Oğuz yurdu iCTİMAİ-Sİyasi QƏzet



Yüklə 310,43 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix06.05.2018
ölçüsü310,43 Kb.
#42723
1   2   3   4   5   6

31 yanvar  2018-ci il

7

OĞUZ YURDU

Ə

dəbiyyat məlumatlarında göstə-



rilir  ki,  yer  kürəsində  mövcud

olan 1 mln buğumayaqlıdan 68

minə qədəri iqtisadi baxımdan zərər vura

bilirlər. Sorucu ağız aparatına malik olan bir

sıra zərərvericilər, kənd təsərrüfatına ciddi

zərər vurmaqla yanaşı, eləcə də insanlar

üçün  dəhşətli xəstəliklərin daşıyıcılarıdır.

Adi ev milçəyi 200-dən artıq mədə-bağır-

saq  xəstəliklərinin  infeksiyalarını  yayır.

Müxtəlif illərdə  üzümün mildiu, soğanın pe-

reno-sporoz, tütünün yalançı unlu şeh və

ya perenosporoz, kartofun fitoftoroz xəstə-

liyi məhsulun 50-60% itkisinə səbəb olmuş-

dur.


Dünya  kənd  təsərrüfatına  60  fəsiləyə

daxil olan 200 növ alaq otları zərər vurur.

Bunların 57%-ni birilliklər, 43%-ni çoxilliklər

təşkil edirlər. 80 növ alaq otu xüsusilə təh-

lükəli hesab edilir. 1985-ci ildə dünyada no-

xud  sahələrinin  alaq  otları  ilə  sirayətlən-

məsi məhsulun tam məhvinə səbəb olmuş-

dur.  


Məhsul itkisinin qarşısının alınmasında

bitki mühafizə tədbirlərindən səmərəli isti-

fadə böyük əhəmiyyətə malikdir. Bitki mü-

hafizəsi-bitki və bitkiçilik məhsullarının zə-

rərli orqanizmlərdən mühafizəsi məqsədi ilə

kompleks tədbirlərin həyata keçirilməsidir.

Bu kompleks tədbirlərin həyata keçirilmə-

sində bitki mühafizə vasitələri-bitki və bitki-

çilik məhsullarının zərərli orqanizmlərdən

qorunması  məqsədi  ilə  istifadə  olunan

pestisidlər, bioloji preparatlar, canlı faydalı

orqanizmlər və texniki vasitələr əhə- miy-

yətli yer tutur. Bitkiləri zərərli orqanizmlər-

dən qorumaq üçün aqrotexniki, mexaniki,

fiziki, kimyəvi, bioloji və digər üsullardan is-

tifadə edilir.

Bitkilərin zərərverici,  xəstəlik və alaq ot-

larından  mühafizəsi  məqsədi  ilə  kimyəvi

üsuldan daha  geniş istifadə olunur.  Kimyə-

vi üsulun mahiyyəti fitopatogen orqanizm-

lərə qarşı toksiki olan üzvi, qeyri-üzvi və s.

mənşəli pestisidlərin tətbiqidir. Pestisidlər-

bitkilərin mühafizəsində tətbiq edilən ümu-

mi qəbul edilmiş kimyəvi  vasitələrdir. Pes -

tisidlər kənd təsərrüfatında becərilən bütün

bitkilərdə məhsulun zərərli orqanizmlərdən

mühafizə  olunması  məqsədi ilə  istifadə

olunur.


Zərərli orqanizmə təsirinə və  praktiki tə-

yinatına görə pestisidlər bir neçə qrupa bö-

lünür.  Onlardan    hansı  bitki  sahəsində,

hansı fəsildə, nə qədər istifadə olunması-

nın  müəyyənləşdirilməsi  üçün  fermerlər,

əhali mütəxəssislərlə sıx əlaqə saxlamalı-

dırlar.

Son  illər  kənd  təsərrüfatı  bitkilərinin



zərərverici, xəstəlik və alaq otlarına qarşı

inteqrir mübarizə tədbirlərinin həyata keçi-

rilməsi nəticəsində, pestisidlərdən istifadə-

nin azaldılması vacib məsələlərdəndir. Bu

proses  davamlı  sortların  becərilməsi  və

bitkiçilikdə müasir becərmə  texnologiyala-

rından istifadə, bioloji və biotexnoloji təd-

birlərin tətbiqinin üstünlüyü və kombinasi-

yası ilə həyata keçirilir.

Kənd təsərrüfatı bitkilərinin xəstəlik və

zərərvericilərdən qorunması üçün kimyəvi

bitki mühafizə vasitələrindən istifadə zəruri

olaraq qalır, lakin onların tətbiqi aparılmış

müşahidələrin nəticələrinə əsaslanaraq hər

bir konkret sahə üçün iqtisadi zərərvermə

hədləri və xeyirli həşaratların (entomofaq-

lar) səmərəlilik həddi nəzərə alınmaqla hə-

yata  keçirilməlidir.  Bunun  təmin  edilməsi

üçün  kimyəvi bitki mühafizə vasitələrindən

istifadə edərkən hökmən fitosanitar xidmə-

tinin  mütəxəssisləri  ilə  məsləhətləşmək

lazımdır. Qeyd edək ki,  Kənd Təsərrüfatı

Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarə-

ti  Xidməti  xüsusi təhlükəli zərərvericilər-

dən olan mərmər bağacığının  qonşu Rusi-

ya və Gürcüstan ərazilərində geniş yayıldı-

ğını və Azərbaycan ərazisində də yayılma

təhlükəsinin  olduğunu  nəzərə  alaraq  12

dekabr  2017-ci il tarixdə fermerlərə,  əhali-

yə  xəbərdarlıq  edərək  diqqətli  olmağı  və

bənzər zərərverici müşahidə edildikdə Döv-

lət  Xidmətinin yerli qurumlarına müraciət

etməyi tövsiyə etmişdir. Müraciətdə göstəri-

lir ki, xüsusi təhlükəli zərərvericilərdən olan

mərmər bağacığının (Halyomorpha halys

Stal) müxtəlif meyvə, tərəvəz və bəzək bit-

kilərinə kütləvi zərər vurması MDB məka-

nında ilk dəfə 2015-ci ilin payız aylarında

Soçi şəhərində müşahidə olunub.  Az sonra

zərərvericinin Gürcüstan Respublikasının

müxtəlif (Abxaziya və s.) ərazilərində fındıq

bağlarına, eləcə də digər kənd təsərrüfatı

bitkilərinə  ciddi  ziyan  vurduğu  aşkar  olu-

nub.


2016-cı ildə aparılmış müşahidələr za-

manı  bu  zərərvericilərin  Rusiyanin  Qara

dəniz  sahillərində  və  Abxaziyada  meyvə

bağlarına  ciddi  zərər  vurduğu,  meyvələri

yararsız hala saldığı müəyyən edilib. Mər-

mər bağacığının Abxaziyanın Qulripşski və

Süxumi rayonları ərazisində kütləvi çoxal-

ması nəticəsində xurma, fındıq, qoz, şaftalı

və naringi ağaclarına ciddi ziyan dəyib.

Zərərli növün əsas vətəni Cənub-Şərqi

Asiya, Çin, Yaponiya, Tayvan və Vyetnam-

dır. İlk dəfə 1996-cı ildə ABŞ-ın  bütün əra-

zilərində  müşahidə  olunduğu  və  məhsul-

darlığı aşağı saldığı üçün xüsusi təhlükəli

zərərverici elan olunub.

Bununla əlaqədar olaraq Dövlət  Xidmə-

tinin yerli strukturları gücləndirilmiş iş re-

jiminə keçiblər və bölgədə bu zərərvericinin

yayılma təhlükəsinin qarşısını almaq məq-

sədi ilə müşahidə və maarifləndirmə təd-

birlərinə başlayıblar.

Mərmər  bağacığı    bir  çox  bitkilərlə,  o

cümlədən  meyvə ağaclarından, alma, ar-

mud, ərik, şaftalı, xurma, əncir, fındıq və sit-

rus bitkilərinin bütün növləri, tənək, tərəvəz

bitkilərindən pomidor, xiyar və bibər, eləcə

də bəzək və dekorativ  bitkilərin bütün növ-

ləri ilə qidalanaraq ciddi zərər vurmaq qa-

biliyyətinə malikdir. Alma və armud ağacla-

rında nekroz əmələ gətirir və meyvələri ya-

rarsız hala salır. Fındıq və qoz ağaclarında

meyvələrin inkişafı  dövrünə zərər vurmaq-

la  məhsulun kəmiyyət və keyfiyyətcə pis-

ləşməsinə səbəb olur.

Qeyd edək ki, mərmər bağacığı yarım-

sərtqanadlılar (Hemiptera) dəstəsinin  pen-

tatomidlər  (Pentatomidae) fəsiləsinə aiddir.

Yaşlı fərdlərin rəngi qəhvəyidir. Bel və baş

nahiyyəsi spesifik mərmərəbənzər naxış-

larla örtülüdür ki, adlandırmada bu əlamət

nəzərə alınmışdır. Bədənin aşağı hissəsi

ağımtıl  və ya ağ qəhvəyi rəngdədir. Bədən

quruluşu  armudvari  olmaqla,  yığcam  for-

mada 12-17 mm təşkil edir. Yetkin fərdləri

aprel ayının əvvəllərindən etibarən qışlama

yerindən  çıxır  və  qidalanma  üçün  qida

mənbəyi axtarır. Qidalanma dövrü 1-2 həftə

davam edir. Dişi fərd yarpaqların alt hissə-

sində 1,3-1,6 mm ölçüdə 20-30 ədəd yu-

murta qoyur. Yumurtalar  ağ kürə şəklində

olur. Əlverişli şəraitdə  üç nəsil vermə qabi-

liyyətinə malikdir. I nəsil, əsasən may-iyun,

II nəsil iyun-avqust və III nəsil isə avqust-

oktyabr aylarında inkişaf edir. Zərərverici ilə

mübarizə zamanı kimyəvi mübarizədən isti-

fadə olunması tövsiyə edilir və bu ən səmə-

rəli mübarizə tədbirləri sayılır.

Yengibar Məhərrəmov, 

Kənd  Təsərrüfatı  Nazirliyi  yanında

Dövlət  Fitosanitar  Nəzarəti  Xidməti

Oğuz Rayon Bitki Mühafizəsi İdarəsinin

rəisi

MƏHSUL İTKİSİNİN QARŞISININ ALINMASINDA BİTKİ

MÜHAFİZƏ VASİTƏLƏRİNİN ROLU

D

ini  Qurumlarla  İş  üzrə  Dövlət



Komitəsi,  Daxili  İşlər  Nazirliyi,

Baş Prokurorluq və Dövlət Təh-

lükəsizliyi Xidməti arasında dini ekstrem-

izmə qarşı mübarizənin 2018-ci il ərzində

də davam etdirilməsi məqsədilə Tədbirlər

Planı imzalanıb. 

Dövlət Komitəsindən "Report"a verilən

məlumata görə, Tədbirlər Planında  dini

ekstremizmə  və  onu  doğuran  səbəblərə

qarşı birgə mübarizənin aparılması, bu isti-

qamətdə fəaliyyət göstərən qurumlar ara-

sında koordinasiya işinin təşkili məqsədilə

respublikanın bütün bölgələri əhatə olun-

maqla seminar-müşavirələrin keçirilməsi

nəzərdə tutulub. 

İctimaiyyət  nümayəndələrinin  də  cəlb

olunacağı bu tədbirlərdə Azərbaycan Res-

publikasında mövcud dövlət-din münasi-

bətləri, bu sahədəki təhdidlər, eləcə də dini

ekstremizmin yaranma səbəbləri və ona

qarşı mübarizənin hüquqi əsasları, ölkə-

mizdəki multikultural mühit və tolerantlıq

ənənələri,  müxtəlif  dinlər  və  məzhəblər

arasında  əməkdaşlığa  dair  mövzularda

geniş fikir mübadiləsinin aparılması plan-

laşdırılır.



Azərbaycanda dini ekstremizmə qarşı mübarizəyə

dair Tədbirlər Planı təsdiqlənib

A

zərbaycanda  ilin  əvvəlinə



əhalinin  demoqrafik  vəziy-

yəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən ve-

rilən  məlumata  görə,  ilin  əvvəlindən

ölkə əhalisinin sayı 80731 nəfər və ya

0,8 faiz artaraq 2017-ci il dekabr ayı-

nın 1-i vəziyyətinə 9890712 nəfərə ça-

tıb.


Əhalinin 53,0 faizini şəhər, 47,0 fa-

izini kənd sakinləri, 49,9 faizini kişilər,

50,1  faizini  isə  qadınlar  təşkil  edir.

Əhalinin  bir  kvadrat  kilometrə  düşən

sıxlığı  114  nəfər  olub.  Hazırda  hər

1000 kişiyə 1006 qadın düşür.



Azərbaycan əhalisinin sayı açıqlanıb

A

mazon  şirkəti  dünyada  kassa  və  satıcısı  ol-



mayan ilk mağaza istifadəyə verib. İndi rəflərdə

qurulmuş  skanerlərin  köməyi  ilə  pul  alıcının

hesabından çıxılacaq.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, ilk belə

supermarket  ABŞ-ın Siyetl şəhərində açılıb.

Telefona  xüsusi  ödənişsiz  mobil  proqram  quraşdır-

madan “Amazon” şirkətinin mağazasında alış-veriş etmək

mümkün deyil. Alıcı mağazaya daxil olmazdan öncə öz

smartfonunu  skanerə  yaxınlaşdırmalıdır.  Bundan  sonra

alıcı  rəflərdən  lazım  olan  məhsulu  götürə  və  nəhayət,

mağazanı  tərk  edə  bilər.  Bütün  alış-verişin  dəyəri  isti-

fadəçinin hesabından avtomatik çıxılacaq. Həmçinin məh-

sulu  geri  qaytarmaq  mümkündür  və  bu  halda  həmin

məhsulun dəyəri alıcının hesabından çıxılmayacaq.

Belə supermarketin yaradılması zamanı sürücüsüz av-

tomobillərin yaradılmasında istifadə edilmiş texnologiyalar

tətbiq edilib.

“Amazon”  şirkətinin  yeni  mağazası  2016-cı  ildə  isti-

fadəyə verilmişdi, amma yalnız şirkətin əməkdaşları üçün

sınaq rejimində fəaliyyət göstərirdi.

ABŞ şirkəti başqa şəhər və ölkələrdə də belə mağaza

açmağı planlaşdırır.



S a t ı c ı s ı   v ə   k a s s a s ı   o l m a y a n   i l k   m a ğ a z a  

i s t i f a d ə y ə   v e r i l d i  


31 yanvar  2018-ci il

8

Тясисчи:

Оьуз Район Ижра Щакимиййяти

вя 

редаксийанын йарадыжы коллективи

Редактор:

Назим 

Щцсейнли

Цнван:Оьуз шящяри, 

Щейдяр Ялийев проспекти-62

E-mail:oguzyurdu34@mail.ru

Тел: 21-5-23-35

Бакы шящяри,

“Мятбуат фирма”сында чап

олунмушдур.

Тираъ 500

Лисензийа № 022631

Гейдиййат нюмряси 431

Щесаб нюмрямиз “Капиталбанк”

АЗ07АИИБ33050019446800222168

ВЮЕН 6600067771

OĞUZ  YURDU

H. Babayev  adına  Oğuz  şəhər 1 nömrəli

tam  orta  məktəbin kollektivi  direktor müavini

Xatirə  Novruzovaya  anası



QƏTİBƏ NOVRUZOVANIN

vəfatından  kədərləndiyini  bildirir  və dərin hüzn-

lə başsağlığı verir. 

A L L A H     R Ə H M Ə T     E L Ə S İ N

E T İ B A R S I Z       S A Y I L I R

A

zərbaycan xalqı zəngin keçmişə, milli mənəvi dəyər-

lərə malikdir.  Xalqımız həmişə öz keçmişinə,  adət-

ənənələrinə bağlı olub. Həmişə çalışıb ki, adət-ən-

ənələri  yaşatsın,  unutmağa  qoymasın.  Eləcə  də  xalq  yara-

dıcılığımız, folklorumuz da  həmişə yaşadılır.

Respublikamızın zəngin  folklor örnəklərinə malik guşə-

lərindən biri də Oğuz rayonudur. 2005-ci ildə  çap olunmuş

Azərbaycan Folkloru Antalogiyasının XIII cildində bölgəmizin

digər rayonları ilə yanaşı  Oğuz elinin də xeyli folklor nümu-

nələri dərc edilib. Həmin nümunələr içərisində  qədim el oyun-

ları örnəkləri də var. Qəzetimizin bu sayında isə  AMEA Şəki

Regional Elmi Mərkəzinin əməkdaşı Yusif  Rzayevin Oğuz ra-

yonu ərazisindəki kəndlərdən bu yaxınlarda   toplayıb redaksi-

yamıza  təqdim  etdiyi  uşaq  oyunlarından  nümunələr  dərc

olunur.

Oyunda 2  və daha çox uşaq (oyunçu)

iştirak edir. Onlar ciblərində çoxlu qoz gəti-

rirlər.  Hamar  yerdə,  yaxud  hamar  torpaq

yolda  bir  düz  xətt  çəkib  xəttin  üzərində

adambaşına  bərabər  sayda  olmaqla  bir-

birindən 4-5 sm aralı qalalar qurulur. Hər

qala 4  qozdan ibarət olur. Qozlar kiçik üç-

bucaqlı piramida şəklində 3-ü altda, 1-i on-

ların üstündə yığılır. Oyunçular adama bir

ədəd saqqa adlanan qoz götürür. Saqqa iri,

ağır və bərk qozdan seçilir.

Oyunçular 4-5 metr aralıda durub püşk

əsasında növbə ilə saqqanı qoz qalalarının

üstünə atırlar. Dağılmış qala udulmuş he-

sab olunur. Qalaların hamısı udularaq gö-

türüldükdən sonra xətt üzərində yeni qoz

qalaları  qurulur  və  saqqa  ilə  dağıdılaraq

udulur. Oyun müəyyən edilmiş həddə qədər

davam edir. Daha çox qoz udan oyunçu qa-

lib sayılır.

Oyuna  2  və  daha  çox  uşaq  (oyunçu)

qoşulur. Kökləri bərk və bir qədər ağır olan

çim, yəni torpaqdan qoparılmış köklü ot par-

çası götürülür. Buna ləmkə deyilir. Uşaq-

lar  ləmkəni sağ ayağının içəri hissəsi ilə top

kimi yuxarı (şaquli) atıb, yenidən ləmkə yerə

düşənə kimi təkrar edirlər. Yoldaşları və özü

sayırlar. Bir dövrə bitdikdə kim çox çiləyibsə

o qalib sayılır.

Cibi fındıqla dolu iki və daha çox uşaq

oyuna qoşulur. Biri  müəyyən qədər fndıq

gizlətdiyi ovcunu o birinə uzadıb soruşur:

-Nək gələ? Yaxud, təkdi? Cütdü?  

Rəqib  ya təkdir, ya da ki,  cütdür cavabı-

nı verir. Fındıqlar sayılır: bir cüt, iki cüt, üç

cüt, bir tək. Sayı düz tapan oyunçu rəqibin

fındıqlarını özünə götürür. Düz tapmasa fın-

dıq tutan oyunçuya o sayda fındıq qaytarır.

Cibindəki  fındıgı  tamamilə  qurtarmış

oyunçu oyunu tərk edir. Udan oyunçu  yeni

rəqib axtarır.

-Kimin fındıgı var, kim oynamaq isdəyir?

Püşk əsasında uşaqlardan biri gözlərini

yerə dikib çöməlir. 4-5 nəfər uşaq yumruq-

larını, yaxud açıq əllərini üst-üstə onun be-

linə qoyub soruşurlar:

- Əl üstə kimin əli?

Çömələn cavab verir:

- Orxanın əli.

Cavab düzdürsə, o, çöməlməkdən azad

olur. Əlini (yumruğunu) düz tapdığı uşaq çö-

məlir. Cavab düz deyildirsə, hərə onun be-

linə bir-iki yüngül yumruq vurur.

Oyun bu qayda ilə davam edir.

Oyunda iki və daha çox uşaq (oyunçu)

iştirak edir. Beş ədəd fındıqdan iri, qozdan

balaca daş götürülür. Daşlar sağ əllə yerə

səpələnir. Daşın biri yuxarı atılır. Bu daş  ye-

rə düşənəcən yerdəki dörd daş tək-tək gö-

türülməklə  yuxarı atılan daş havada  tutu-

lur. Daşlar  təkrarən yerə səpilir. Biri havaya

atılıb tutulmaqla yerdəki daşlar iki-iki, daha

sonra üç-bir sayda və cəm halda götürülür.

İkinci mərhələdə sol əlin barmaqları dai-

rəvi gümbəz şəklində yerə qoyulur. Daşın

biri sağ əllə yuxarı atılıb tutulmaqla yerdəki

daşlar  əvvəlki qayda ilə (tək-tək, cüt-cüt,

üç-bir) sol əlin barmaqları arasından ( altın-

dan) keçirilir.

Üçüncü mərhələdə daşlar ayrı-ayrılıqda

1, 2, 3, 4, 5 sayda olmaqla yuxarı atılaraq

sağ əlin üstü ilə tutulur.

Bu qaydalara tam dəqiqliklə ardıcıl əməl

edən oyunçu qalib sayılır.

Hazırladı:

Yusif Rzayev,

AMEA Şəki Regional Elmi Mərkəzinin                                                                                              

əməkdaşı

U ş a q   o y u n l a r ı

Saqqa  qoz

E L A N L A R

2018-2019-cu tədris ilində DİN-in Polis  Akademiyasında əyani təhsil üzrə kür-

santların qəbulu üçün 2018-ci il yanvar ayının 10-dan fevral ayının 10-dək Oğuz

RPŞ-də ərizələrin qəbulu həyata keçiriləcəkdir. Müraciət etmək istəyən şəxslər

Oğuz RPŞ-nə gələrək müraciət edə bilərlər.

Oğuz Rayon Polis Şöbəsi

Polis Akademiyasında əyani təhsil üzrə

kürsantların qəbulu üçün

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi  polis  orqanlarında

vakant olan orta rəis heyəti vəzifəsinə xidmətə qəbulla əlaqədar müsa-bi-

qə elan edir. Müsabiqədə  Azərbaycan Respublikasının dövlət ali təhsil

müəssisələrində hüquqşünas və müəllim (pedaqoq) ixtisası üzrə təhsil al-

mış, yaşı 28-dən yuxarı olmayan vətəndaşlar iştirak edə bilərlər. Müsabi-

qədə iştirak etmək üçün sənədlər 2018-ci il yanvar ayının 22-dən fevral

ayının 21-dək hər gün saat 10-dan 17-dək Oğuz RPŞ-da qəbul olunacaq-

dır.

Oğuz Rayon Polis Şöbəsi

Polis  orqanlarında vakant olan orta rəis  heyəti

vəzifəsinə  xidmətə  qəbulla  əlaqədar  

m ü s a b i q ə

Orxan Abdullayev gəncdir. Bu-

na baxmayaraq o, öz qabiliyyəti və

bacarığı ilə çoxlarının diqqətini

cəlb edə bilib. Orxan çox maraqlı

bir işlə məşğuldur. O, şüşədən

müxtəlif  əl  işləri  hazırlayır.  Onun

atası  da  şüşə  kəsməklə,  pəncə-

rələrə şüşə salmaqla məşğul idi.

Odur ki, Orxan söz düşəndə bu sə-

nəti  atasından  öyrəndiyini  deyir.

Əvvəllərə baxmış indi Orxanın  si-

farişləri  çox  olur.  Gənc  dekorativ

şüşə ustasının sözlərinə görə, şü-

şədən əl işləri hazırlamaq heç də

asan deyil.

Şüşələrdən hazırlanmış cürbəcür əl işləri

böyük  maraq  doğurur,  görənlərin  diqqətini

çəkir.

Rayonumuzun Kərimli kəndində doğulub



böyüyən  26 yaşlı Orxan Abdullayevin məş-

ğul olduğu sənət növü  nadir sayılan sənət

növlərindəndir. O,  dekorativ şüşəçiliklə məş-

ğuldur.


Gənc usta şüşə, taxta, zər, yapışqan və

digər materiallardan istifadə etməklə hərflər,

ürək,  ziqzaq,  trapesiya  və  kub  formalı  fi-

qurlar,  rəflər,  stol,  dayaq  və  digər  əşyalar

düzəldir.

Əl işlərinin hazırlanması müddəti onların

formasından asılıdır. Bəzən hansısa əl işinə

1 ay vaxt sərf olunur. Çünki əl işlərini hazır-

lamaq  üçün  100-dən  çox  şüşə  qırıqlarını

kəsərək  müxtəlif  formalara  salmaq  lazım

gəlir.

Bu əl işləri müxtəlif qiymətlərə satılır.



Orxan Abdullayev kifayət qədər alıcısının

olduğunu deyir. O, sənətini daha da təkmil-

ləşdirmək fikrindədir.

D e k o r a t i v     ş ü ş ə     u s t a s ı

D e k o r a t i v     ş ü ş ə     u s t a s ı

Oğuz  şəhər  sakini  Əliyev  Asif    Rasim

oğluna  Oğuz bələdiyyəsinin 30.11.207-ci il

tarixli 11 saylı  qərarı  ilə fərdi yaşayış evi tik-

mək üçün verilmiş  torpaq sahəsinin  Dövlət

Torpaq Kadastrı Kitabında 20 may 2008- ci il

tarixdə  559  nömrə ilə  qeydə alınmış A №-

044838 saylı torpaq sahəsinin plan və ölçü-

sü sənədi itdiyi üçün etibarsız sayılır.

Oğuz şəhər  sakini Qurbanov Qur-

bani  Əskər oğluna   və onun ailə üzv-

lərinə Oğuz Rayon Aqraq İslahat Ko-

missiyasının  5  noyabr 1998-ci il ta-

rixli 75   nömrəli  qərarı  ilə verilmiş

JN: 1366  KOD 40501004 olan torpa-

ğa   mülkiyyət hüququna dair Dövlət

Aktı itdiyi üçün etibarsız sayılır.

Padar kənd sakini Rüs-

təmov Arif İsbəndiyar oğ-

luna 


məxsus 

evin


04.12.2017-ci il tarixli, re-

yestr  №  405013022624-

10 301 olan çıxarış sənədi

itdiyi üçün etibarsız sayılır.



Oğuz zəngin folklor örnəklərinə malik rayondur

L ə m k ə

N ə k   g ə l ə

Əl üstə kimin əli

B e ş   d a ş

***           ***         ***

• Dörd yaşlı uşaq gün ərzində

təxminən 450 sual verir.

•  İnsan  sutka  ərzində  təxmi-

nən 23 min dəfə nəfəs alıb verir.

•  Bir  saniyə  ərzində  insanın

beynində 100 min kimyəvi reaksi-

ya baş verir.

•  İnsan  səhər  tezdən  axşam

vaxtına nisbətən səkkiz mm hün-

dür olur.

• İyirmi ölkədə keçirilən çoxillik

təcrübələrin  nəticələrinə  əsasən

bəşəriyyət ağıllanır. İntellektin

yoxlanılması üçün müntəzəm ola-

raq keçirilən testlər göstərir ki, hər

növbəti nəslin intellekt əmsalı keç-

miş nəslinkinə nisbətən 5-25 va-

hid çoxdur.

• Körpənin doğulduğu an onun

başının  çəkisi  ümumi  çəkinin

dörddə birini təşkil edir.

• İnsan orqanizmində ən güclü

əzələ dildir.

•  İnsan  orqanizmində  2000-ə

yaxın dad bilmə reseptoru var.

• Qripə səbəb olan 100 müx-

təlif virus mövcuddur.



M A R A Q L I D I R

Yüklə 310,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə