Nobel küRSÜSÜ Selma Lagerlöf



Yüklə 255 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix29.01.2018
ölçüsü255 Kb.
#22656
1   2   3   4   5   6   7

Ernesto Sabato "Mediçi" (İtaliya, 1977), "Migel de Servantes" (İspaniya, 1984), "Yerusəlim" (İsrail, 1989) 

mükafatlarına layiq görülüb.

 

 

"Tunel" romanı



 

"Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

 



 

 

 



BƏŞƏRİ POEZİYA  

Riçard Brotiqan, Dayana Di Priam, Robinson Cefferson 

20 Noyabr 2014 

 

 



 

Əks mədəniyyət qəhrəmanı, 60

-

cı, 70


-

ci, illərin ədəbiyyat bütü, şişirdilmiş fiqura, bir saatlıq xəlifə, Mark Tven və 

Heminqueyin varisi, içki düşkünü, özünə qəsdçi, doqquz şeir kitabının, iki

-

üç ay ərzində milyonlarla tiraj çap olunub 



satılmış, bu günün özündə də Amerika və Avropanin kitab magazalarını bəzəyən "Amerikada balıq ovu" romanının 

müəllifi.

 

 

Riçard Brotiqan 30 yanvar 1935-



ci ildə Vaşinqton Ştatının Takomo şəhərində anadan olub. Anası, iki bacısı və 

qardaşından ibarət ailəsi dilənçi kökündə yaşayib. Təsadüfü kiçik qazanc və dövlət müavinəti hesabına dolanıblar.

 

 

Həqiqi familiyasının Brotiqan olmasını orta məktəbdə attestat alarkən öyrənib, anası sənədlərdə onun əsl 



familiyasının yazılmasına qərar verib. Riçard romanlarının birində yazırdı: " Anam mənim varlığımla baışmalı oldu". 

"Anamın Riçardı öpməyi və bizlərə 

sizi sevirəm, dediyi yadıma gəlməz," 



kiçik bacısı xatirələrində yazırdı...

 

  

DAYANA Dİ PRİMA



 

6 avqust 1934-

cü ildə Nyu

-

Yorkda doğulub. Suotmorda kolleci bitirdikdən sonra Qrinviç



-Villedj

ə köçür və tezliklə 

bürokratizmə qarşı mübarizlərə qoşulur.

 

"Bu quşlar geri uçur" adlı ilk kitabı 1958



-

ci ildə işıq üzü görür.

 

1974-


cü ildən Naropa və Kolorado Universitetində mühazirələr oxuyur.

 

Avanqard ədəbiyyatın yaradıcılarından olan şairlər 



- Press v

ə Eydelon kimi tezliklə Amerikada məşhurlaşır. Əl

-kimya 

və Şərq fəlsəfəsinə böyük maraq göstərib.



 

"Freddi haqqında şeirlər", " Zamanın kitabı", "Torpaq nəğmələri" adlı kitabların müəllifidir.

 



  

ROBİNSON CEFFERS

 

Şair, dramturq, filosof Robinson Ceffers (188



7-

1962) ABŞ

-

da doğulub.



 

"Koliforniyalılar", "Poynt Surun qadınları", "Günəşə aclıq", "Mideya" kimi kitabların müəllifidir. Əsərləri dünyanın əksər 

dillərinə tərcümə olunub.

 

Tərcümə: Zakir Fəxri

 

 

Şeirlər "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub



 

AFORİZMLƏR VƏ SİTATLAR

  

Qabriel Qarsia Markes (Kolumbiya) 



20 Noyabr 2014 

 

 



 

İlham pərisi yazıçının yanına yalnız yazı prosesi zamanı gəlir... 



Tərcumə: Yasar

 

Qabriel Qarsia Markesin aforizm, sitatlar və şeiri "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsi



 

 

TÜRK QARDAŞLARIMIZ



  

Asəf Halət Çələbi

 

21 Noyabr 2014 



 

 

XX əsrin birinci yarısı Türk poeziyasında orijinallığı, arayışçı tərzi, modernist düşüncəsiylə seçilən şairlərdən biri Asəf 



Halət Çələbidir. 1907

-

ci ildə İstanbulda ziyalı ailəsində doğulan şair məşhur Qalatasaray lisəsində təhsil alır. 



Atasından fransız və fars dillərini öyrənir, Mövləvi şeyxi Əhməd Rəmzi Dədə və Rauf Yekta bəydən musiqi və not 


dərsləri alır. Qısa bir müddət Fransada qalır. Geri döndükdən sonra Ədliyyə Məslək məktəbini bitirir. Məhkəmə, bank, 

dəmir yolları kimi müxtəlif qurumlarda çalışır. Son iş yeri İstanbul Universiteti ədəbiyyat fakültəsinin kitabxanası olur. 

1953-

cü ildə dünyasını dəyişir.



 

Gənclik çağlarında divan ədəbiyyatından təsirlənərək rübai və qəzəllər yazsa da, 1937

-

ci ildən sonra Qərbyönlü 



sərbəst şeirlər yazmağa başlayır. 1938

-1941-


ci illərdə ilk şeirləri çap olunur. Bu şeirlərdə daha çox nağılvarı təsir 

bağışlayan gənclik duyğuları öz

 

ifadəsini tapır.



 

Şərq ədəbiyyatı, incəsənəti və mədəniyyətinə dərindən bələdlik sonrakı dönəmlərdə onu tamamilə başqa bir yönə 

çəkir. Anadolu

-

İran



-

Hindistan xətti boyunca uzanan qədim Şərqin həyat tərzi, fəlsəfəsi, dini və dünyəvi düşüncələr 

aləmini səslər vasitəsiylə canlandırmağa çalışan şair şeirin real həyatda olduğu kimi abstrakt bir dünya yaratdığına 

inanırdı.

 

Çələbi türk poeziyasında «ənənəçi modernist» kimi tanınır. Şeirləri şüuraltına bağlı, mücərrəd olsa da bir anın, bir 



hiss və duyğunun az qala maddiləşən forması təsiri bağışlayır.

 

O, Şərq və Qərb mədəniyyətini bir yerdə könül dünyasından keçirib yaddaşında kəhkəşanlar yatan köhnə karvan 



yollarının o başına varmaq istəyirdi. Dünyaya Asiyanın təsəvvüf və dinlər tarixində ad qoyan ünlü simalarının açdığı 

pəncərədən 

Qoca Şərqin nağıllar aləmindən baxmağa çalışırdı.



 

Çələbinin şeirləri, bu mənada, Şərq miniatürlərini, bir də rəngli pəncərə şəbəkələrini xatırladır.

 

Əhməd Oğuz



 

Şeirlər "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

  



 

KLASSİK HEKAYƏLƏR

  

Ernest Heminquey, Ruben Bareyro Saqiyer 



21 Noyabr 2014 

 

 



Ernest Heminquey 

 

Orijinaldan sətri tərcümə əsasında çevirdi: Mahir N. Qarayev

 

«Məğlubedilməz», görkəmli Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin (1899



-

1961) erkən 

yaradıcılıq dövründə qələmə aldığı ən məşhur əsərlərindən biridir.

 

«Qadınlarsız kişilər» (1927) toplusunun ilk hekayəsini təşkil edən «Məğlubedilməz»də sonradan Heminqueyə dünya 



şöhrəti qazandırmış bir çox əsərlərinin, o cümlədən «Qoca və dəniz» povestinin işartılarını sezmək əsla çətin deyil. 

Xüsusən də əsərin baş qəhrəmanı, məğlubiyyətə heç cür yaxa tanıtmaq istəməyən «qoca» matador Manuel Qarsia 




öz ağlagəlməz fədakarlığı ilə eynən qoca balıqçı Santyaqonu xatırladır. Sonuncu buğa döyüşündən sonra ölümcül 

yaralanıb xəstəxanaya yerləşdirilən və çoxlarının artıq ölmüş zənn etdiyi Manuel ayağı yer tutan kimi yenidən 

arenaya çıxır. Peşəsinin şərəfini dünyada hər şeydən üstün tutan matador qəpik

-

quruşun müqabilində həyatını riskə 



atmağa belə razılaşıb bu şərəfi axıradək qorumağı bacarır və öz dözümü, qətiyyəti, fədakarlığı bahasına ləyaqətli 

insanın yenilməzliyini təsdiqləyir.

 

  

Ruben Bareyro Saqiyer 



Orijinaldan sətri tərcümə əsasında çevirdi: Saday Budaqlı

 

Yazıçı, esseist, ədəbi tənqidçi Ruben Bareyro Saqiyer 1930



-

cu ildə Paraqvayda anadan olub. 1962

-

ci ildən Fransada 



yaşayan yazıçı «Hekayə və roman» (1960), «İfşa olunmuş Paraqvay» (1963), «Müasir Paraqvay nəsrində sürgün 

mövzusu» (1970) və s. kitabların müə

llifidir. 

Hekayə "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

 



Müqəddəslər və onların söylədikləri

 

20 Noyabr 2014 



 

 

Həzrət Həbib Əcəmi

 

Həzrət Həbib Əcəmi Quran oxunarkən, acı kədərlə ağlayarmış. Adamlar ondan:



 

Sən ki, müqəddəs Kitabın yazıldığı dili bilmirsən, nə səbəbə ağlayırsan?.. 



soruşanda o:

 



İranlı olsam da, qəlbim ərəb qəlbidi... 



deyə cavab verib.

 

Tərcümə: A. MƏSUD

 

  



Mətn bütöv halda

 

"Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

 



Esse  

Orxan Pamuk 

21 Noyabr 2014 

 



 

"Belinski özü üçün yaratdığı Puşkini sevirdi". Pisarevin bu məşhur fikrinə istinad edərək deyə bilərik ki, hər yazıçı 

bizim dünyagörüşümüzə görə bir

-

birindən fərqlənir. Məsələn, mənim dərk etdiyim Çexov bu sətirləri oxuyan oxucunun 



qavradığı Çexovdan fərqlidir. Bu mənada hər oxucunun "öz Çexovu" var deyə bilərik. "Nobel" mükafatı laureatı Orxan 

Pamukun "Mənzərədən parçalar" kitabında Dostoyevskinin 6 əsəri haqqında bir

-

birindən maraqlı esseləri yer alıb. Biz 



həmin esselərdə "Orxan Pamukun öz Dostoyevsksi"ni görürük. O, bu esselərlə Dostoyevski əsərlərinin aktuallığını, 

əslində, keçmişlə bu gün arasında çox az məsələlərin dəyişdiyini özünəməxsuz təhkiyəylə göstərməyə çalışmışdır.

  

Fərid Hüseyn

 

 



İlk romanına münasibət:

 

Dostoyevskinin "Yoxsul insanlar"ı haqqında qeydlər

 

Dostoyevskinin birinci romanı "Yoxsul insanlar" ədəbiyyat tarixinin qəribə hadisələrindən biridir. Bu romana olan 



reaksiyalar, əsərin oyatdığı maraq, sonradan haqqında yazılan və danışılanların yaratdığı mif bu sadə, ancaq insanın 

daxili aləminə nüfuz edən

 

kitabın özündən çox



-

çox məşhur və diqqətəlayiqdir...

 

Esse 

"Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

 



 

DÜŞÜNCƏLƏR, DUYĞULAR

  

Akutaqava Rünoske 



20 Noyabr 2014 

 

 



Müas

ir yapon ədəbiyyatının banisi Akutaqava Rünoske (1892

-

1927) haqqında Azərbaycanda da çox yazılıb və 

çox danışılıb. «Xəzər»in oxucularına təqlim etdiyimiz miniatürlər bu dünya şöhrətli yazıçının yaradıcılığının 

yeni hüdudlarını görməyə imkan verir.

 

  




Tərcümə S. Budaqlı

 

Miniatürlər



 

"Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

 

DEBÜT  


Şervud Andersen

 

20 Noyabr 2014 



 

Amerika nəsrinin görkəmli nümayəndələrindən biri sayılan Şervud Anderson (1876

-

1941) kiçik hekayələrinə görə bir 



çox tənqidçi və ədəbiyyatşünas tərəfindən Anton Çexov və Ernest Heminqueylə bir tutulur. Şervud Anderson 

Amerikanın XX əsrdə dünya ədəbiyyatına bəxş etdiyi böyük simalar

-Ernest Heminquey, Uilyam Folkner, Tomas Vulf 

və Con Steynbek kimi nəhəng yazıçıların yaradıcılığına ciddi təsir göstərməklə bərabər, Ernest Heminquey və Uilyam 

Folknerin ilk əsərlərinin çap edilməsinə və bu yazarların şöhrət qazanmasına da yardım göstərmişdir. Ş.Andersonun 

ədəbi təsiri o dərəcədə böyük olmuşdur ki, Ernest Heminquey hətta bəzi hekayələrinə görə plagiatlıq ittihamı ilə də 

üzləşmişdir. E.Heminquey isə bu ittihamları rədd etsə də, Şervud Andersonun ədəbi təsirini danmamış, hətta Scott 

Fitsceralda yazdığı məktublarda da bunu etiraf etmişdir. 1956

-

cı ildə, Ş.Andersonun ölümündən uzun illər sonra 



Uilyam Folkner onu Amerika yazıçılarının atası adlandırmışdır. Ayrı

-

ayrı illərdə Şervud Andersonun "Alisa və itmiş 



roman" ("A

lice and lost novel") , "Tutqun gülüş" ("Dark laughter") romanları, "Atlar və adamlar" ("Horses and men"), 

"Meşədə ölüm" ( "Death in the woods" ) kimi kitabları çapdan çıxsa da, ona ən çox şöhrət gətirən kiçik hekayələrin 

yer aldığı "Vinesburq, Ohayo" ("Winesburg, Ohio") kitabı olmuşdur.

 

  

İngilis dilindən tərcümə Təvəggül Zeynallı



 

Təvəkgül Zeynallı 1994

-

cü ildə Naxçıvanda doğulub. 2011



-

ci ildə Xəzər rayonundakı 149 saylı orta məktəbi bitirərək, 

Azərbaycan Dillər Universitetinin ingilis dili üzrə tərcümə fakültəsinə daxil olmuşdur. Hazırda II kurs tələbəsidir.

 

  



 

MACƏRA

 

Hekayə

 

  

O vaxt Corc Villard hələ yeniyetmə bir oğlan idi. Alisa Hindmanın isə iyirmi yeddi yaşı vardı. Və bu iyirmi yeddi yaşlı 



qadın bütün ömrünü Vinesburqda yaşamışdı. O, Vinney parça mağazasında işləyir və ikinci dəfə ərə getmiş anası ilə 

birgə ömür sürürdü...

 



Hekayə bütöv halda

 

"Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

 



 

DEBÜT  


Ezra Paund (ABŞ) 

Şeirlər



 

20 Noyabr 2014 

 

 

Ezra Paund (ABŞ)



 

 

Şeirlə riyaziyyat ruhən əkizdir. Poeziya cəbr qədər mürəkkəb və məntiq tələb edən bir sənətdir. Riyaziyyatdan fərqli 



olaraq, şeriyyatdakı tənliklər fiqur əvəzinə sentimental nəzəriyyə ilə ifadə edilir. Əgər şairin düşüncəsində sehr 

elmdən çox yer tutursa, deməli o insan ortaya əsl sənət qoymaq gücündədir. İnsani fikirləri kvadratlar, bucaqlar 

formasına salmaq mümkündür. Bu zaman sanki hisslərə cadu edilərək sətirlərə köçürülür. Şairlik sənəti gizli, 

əsrarəngiz və dərin köklərə bağlı proses üzərində qurulur.

 

  

İngilis dilindən tərcümə Məhəbbət Hacıyeva



 

Məhəbbət Hacıyeva 1990

-

cı ilin 13 oktyabrında Kəlbəcər rayon Nadirxanlı kəndində anadan olub. Orta məktəbi 



Gəncə şəhərində bitirib. 2013

-

cu ildə Azərbaycan Dillər Universitetini bitirib.



 

 

Şeirlər "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

 

 



MEMUAR  

Yazıçı yazıçı haqqında

 

20 Noyabr 2014 



 


 

Erne

st Heminquey Uilyam Folkner haqqında:

 

«Siz kiminsə yazı prosesi zamanı içdiyini eşitmisinizmi? Folkner elədi. O, hərdən belə günahlara batır. Mən onun 



artıq ilk badəni içmiş olduğu səhifələri tam dəqiqliyi ilə göstərə bilərəm»...

 

Tərcümə: Yaşar

 

 

Mətn bütöv halda

 

"Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

 



 

ORİFEYLƏR

  

Marsel Prust 



24 Noyabr 2014 

 

 



Orijinaldan sətri tərcümə əsasında çevirdi: Zahid Sarıtorpaq

 

 



Zaman-

zaman sevilən və inkar edilən yazıçı

 

...Pəncərə pərdəsinə düşmüş cansız bir işıq zolağı, ana öpüşünün doğurduğu unudulmaz təəssürat, bir qurtum çayın 



dərin yaddaş qatlarından oyatdığı xatirələr 

- Marsel Prust (1871-

1922) yaradıcılığının zənginliyi bu sayaq çırpıntılarla 

dolu psixoloji həyat gerçəklərinin, eləcə də irreal düşüncələrin özəyindən qaynaqlanır. Sayğılı oxucular, altı cildlik 

"İtirilmiş zamanın axtarışında" silsiləsinə daxil olan

 

"Svana doğru" romanın "Kombre" adlı bölümünün birinci 



hissəsində də bu kimi məqamlar qədərincə yer alıb.

  

Onu da qeyd edək ki, bu əsərin sanbalı heç də ayrı



-

ayrı detallarda gizlənməyib, həm də bu, bir dil faktorudu. Dünya 

romançılığında özünəməxsus yer tutan Prust yaradıcılığı zaman

-

zaman insanları düşünməyə sövq edən bir 



fövqəlbəşəri ədəbiyyat hadisəsidi. Bu hadisədən yararlanan azman yazarlar sülaləsi yetişib, bunu inkar və etiraf edən 

yazıçılar bu gün də var.

 

Əsas gerçəklik ondadı ki, Prust dünyada ən çox müraciət edilən, örnəklər gətirilən, qarşısına məqsəd qoymasa da, 



insanı iç dünyasının dolaşıqlarında azdıran, buxovlulara azadlığın yolunu göstərən, azadlara müti qul olduqlarının 


həqiqətlərini sübut edən bir yazıçıdı. Paradoks ondadı ki, doqquz yaşından ölən günə kimi astma xəstəliyindən əzab 

çəkən bu yazıçının yaradıcılığındakı nəfəs genişliyi insanı heyran etməyə bilmir. Eyni zamanda onun yaradıcılığını 

sevməyənlərin də sayı az deyil. Bunlara rəğmən, bütün dahilər kimi Prust öz yaradıcılığının yaxşı və uyarsız 

tərəfləriylə hələ də düşündürməkdə davam edir və güman ki, hələ çox mübahisələrin mövzusu olacaq.

 

  

SVANA DOĞRU



 

Qaston Kalmetə dərin və səmimi

  

təşəkkür hissiylə



 

 

BİRİNCİ HİSSƏ



 

KOMBRE 


 

Yerimə erkən girməyə çoxdan vərdiş etmişdim. Hərdən şam sönər



-

sönməz gözlərim elə tez qapanırdı ki, öz

-

özümə: 


"Yuxulayıram..." deməyə belə macal tapmırdım...

 

  



Mətn "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

  



 

SƏHNƏ ƏDƏBİYYATI

  

Con Marrel 



24 Noyabr 2014 

 

 



Orijinaldan sətri tərcümə əsasında çevirdi: YAŞAR

 

"Ölümü gözləməməli, həyatı yaşamalı". Bu gün artıq hamının unutduğu, bir vaxtlar isə dillərdən düşməyən böyük 



fransız aktrisası Sara Bernar həyatının son günlərində qələmə aldığı xatirələrinin ikinci cildini yazarkən bu qənaətə 

gəlir. Bu mənada, Sara Bernar haqqında olan bu məşhur pyesinə kanadalı dramaturq Con Marrel də məhz 

«Memuarlar» adını vermişdi. Səhnə redaktəsində isə ad dəyişdirilərək daha sirli məna aldı: «Lanqustun gülüşü». 

«Deyirlər onları öldürəndə gülüşə bənzər çığırtı səsi çıxarırlar... Təhqiredici gülüşə». Bəli, pyesdə lanqustun da öz 

taleyi var. Qarşımızda sırf bioqrafik əsər deyil. Bu,

 

aktrisanın coşqun, parlaq həyatı haqqında öz dilindən eşidəcəyiniz 



gerçək etiraflarıdı.

 



  

LANQUSTUN GÜLÜŞÜ

 

 



(İki hissəli pyes)

 

İŞTİRAK EDİRLƏR



 

 

S a r a B e r n a r - 



77 yaşlarında, aktrisa

 

C o r c P i t u - 45-



50 yaşlarında, onun katibi

 

BİRİNCİ HİSSƏ



 

 

1922-



ci il. S a r a B e r n a r ı n dənizkənarı mülkünün artırması. Burada üstü əlyazmalarla dolu stol var. Onun 

arxasından dənizə düşən pilləkən görünür. Üstündə bahalı içkilər olan balaca bar stolu. İkinci planda royal var. S a r a 

kresloda mürgüləyib. Onun üstünə səliqəsiz şəkildə atılmış xəz çox güman ki, meymun dərisindəndi.

 

 



P i t u (daxil olur). İlahi, özün saxla! Madam, siz bura necə gəlmisiz?

  

S a r a. Eynilə sizin kimi...



 

  

 



Document Outline

  • XƏZƏR 2014, №1
  • NOBEL KÜRSÜSÜ  Selma Lagerlöf
  • NOBEL KÜRSÜSÜ  Elis Manro
  • QIZIL DÖVRÜN ŞAİRLƏRİ  Dərsliklərdə olmayan Puşkin
  • XİLAS YOLUNUN YOLÇULARI  Hüseyn ibn Mənsur Həllac - Doğuluşdan sufiliyə qədər uzanan əfsanəvi həyat yolu
  • SERVANTES MÜKAFATI LAUREATLARI  Ernesto Sabato
  • BƏŞƏRİ POEZİYA  Riçard Brotiqan, Dayana Di Priam, Robinson Cefferson
  • AFORİZMLƏR VƏ SİTATLAR  Qabriel Qarsia Markes (Kolumbiya)
  • TÜRK QARDAŞLARIMIZ  Asəf Halət Çələbi
  • KLASSİK HEKAYƏLƏR  Ernest Heminquey, Ruben Bareyro Saqiyer
  • Müqəddəslər və onların söylədikləri
  • Esse  Orxan Pamuk
  • DÜŞÜNCƏLƏR, DUYĞULAR  Akutaqava Rünoske
  • DEBÜT  Şervud Andersen
  • DEBÜT  Ezra Paund (ABŞ) - Şeirlər
  • MEMUAR  Yazıçı yazıçı haqqında
  • ORİFEYLƏR  Marsel Prust
  • SƏHNƏ ƏDƏBİYYATI  Con Marrel

Yüklə 255 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə