Oğuz yurdu iCTİMAİ-Sİyasi QƏzet



Yüklə 310,43 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix06.05.2018
ölçüsü310,43 Kb.
#42723
1   2   3   4   5   6

31 yanvar 2018-ci il

4   

OĞUZ YURDU

Y

anvarın 25-də Bakı Beynəlxalq Mul-



tikulturalizm  Mərkəzində  (BBMM)

Azərbaycan dağ yəhudiləri və Avro-

pa yəhudi dini icmalarının, Azərbaycan Res-

publikası Prezidenti Administrasiyasının mil-

lətlərarası münasibətlər, multikulturalizm və di-

ni məsələlər şöbəsinin dəstəyi və təşkilatçılığı

ilə “Holokost və Xocalı-müasirlərin gözü ilə”

mövzusunda “dəyirmi masa” keçirilib.

Əvvəlcə Holokost və Xocalı qurbanlarının

xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsə-

nov tədbiri açaraq bildirib ki, Xocalı və Holo-

kost soyqırımları zaman etibarı ilə bir-birindən

fərqli vaxtlarda törədilsə də, ma-

hiyyətcə  oxşar  faciələrdir.  BMT

Baş  Assambleyası  tərəfindən

2005-ci il  noyabrın 1-də  qəbul

olunmuş qətnaməyə əsasən hər il

yanvarın 27-si Holokost qurbanla-

rının Beynəlxalq Anım Günü kimi

qeyd edilir. 1992-ci il fevralın 25-

dən 26-na keçən gecə Xocalı sa-

kinləri eyni vəhşiliklərə məruz qa-

lıblar.  Bu  faciə  nəticəsində  613

nəfər həlak olub, 8 ailə məhv edi-

lib, 275 nəfər əsir düşüb,150 nə-

fər haqqında isə heç bir məlumat

yoxdur. Uşaq, qadın, əlil olmasın-

dan asılı olmayaraq, heç kəsə mərhəmət gös-

tərilmədən vəhşicəsinə cinayət törədilib. Pre-

zident İlham Əliyevin həyata keçirdiyi siyasət

nəticəsində bir çox dövlətlər Xocalı faciəsini

soyqırımı kimi tanıyır və ildən-ilə bu ölkələrin

sayı artır.

İcraçı  direktor  əvəzi  yəhudilərin  əsrlərdir

Azərbaycanda dostluq şəraitində yanaşı yaşa-

dığını vurğulayıb. O deyib ki, Azərbaycanda

heç vaxt antisemitizm meyilləri olmayıb, bu-

rada yaşayan bütün etnik icmalar bir-biri ilə ən

yüksək səviyyədə dostluq, qardaşlıq münasi-

bətləri qurublar.

Prezident  Administrasiyasının millətlərara-

sı münasibətlər, multikulturalizm və dini məsə-

lələr şöbəsininin əməkdaşı Ülviyyə Abbasova

tədbirdə məruzə ilə çıxış edərək bildirib ki, tari-

xən milli-etnik zəmində düşmənçilik, etnik tə-

mizləmə və soyqırımı siyasətinin qurbanı ol-

muş Azərbaycan  xalqı  yəhudi  xalqını  yaxşı

başa düşür, onun üzləşdiyi tarixi fəlakəti öz

üzərində hiss edir. İsrail Prezidenti 2015-ci il

yanvarın  7-də  Holokost  qurbanlarının  anım

mərasimində çıxışında 1992-ci ilin fevralında

Xocalıda qətlə yetirilmiş azərbaycanlılar haq-

qında danışıb. 

Məruz qaldığımız soyqırımı faciəsi bizi bir

daha birləşdirir. Azərbaycan tarixinin ən qanlı

səhifəsi  olan  Xocalı  faciəsinin  və  Holokost

qurbanlarının xatirəsi ölkəmizdə hər il yad edi-

lir. Xocalı faciəsi Ermənistanın Azərbaycana

qarşı  törətdiyi  qətliamın  kulminasiya  nöqtə-

sidir. Yalnız fevralın 25-dən 26-na keçən gecə

bir neçə saat ərzində 613 nəfər qətlə yetirilib.

Onların 106-sı qadın, 83-ü uşaqdır. 56 nəfəri-

sə xüsusi amansızlıqla qətlə yetirilib. Baş ver-

miş faciələri unutmaq yeni fəlakətlərə səbəb

ola bilər, ona görə də yaşanmış faciələri xatır-

layıb nəticə çıxararaq, gələcəyə baxmaq la-

zımdır.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin

sədr müavini Gündüz İsmayılov deyib ki, etnik

qrupun, xalqın bu cür hadisə ilə üzləşməsini

istəmiriksə, Xocalı soyqırımının səbəbkarları

cəzalandırılmalıdır. Cəzasızlıq mühiti olarsa,

bu cür faciə başqa xalqlara qarşı

da həyata keçirilə bilər.

Xocalı  soyqırımından  bəhs

edən  komitə  sədrinin  müavini

deyib ki, Prezident İlham Əliye-

vin  Azərbaycan  həqiqətlərinin

dünya ictimaiyyətinə çatdırılması

istiqamətində ardıcıl siyasəti nə-

ticəsində Xocalı soyqırımını tanı-

yan ölkələrin sayı artır. Həmçinin

Heydər Əliyev Fondunun vitse-

prezidenti  Leyla  Əliyevanın  tə-

şəbbüsü ilə 2008-ci ildə başladıl-

mış  “Xocalıya  ədalət!”  beynəl-

xalq təbliğat və məlumatlandır-

ma kampaniyası bu siyasi kursun həyata keçi-

rilməsində,  xüsusilə  Qarabağ  həqiqətlərinin

dünyaya çatdırılmasında uzaqgörənliklə düşü-

nülmüş uğurlu strategiyadır.

G.İsmayılov qeyd edib ki, yəhudilər təkcə

Avropada soyqırımına məruz qalmayıblar, on-

lar, həmçinin Azərbaycan xalqına qarşı törədil-

miş soyqırımının qurbanları arasında olublar.

Yəhudilər  2600  ildir  ki, Azərbaycanda  məs-

kunlaşıblar və dinc, dostluq, qarşılıqlı hörmət

şəraitində yaşayırlar.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru,

Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib

ki, yəhudi və Azərbaycan xalqlarını böyük fa-

ciələr və qəhrəmanlıqlar birləşdirir. Holokost

və Xocalı faciələri mahiyyətcə eynidir. Holo-

kost qurbanlarının sayı 6 milyondur, onların

1,5 milyonu uşaqlardır. Holokost Xocalı soyqı-

rımı kimi insanlığa qarşı törədilən cinayətdir.

Yəhudi və Azərbaycan xalqları bir-birinin faci-

əsini dərk edir, yaxşı başa düşür.1918-ci ildə

Qubada yəhudi icmasının üzvləri də ermənilər

tərəfindən soyqırımına məruz qalıb. Erməni

cəlladları tərəfindən insanlığa qarşı törədilmiş

qanlı soyqırımı hadisələrini unutmamalıyıq və

soyqırımının beynəlxalq aləmdə tanıdılması,

eləcə də bu soyqırımına obyektiv qiymət veril-

məsi istiqamətində davamlı işlər aparmalıyıq.

Sonra çıxış edən Azərbaycanda yaşayan

dağ yəhudiləri icmasının rəhbəri Milix Yevda-

yev, Avropa yəhudiləri dini icmasının nüma-

yəndələri  Lev  Şvarts,  Yevgeni  Brenneysen,

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham

Məmmədzadə, Akademiyanın Hüquq və İn-

san  Haqları  İnstitutunun  elmi  işçisi  Moisey

Bekker, Xocalı sakinləri Murad Məhərrəmov

və  Xəlil  Vəliyev  çıxış  edərək Azərbaycanda

Holokost faciəsinin anılmasının ənənə halını

almasını təqdirə layiq hal kimi qiymətləndirib-

lər, bunun ölkəmizdəki multikultural və tole-

rant əhvalın göstəricisi kimi dəyərləndiriblər.

Yəhudi xalqının başına gətirilən dəhşətli faciə-

yə  ölkəmizdə  həssaslıqla  yanaşıldığı,  hər  il

Holokost qurbanlarının xatirəsinin anıldığı vur-

ğulanıb. Bildirilib ki, bu günahsız insanların öl-

dürülmə səbəbi faşizm dövründə son həddə

çatmış yəhudi nifrəti və faşizm irqçiliyi idi.

Çıxışçılar Avropanın bəzi ölkələrində hələ

də antisemitizm meyillərinin qaldığını bildirə-

rək, həmin ölkələrdə Holokost söhbətini açma-

ğın  belə  qadağan  olunduğunu  deyiblər.  Bu

gün multikulturalizm siyasətinin Azərbaycanda

aparıcı xətt olması və burada digər etnik qrup-

lar kimi yəhudilərin də sərbəst, mehribanlıq

şəraitində yaşaması digər ölkələrə örnək kimi

göstərilib.

Çıxışlardan sonra “dəyirmi masa” müzaki-

rələrlə davam edib.



Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində

“Holokost və Xocalı-müasirlərin gözü ilə” adlı

“dəyirmi masa” keçirilib

2018-ci ilin yanvar ayına görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduq-

ları

• Əlavə dəyər vergisi bəyannaməsi,

• Aksiz bəyannaməsi

• Yol vergisi bəyannaməsi,

• Mədən vergisi bəyannaməsi, 

• Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi

və 

• Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi

bəyannaməsi

Cari ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim

edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət

büdcəsinə ödənilməlidir.

• Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi cari

ilin ferval ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat

aparıldığı gün-1 bank günü ərzində ödənilir).

• Muzdlu işlə əlaqədar 2018-ci ilin yanvar ayı üzrə ödəmə mənbəyində hesablanaraq



tutulan vergi cari ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir

(ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik-növbəti ildə yanvar ayının 31-

dən gec olmayaraq, digər  vergi ödəyiciləri 2018-ci ilin 1-ci rübü üzrə bəyannaməni cari ilin

aprel ayının 20-dən gec olmayaraq təqdim edirlər).

• Xüsusi notariusların 2018-ci ilin yanvar ayı üzrə hesabladığı gəlir vergisi cari ilin

fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2018-ci ilin 1-ci rübü

üzrə bəyannamə car ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).



Əmlak vergisinin ödəyiciləri olan müəssisələr 

• 2018-ci ilin 1-ci rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini fevral

ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

***


Bəyannamələr  müəyyən  edilən  müddətdə  təqdim  edimədikdə  40  manat məbləğində

maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən

çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).



Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər

Nazirliyinin İnternet Vergi İdarəsi portalı vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə

bilərsiniz. Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

***

(2018-ci ilin fevral ayının 4-ü, 11-i və 18-i tarixlərində efirə gedəcək “İqtisadi Zona” verilişi

üçün elan-Vergi Təqvimi)

Vergi ödəyicilərinin nəzərinə!

Əmlak vergisi üzrə cari ödəmələrin son müddəti 15.02.2018-ci ildir.

ƏDV, Aksiz, Yol və Mədən vergisi üzrə bəyannəmələrin təqdim edilməsinin və vergilərin

ödənilməsinin son müddəti 20.02.2018-ci_ildir.'>20.02.2018-ci ildir.

Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsinin və

Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyan-

naməsinin təqdim edilməsinin və verginin ödənilməsinin son müddəti 20.02.2018-ci ildir.

Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş vergi bəyannəməsinin təqdim

edilməsinin son müddəti 20.02.2018-ci ildir.

Cari ilin yanvar ayı üzrə xüsusi notariusların hesabladığı gəlir vergisinin və muzdlu işlə

əlaqədar ödəmə mənbəyində tutulan verginin ödənilməsinin son müddəti 20.02.2018-ci

ildir.

Elan

 Vergi ödəyicilərinin nəzərinə!

20.02.2018-ci il tarixi aşağıdakı vergi bəyannamələrinin təqdim edilməsinin son gü-

nüdür:

• Əlavə dəyər vergisinin bəyannaməsi

• Aksiz bəyannaməsi

• Yol vergisi bəyannaməsi

• Mədən vergisi bəyannaməsi

• Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi-

nin bəyannaməsi

• Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannəməsi

• Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannəməsi.

2018-ci ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli

olan bəyannamələr və ödənilməli vergilər barədə 

Y A D D A Ş

Oğuz Rayon Meşələrin Mühafizəsi və Bərpası İdarəsi tərəfindən 2017-ci

ildə 86 hektar sahədə meşə əkini aparılmışdır. Əkin 64 hektar sahədə yaz,

22  hektar sahədə payız aylarında həyata keçirilmişdir.

Əkin ustası Azər Məmmədov:

-2017-ci ildə aparılmış meşə əkinlərində fındıq və qoz bağları üstünlük

təşkil edir. Bu əkinlərin çox hissəsi  Oğuz və Xaçmaz meşəçiliyinin ərazisin-

də aparılmışdır. Digər kəndlərin ərazilərindəki meşə torpaqlarında da xeyli

sahədə yeni bağlar salınıb. Bir neçə hektar  sahədə  tut  tinkləri də əkilib.  

Xaçmaz meşəbəyiliyinin meşəbəyisi Bakıxan Seyidəliyev:

-Salınan bağların mühüm bir hissəsi Xaçmaz meşəbəyiliyinin ərazisin-

dədir.İdarəmizin saldığı digər bağlarda olduğu kimi bizim meşəbəyiliyin əra-

zisindəki bağlarda da yeni əkilmiş ağaclara xidmət göstərilməsi,  bitiş faizi

aşağı olan sahələrdə doldurma işlərinin  aparılması  diqqət  mərkəzində

saxlanılır.  

Oğuz Rayon Meşələrin Mühafizəsi və Bərpası İdarənin 5 hektar tinglik

sahəsi var. Burada  göyrüş, akasiya, cökə, ağcaqayın, şam və sair ağacların

tingləri yetişdirilmişdir. Tingliyin  meyvəçilik istiqamətində inkişaf  etdirilməsi

üçün tədbirlər görülür. İdarənin ağac əkmək istəyən  təşkilatları keyfiyyəli

tinglərlə təmin etmək imkanı var.



86 HEKTAR SAHƏDƏ MEŞƏ ƏKİNİ

APARILMIŞDIR 


Yüklə 310,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə