Nobel küRSÜSÜ Selma Lagerlöf



Yüklə 255 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix29.01.2018
ölçüsü255 Kb.
#22656
1   2   3   4   5   6   7

evsiz-

eşiksiz yoxsul avaraları, öz boz komalarında oturub, su pəriləri, divlər, ovsunlanıb dağlara qaçırılmış qızlar 

haqqında maraqlı rəvayətlər danışan qocaları, qarıları xatırla... Sərt qayalıqlarda və sıx meşələrdə gizlənmiş 

möhtəşəm poeziyanı mən onlardan öyrənmişəm. Qaranlıq monastırlardakı solğun bənizli, ovurdları çökmüş rahib və 

rahibələr yadındadırmı? Mən onların rəvayətlər xəzinəsindən borc almışam. Və əlbəttə Qüdsə səfər edib qayıtmış 

kəndlilər...

 

Mənə, yazmaq üçün bu qədər parlaq fikirlər bəxş etdiklərinə görə onlara borclu deyiləmmi? Özü də mən, təkcə 



insanlara yox, meşələrdəki heyvanlara, səmadakı quşlara, ağaclara, güllərə də borcluyam. Axı onların hamısı bəzi 

sirlərini mənə danışıblar?!..»

 

Əhvalı qəti dəyişməyən atam gülümsəyib başını yelləyəcək. Mənsə getdikcə daha ciddi görkəm alacağam: "Dünyada 



heç kim bu borcları qaytarmağın yolunu bilmir. Elə bilirdim, Cənnətdə bu suallarıma cavab tapılar".

 

Atam, qayğısız və rahat görkəmlə: "Qorxma, qızım, bir şey fikirləşərik..." 



deyəcək.


 

"Hələ sözümü bitirməmişəm." 

mən deyəcəyəm. "Axı mən həm də dilimizi formalaşdırıb güclü silaha çevirənlərə, 



mənə ondan istifadə etməyi öyrədənlərə, məndən əvvəl nəsr və nəzm yazanlara, yazını incə sənətə çevirənlərə, 

bizim üçün cığır

 

açan ustadlara da borcluyam?!.. Uşaq yaşlarımda əsərlərini oxuduğum böyük norveçlilərə, böyük 



ruslara sonsuz borcum yoxdurmu? İsveç ədəbiyyatının öz zirvəsinə çatdığı bir dövrdə yaşamaq, Ridberqin mərmər 

imperatorlarını, Snoilskinin poeziya dünyasını, Strindberqin sıldırım qayalarını, Qeyerstamın kəndlilərini, Ann Şarlotta 

Edqrenin və Ernst Alqrenin müasir insanlarını, Heidenstamın şərq torpaqlarını tanımaq mənə nəsib olmayıbmı?.. 

Əsərlərində tarixi bərpa edən Sofi Elkana, Frödinqə, onun Vermlandin vadilərindən bəhs edən nağıllarına, Levertinin 

əfsanələrinə, Hallstremin Tanatosuna, məni yeniliklərlə ayaqlaşmağa sövq edənlərə, təxəyyülümü zənginləşdirib, 

xəyallarımın bəhrəsini dərməyə kömək edənlərə borclu deyiləmmi?

 

"Hə, haqlısan, qızım. Borcun həqiqətən, çoxdu, amma qorxma, bir çarə tapılar."



atam deyəcək.

 

"Yox, ata. Sən başa düşmürsən ki, mən həm də oxucularıma borcluyam. Onlar kitablarımı oxumaq istəməsəydilər, 



mən neyləyərdim? Və əlbəttə, mənim haqqımda yazanları da unutmaq olmaz. İkicə sözü ilə bütöv D

animarkada 

mənə dostlar qazandıran məşhur Danimarka tənqidçisini xatırlayırsanmı? Əcnəbi ölkələrdə mənim üçün çalışanları 

yadına sal, həm təriflərinə, həm qınaqlarına görə mən onlara minnətdaram, ata."

 

"Hə, hə." 



atam deyəcək və mən onun narahat olmağa başladığını hiss eləyəcəyəm. Şübhəsiz, mənə kömək 

eləməyin asan olmayacağını o da başa düşəcək.

 

Mən isə: "Mənə kömək edənləri xatırla, ata!" 



deyə sözümə davam edəcəyəm. "Heç kimin mənə inanmağa cürət 

eləmədiyi bir vaxtda mənim üçün qapıları açmağa çalışan sadiq dostum Esseldeni yadına sal. Əsərlərimə diqqətlə 

yanaşanları, yaradıcılığımı müdafiə edənləri xatırla! Bəs məni, nəinki Cənuba aparan, hətta, incəsənətin bütün 

gözəllikləri ilə tanış edən, həyatımı daha xoşbəxt, daha qayğısız yaşamağa kömək edən yaxın dostum, yol yoldaşım 

yadındadırmı? İnsanların mənə bəxş etdikləri sevgi, hörmət və ehtiram qarşısında necə çarəsiz olduğumu təsəvvür 

edirsənmi? İndi başa düşürsən, yanına nə üçün gəlmişəm?"

 

Atam başını aşağı salacaq və daha əvvəlki qədər nikbin görünməyəcək.



 

«Haqlısan qızım, sənə kömək eləmək asan olmayacaq, lakin hər halda, başqa heç bir borcun yoxdur."

 

"Bəli, ata. Bu günə qədər borc içində yaşamaq asan olmayıb. İndi isə məni daha bir ağır borc yükü gözləyir. Elə buna 



görə də sənin yanına məsləhət almağa

 

gəlmişəm."



 

"Başa düşmürəm, daha hansı borc?!" 

atam soruşacaq.



 

Və mən hər şeyi ona danışacağam. Atam: 

"İnana bilmirəm..." 



desə də, üzümə baxıb sözlərimin həqiqət olduğunu 

anlayacaq. Sonra üzünün bütün qırışları titrəməyə başlayacaq, gözləri sevinc yaşıyla dolacaq.

 

"Mükafata namizədliyimi irəli sürənlərə və bu qərarı qəbul edənlərə nə deyəcəyəm? Onlar məni nəinki, böyük bir 



ehtirama və pul mükafatına layiq görüblər, həm də mənə, əsərlərimin bütün dünya qarşısında fərqləndirəcək bir inam 

göstəriblər. Bu

 

borcu necə qaytaracağam?"



 

Atam bir müddət dilinə heç bir söz gətirə bilməyəcək. Sonra yanaqlarındakı sevinc yaşlarını silib yumruğunu, 

yırğaladığı kreslonun qoluna vurub: "Nə bu dünyada, nə də Cənnətdə cavabını heç kimin bilmədiyi bir suala görə 

beynimi y

ormayacağam. 

deyəcək 



Nobel mükafatını aldığın üçün o qədər xoşbəxtəm ki, heç nəyə görə narahat 




olmaq fikrim yoxdu." 

Əlahəzrət Kral, hörmətli xanımlar və cənablar, başa düşürəm ki, sualıma bundan yaxşı cavab ala bilməzdim. İndi isə 

sizdən, badələrinizi mənimlə birlikdə İsveç Akademiyasının şərəfinə qaldırmağı xahiş etmək qalır.

 

 



NAĞILLAR

 

  



KRALİÇA SİQRİD STARRODA

 

Bahar fəsli idi. Hələ də gecələr Yer üzünə duman çökür, gündüzlər günəş torpağı qızdırır, tarlaların üzərindən havaya 



buxar qalxırdı. Novruz gülləri təzəcə solurdu, çəmənliklər isə artıq bənövşələrin rənginə boyanmışdı. Yamyaşıl, təzə

-

tər otlar, külək vurduqca ipək kimi dalğalanır, dağlardan şırnaqlara süzülən su bərq vururdu.



 

Bax, elə həmin bahar İsveç kraliçası Siqrid Storroda qırmızı yelkənli

 

nəhəng gəmisinə minib uzaq Kurnqahell 



şəhərinə yola düşdü. Kraliça orada, Norveç kralı Triqvasın oğlu Olavla görüşüb ona ərə getməli idi. Yaxınlaşmaqda 

olan toydan xəbər tutanların çoxu təəccüblənirdi. Təəccüblənmək üçün də, həqiqətən səbəb var idi.

 

Krali


ça Siqrid Storroda çox gözəl və hədsiz dövlətli qadın olsa da, qədim bütlərə sitayiş edən qatı bütpərəst idi. Kral 

Olav isə, bütün varlığıyla İsa Məsihə tapınan, əqidəsinə sadiq bir xristian kimi tanınırdı. Kral üçün, doğma yurdunda 

yeni bir məbədin ucaldıldığını görməkdən, kilsə zənglərini səsini eşitməkdən böyük səadət yox idi.

 

"Kralı öz gözəlliyimlə tilsimləyəcək, gözlərini qızıllarımın parıltısıyla qamaşdıracağam. Nəvazişimlə və şirin dilimlə 



onu, əcdadlarının qədim inancına qayıtmağa məcbur edəcəyəm." 

gəminin göyərtəsində dayanmış kraliça Storroda 



düşünürdü. Arxadan əsən külək isə gəminin al qırmızı yelkənlərini silkələyir, yaxınlaşmaqda olan fırtınadan xəbər 

verirdi. 

"Əgər kraliça, gözəl olduğu qədər xeyirxah və safqəlblidirsə, onun qəlbinə inanc toxumları səpib, fikirlərini Xilaskara 

yönəldə bilərəm..." 

- Kral Olav Nord-

Elf çayının narahat sularına baxa

-

baxa düşünürdü.



 

Kraliça Siqrid Storrodanın gəmisi Ost

-

Hotland adalarını sağ



-

salamat keçib açıq dənizə çıxdı.

 

Bütün bütpərəst əcinnələr 



divlər, yerin altında yaşayan xəzinə keşikçiləri, cadugərlər və küpəgirən qarılar sahilyanı 

qayalıqlara toplaşmışdılar. Onlar daş məbədlərdə öz tanrılarının şərəfinə tonqallar qalayır, kraliçanın yolunun uğurlu 

olması üçün dualar oxuyurdular. Kilsə zənglərinin səsinə tab gətirə bilməyib Norveçi tərk etmiş divlər dağların sıldırım 

zirvələrinə dırmaşır, kökündən qopardıqları yaşıl ağacları havada yelləyə

-

yelləyə, kraliça Storrodanı salamlayırdılar. 



Sonra mağaralarına 

yasa batmış arvadlarının yanına qayıdır, sevinə



-sevi

nə:


 

Bəsdi, ağlayıb sıtqadız! Kraliça Storroda kral Olavın yanına gedəcək və biz tezliklə Norveçə qayıdacağıq! 



deyirdilər.

 

Kraliça, yelkənli gəmisi ilə Kullaberq dağlarının yanından ötəndə, Dağlar Hökmdarı ovsun oxudu və üstü mamır 



basmış sal qayalar aralandı. Qayaların üstündə, qaranlıq suların dibində işıq saçan ilanlar kimi bir

-

birlərinə dolanmış 



qızıl və gümüş damarcıqlar nəzərə çarpırdı.

 

Kralıça Storroda Dağlar Hökmdarının sərvətinə nəzər saldıqca şadlandı.



 

Nidingerdəki qayaların arasından peyda olan sədəf quyruqlu dəniz pəriləri nəhəng balıqqulaqlarını üfürə

-

üfürə, ətrafa 



al-

əlvan su damcıları sıçratdılar.

 

Günortaya yaxın güclü külək qalxdı. Dənizin dibindən boylanan eybəcər divlər Kraliçanın gəmisinə, dalğalarla 



çarpışmağa kömək elədilər. Bəziləri caynaqlı pəncələriylə gəminin gövdəsindən yapışıb itələdilər, bəziləri dəniz 

otlarından hörülmüş ipləri bellərinə dolayıb gəmini irəli çəkdilər.

 

Nəhayət, Kraliça Siqridin gəmisi Nord



-

Elf çayına yaxınlaşanda suyun dərinliklərindən gözəl bir su pərisi peyda 

oldu, 

ağappaq əlləriylə Kraliçaya gözqamaşdıran parıltılı inci dənəsi uzadıb:



 

- Bunu boynundan as, - dedi - 

qoy kral Olav gözəlliyindən məst olub, səni heç vaxt unuda bilməsin!

 

Gəmi bütün yelkənlərini açıb çay yuxarı üzməyə başladı. Kraliça Storroda qəfildən güclü uğultu səsi eşitdi və elə bildi 



ki, gəmi, hardasa yaxınlıqda kükrəyən nəhəng şəlaləyə tərəf üzür.

 

Gurultu isə get



-

gedə artırdı.

 



Yüklə 255 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə