Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə7/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   145
Azf-277620

 
 
 
 
 
 
 


32 
II F Ə S Ġ L
 
MƏDƏNĠ NĠTQƏ VERĠLƏN BAġLICA 
 TƏLƏBLƏR 
Xalqın müstəqillik qazandığı, Azərbaycan dilinin sözün həqiqi mənasında 
dövlət dili olduğu və geniş ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın, 
məntiqli, yığcam, canlı, sadə, dəqiq və təsirli danışa və yaza bilmək, başqa sözlə, 
yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşıya qoyulur. 
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və 
aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, 
yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin 
ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək 
imkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacib 
sayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər
bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi 
ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarından 
nümunə götürməlidirlər. 
Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq 
mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik, 
orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri 
axtarışlar və təcrübi tədbirlər kompleksidir” (17, 194). Bu tərifi başqa bir şəkildə 
ifadə etmiş olsaq, deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı 
orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına 
əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını göz-
ləməkdir. 
Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğun 
olaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadə 
edə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündə 
ehtiva edir: 1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını 


33 
gözləməsi; 2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcud 
variantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən daha 
uyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika ilə 
üslubiyyatın vəhdətidir.
Başqa bir mənbədə mədəni nitq, nitq mədəniyyəti anlayışı belə izah 
olunur: “Nitq mədəniyyəti – nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadə 
vasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadə 
etmək bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sisteminin 
formalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinin 
inkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi”. Bu tərif nitq 
mədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir. 
Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədə-
niyyəti, dilə şüurlu sevgisi, ən yüksək keyfiyyətdir. Böyük Britaniyada qadınların 
nitqi ilə bağlı aparılan sosioloji tədqiqatlar göstərmişdir ki, nə qədər nitq 
düzgündürsə qadın şəxsi və professional həyatda bir o qədər xöşbəxtdir. Bu 
nəticəni, şübhəsiz, dilin bütün daşıyıcılarına aid etmək olar. İnsanın nitqi onun iç
dünyasını aşkarlayan başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaq 
üçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrün 
böyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əli 
buyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və ya 
ağılsız olması məlum olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onun 
gözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət verilmişdir. 
“Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm 
söz anlayan olasan, həm də söz anladasan” (84). 
Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması ilə 
çox bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaq 
özü bir elmdir və onun xüsusi qanunları var”. 
A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq 
ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” fikrini söyləmişdir. 


34 
Bir latın atalar sözündə deyilir ki, şair anadan şair doğulur, natiqlər isə 
tədricən yetişir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa yiyələnmək 
həyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda yaranmış 
bir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”. 
Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlar 
mədəni nitqin keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmin 
tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, 
təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyəti 
probleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir. 
Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu 
nitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə 
böyük uğurlar qazanırlar. 
Nitqin əsas keyfiyyətləri haqqında yığcam bir şəkildə aşağıdakıları qeyd 
etmək olar: 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə