Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

 

24

B-limfositlər qanın limfositlərinin 30%-ni təşkil edir. Bu hüceyrələr ilk dəfə quşlarda Fabrisius 

kisəsi (bursa of Fabricius) deyilən limfoid orqanda aşkar olunmuşdur. B-limfositlərdən effektor 

hüceyrələr – immunoqlobulinlər – Ig(antitellər) sintez edən plazmositlər yaranırlar. Plazmatik hüceyrələr 

isə konkret antigenə qarşı antitel sintez edirlər.  

B-limfositlər, plazmatik hüceyrələr humoral immunitetə cavabdehdirlər. Onların sintez etdikləri 

antitellər qana və orqanizmin başqa maye mühitlərinə ifraz olunurlar. Hədəfin – antigenin məhvi 

antitellərin iştirakı ilə gedir. B-limfositlərin plazmolemmasında çoxlu sayda immunoqlobulin Ig 

reseptorları olur (ən çox IgM, IgD sinifləri). Hər bir B-limfosit 105 sayda belə reseptorlara malik olur. 

Antigeni B-limfosit bu reseptorlarm köməyi ilə tanıyır. Reseptor antigenlə birləşdikdə, yəni antigen 

stimulyasiyası nəticəsində B-limfosit aktivləşir və proliferasiya edir, plazmatik hüceyrəyə diferensiasiya 

edir. 


T-limfositlər. T-limfositlərin sələfləri qırmızı sümük iliyində yaranaraq qanla timusa gətirilir və T-

limfositlərin diferensiasiyası timusda baş verir. B-limfositlərdən fərqli olaraq T-limfositlərin immun 

reaksiyalarda iştirakı antigeni bilavasitə tanımaqla yox, başqa hüceyrələrin membranındakı histouyğunluq 

molekullarını tanıması ilə bağlıdır. Yetkin T-limfositlər timusu tərk edir, periferik qanda, limfoid 

orqanlarda təsadüf edirlər. Səthi diferensiasiya antigenlərinə görə T-limfositlərin iki tipi ayırd edilir: CD

4+

 



və CD

8+

 limfositlər. 



CD

4+

-limfositIər T-helper limfositlərdir. Bu hüceyrələr B-limfositlərin proliferasiyasını  və Ig 



sintezini stimulə edirlər, IL-2, IL-3, IL-4, IL-5, IL-6 sintez edirlər. 

CD

8+



-limfositIər isə sitotoksik T-limfositlər (və ya killerlər) və T-supressorlardır – (Tc və Ts). 

Sitotoksik T-limfositlər immun cavab zamanı antigeni Ag-histouyğunluq molekulları (MHC-I sinif) ilə 

tanıyır, bilavasitə Ag-ni məhv edirlər. T-supressorlar (onları T-requlyatorlar da adlandırırlar) isə immun 

sistemin digər hüceyrələrinin aktivliyini azaldırlar. Sitotoksik T-limfositlər və ya T-killerlər  əsasən 

hüceyrə immunitetində iştirak edir, transplantantın hüceyrələrinin məhv edilməsi, Ag-un bilavasitə məhv 

edilməsi proseslərində  iştirak edirlər. Sitotoksik T-limfositlər hədəf hüceyrəni (yadı) tanıyır, onunla 

birləşir və lizisə  uğradırlar. Onların sitoplazmasında spesifik sitolitik qranullar aşkar edilmişdir. Bu 

qranullarda perforin zülalı vardır, onun köməyi ilə killerlər hədəf hüceyrəni məhv edirlər. Hədəf hüceyrə 

rolunu virusla infeksiyalaşmış hüceyrələr də oynaya bilərlər.  

NK-hüceyrələr. T- və B-limfositlərdən fərqli olaraq membran səthində səthi determinantlara malik 

deyillər. Bütün sirkulyasiya edən limfositlərin 5-10%-ni təşkil edirlər. Tərkibində perforin zülalı olan 

sitolitik qranullara malikdirlər, bu yolla da infeksiyalaşmış hüceyrələri, yad hüceyrələri məhv edirlər. 

İnterleykinlərin təsiri altında NK hüceyrələr proliferasiya edirlər. Aktivləşmiş NK hüceyrələrin plazmatik 

membranında CD69 qlikoproteini meydana çıxır. 

T- və B-limfositlər arasında morfoloji fərqlər tam aydınlaşdırılmamışdır. Tədqiqatlar göstərir ki, B-

limfositlərdə  dənəli endoplazmatik tor güclü inkişaf etmişdir, T-limfositlərdə isə lizosomlar nisbətən 

çoxdur.  

T- və B-limfositlər, onların populyasiyaları immunoloji metodlarla aşkar edilirlər. Bu isə onların 

membran səthində spesifik reseptorların olmasına əsaslanır. 

Antigenlə qarşılıqlı  təsir nəticəsində T- və B-limfositlərin effektor formalarından başqa, T- və B-

yaddaş hüceyrələri də yaranır. Bu hüceyrələr eyni antigenlə  təkrar qarşılaşdıqda, orqanizmdə daha tez 

sürəkli immun cavabı təmin edirlər. Limfositlərin həyat dövrü bir neçə həftədən bir neçə ilədək davam 

edə bilər. Periferik qandakı limfositlərin çox hissəsini uzun ömürlü (aylarla və illərlə) resirkulyasiya edən 

T-limfositlər, az hissəsini isə  qısa ömürlü (həftə  və aylarla) B-limfositlər təşkil edir. Resirkulyasiya 

halları, yəni qandan toxumaya, toxumalardan limfa yolları ilə yenidən qana qayıdış daha çox T-limfositlər 

üçün xarakterdir. Bu yolla onlar bütün orqan və toxumalarda immunoloji nəzarəti həyata keçirirlər.  

Müəyyən olunmuşdur ki, qanda sirkulyasiya edən və qırmızı sümük iliyindən bura miqrasiya edən 

qanın sütun hüceyrələri də kiçik limfositlərlə eyni morfoloji əlamətlərə malikdirlər.  

Monositlər leykositlərin ümumi sayının 3-11%-ni təşkil edirlər, sərbəst hərəkət edə bilirlər. Qanda 

10-12 saat sirkulyasiya etdikdən sonra toxumalarda məskunlaşırlar. Toxumalarda bu hüceyrələrin həyat 

dövrü 1 ayadək ola bilər. Qan yaxmasında monositlər dairəvi formada olub diametri 20 mkm-ə çatır. 

Nüvə oval və ya paxla şəkillidir, 1-2 nüvəciyi var. Limfositlərə nisbətən monositlərin nüvəsində xromatin 

az kompaktlaşmışdır. Sitoplazma zəif bazofildir. Sitoplazmada kiçik, az sayda qeyri-spesifik azurofil 



 

25

dənələr (lizosomlar) aşkar edilir. Monositlər üçün barmaqşəkilli sitoplazmatik çıxıntılar və faqositar 



vakuolların olması xarakterikdir. Sitoplazmada çoxlu pinositoz qovuqlar, dənəli endoplazmatik şəbəkə 

kanalcıqları, kiçik mitoxondrilər vardır. Toxumalarda onlar makrofaqlara çevrilirlər. Monositlər 

orqanizmin makrofagik sisteminə və ya mononuklear faqositar sistemə daxildirlər. Bu sistemə daxil olan 

hüceyrələr qırmızı sümük iliyinin promonositlərindən törəyirlər. Onlar aktiv pinositoz və immun 

faqositoz qabiliyyətinə malikdirlər. Onların membranında immunoqlobulin reseptorları, komplement 

zülallara məxsus reseptorlar olur. Mononuklear faqositlərin sitoplazmasında sitoplazmatik fermentlər: 

qeyri-spesifik esteraza, lizosim, peroksidaza, 5-nukleotidaza fermentlərinin olması xarakterdir.  

Toxumalarda məskunlaşan monosit makrofaqa çevrilir. Bütün orqanların makrofaqları 

monositlərdən törəyirlər. Mononuklear faqositar sistemə qanın monositləri, müxtəlif orqanların 

makrofaqları daxildir. Bu makrofaqlara ağciyər alveol makrofaqları, qırmızı sümük iliyi makrofaqları, 

limfa düyünlərinin, dalağın, seroz boşluqların, birləşdirici toxumanın makrofaqları, qara ciyərin 

ulduzşəkilli makrofaqları, mikroqliya, osteoklastlar, epidermal makrofaqlar aiddir. Monositdən makrofaq 

yetişən zaman hüceyrələrin ölçüsü böyüyür, lizosom və mitoxondrilərin miqdarı artır, zülal sintezi, 

faqositar aktivlik yüksəlir, membranda immunoqlobulin reseptorlan formalaşır. Makrofaqlar bakteriyaları, 

antigen-antitel komplekslərini, ölmüş hüceyrələri, yad cisimcikləri faqositə edirlər. Faqositoz ya 

bilavasitə, ya da antitellə vasitələnmiş ola bilər. Antitellə vasitələnən faqositoz zamanı antitellə 

əhatələnmiş antigen makrofaqın uyğun reseptorunun köməyi ilə makrofaqın membranına fiksə olur, sonra 

isə udulur. Udulmuş antigen bəzi hallarda axıra qədər parçalanmır. Belə ki, antigen fraqmentləri uzun 

müddət makrofaqın membranında II sinif histouyğunluq molekulları ilə birləşərək makrofaqın səthində 

qala bilir. T-limfositlər məhz belə təqdim olunan antigeni tanıyırlar, buna görə də makrofaqlara antigen 

təqdim edən hüceyrələr də deyilir. Makrofaqlardan başqa belə xüsusiyyətlərə dendrit hüceyrələr, timusun 

epitelioretikulosit hüceyrələri də malikdirlər. Faqositoz və antigen təqdim etmək funksiyalarından başqa 

makrofaqlar qanyaranmaya, leykositlərin aktivliyinə, iltihabi proseslərin gedişinə  təsir göstərə bilən bir 

sıra maddələr sintez edirlər. Məs.: koloniyastimuləedici faktor (KSF), interleykin-1, interferon, lizosim, 

kollagenaza, fibronektin və s.  

Trombositlər. Trombositlər qırmızı sümük iliyinin giqant hüceyrələri olan meqakariositlərin 

sitoplazmatik fraqmentləridirlər, diametri 2-3 mkm olan diskəbənzər cisimciklərdir. 1

 qanda  miqdarı 



180-320x10

9

 olur. 8-11 sutka qan cərəyanında fəaliyyət göstərir. Trombositlər qanın laxtalanmasında 



iştirak edir, kapillyar divarının keçiriciliyini azaldır, öz membranları  səthində antitelləri daşıya bilirlər. 

Boyanmış qan yaxmasında mərkəzi hissəsi tünd, periferik hisşəsi açıq olan solğun mavi cisimciklər 

şəklində görünürlər. Açıq hissə  hialomer, tünd hissə  qranulomer adlanır. Qranulomer hissədə olan 

dənələr bazofildirlər. Ultramikroskopik müayinədə hialomer hissə bircinsli çox zərif danəli görünür, 

burada dənəli endoplazmatik torun hissələri sayılan sıx kanalcıqlar, periferik hissələrdə mikroborucuqlar, 

aktin fılamentləri aşkar edilir. Plazmolemma daxilə doğru invaginasiyalar əmələ  gətirir ki, bu da acıq 

kanalcıqlar sistemini təşkil edir. Güman olunur ki, bu kanalcıqlarla kiçik hissəciklər, qranulomer hissənin 

dənələrinin möhtəviyyatı, Ca

2+

 ionları  və s. daşınırlar. Bundan başqa, trombositlərdə mitoxondri, 



ribosomlar, qlikogen əlavələri aşkar edilir. 

Qranulomer hissədə lizosom təbiətli I tip α-qranullar (0,2-0,3 mkm) müəyyən edilir. Bu dənələrin 

tərkibində  əsasən makromolekulyar maddələr – qanın bəzi laxtalanma faktorları  (əsasən XIII faktor), 

böyümə faktorları  və bir sıra fermentlər – turş fosfotaza, katepsin, trombokinaza, β-qlükorinidaza və s. 

aşkar edilir. II tip δ-qranullar – sıx cisimciklər adlanır. Tərkibində biogen aminlər serotonin və histamin, 

Ca

2+



 ionları, ATF, ADF, aşkar edilmişdir. 

Trombositlər trombəmələgəlmə prosesində  iştirak edir. Damar divarında defekt əmələ  gəldikdə 

zədələnmiş toxumalardan bəzi maddələr ifraz olunur ki, bu maddələr  xarici laxtalanma faktorları 

adlanırlar və trombositlərin adheziyasına – yapışmasma səbəb olurlar. Adheziya prosesi nəticəsində 

trombositlər aktivləşir, sıx – II tip dənələrində olan maddələr xaric olur ki, bu da trombositlərin 

aqreqasiyasına (bir-birinə yapışmasına) səbəb olur, bu da tromb kütləsinin yaranması ilə  nəticələnir. 

Adheziya nəticəsində trombositlər aktivləşirlər. Aktivləşmiş trombositlərdən  xaric olunan maddələr 

qanın daxili laxtalanma faktorları adlanırlar. Hər iki faktor, xarici və daxili laxtalanma faktorları qan 

plazmasının protrombin zülalını aktivləşdirir və protrombindən trombin əmələ gəlir. Trombin, plazmanın 

digər zülalına fibrinogenə  təsir göstərir və  fıbrin  əmələ  gəlir. Bu proses laxtalanma (koaqulyasiya) 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə