22 iyul 2017-ci il
8
Тясисчи:
Оьуз Район Ижра Щакимиййяти
вя редаксийанын йарадыжы коллективи
Редактор:
Назим
Щцсейнли
Цнван:Оьуз шящяри, Щейдяр
Ялийев проспекти - 62
E-mail:oguzyurdu34@mail.ru
Тел: 21-5-23-35
Бакы шящяри, “Мятбуат
фирма”сында чап олунмушдур.
Тираъ 500
Лисензийа № 022631
Гейдиййат нюмряси 431
Щесаб нюмрямиз “Капиталбанк”
АЗ07АИИБ33050019446800222168
ВЮЕН 6600067771
OĞUZ YURDU
ƏZİZ OXUCULAR!
“OĞUZ YURDU”
qəzetinə 2017-ci ilin ikin-
ci yarısı üçün abunə ya-
zılışı davam edir.
Abunə qiyməti:
Altı aylıq: 15 manat
Abunə rayon poçtamtın-
da, mətbuat yayımında
və redaksiyada aparılır.
“Oğuz yurdu” qəzetinə
abunə olmağa tələsin.
Əlaqə telefonu:
21-5-23-35
“Oğuz yurdu”
-
Bu ilin ilk altı ayında Azərbaycanda doğulan
körpələrə daha çox hansı adların verildiyi məlum
olub.
Ədliyyə Nazirliyindən oxu.az-a bildirilib ki, bu
ilin ilk yarısında 1343 körpəyə Yusif, 1006-sına
Əli, 900-nə Hüseyn, 752 körpəyə Ömər, 694-nə
Uğur, 668-nə Məhəmməd, 608-nə Murad, 489-
na Ayxan, 410 oğlana İbrahim, 400-nə Tunar ad-
ları verilib.
Bundan başqa, oğlanlara verilən adlar arasın-
da Ümid, Nihad, Raul, Emil, Amin, Ramal, Səid,
Sadiq, Cahid, Rəvan, Nurlan, Turan, Adəm,
Onur, Cəsur, Fateh, Toğrul, Ca-
vidan, Amir, Mətin, Renat və s.
adlar üstünlük təşkil edib.
Bu ilin 6 ayında Azərbaycanda doğulan qızlar-
dan 1256-na Zəhra, 1015-nə Nuray, 760-na Zey-
nəb, 721-nə Məryəm, 713-nə Fatimə, 683-nə Ay-
lin, 653-nə Mələk, 638-nə Dəniz, 508-nə Damla,
494-nə isə Ayan adı verilib.
Həmçinin, qız uşaqlarına verilən adlar arasın-
da Xədicə, Mədinə, Leyla, Gülay, Səma, İnci, Fi-
dan, Banu, Ayla, Yağmur, Ayşə, Nilufər, Mehri,
Nuranə, Nurgül, Aminə, Gülsüm, Safiya kimi
adlar üstünlük təşkil edib.
Körpələrə ən çox verilən adlar
Körpələrə ən çox verilən adlar
“Oğuz yurdu” qəzeti redaksiyasından: Bəs
rayonumuzda doğulan körpələrə daha çox
hansı adlar verilmişdir? Bu sualın cavabı qə-
zetimizin oxucuları və rayonumuzun sakinləri
üçün çox maraqlı olardı. İstərdik ki, Oğuz Ra-
yon Qeydiyyat Şöbəsiniun müdiri Vasif Mah-
mudov bu yazını oxusun, rayonumuzda bu
ilin altı ayında doğulan körpələrə hansı ad-
ların daha çox verilməsi haqqında məlumat
hazırlayıb redaksiyamıza göndərsin və bu
məlumat rayon qəzetində dərc edilərək oxu-
culara çatdırılsın. Lakin bu məsələnin real-
laşacağına o qədər də inanmırıq. Çünki rayon
qeydiyyat şöbəsi və onun işçiləri 2017-ci ilin
ikinci yarısı üçün rayon qəzetinə abunə yazıl-
mayıb. Rayon qeydiyyat şöbəsi və onun mü-
diri ilə iyun-iyul aylarında dəfələrlə əlaqə sax-
layıb bu şöbənin işçilərinin əvvəllər həmişə 2
nüsxə, son illərdə, o cümlədən, 2017-ci ilin
birinci yarısında bir nüsxə rayon qəzetinə
abunə yazıldığını və ilin ikinci yarısı üçün də
bu işin təşkil edilməsini xahiş etdik və son te-
lefon əlaqəsi zamanı bu məsələnin gecikdiyi-
ni söylədik. Rayon qeydiyyat şöbəsinin müdi-
ri Vasif Mahmudov:
-“Oğuz yurdu” bizim doğma qəzetimizdir.
Necə ola bilər ki, biz rayon qəzetinə abunə ol-
mayaq? Bu məsələ tezliklə həll ediləcək,-de-
di.
Qəzetimizdə dərc olunan elanda da gös-
tərildiyi kimi rayon qəzetinə abunə redaksiya-
mızla bərabər “Mətbuat” yayımının rayon şö-
bəsində və rayon poçtamtında aparılır. Qəze-
timiz çapa hazırlanarkən həmin təşkilatlarla
telefon əlaqəsi saxlayıb rayon qəzetinə abunə
yazılmayanların və abunəçilərin sayını azal-
danların siyahısını bir daha dəqiqləşdirdik.
Aydın oldu ki, rayon qeydiyyat şöbəsinin və
ya onun müdirinin adı hələ də rayon qəzetinə
abunə olunanların siyahısında yoxdur. Təəs-
süflənir və bildiririk ki, abunə məsələsinin
həll edilib-edilməməsindən asılı olmayaraq
ilin birinci yarısında rayonda yeni doğulan
körpələrə hansı adların daha çox verilməsi
haqqında məlumat oxucularımız tərəfindən
çox maraqla qarşılanardı və biz həmin məlu-
matı qəzetimizin növbəti sayında dərc etməyə
hazırıq.
Azərbaycan Texniki Universitetinin
(AzTU) Maşınqayırma fakültəsinin
tədris işləri üzrə dekan müavini, həm-
yerlimiz Qabil Haşımov vəfat etmişdir.
Qabil Bəxtiyar oğlu Haşımov 15
iyul 1961-ci ildə Oğuz rayonunun Pa-
dar kəndində müəllim ailəsində ana-
dan olmuşdur. 1978-ci ildə Padar
kənd orta məktəbini bitirmişdir. Həmin
il Azərbaycan Politexnik İnstitutunun
Mexanika fakültəsinə maşınqayırma
texnologiyası, metalkəsən dəzgahlar
və alətlər ixtisası üzrə qəbul olunmuş-
dur.
1983-cü ildə institutu müvəffəqiy-
yətlə bitirərək təyinatla gənc ixtisaslı
kadr kimi Bak Kondisioner EİB-də işə
qəbul olunmuş, mühəndis vəzifəsində
işləmişdir. Orada işləyərkən çoxsaylı
səmərələşdirici təkliflərin müəllifi ol-
muşdur.
1988-ci ildən isə Azərbaycan Texni-
ki Universitetinin Texnoloji kompleks-
lər və xüsusi texnika kafedrasında bö-
yük mühəndis kimi işləməyə başla-
mışdır. Həmin kafedranın baş müəlli-
mi, əvvəllər texnoloji maşınlar, sonra
maşınqayırma fakültəsinin dekan mü-
avini və fakültə elmi şurasının elmi ka-
tibi olmuşdur. Universitetin ictimai hə-
yatında fəal iştirak etmişdir.
Q.B.Haşımov 2004-cü ildə nami-
zədlik dissertasiyası müdafiə edərək
texnika elmləri namizədi alimlik dərə-
cəsi almışdır.
Q.B.Haşımov iki dərsliyin, bir neçə
dərs vəsaitinin və metodik göstərişin,
50-dən çox məqalənin müəllifidir. İste-
dadlı alim Moskva, Kursk, Çebobsar,
Xarkov, Vladimir, Kiyev və başqa şə-
hərlərdə keçirilən beynəlxalq kon-
franslarda iştirak etmişdir.
Qabil Haşımov Oğuz rayonu, do-
ğulduğu Padar kəndi, təhsil aldığı
kənd orta məktəbi ilə sıx əlaqə saxla-
mış, texniki vasitələrə çox ciddi ehti-
yac olduğu vaxtlarda məktəbə kom-
püter bağışlamışdır.
İki oğlu var.
Uzun sürən xəstəlikdən sonra 56
yaşında vəfat etmiş istedadlı alimin
xatirəsi tələbələrinin, onu tanıyanların
və həmyerlilərinin qəlbində daim ya-
şayacaqdır.
ALLAH RƏHMƏT ELƏSİN
ALLAH RƏHMƏT ELƏSİN
TEXNİKA ELMLƏRİ NAMİZƏDİ,
TEXNİKA ELMLƏRİ NAMİZƏDİ,
AzTU-nun MAŞINQAYIRMA
AzTU-nun MAŞINQAYIRMA
FAKÜLTƏSİNİN DEKAN
FAKÜLTƏSİNİN DEKAN
MÜAVİNİ, HƏMYERLİMİZ
MÜAVİNİ, HƏMYERLİMİZ
Q.B.HAŞIMOV VƏFAT ETMİŞDİR
Q.B.HAŞIMOV VƏFAT ETMİŞDİR
30 iyun-2 iyul 2017-ci il tarixlərində Oğuz rayo-
nunun 2002, 2003, 2004, 2005, 2006, 2007,
2008- ci il təvəllüdlü idmançıları arasında cüdo
güləşi üzrə 26 iyun Silahlı Qüvvələr Gününə həsr
olunmuş açıq rayon birinciliyi keçirilmişdir. Bu
yarışda respublikamızın 15 rayonundan 26 ko-
manda və 270 idmançı iştirak etmişdir. Yarışları
Respublika Cüdo Federasiyasından dəvət olun-
muş hakimlər idarə edirdilər.
Yarış Azərbaycan Respublikasının dövlət him-
ninin oxunuşu ilə başladı. Sonra idmançılar və
qonaqlar müstəqilliyimiz uğrunda həlak olanların
xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Oğuz Rayon Gənclər və İdman İdarəsinin rəisi
R. Mahmudov çıxış edərək Azərbaycan Respub-
likasının ordu quruculuğunda son zamanlar bir
çox kompleks tədbirlərin görüldüyündən söz aç-
dı, idmançılara yarışda uğur arzulayaraq qeyd
etdi ki, gələcəkdə Silahlı Qüvvələrin sıralarında
xidmət etdikdə vətənə, xalqa sədaqətlə xidmət
etsinlər.
Yarış gərgin idman mübarizəsi şəraitində da-
vam etmişdir. Qaliblər diplom və medallarla təltif
olunmuşlar.
15 rayondan 270 idmançının iştirakı ilə
15 rayondan 270 idmançının iştirakı ilə
Oğuz şəhər sakini Fatimə Yusifova
xalçaçılığın sirlərini rayon uşaq yara-
dıcılıq mərkəzində öyrənib. 7 ildir ki,
bu peşə ilə məşğuldur. Kiçik həcmli
xalçalar toxuyur. Rayon mədəniyyət
evində təşkil edilən sərgilərdə iştirak
edib. İndiyədək 10-a yaxın xalça toxu-
yub. Bir kiçik xalçanı bir ay ərzində to-
xuyub başa çatdıra bilir.
19 yaşlı Fatimə bu peşənin sirlərini
uşaqlara da öyrədir.
X A L Ç A Ç I Q I Z
X A L Ç A Ç I Q I Z
Bu ilin sentyabr ayında qeyd ediləcək Qur-
ban bayramı ilə əlaqədar Azərbaycanda neçə
gün qeyri-iş günü olacağı açıqlanıb.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəh-
bəri Akif Əli "Report"un sorğusuna cavab olaraq
bildirib ki, sentyabrın 1-i və 2-si Qurban bayramı
kimi qeyd olunacaq: "Ayın 2-si şənbə gününə
təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar
ertəsi də qeyri-iş günü olacaq.
Beləliklə, Qurban bayramı ilə əlaqədar olaraq
sentyabrın 1-dən 5-dək tətil olacaq. Sentyabrın
5-i iş günüdür.
Qurban bayramında 4 gün iş olmayacaq
Qurban bayramında 4 gün iş olmayacaq
Bildiyimiz kimi Şəki , Oğuz, Qax, Zaqatala və Balakən
mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional
Mədəniyyət və Turizm İdarəsi artıq bir neçə aydır ki, fəaliy-
yət göstərir. Regional mədəniyyət və turizm idarələrinin
əsasnamələri hazırlanmışdır və bütün mədəniyyət müəssi-
sələrinin fəaliyyəti bu əsasnamə əsasında təşkil edilir.
Regional şöbələrin rayonlarda nümayəndəlikləri fəaliy-
yət göstərir. Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin
Oğuz nümayəndəliyinin də fəaliyyəti bu əsasnamə ilə tən-
zimlənir. Regional şöbə yarandıqdan sonra klub və kitabxa-
na işinin əsasnaməsinə cavab verməyən bəzi mədəni maa-
rif müəssisələri bağlanmışdır. Şəki Regional Mədəniyyət və
Turizm İdarəsinin Oğuz nümayəndəliyindən, regional şöbə-
nin baş məsləhətçisi U. Baxışovadan aldığımız məlumata
görə rayonumuzda 7 belə müəssisənin-Kərimli, Şirvanlı,
Xalxalqışlaq, Filfilli, Qumlaq klubları, Zərrab və Qarabaldır
kənd kitabxanalarının fəaliyyəti dayandırılmışdır. Bu müəs-
sisələr əsasən maddi-texniki bazaları müasir tələblərə ca-
vab vermədiyinə, binaları olmadığına, qəzalı vəziyyətdə ol-
duğuna və bununla bağlı fəaliyyətləri də günün tələblərinə
cavab vermədiyinə görə bağlanmışdır. Fəaliyyəti dayandırıl-
mış müəssisələrin işçiləri ilə Əmək Məcəlləsinin tələblərinə
uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir.
5 klub, 2 kitabxana bağlanmışdır
5 klub, 2 kitabxana bağlanmışdır
19 iyul 2017-ci il tarixdə Sincan
kənd kitabxanasında yay məktəbi-
nin təşkili, kiçikyaşlı oxucuların ki-
tabxanaya cəlb edilməsi, onlarda kitaba,
mütaliəyə marağın artırılması məqsədilə “Nağıl saatı “keçirilmişdir. Sincan kənd
tam orta məktəbinin ibtidai sinif müəllimi Nəzakət Ağammədova ilə birgə təşkil edil-
miş nağıl saatını kitabxananın müdiri R.Əzizova açmış, kitabxanaya ilk qədəm qoy-
muş oxucuları salamlamış, oxucu olmaları münasibətilə təbrik etmiş, onlara kitabla
davranış qaydalarından danışmış, mütaliə etməyin faydalarını başa salmışdır. Kom-
püterdə nağıl diskləri səsləndirilmişdir. Onlardan həmin nağılları necə qavramalarını
öyrənmək məqsədilə həmin nağılların öz dillərində danışmaları xahiş edilmişdir.
Sonra onlara kiçikhəcmli kitablar təqdim olunmuşdur. Kimin yaxşı nağıl oxuyub
danışmaq qabiliyyətinin müqabilində kitabxana tərəfindən hədiyyələr təqdim olu-
nacağı bildirilmişdir.
NAĞIL SAATI
NAĞIL SAATI
Baş Daşağıl kənd sakini Məmmədova Xa-
lisə Məhəmməd qızına və onun ailə üzvlə-
rinə Oğuz Rayon Aqrar İslahat Komis-
siyasının 26 may 1998-ci il tarixli 65 saylı
qərarı ilə verilmiş JN-166B KOD 40500018
olan Torpağın mülkiyyətə verilməsinə dair
Şəhadətnamə itdiyi üçün etibarsız sayılır.
Bucaq kənd sakini Hümmətov İlham Şəm-
məd oğluna və onun ailə üzvlərinə Oğuz
Rayon Aqrar İslahat Komissiyasının 18 no-
yabr 1997-ci il tarixli 50 nömrəli qərarı ilə
verilmiş JN-248 KOD 40503018 olan Tor-
pağa mülkiyyət hüququna dair Dövlət Aktı
itdiyi üçün etibarsız sayılır.
Xaçmaz kənd sakini Rəsulova Xumar Mər-
mər qızına və onun ailə üzvlərinə Oğuz
Rayon Aqrar İslahat Komissiyasının 24 iyul
1998-ci il tarixli 67 saylı qərarı ilə verilmiş
JN -390F KOD 40509018 olan Torpağın
mülkiyyətə verilməsinə dair Şəhadətnamə
itdiyi üçün etibarsız sayılır.
Oğuz rayon Muxas kənd sakini Məhərrə-
mov Bəylər Zərbalı oğluna və ailə üzvləri-
nə Oğuz Rayon Aqrar İslahat Komissiyası-
nın 12 mart 1998-ci il 52 nömrəli qərarı ilə
verilmiş JN-110 KOD 40503028 olan tor-
pağa mülkiyyət hüququna dair dövlət Aktı
itdiyi üçün etibarsız sayılır.
E T İ B A R S I Z S A Y I L I R
E T İ B A R S I Z S A Y I L I R