Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə150/158
tarix26.03.2023
ölçüsü5,85 Mb.
#103221
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

TİBBİ YARDIM 
Havanın temperaturunun yüksək olması bəzən orqanizmdə 
müəyyən fəsadlara, o cümlədən günvurmaya səbəb olur.
Günvurma
orqanizmin ətraf mühitin yüksək temperaturuna 
patoloji reaksiyasıdır.
Günvurma uzun müddət, xüsusilə də saat 12-18 arası günəş 
şüaları altında qaldıqda baş verir. İsti havalarda uzun müddət 
günəş altında dayanmaq məsləhət görülmür. Günvurmaya 
bütün insanlar məruz qala bilər, lakin risk qrupu əsasən 5 
yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlar, şəkərli 
diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olan şəxslər 
və açıq havada günəş altında işləyən şəxslər məruz qalırlar. 
Əgər günvurma halı baş veribsə, zərərçəkənə ilk tibbi 
yardım edilməlidir. Əks halda xəstə komaya da düşə bilər. Belə 
bir halda ilk yardımın göstərilmə prinsipləri həyata keçməlidir. 
Yəni zərərverici amilin orqanızmdən aradan qaldırılmasıdır. 
Buna görə də günvurmaya məruz qalan şəxs təcili olaraq soyuq 
və sərin yerə aparılmalıdır.
Başa və bədənə nəm dəsmal qoyulmalıdır. Bu situasiyadan 
sonra dərhal həkim çağırılır və xəstə yaxınlıqdakı həkim 
məntəqəsinə 
aparılmalıdır. 
Bundan 
sonra 
peşəkar, 
ixtisaslaşdırılmış həkimlər tərəfindən yardım göstərilir. 
Orqanizmdə termorequlyasiya mərkəzləri, istilik tənzimi 
mexanizmləri var ki, bunlar qan damarlarının genişlənməsi, 
dəri ilə su buxarlanması, bədən temperaturunun stabil 
saxlanmasına imkan verir. Müəyyən müddətdən sonra bu 
mexanizmlər pozulur və temperatur artır.
Bədən temperaturunun yüksəlməsi orada biokimyəvi 


İlk tibbi yardımın göstərilmə qaydaları 
235 
proseslərin pozulmasına, zülalların dağılmasına gətirib çıxara 
bilər. İstivurma ölümlə də nəticələnə bilər. Yəni bu 
tronbozlarla, ürək fəaliyyətinin dayanması ilə, beyinə qan 
sızması ilə müşahidə edilə bilər. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə