur. Müəyyən olunmuşdur ki, elastik qığırdaqda kollagen az oldugu üçün qığırdağın qidalanması 

pozulduğu hallarda belə kirəcləşmə getmir (Ca duzları ara maddədə cökmür).  

 

Kollagen lifli qığırdaq toxuması 



 

Kollagen lifli qığırdaq və ya birləşdirici toxuma qığırdağı sıx lifli birləşdirici toxumanın, məsələn, 

vətərin, bağların hialin qığırdağa keçən yerlərində olur. Beləliklə, kollagen lifli qığırdaq, içərisinə 

xaricdən kollagen liflər daxil olan hialin qığırdağıdır. Bu qığırdaqdan onurğaarası (fəqərəarası) disklər 

təşkil olunmuşdur; buna habelə qasıq birləşməsində, gicgah-çənə və döş-körpücük oynaqlarında (oynaq 

qığırdaqları) təsadüf olunur.  

Kollagen lifli qığırdağın hüceyrəarası maddəsi sıx lifli birləşdirici toxumanın hüceyrəarası 

maddəsinə bənzəyir, lakin burada sıx və paralel gedən kollagen liflər dəstəsi tədricən kövşəkləşərək hialin 

qığırdağın ara maddəsinə keçir. Ara maddədə I tip kollogen lifləri  olur.  

Bu toxumada da hüceyrələr ya tək-tək, ya da izogen qruplar şəklində xüsusi boşluqlarda 

(lakunalarda) yerləşir. Həmin hüceyrələrin sitoplazmasında çox vaxt vakuollar olur. Hüceyrə boşluqlarını 

əhatə edən ara maddə (perisellülar matriks) bazofil boyanır.  

Kollagen lifli qığırdaq toxuması birləşdirici toxuma ilə  qığırdaq toxuması arasında sıx rabitə 

olduğunu əyani surətdə nümayiş etdirir. Lakin sıx lifli formalaşan birləşdirici toxumaya çox oxşasa da, 

ondan fərqli olaraq ara maddəsində mineral birləşmələr nisbətən çoxdur və bu toxumada nazik birləşdirici 

toxuma arakəsmələri, qan damarları olmur. 



Qığırdaqüstlüyü 

 

Qığırdaqüstlüyü sıx lifli birləşdirici toxuma olub, qığırdağı xaricdən örtür. Xarici, nisbətən səthi 

qatda hüceyrəvi elementləri fibroblastlara çox bənzəyir, iy şəklində olur. Hüceyrəarası maddədə isə 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə