22 iyul 2017-cи il
7
OĞUZ YURDU
K Ə N D T Ə S Ə R R Ü F A T I İ Ş L Ə R İ
Rayonumuzda taxıl biçini başa çat-
maq üzrədir. Bu il Oğuz taxılçıları 17157
hektar sahədə payızlıq taxıl yetişdir-
mişlər. Sahələrin 12797 hektarı buğda,
4360 hektarı arpa idi. Biçinə vaxtında
başlayan taxılçılar onu tez və itkisiz top-
lamaq üçün bütün qüvvələrini səfərbər-
liyə almışlar. Oğuz Rayon Statistika İda-
rəsindən aldığımız məlumata görə iyu-
lun 17-nə kimi payızlıq taxıl sahələrinin
15795 hektarında biçin keçirilmiş, 37922
ton məhsul əldə edilmişdir. Sahələrin
məhsuldarlığı hər hektardan 24 sentne-
rə bərabər olmuşdur. Buğda sahələrinin
məhsuldarlığı 24,3 sentnerə, arpa sahə-
lərinin məhsuldarlığı 23,1 sentnerə bə-
rabər olmuşdur. Rayonun bir sıra icra
nümayəndəliklərinin ərazisindəki taxıl-
çılar rayon səviyyəsindən yüksək gös-
təriciyə nail olmuşlar. Belə ki, Qumlaq
(30 sentner), Calut (30 sentner), Muxas
(26,7sentner), Oğuz (26,6 sentner), Ya-
qublu (26,6 sentner), Xalxal (26,4 sen-
tner), Kərimli (26,2 sentner) icra nüma-
yəndəliklərinin və Q. D. M. (30 sentner)
taxılçıları hektarların məhsuldarlığına
görə rayon səviyyəsindən daha da yük-
sək nəticə göstərmişlər.
Taxılçılar biçin ilə yanaşı gələn ilin
məhsulu üçün toxum tədarükünə də diq-
qətlə yanaşırlar.
TAXIL BİÇİNİ
Biçinin başa çatmasına az qalır
Bu il respublikanın bir
çox bölgələrində olduğu kimi
rayonumuzda da ənənəvi tə-
sərrüfat sahəsi olan bara-
maçılığın inkişafı istiqamə-
tində müəyyən işlər görül-
müşdür. Kümçülərimiz döv-
lətin sahəyə olan diqqət və
qayğısından
ruhlanaraq
1556 qram ipəkqurdu toxu-
mu götürərək bəsləmişlər.
Bütün aqrozootexniki qayda-
lara riayət edərək ipəkqurdu-
larını bəsləyən kümçülərimiz
yaxın vaxtlarda barama təh-
vilini də başa çatdırmışlar.
Oğuz baramaçıları bu il
2524 kiloqramdan artıq ba-
rama təhvil vermişlər. İpək-
qurdularının
götürülməsi,
bəslənməsi və barama təh-
vilində ayrı-ayrı kəndlərin iş
adamları, fərdi sahibkarlar,
ailə kəndli və ev təsər-
rüfatları fərqlənmişlər.
Barama təhvili icra
nümayəndəlikləri üzrə
aşağıdakı kimi olmuş-
dur:
Kərimli - 320,4 kiloq-
ram,
Xaçmaz-303,05 kiloq-
ram,
Qumlaq - 243,5 kiloq-
ram,
Yaqublu-207kiloqram,
Muxas - 194,3 kiloq-
ram,
Padar - 183 kiloqram,
Bucaq -170,1 kiloqram,
Bayan -148 kiloqram,
Tərkeş - 127 kiloqram,
Xalxal-108,7 kiloqram,
Ərmənət-101,1 kiloqram,
Tayıflı -87,1 kiloqram,
Qarabaldır- 57 kiloqram,
Yemişənli-55,7 kiloqram,
Sincan-55 kiloqram,
Baş Daşağıl-54 kiloqram,
Şirvanlı 45,8 kiloqram,
Calut-32,8 kiloqram,
Oğuz şəhəri- 32,5 kiloqram
UZUN FASİLƏDƏN SONRA BU İL KÜMÇÜLƏRİMİZ
BARAMA TƏHVİL VERMİŞLƏR
Bildiyimiz kimi bu il rayonumuzda iş
adamlarının, torpaq sahiblərinin, fermerlərin
birgə səyi ilə 200 hektar sahədə tütün əkil-
mişdir. Hazırda bütün tütün sahələrində qız-
ğın iş gedir. Sahələr becərilməklə yanaşı
həm də qırım-düzüm və qurutma aparılır.
Ölkəmizdə tütünçülüyün inkişafına gös-
tərilən diqqət və qayğı bu sahənin yenidən
dirçələləcəyinə ümidlər yaratmışdır. Oğuz
vaxtı ilə ölkənin ən yaxşı tütünçülük rayon-
larından sayılırdı. Rayonumuzda tütünçü-
lüyün əvvəlki şöhrətini qaytarmaq, adam-
ların bu sahədən əldə etdiyi gəlirin artması
istiqamətində bu il xeyli tədbirlər müəyyən-
ləşdirilmiş və həyata keçirilmişdir. Bu
sahədə görülən işlər 16 sahibkarın rəhbər-
liyi ilə həyata keçirilir.
Bol tütün yetişdirilməsində bu sahədə
fasiləsiz işlə təmin olunan 150-200 nəfərə
yaxın Oğuz sakinlərinin də böyük əməyi
vardır.
Tütünçülüyün rayonumuzda yenidən in-
kişaf etdirilməsi insanlar üçün həm də yeni
iş yeri, məşğulluq sahəsidir. Odur ki, cari
ildə və gələcəkdə tütünçülüyün inkişafı üçün
görülən tədbirlər sözsüz öz bəhrəsini verə-
cəkdir. Görülən tədbirlər yəqin ki Oğuzda
tütünçülüyün əvvəlki şöhrətini qaytaracaq-
dır.
TÜTÜNLÜKLƏRDƏ
Sahələr becərilir, qırım-düzüm və qurutma
aparılır
Son illərdə rayonumuzda geniş abad-
lıq-quruculuq işləri aparılmış, bir çox
müxtəlif təyinatlı binalar tikilib istifadəyə
verilmişdir. Rayonun simasını əsaslı şə-
kildə dəyişmiş bu tikinti-quruculuq işləri
müxtəlif tikinti təşkilatları, cəmiyyətləri tə-
rəfindən icra edilmişdir. Görülmüş bu
işlərin keyfiyyətindən söhbət düşəndə ilk
yerlədə adı çəkilən tikinti təşkilatlarından
biri “İş İnşaat” MMC-dir.
“İŞ İnşaat” MMC də digər tikinti təşki-
latları kimi tenderlərdə iştirak edir və qa-
lib gəlib qazandığı layihəni icra edir.
Onun respublikanın müxtəlif rayonların-
da, eləcə də, Oğuzda icra etdiyi bir çox
layihələr, tikib istifadəyə verdiyi neçə-
neçə obyektlər, binalar var. Hamıya məlum-
dur ki, hər hansı bir tikinti şirkəti, cəmiyyəti
haqqında real fikir onun gördüyü işlər, isti-
fadəyə verdiyi obyektlər, həyata keçirdiyi
layihələrə necə əməl etməsi, ilk növbədə
gördüyü işlərin keyfiyyəti əsasında for-
malaşır. Əgər hər hansı bir tikinti təşkilatı-
nın gördüyü iş, icra etdiyi layihə na-
razılıq doğurursa, istifadəyə verdiyi
obyekt təhvil götürülmürsə (hətta
tikinti başa çatandan neçə il sonra
da) həmin tikinti təşkilatının aid böl-
gədə yenidən başqa bir layihəni
icra etməsini heç kim arzulamaz.
Təəssüf ki, yarıtmaz inşa edilmiş,
bu səbəbdən də neçə il əvvəl icra
edilsə də hələ təhvil götürülməyən
belə obyektlər Oğuzda da var: Xaç-
maz kəndinin su sistemi və Sincan
kənd tam orta məktəbinin binası ki-
mi...
”İş İnşaat” MMC-nin digər bölgə-
lərdə gördüyü işlərin keyfiyyəti haqqında bir
söz deyə bilməsək də Oğuz rayonunda hə-
yata keçirdiyi layihələrin razılıq doğurması
haqqında qəti fikir söyləmək olar. Bu
razılıq həm bu obyektlərin istifa-
dəçiləri, rəhbərləri, rayon sakinləri ilə
söhbət zamanı, həm də rayonda ke-
çirilən tədbirlərdə eşidilir.
“İş İnşaat” MMC-nin direktoru
İskəndər Qocayev deyir:
-“İş İnşaat” MMC tərəfindən Oğuz
rayonunun Dəymədərə və Qarabu-
laq kənd tam orta məktəblərinin bi-
naları inşa olunmuş, Astraxanovka
kənd tam orta məktəbinin və Yeni-
kənd uşaq bağçasının binaları əsas-
lı təmir edilmişdir. Oğuz şəhərində
bir sıra abadlıq işləri görülmüş, şə-
hərin girəcəyindəki mədəniyyət və
istirahət parkında təmir işləri aparılmış, şə-
hərin küçələrində yol zolaqlarının rənglən-
məsi həyata keçirilmiş, şəhərin istirahət zo-
nalarının yerləşdiyi yuxarı hissəsində,
Oğuzçayın üzərində piyada keçidi körpüsü
tikilmişdir. Biz işçilərə tələbkarlıqla yanaşır,
işlərin gedişinə daim ciddi nəzarət edir,
işimizlə üz ağartmağa çalışırıq. İstifadəyə
verdiyimiz obyektlər haqqında tez-tez xoş
sözlər eşidirik. Oğuzda yeni layihələrin icra-
sında, abadlıq-quruculuq işlərində bundan
sonra fəal iştirak etmək əzmindəyik.
Rayonumuzda tikinti-quruculuq işləri
aparan hər bir təşkilata, şirkətə uğurlar və
ilk növbədə işlərin keyfiyyətlə görülməsini
arzulayırıq.
Nazim Hüseynli
“İş İnşaat” MMC-nin Oğuzda inşa etdiyi obyektlər
Oğuzçayın üzərində piyada keçidi körpüsü
Dəymədərə kənd tam orta məktəbinin binası
"Təhsil haqqında” qanu-
na 22.3-1-ci maddə əlavə
edilib:"Müvafiq icra haki-
miyyəti orqanının müəy-
yən etdiyi ali təhsil müəs-
sisələri və ixtisaslar üzrə
bakalavriat səviyyəsində
birillik ödənişli hazırlıq
qrupları təşkil olunur”.
Habelə qanuna aşağı-
dakı məzmunda 26.5-1-ci
maddə əlavə olunub: "Mü-
vafiq icra hakimiyyəti or-
qanının müəyyən etdiyi ali
təhsil müəssisələri və ixti-
saslar üzrə bakalavriat sə-
viyyəsində hazırlıq qrup-
larında tədrisin sonunda
keçirilən buraxılış imta-
hanları nəticəsində müvəf-
fəqiyyət qazanan tələbələr
ali təhsil müəssisələrinin
birinci kursuna qəbul olu-
nurlar. Ali təhsil müəs-
sisələrinin hazırlıq qrup-
larında tədrisin təşkili qay-
daları müvafiq icra haki-
miyyəti orqanı tərəfindən
müəyyən edilir”.
Azərbaycan Res-
publikasaının Pre-
zidenti İlham
Əliyev "Təhsil
haqqında” qanuna
dəyişiklikləri
təsdiqləyib