Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə151/158
tarix26.03.2023
ölçüsü5,85 Mb.
#103221
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

İlk yardım qaydası. 
Günvurma zamanı ilkin tibbi yardım 
kimi zərərçəkəni kölgəyə və sərin otağa aparmaq, geyimini 
yüngülləşdirmək lazımdır: Bundan əlavə onun bədən hərarətini 
aşağı salmaq üçün libası su ilə isladılmalıdır. Zərərçəkənə 
soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin (şəkil 72 ). 
Şəkil 72. Zərəçəkənə sırin hava vurulması. 
Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq 
nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün 
olmadıqda soyuq su ilə kompres qoyun. Huşunu itirdiyi halda 
zərərçəkənə naşatır spiriti iylətmək, tənəffüs olmadıqda isə süni 
tənəffüs vermək tələb olunur. Bundan sonr mütləq həkimə 
müraciət etmək lazımdır. 
İstivurma
ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin 
həddindən artıq qızması və kəskin ağır vəziyyətin yaranmasıdır. 


İlk tibbi yardımın göstərilmə qaydaları 
236 
İstivurma təhlükəli hal hesab edilir. İstilik nəticəsində 
orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman 
orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda 
maye və duz itirir. Bədəndə mayenin səviyyəsi aşağı düşdükcə 
tərləmə dayanır və bədən özünü effektiv soyuda bilmir.
Bədənin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və 
digər vacib orqanlar (ürək və böyrəklər) öz fəaliyyət 
qabiliyyətlərini itirməyə başlayırlar. Nəticədə istivurma yaranır. 
İstivurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti 
paltarda səylə işləmək və yaxud bir neçə saat havasız, pis 
ventilyasiya olan yerdə keçirmək kifayət edir. 
İstivurmanın təsirinə daha çox artıq bədən çəkisi olanlar; 
yaşlı insanlar, uşaqlar, körpələr; günün isti vaxtında açıq 
havada qalanlar, o cümlədən həddən artıq fiziki işlə məşğul 
olanlar; ürək problemi, şəkər xəstəliyi, digər xroniki xəstələyi 
olanlar; spirtli içki, yuxu dərmanları qəbul edənlər; zəif 
qidalananlar məruz qalırlar. Əlamətləri: 
- zəiflik, qızarmış sifət; 
- baş ağrısı; 
- başgicəllənmə; 
- sifətin əvvəlcə qızarması, sonra birdən-birə avazıması; 
- təngnəfəslik, nəbzin tezləşməsi
- ağır hallarda bədən hərarətinin 40OC-dən artıq olması; 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə