Oğuz yurdu iCTİMAİ-Sİyasi QƏzet



Yüklə 310,43 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix06.05.2018
ölçüsü310,43 Kb.
#42723
1   2   3   4   5   6

5

OĞUZ YURDU

31 yanvar 2018-ci il

Azərbaycandan 2017-ci

il ərzində qeyri-neft sektoru

üzrə  ixrac  1,538  mln. ABŞ

dolları təşkil edib. 

“Report”  xəbər  verir  ki,

bu  barədə  İqtisadi  İslahat-

ların Təhlili və Kommunika-

siya Mərkəzinin (İİTKM) “İx -

rac  icmalı”nın  2018-ci  ilin

yanvar  buraxılışında  qeyd

edilib.


Məlumata görə, 2016-cı

illə müqayisədə 2017-ci ildə

qeyri-neft sektoru üzrə ixrac

2%  artıb.  Qeyd  edilən  müddətdə  ixrac

əməliyyatlarında 1923 subyekt iştirak edib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlu-

matına əsasən, ən çox, yəni  553 mln. dol-

larlıq qeyri-neft məhsulları Rusiyaya ixrac

olunub.

Hesabat ilində ixrac olunan qeyri-neft



sektoru  məhsulları  arasında  pomidor

(tomat) 151,6 mln. dollarla birinci olub. Bu

siyahıda ikinci yeri 125,4 mln. dollarla qızıl,

üçüncü yeri isə 114,5 mln. dollarla qabığı

təmizlənmiş meşə fındığı tutub.

Ümumiyyətlə,  ötən  il  ərzində  meyvə-

tərəvəz ixracı 503 mln. dollar, alüminium

və ondan hazırlanan məmulatlar-118 mln.

dollar, plastmas və ondan hazırlanan mə-

mulatlar-101 mln. dollar, qara metallar və

onlardan  hazırlanan  məmulatlar-83  mln.

dollar, kimya sənayesi məhsulları-80 mln.

dollar, pambıq-52 mln. dollar, elektrik ener-

jisi-51 mln. dollar, şəkər-39 mln. dollar, ça-

yın ixracı 10 mln. dollar təşkil edib.

Qeyd  edək  ki,  2016-cı  illə  müqayi-

sədə 2017-ci ildə pambığın ixracı 2,1 dəfə,

elektrik enerjisi-80%, tütün və tütünün sə-

naye əvəzediciləri-72%, çay-66%, kimya

sənayesi məhsulları-42%, meyvə-tərəvəz-

35%, alüminium və ondan hazırlanan mə-

mulatlar-20%, spirtli və spirtsiz içkilər-17%,

plastmas və ondan hazırlanan məmulat-

ların ixracı 2% artıb.

Ötən ilin dekabr ayında isə qeyri-neft

sektoru üzrə 457 subyekt  tərəfindən 151,7

mln. dollarlıq ixrac əməliyyatları həyata ke-

çirilib.


Dekabrda  ixrac  olunan  əsas  mallar

xurma, tomat (pomidor), qabığı təmizlən-

miş meşə fındığı, qızıl (sikkə kəsilməsində

istifadə olunmayan, digər emal olunmamış

formalarda), alma, metanol (metil spirti) və

s. olub. Dekabr ayında xurmanın ixracının

dəyəri  20,9  mln.  dollar,  pomidorun-11,4

mln. dollar, qabığı təmizlənmiş meşə fındı-

ğının ixracının dəyəri 9,9 mln. dollar təşkil

edib. Ümumiyyətlə, 2017-ci ildə pomidor

ixracı illik müqayisədə 61%, xurma-32%,

fındıq ləpəsi-9%, almanın ixracı 30% artıb.

Bununla yanaşı, hesabat ilində Azərbay-

candan  ixrac  olunun  malların  çeşidi  9%

çoxalıb.

Azərbaycanın qeyri-neft ixracı

ötən il 1,5 mlrd. dolları ötüb

Oğuz rayonunda 2017-ci ildə

iqtisadiyyatın  əsas  sahələrində

istehsal olunmuş məhsul və xid-

mətlərin ümumi həcmi əvvəlki ilə

nisbətən faktiki qiymətlərlə 22,4

%  artaraq  100747,8  min  manat

təşkil etmişdir. Istehsal olunmuş

məhsul  və  xidmətlərin  ümumi

həcmində 70 % istehsal sahələ-

rinin, 30 % xidmət sahələrinin pa-

yına düşür. Kənd təsərrüfatında

40887, 3 min manatlıq, sənayedə

11595,  3  min  manatlıq,  tikintidə

18032, 8 min manatlıq, nəqliyyat-

da 2381, 3 min manat, rabitə və

informasiya sahəsində 488,2 min

manatlıq, ticarət və xidmətlər sa-

həsində  27362,9  min  manatlıq

məhsul və xidmətlər istehsal ol-

unmuşdur.

Hesabat ilində rayonun taxıl-

çıları tərəfindən 43657 ton dənli

və  dənli paxlalılar istehsal edil-

mişdir.  Bu,  əvvəlki  ilə  nisbətən

3654 ton azdır. Payızlıq taxıl is-

tehsalı 3951 ton azalaraq 41824

ton olmuşdur. İstehsal edilmiş pa-

yızlıq taxılın 31728 tonu buğda,

10096 tonu arpa məhsulu olmuş-

dur. 

Hesabat ilində əvvəlki ilə nis-



bətən 176, 3 hektar  çox  tütün

əkilmişdir.  Həmin  sahələrdən

289,4 ton quru tütün istehsal edil-

mişdir.  Bu,  əvvəlki  ilə  nisbətən

274,1 ton  çoxdur.

671 hektar sahədə kartof, tə-

rəvəz və ərzaq üçün bostan bitki-

ləri səpilmişdir. Bunun 321 hek-

tarı kartof,  8 hektarı ərzaq üçün

bostan bitkiləri, 342 hektarı tərə-

vəz  bitkiləri  olmuşdur.  3489  ton

kartof,  71  ton  bostan,  2924  ton

tərəvəz istehsal edilmişdir. 

Rayonda    4423  hektar  mey-

və bağı mövcuddur. 2017-ci ildə

ailə kəndli və ev təsərüfatlarında

445 hektar yeni bağlar salınmış-

dır. Meyvə bağlarının 399 hektarı

tumlu meyvə, 3556 hektarı bərk-

qabıqlılar, 468 hektarı sair bağlar-

dan  ibarətdir. Bağların 2699 hek-

tarı bar verən yaşda olan əkmə-

lərdir. Rayonda 4152 ton meyvə

istehsal edilmişdir. Bu, əvvəlki ilə

nisbətən 580 ton çoxdur. Meyvə

bağlarının  3376  hektarı  fındıq

bağlarından ibarətdir. Fındıq bağ-

larının  1805  hektarı  bar  verən

yaşdadır. Hesabat ilində 903 ton

fındıq məhsulu istehsal edil- miş-

dir. Bu, əvvəlki ilə nisbətən 40 ton

çoxdur.


Hazırda  rayonda  33,5  hektar

üzümlük mövcuddur. Qeyri-dövlət

kənd  təsərrüfatı  müəssisə  və

təşkilatlarına  məxsus  31  hektar

bar verən üzüm sahəsindən 110

ton məhsul yığılmışdır. Bu, əvvəl-

ki ilə nisbətən 70 ton çoxdur. Üzü-

mün hər hektardan məhsuldarlığı

35,5 sentner olmuşdur. Əhali tə-

sərrüfatlarında 3,5 ton talvar üzü-

mü istehsal edilmişdir.

Rayonda  ipəkçiliyi inkişaf et-

dirmək  üçün  hesabat  ilində  ailə

kəndli və ev təsərrüfatlarında 9,8

hektar  yeni çəkilliklər əkilmişdir.

Çəkil əkmələrinin ümumi sahəsi

20,7 hektardır. Ailə kəndli və ev

təsərrüfatlarında 2524,05 kq ba-

rama istehsal edilmişdir.     

2018-ci  ilin  məhsulu  üçün

16795 hektar dən üçün payız- lıq-

lar səpilmişdir. Bu, əvvəlki ilə nis-

bətən 362 hektar azdır. Dən üçün

payızlıq  taxılın  12230  hektarı

buğda, 4565 hektarı ar- padır. 

1  yanvar  2018-ci  il  tarixə  ra-

yonda  iribuynuzlu  mal-qaranın

sayı 23811 baş olmuşdur. Bu, əv-

vəlki ilə nisbətən 1835 baş azdır.

İribuynuzlu  mal-qaranın  11257

başı inək və camışlardır. Naxırda

ana  malın  xüsusi  çəkisi  47,3%-

dir. Bu, əvvəlki ilə nisbətən 1,2 %

çoxdur. Hesabat tarixinə rayonda

mövcud  qoyun və keçilərin sayı

51082 baş olmuşdur. Bu, əvvəlki

ilə nisbətən 5211 baş azdır.

Ötən il 2623 ton ət, 16086 ton

süd,  5185  min  ədəd  yumurta,

110,5 ton yun istehsal edilmişdir.

Əvvəlki ilə nisbətən süd istehsalı

eyni  olmuş,  yumurta  istehsalı  1

min ədəd, yun istehsalı 0,1 ton,

ət istehsalı 1 ton artmışdır.   

Sənaye  müəssisələri tərəfin-

dən (sənaye ilə məşğul olan fiziki

şəxsləri də nəzərə almaqla) fak-

tiki qiymətlərlə 11595, 3 min ma-

natlıq  sənaye  məhsulu  istehsal

edilmiş və xidmətlər göstərilmiş,

istehsalın həcmi 4384,2 min ma-

nat  artmışdır. İstehsalın ümumi

həcmində  məhsul  istehsalının

payı 72,1 %, sair iş və xidmətlərin

payı 27,9 % olmuşdur. 

Rayon  üzrə  əmtəə  dövriyyə-

sinin həcmi 84978,1 min manat

olmuş,  əvvəlki  ilə  nisbətən  əm-

təə dövriyyəsinin həcmi 10497,9

min  manat  artmışdır.  Hesabat

ilində iaşə dövriyyəsi əvvəlki ilə

nisbətən 216 min manat artaraq

2034,4  min  manat  olmuşdur.

Əhaliyə göstərilən pullu xidmətlə-

rin həcmi 13439,2 min manat ol -

muş, əvvəlki ilə nisbətən 1292,3

min manat artmışdır. 

Hesabat  ilində  rabitəçilər  tə-

rəfindən müəssisə və təşkilatlara,

habelə əhaliyə faktiki qiymətlər-

lə 488,2 min manatlıq informasiya

və rabitə xidmətləri göstərilmişdir.

Xidmətlərin həcmi keçən ilə nis-

bətən  faktiki  qiymətlərlə  38  min

manat    artmışdır.  Hesabat  döv-

ründə nəqliyyat sektorunda faktiki

qiymətlərlə məhsul buraxılışının

həcmi  (fiziki  şəxslər  də  nəzərə

alınmaqla) 2381,3 min manat ol-

muşdur. Bu, əvvəlki ilə nisbətən

103,9  min  manat  çoxdur.  Ötən

ildə ailə kəndli və ev təsərrüfat-

larında 211 yaşayış evi tikilib isti-

fadəyə  verilmişdir.  Tikilmiş  ya-

şayış  evlərinin  ümumi  sahəsi

20143  kv.  metr,  yaşayış  sahəsi

16930  kv.metr  olmuşdur.  İstifa-

dəyə verilmiş fərdi yaşayış evlə-

rinin dəyəri  6971 min manatdır. 

2017-ci  ildə  bütün  maliyyə

mənbələri hesabına əsas kapitala

18543,7 min manatlıq investisiya

yönəldilmişdir. Bu, əvvəlki ilə nis-

bətən 6681,2 min manat  çoxdur.

İnvestisiyaların  9467,1  min  ma-

natı istehsal təyinatlı, 9076,6 min

manatı qeyri-istehsal təyinatlı ob-

yektlərin inşasına istifadə edilmiş-

dir. Əsas kapitala yönəldilmiş in-

vestisiyadan  18032,8  min  ma-

nat tikinti-quraşdırma işlərinə sərf

edilmişdır.  Şəhər  əhalisinə  27,5

min manatlıq kommunal xidməti

göstərilmişdir. Bu, əvvəlki ilə nis-

bətən 0,9 min manat azdır. 

Rayonun Bayan, Qumlaq, Şir-

vanlı, Tayıflı,  Hallavar,  Xaçmaz,

Calut  kəndlərində 10 və 0,4 kv-

luq  şəbəkələrin  yenidən  qurul-

ması işləri başa çatmışdır. Oğuz

şəhəri, Xalxal, Xalxalqışlaq, Ər-

mənət, Filfilli, Bucaq, Muxas, Baş

Daşağıl kəndlərində 10 və 0,4 kv-

luq xətlərin yenidən qurulması iş-

ləri davam etdirilir. 5 ədəd yeni,

müasir  tipli  transfarmator  mən-

təqəsi, 10 kv-luq EVX-də 35 ədəd

yeni metal dayaq quraşdırılmış-

dır.  Oğuz  Elektrik  Şəbəkəsinin

yeni inzibati binası tikilib, 35-10

kv-luq  Oğuz  şəhər  yarım  stan-

siyasının tikintisi başa çatdırılıb.

Xaçmazqışlaq kəndinə təbii qaz

çəkilərək istifadəyə verilib. Əhali-

nin təbii qaza tələbatını tənzim-

ləmək üçün Xaçmaz kəndində 1

ədəd  SQTM-1000  kub.m/saat

tipli,  Qarabulaq,  Tərkeş  və  Ya-

qublu  kəndlərinin  hər  birinə  bir

ədəd ŞQTM-300 kub.m/saat tipli

yeni qaz tənzimləyicisi quraşdırıl-

mışdır. 


Oğuz  şəhəri,  Muxas,  Zərrab

və Padar kəndlərinin hər birində

bir ədəd subartezian quyusu qa-

zılmışdır. 2018-ci ildə Bucaq, Sin-

can, Top, Padar, Kərimli, Xaçmaz

kəndlərində subartezian quyula-

rının qazılması üçün yerlər müəy-

yənləşdirilib.

İctimai  binaların  dam  örtüyü

dəyişdirilib, fasadlar rənglənib və

pilləkənlər təmir edilib, yeni küçə-

lərin asfaltlaşdırılması işləri başa

çatdırılıb. Oğuz şəhərində iki kör-

pələr  evi-uşaq  bağçasının  tikin-

tisi, Padar kənd tam orta məktə-

bində  əsaslı təmir və bərpa güc-

ləndirmə işləri davam etdirilir. Ye-

mişanlı, Xalxalqışlaq və Qarabal-

dır  kəndlərində  yeni  modul  tipli

məktəblər quraşdırılaraq istifadə-

yə  verilib.  Aztəminatlı  ailələrin

mənzil-məişət şəraitinin yaxşılaş-

dırılması  üçün  Oğuz  şəhərində

çoxmənzilli binaların tikintisi məq-

sədi  ilə  torpaq  sahəsi  ayrılmış-

dır. 


Hesabat  dövründə  rayonda

açılmış  350  yeni  iş  yerlərindən

hamısı daimi olmuş, onlardan 1-i

yeni yaradılmış müəssisə və təş-

kilatlarda, 2-si fəaliyyətini bərpa

etmiş müəssisə və təşkilatlarda,

28-i mövcud müəssisə və təşki-

latlarda, 319-u fiziki şəxslərin fəa-

liyyəti nəticəsində yaradılmışdır.  

Oğuz rayonunun əhalisinin sa-

yı 1 yanvar 2018-ci il tarixə 43925

nəfər  olmuşdur.  Əhalinin  22213

nəfərini  kişilər,  21712  nəfərini

qadınlar təşkil edir. Hesabat ilində

rayonda əhalinin sayı 385 nəfər

artmışdır. Hesabat dövründə 311

nikah qeydə alınmışdır. Rayonda

boşanmaların  sayı  54  vahid  ol-

muşdur.  Keçən  ilə  nisbətən  ni-

kahlar    19  vahid,  boşanmalar  2

vahid azalmışdır. 

2018-ci  il  yanvarın  1-i  vəziy-

yətinə Sosial Müdafiə Fondunun

rayon şöbəsində 6002 pensiyaçı

qeydiyyatda olmuş, onlara təyin

olunmuş  aylıq  pensiyaların  orta

məbləği  185,2  manat  təşkil  et-

mişdir.  Sosial müavinət alanların

sayı 1830 nəfər, sosial müavinət-

lərin orta aylıq məbləği 96 manat

olmuşdur.  497  nəfər  üzvü  olan

111  ailəyə  aylıq  16611,3  manat

ünvanlı dövlət sosial yardımı ve-

rilmişdir. 

Hesabat  dövrünün  sonuna

məşğulluq  mərkəzində  102  nə-

fər  işsiz  qeydiyyatda  olmuşdur.

İşsizliyə görə hesabat dövründə

36  nəfərə  müavinət  verilmişdir,

hər nəfərə düşən müavinətin orta

məbləği 152,4 manatdır. 

2017-ci ildə bələdiyyə büdcə-

sinin gəlirləri 440,7 min manat ol-

muşdur. Bu, əvvəlki ilə nisbətən

24,7 % çoxdur. Gəlirlərinin 124,7

min manatı vergilər hesabına əl-

də edilmişdir. Hesabat ilində fiziki

şəxslərdən yığılmış torpaq vergisi

əvvəlki ilə nisbətən 29,6 min ma -

nat artaraq 135,6 min manat ol-

muşdur.  Fiziki  şəxslərdən  11,9

min manat əmlak vergisi yığılmış-

dır.  Bu,  əvvəlki  ilə  nisbətən  2,2

min  manat  çoxdur.  Bələdiyyə

büdcəsi gəlirlərinin 310,7 min ma-

natını qeyri-vergi gəlirləri təşkil et-

mişdir. 

2017-ci  ildə  bələdiyyələrin

xərcləri 439,9 min manat olmuş-

dur. Xərclərin 334,8 min manatı

bələdiyyə özünüidarəetmə orqan-

larının  saxlanmasına,  3,4  min

manatı təhsil xərclərinə, 15,5 min

manatı sosial müdafiə və sosial

təminat xərclərinə, 8,5 min man-

atı mədəniyyət, incəsənət, infor-

masiya, bədən tərbiyəsi və digər

kateqoriyalara  aid  edilməyən

xərclərə, 41 min manatı nəqliyyat

və  rabitə  xərclərinə,  17,8  min

manatı  mənzil-kommunal  təsər-

rüfatı xərclərinə, 2,8 min manatı

kənd təsərrüfatı,meşə təsərrüfatı

və ətraf mühitin mühafizəsi xərc-

lərinə,  16,1  min  manatı  digər

xərclərə sərf olunmuşdur. 



R. Gondalov,

Oğuz Rayon Statistika

İdarəsinin rəisi            

2017-Cİ İLDƏ OĞUZ RAYONUNUN 

SOSİAL-İQTİSADİ İNKİŞAFI HAQQINDA

2018-ci  il  mövsümündən

etibarən  rayonunun tütünçü-

ləri  yetişdirdikləri  yaşıl  tütün

kütləsini qurutmaq üçün qon-

şu rayonların emal məntəqə-

lərinə  göndərmək  məcburiy-

yətində qalmayacaqlar. Artıq

“Azəri” Korporasiyası tərəfin-

dən rayonun Bucaq kəndində

30 ədəd tütün qurutma kame-

rasının quraşdırılmasına baş-

lanılıb.  Bu  məqsədlə  Sahib-

karlığa  Kömək  Milli  Fondu

tərəfindən  güzəştli  kredit  də

ayrılıb.  Qurutma  kameraları

üçün texniki avadanlıq xaric-

dən gətiriləcək. Kameraların cari ilin mayında istifadəyə verilməsi nəzərdə tutulur. 

Şimal-qərb bölgəsinin digər rayonları kimi, Oğuzda da kənd təsərrüfatının ənənəvi

sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi üçün yaxşı potensial mövcuddur. Uzun

illər fasilədən sonra 2016-cı ildə Oğuz rayonunda 13,7 hektar sahədə tütün əkilib, 15,3

ton quru tütün istehsal olunub. 2017-ci ildə isə əkin sahələri 14 dəfədən çox artırılaraq

200 hektara çatdırılıb. Ötən il rayonun tütünçüləri 289, 4 ton quru tütün istehsal ediblər.

Məhsul istehsalı əvvəlki illə müqayisədə 12,2 dəfə artıb.

Cari ildə rayonda tütün əkini sahələrinin daha da genişləndirilərək 250 hektara çat-

dırılması nəzərdə tutulur.



Oğuz rayonunda tütün qurutma 

kameraları quraşdırılır 

Azərbaycan Respublikasının  Prezi-

denti İlham Əliyevin diqqət və qayğısı

ilə son illər respublikamızda kənd təsər-

rüfatının  ənənəvi  sahələrindən  olan

baramaçılığın  inkişaf  etdirilməsi  is-

tiqamətində  həyata  keçirilən  tədbirlər,

yaş baramanın satış qiymətinin artırıl-

ması, istehsalçılara subsidiyaların veril-

məsi oğuzlu fermerlərin də bu gəlirli sa-

həyə marağını artırıb.

Ötən  il  oğuzlu  kümçülərə  80  qutu,

yəni  1556  qram  ipəkqurdu  paylanılıb.

Mövsüm ərzində rayonda 2 ton 524 ki-

loqram  yaş  barama  istehsal  edilərək  “Şəki-İpək” ASC-yə  təhvil  verilib.  Cari  ildə  isə

rayonda yaş barama istehsalının 4 tona çatdırılması planlaşdırılır.

Baramaçılığın  inkişafını  təmin  etmək  və  onun  yem  bazasını  möhkəmləndirmək

məqsədi ilə 2016-cı ilin payız, 2017-ci ilin yaz və payız mövsümlərində rayon ərazisində

86 min tut tingi əkilib. Əkilən tinglərin 53 mini intensiv tipli tut bağlarının salınması məqsədi

ilə Çindən ölkəmizə gətirilən calaq olunmuş tinglər, qalanları isə “Şəki-İpək” ASC-nin

tinglik təsərrüfatında yetişdirilən yerli tinglərdir. Yeni salınan bağların məhsuldarlığı art-

dıqca, rayonda barama istehsalının daha da çoxalacağı gözlənilir.



Qəmzə Süleymanova,

Oğuz Rayon İcra Hakimiyyəti Sosial-iqtisadi inkişafın təhlili və

proqnozlaşdırılması  şöbəsi müdirinin müavini 

Bu il rayonda barama istehsalının 

4 tona çatdırılması nəzərdə tutulur


Yüklə 310,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə