22 iyul 2017-ci il
2
OĞUZ YURDU
Dünyada elə şəxsiyyətlər var
ki, onların adı ilə təkcə mənsub ol-
duqları xalqın, millətin tarixi taleyi
deyil, böyük bir epoxa bağlı olur.
Bunlar tarix yaradan böyük şəx-
siyyətlərdir. Sovet ideologiyasının,
onun fəlsəfəsi olan marksizm-le-
ninizmin belə bir yanlış ideyası ha-
kim idi ki, tarixi kütlələr yaradır. Elə
həmin tarix dönə-dönə sübut edir
ki, tarixi böyük şəxsiyyətlər yara-
dır. Böyük şəxsiyyətlər tarixi hərə-
kətə gətirir, onun simasını forma-
laşdırır.
Azərbaycan xalqının XX əsrdə
yetişdirdiyi, tarix yaradan böyük
şəxsiyyətlərin öndəri Heydər Əli-
rza oğlu Əliyevdir. Uca boylu, qey-
ri-adi baxışlı, general Heydər Əli-
yev fenomenal yaddaşa, hüdud-
suz ağıla, yüksək bəlağətli nitq qa-
biliyyətinə, böyük siyasi iradəyə,
çevik məntiqə, heyrətamiz tarixi
uzaqgörənliyə, ilahi istedada malik
tarixi şəxsiyyət idi.
Azərbaycanın çoxəsrlik dövlət-
çilik tarixində Heydər Əliyev epo-
xasının müstəsna yeri və rolu var.
Dünya şöhrətli siyasi xadim öz
müdrik fəaliyyəti ilə müasir tarixi-
mizin ən şanlı və parlaq salna-
məsini yaratmışdır. Buna görə də
ümummilli liderimizin xalqa xid-
mətdə keçmiş parlaq və mənalı
ömrünün hər anı siyasi təqvimi-
mizdə aktualdır. Ulu öndərin Azər-
baycanda birinci dəfə siyasi haki-
miyyətə gəldiyi 1969-cu ilin 14 iyul
günü də xalqımızın tarixi taleyində
oynadığı misilsiz rolu ilə xatırlanır.
Bu tarix Azərbaycanın xilasının bi-
rinci mərhələsi, xalqın özünə qayı-
dış tarixidir.
1969-cu il iyulun 14-də Heydər
Əliyev Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin I
katibi seçilib. Bu, Azərbaycanın
yeni tarixində güclü lider və rəhbər
kimi yer tutacaq, Azərbaycanın
inkişafı naminə saysız xidmətlər
göstərəcək şəxsiyyətin hakimiy-
yətə və böyük siyasətə gəlişi idi.
1969-cu ildə keçirilən avqust ple-
numu isə Azərbaycanın həyatında
mühüm və şərəfli bir mərhələnin
başlanğıcı olub. 1969-1982-ci illər
respublikamızda quruculuq sal-
naməsinin parlaq dövrü kimi tarixə
düşüb.
Heydər Əliyevin Azərbaycanın
rəhbəri seçilməsindən sonra res-
publikanın iqtisadi, ictimai-siyasi,
mədəni tarixində yeni bir dövr baş-
lanmışdır. Dahi şəxsiyyət neçə il-
lərin sükunətini hərəkətə gətirmiş,
milləti, milli düşüncəni oyatmış,
güclü iqtisadi potensial yaratmış-
dır.
Bəlkə də buna görə bir sıra ta-
rixçilər və siyasətşünaslar haqlı
olaraq qeyd edirlər ki, Azərbay-
can xalqının XX əsrdəki milli qur-
tuluşu, əslində, 1969-cu il iyulun
14-dən başlanır. Çünki həmin ta-
rixdə siyasi hakimiyyətə gələn gör-
kəmli dövlət xadimi Heydər Əliyev,
sözün həqiqi mənasında, xalqın
həyatında möhtəşəm dəyişikliyə
və misilsiz inkişafa nail oldu.
Ulu öndər Heydər Əliyev o döv-
rü belə xarakterizə edirdi: “Qətiy-
yətlə bildirmək olar ki, 60-cı illərdə
respublika iqtisadiyyatı bütövlükdə
dərin və uzunmüddətli böhran
mərhələsinə qədəm qoymuşdu.
Yaranmış ağır vəziyyətdən çıxış
yolu tapılmalı, iqtisadiyyatın inki-
şafı üçün prinsipial cəhətdən yeni
konseptual yanaşma yolları işlənib
hazırlanmalı, xalq təsərrüfatında
köklü struktur dəyişiklikləri aparıl-
malı, təsərrüfatçılıq və iqtisadi hə-
vəsləndirmə işində təzə metodlar
tətbiq edilməli idi”.
1969-cu ilə qədər SSRİ-nin aq-
rar əyaləti kimi tanınan Azərbay-
can həmin tarixdən sonra inkişaf
etmiş sənaye ölkəsinə, elmi-tex-
niki tərəqqinin geniş şəkildə tətbiq
olunduğu respublikaya, yüksək
mədəniyyəti ilə bütün dünyada
tanınan diyara çevrilmişdir. Müs-
təqilliyə qovuşmaq məqsədilə re-
allaşdırılan həmin tədbirlər nəti-
cəsində 1969-1985-ci illərdə Azər-
baycanda 213 yeni iri sənaye mü-
əssisəsi istismara verilmiş, dün-
yanın 65 ölkəsinə 350 adda məh-
sul ixrac olunmuşdu. Həmin illər
ərzində Azərbaycanın milli gəli-
rinin ümumi həcmi 2,5 dəfə art-
mışdır. Moskvanın, eləcə də, keç-
miş SSRİ-nin digər şəhərlərinin
170 aparıcı elm və təhsil ocağına
10 mindən çox azərbaycanlı oğlan
və qız təhsil almağa göndərilmiş-
dir. Bu, Heydər Əliyev siyasi müd-
rikliyinin və uzaqgörənliyinin gös-
təricisi idi.
Sonralar həmin dövrdə həyata
keçirdiyi tədbirlərdən danışan Ulu
öndər Heydər Əliyev demişdir:
“Bəli, mən istəyirdim ki, Azərbay-
can müstəqil olsun. Hər şeydən
əvvəl, iqtisadi cəhətdən. Çünki is-
tənilən müstəqilliyin əsasında iqti-
sadiyyat durur”.
1970-ci ildə mütəxəssislər qeyd
edirdilər ki, son 100 ildə 1 milyard
ton neft istehsal etmiş, Böyük Və-
tən müharibəsi illərində SSRİ-nin
neftə olan ehtiyacının 75 faizini
vermiş Azərbaycanın neftayırma
zavodları hələ çar dövründə inşa
edildiyinə görə müasir tələblərlə
ayaqlaşmır. Bu məqamdan məha-
rətlə istifadə edən Ulu öndər SSRİ
Nazirlər Soveti qarşısında məsələ
qaldırmış və Bakıdakı bütün neft-
ayırma müəssisələrinin tamamilə
yenidən qurulmasına, bir çoxunun
isə yenidən tikilməsinə nail olmuş-
dur. Bununla yanaşı, 70-ci illərdə
Bakıda, Naxçıvanda, Gəncədə,
Mingəçevirdə, Lənkəranda, Xan-
kəndidə bir-birinin ardınca elek-
tronika, elektrotexnika, radiotex-
nika, cihazqayırma, dəzgahqayır-
ma zavod və müəssisələri tikilib
istifadəyə verilmişdir. 1970-1982-
ci illərdə Azərbaycanda tikilib isti-
fadəyə verilmiş fabrik, zavod və
digər sənaye-istehsal müəssisələ-
rinin sayı əvvəlki 50 ildə tikilən
müəssisələrin sayından qat-qat
çox idi. Həmin illərdə görkəmli
dövlət xadimi Heydər Əliyevin
bilavasitə göstərişi və rəhbərliyi ilə
Azərbaycanda 52 memarlıq abi-
dəsində bərpa işləri aparılmış,
650-dən çox tarix və mədəniyyət
abidəsinin pasportu hazırlanmış-
dı.
Ulu öndər Heydər Əliyev ana
dilinin inkişafını da xüsusi diqqət
mərkəzində saxlamış, Azərbayca-
na fikir plüralizmi, demokratik və
azad düşüncə tərzi, güclü sosial
ədalət haqqı və milli özünüdərk
gətirmişdir. Dahi rəhbər Heydər
Əliyev yüksək səviyyəli yığıncaq-
larda, konfranslarda, dövlət səviy-
yəsində aparılan tədbirlərdə ana
dilində parlaq çıxışlar edərək özü-
nə böyük hörmət və məhəbbət
qazanmışdı. 1978-ci il aprel ayının
2-də doqquzuncu çağırış Azər-
baycan SSR Ali Sovetinin Azər-
baycan Sovet Sosialist Respub-
likası Konstitusiyasının layihəsi və
onun ümumxalq müzakirəsinin ye-
kunlarına həsr olunmuş yeddinci
sessiyasında məruzə ilə çıxış
edən Azərbaycan rəhbərinin təklifi
ilə Konstitusiyanın 73-cü maddə-
sini aşağıdakı redaksiyada ver-
mək təklif olunmuşdur: “Azər-
baycan Sovet Sosialist Respub-
likasının dövlət dili Azərbaycan di-
lidir”. Həmin dövrdə belə bir mad-
dənin əlavə edilməsi çox böyük
risk idi. Hər an ona millətçi dam-
ğası vurmaq təhlükəsi yaranmışdı.
Ancaq müdrik şəxsiyyət bütün
bunlardan qorxmamış, onun ana
dilinə olan məhəbbəti, milli təəs-
sübkeşliyi hər şeyi üstələmişdi.
Ulu öndər ölkəyə birinci dəfə
rəhbərlik etdiyi dövrdə respublika
gənclərinin bilavasitə Bakıda hərbi
təhsil alması üçün o zamanlar
mümkün olan bütün addımları at-
mış, imperiya rəhbərlərinin eti-
razına baxmayaraq, Azərbaycan-
da hərbi məktəbin açılmasına nail
olmuşdu. Həmin dövrdə Cəmşid
Naxçıvanski adına Hərbi Məktəbin
yaradılması Azərbaycanda milli
hərbçi kadrların yetişdirilməsinə
çox böyük töhfə idi. 1976-1982-ci
illərdə yüzlərlə azərbaycanlı gənc
Sovetlər Birliyinin müxtəlif respub-
likalarında yerləşən 54 ən qa-
baqcıl ali hərbi məktəblərə və
akademiyalara hərbi təhsil almağa
göndərilmiş, milli kadrların hazır-
lanması problemi öz uğurlu həllini
tapmışdır. Xüsusi vurğulamaq la-
zımdır ki, ümummilli liderimizin 70-
ci illərdə başladığı hərbi quruculuq
prosesi ikinci dəfə müstəqillik
qazanan Azərbaycanın Silahlı
Qüvvələrinin zabit heyətinin for-
malaşmasında müstəsna rol oy-
namışdır.
1970-80-ci illərdə respublikanın
ali məktəblərində 100-dən artıq
yeni kafedra, 40-dan çox yeni fa-
kültə açılmış, 100-ə qədər yeni ix-
tisasın hazırlığına başlanmışdı.
Həmin illərdə ölkədə 6 yeni ali
məktəb, 12 orta ixtisas məktəbi
yaradılmışdı. Elmlər Akademiya-
sının maddi-texniki bazasının
möhkəmləndirilməsi, səhiyyə sis-
teminin müasirləşdirilməsi, ölkənin
yol infrastrukturunun daha da yax-
şılaşdırılması, eləcə də, Ulu öndər
tərəfindən reallaşdırılan bütün təd-
birlər müstəqil Azərbaycan Res-
publikası naminə həyata keçirilirdi.
Bütün bunlar ona gətirib çıxardı
ki, Azərbaycan dağılmaqda olan
ölkədən inkişaf edən, tərəqqiyə
qoşulan ölkəyə, vətəndaş müha-
ribəsi astanasında olan ölkədən
vətəndaş həmrəyliyi olan ölkəyə
çevrildi. Bu nailiyyətlərin əsası-Ulu
öndər Heydər Əliyev tərəfindən
qoyulmuş müstəqil dövlətçilik prin-
sipləri zaman keçdikcə daha da
möhkəmlənir. Çünki bu iş, bu si-
yasi xətt müasir şəraitdə Azərbay-
can Prezidenti İlham Əliyev tə-
rəfindən uğurla həyata keçirilir və
davam etdirilir.
Bu gün istisnasız olaraq, deyə
bilərik ki, hörmətli Prezidentimizin
rəhbərliyi altında həyata keçirilən
tədbirlər, daxili və xarici siyasət
sahəsində əldə olunmuş nailiyyət-
lər dövlət müstəqilliyimizin daha
da möhkəmlənməsinə və davamlı
xarakter almasına xidmət etmişdir.
Artıq ölkəmizdə aparılan müstəqil
dövlət quruculuğu prosesində iqti-
sadi islahatların və inkişafın Azər-
baycan modeli yaranıb. Bu model
əsasında uğurla həyata keçirilən
və yeni çalarlarla zənginləşdirilən
sosial-iqtisadi siyasətin nəticələri
Azərbaycanın həm də beynəlxalq
imicinin və dövlət müstəqilliyinin
daha da möhkəmləndirilməsinə
gətirib çıxarıb.
Bu gün əsas nailiyyətimiz sayı-
lan ictimai sabitliyin davamlı pro-
sesə çevrilməsi, yeni neft strate-
giyasının, Cənub Qaz Dənlizi,
TANAP və TAP layihələrinin hə-
yata keçirilməsi, qeyri-neft sekto-
runun, kənd təsərrüfatının inkişaf
etdirilməsi, regionların sosial-iqti-
sadi inkişafı dövlət proqramlarının
uğurla həyata keçirilməsi, mühüm
beynəlxalq idman, humanitar və
siyasi tədbirlər ölkəmizin nüfuzu-
nun daha da möhkəmlənməsinə
gətirib çıxarmışdır.
Ölkəmizdə bütün istiqamətlər-
də aparılan islahatlar turizm mər-
kəzinə çevrilməkdə olan Oğuz ra-
yonundan da yan keçməmişdir.
Oğuzda aparılmış geniş qurucu-
luq və abadlıq işləri, yolların salın-
ması, yeni qaz və su xətlərinin çə-
kilməsi, yaşayış evlərinin, inzibati
binaların tikilməsi, yeni otellərin
istifadəyə verilməsi, parkların sa-
lınması Oğuzun simasını tama-
milə dəyişib, xarici və yerli turist-
lərin bu bölgəyə marağını artırıb.
Ümummilli liderimizin siyasi fə-
aliyyəti Azərbaycana xidmətin ən
kamil nümunəsidir. Gələcəkdə
Azərbaycanı Heydər Əliyev quru-
culuq xəttinin daha böyük uğurları,
nailiyyətləri gözləyir.
Mehriban Abbasova,
Oğuz Rayon Heydər Əliyev
Mərkəzinin direktoru
MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI NAMİNƏ
Oğuz Rayon Heydər Əliyev Mərkəzində
Ulu öndər Heydər Əliyevin 1969-cu il 14
iyulda Azərbaycan Kommunist Partiyasının
Mərkəzi Komitəsinin I katibi seçilərək Azər-
baycan rəhbərliyinə gəlməsi ilə əlaqədar
“Müstəqil Azərbaycan Respublikası nami-
nə” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Oğuz Rayon Hey-
dər Əliyev Mərkəzinin direktoru M.Abbaso-
va açmışdır. Məruzəçi qeyd etmişdir ki, Ulu
öndər Heydər Əliyevin Azərbaycanda birinci
dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu il 14
iyul günü xalqımızın tarixi taleyində oyna-
dığı misilsiz rolu ilə xatırlanır. Bu tarix Azər-
baycanın xilasının birinci mərhələsi, xalqın
özünə qayıdış tarixidir. 1969-cu ilə qədər
SSRİ-nin aqrar əyaləti kimi tanınan Azər-
baycan həmin tarixdən sonra inkişaf etmiş
sənaye ölkəsinə, elmi-texniki tərəqqinin ge-
niş şəkildə tətbiq olunduğu respublikaya,
yüksək mədəniyyəti ilə bütün dünyada tanı-
nan diyara çevrilmişdir. Müstəqilliyə qovuş-
maq məqsədilə reallaşdırılan həmin təd-
birlər nəticəsində 1969-1985-ci illərdə Azər-
baycanda 213 yeni iri sənaye müəssisəsi
istismara verilmiş, dünyanın 65 ölkəsinə
350 adda məhsul ixrac olunmuşdur. Həmin
illər ərzində Azərbaycanın milli gəlirinin
ümumi həcmi 2,5 dəfə artmış, sənaye
məhsulu 2,7 dəfə, kənd təsərrüfatı 2,3 dəfə
artmış, 249 yeni iri sənaye müəssisəsi yara-
dılmışdır.
Ulu öndər Heydər Əliyev ana dilinin inki-
şafını da daim diqqət mərkəzində saxla-
mışdır.
Həmin illərdə həyata keçirilən tədbirlər,
görülən işlər nəticəsində Azərbaycan dağıl-
maqda olan ölkədən inkişaf edən, tərəqqiyə
qoşulan ölkəyə, vətəndaş müharibəsi asta-
nasında olan ölkədən vətəndaş həmrəyliyi
olan ölkəyə çevrildi. Bu nailiyyətlərin əsası
Ulu öndər Heydər Əliyev tərəfindən qoyul-
muş müstəqil dövlətçilik prinsipləri zaman
keçdikcə daha da möhkəmlənir. Çünki bu
iş, bu siyasi xətt müasir şəraitdə Azərbay-
can Prezidenti İlham Əliyev tərəfindən uğur-
la həyata keçirilir və davam etdirilir.
Tədbirdə mövzu ilə əlaqədar “Heydər
Əliyev və mədəniyyət”, “Heydər Əliyev və
Azərbaycan dili”, “Heydər Əliyev və Azər-
baycan gənci”, “Heydər Əliyev və ordu qu-
ruculuğu” adlı videoçarxlar nümayiş olun-
muşdur.
Sonda YAP Oğuz rayon təşkilatı Gənc-
lər Birliyinin sədri Mehman Ramazanov, Şə-
ki Regional Mədəniyyət və Turizm İdarə-
sinin Oğuz rayon bölməsinin baş məslə-
hətçisi Ulduz Baxışova, Oğuz Rayon İcra
Hakimiyyətinin baş məsləhətçisi Tofiq Daş-
dəmirov çıxış etmişlər.
ULU ÖNDƏRİN RESPUBLİKA RƏHBƏRLİYİNƏ GƏLİŞİNİN
48-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR