|
Nizami GƏNCƏVİ VƏ folklor baki 2013 redaktoru: Muxtar kazimoğlu (İmanov) filologiya üzrə elmlər doktoru
|
səhifə | 12/78 | tarix | 30.01.2022 | ölçüsü | 1,1 Mb. | | #83298 |
| Nizami-folklorGöyün - yaradıcının üz döndərməsinin səbəbinin insanların şərə, pis əməllərə meyl etmələri ilə izahı: «Əzəli yer üzündə heş nə yoxuydu. Elə vaxd öz-özünə cəlif keçirmiş. Sonra heyvanlar, cücülər, otdar, ağaşdar yarandı. Lap axırda Allah adamları yaratdı. Bullar yer üzündə o qədər artıf törədilər ki, dünya bullara darrığ elədi, insannar başdadılar bir-birinə pisdih, paxıllığ eləməyə. Bunu görəndə Göy acıxlanıf yerdən aralandı. O vaxtdan da bərəkət azalıf, çörəh daşdan çıxır».6 Nizamidə də həmin inancın eyni şəkildə izahına rast gəlirik:
Ey uca göyü qaldıran,
...Səcdədən boyun qaçırmış o naəhlin isə
Qapısı qıfıl üstündən bağlandı».7
4. Ünsürlər arasında əlaqələrin və münasibətlərin qurulması // Məkan, zaman və kəmiyyətin vəhdəti. Bütün yaranışların mayasında dörd ünsür dayanır. Su, od, torpaq və havanın vəhdəti ilə zamanın çıxışı, məkanın isə ilk dayanacağı müəyyənləşir. Vahiddən zərrələr ayrılır, varlıqlara çevrilir, hər şey ikiüzlü formalaşır, rəqəmlərin ardıcıllığı fəaliyyətin və inkişafın mərhələlərini təyin edir. Tərəzinin bir gözü olsaydı, ölçülərin bərabərliyini, tarazlığını tapmaq mümkün olmazdı. Dünya birüzlü yaranıb zaman və məkanla ikiləşəndə (gecəli-gündüzlü, istili - soyuqlu, dağlı - düzənli ) biri o birinin tərsi kimi meydana gəlmişdi. Varlıqlar cütləşəndə bir birinə əks tərəflərdə durmasaydı, təbiət durğunluqdan çıxa bilməzdi. Nizami yazır ki:
[Əlindəki] şey istər arpa, istər qara pul olsun,
Onda dörd gövhərdən [torpaq, od, su, hava]hər şey var.8
Yaxud:
Bir atla elə çapdın ki,
İki atlı [gecə-gündüzlü] dövranı arxada buraxdın,
Fələyin (bağı) dörd bir tərəfdən
Sənin mərhəmətindən min bəhər verdi.9
Göründüyü kimi, şairin təsvir ustalığında sakral rəqəmlər əsas poetik vasitələrdən biridir. Eləcə də başlanğıcda zaman və məkan mücərrəd olsa da, çox hallarda torpaqla, yerlə əlaqələnir.
Dostları ilə paylaş: |
|
|