Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə8/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   145
Azf-277620

1. Nitqin aydınlığı.
Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla 
anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt 
sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməmişdir. 
Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq 
obyekti haqqında mükəmməl məlumata malik olmasıdır. Natiq haqqında 
danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək 
üçün müvafiq dil vasitələri də tapa bilər. Bəhs olunan mövzular, hadisələr, 
əhvalatlar və s. barədə dərin, həm də ətraflı biliyə malik olan natiqlər daha 
maraqla dinlənilir, onların şərhində heç bir dolaşıqlıq, zidd fikirlər müşahidə 
olunmur. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq 
danışır və yazır, işlədilən hər bir sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun 
nə dərəcədə yararlı olduğunu aydın təsəvvür edirlər. Firudin bəy Köçərli nitqin 
aydınlığını təfəkkürün düzgün işləməsi, fikrin düzgünlüyü ilə əlaqələndirir. 
“Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat 
fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur” – deyirdi. 


35 
Nitq zamanı aydınlığın pozulmasının bir səbəbi də dili, sözlərin mənasını, 
işlənmə məqamını və s. yaxşı bilməmək, zəngin söz ehtiyatına sahib olmamaqdır. 
Danışıq zamanı qüsurlu cümlələrə tez-tez təsadüf edirik. Radio və televiziya 
verilişlərində nəzərə çarpan belə nöqsanlı cümlələrdən misal olaraq aşağıdakıları 
göstərmək olar: 
Türk xalqları həmişə əxlaqlı olublar. Müşavirədə xeyli qonaqlar 
çıxış etdilər. Təcili atəşin dayandırılması tələb olundu. Hadisə yerinə çıxılmış
;

Rəis mədəni (birinci hecadakı ə uzadılaraq tələffüz olunur) adamdır. O, bu işə 
məhsuldur. Dövlət film fondundan itmiş məşhur bəstəkar Müslüm Maqomayev 
haqda film tapılmışdır; Başımıza gətirilən ermənilər tərəfindən vəhşilikləri 
saymaqla qurtarmaz; Ona müvəffəqiyyət uğurları arzulayıram; Bu il havaların 
pis keçməsi ilə bağlı qəbahət yaranmışdır; Biz bunlara müdaxilə göstərməyə 
çalışırıq və s.
Düzgün olmayan tələffüz – səslərin öz məxrəcində deyilməməsi, 
qarışdırılması, bəzən də səslərin, hecaların tələffüzdən düşməsi, məzmuna, 
məqsədə uyğun intonasiyaya əməl olunmaması və s. də nitqin aydınlığına xələl 
gətirən səbəblərdir. Normal nitq tempindən yavaş və ya əksinə, iti danışanlara 
təsadüf etmək çətin deyildir. Iti templə danışarkən sözlər yarımçıq tələffüz olunur. 
Belə nitqi eşitmək və qavramaq çətin olur. Sözlərin əvvəli və ya axırı “udulur”, 
səslər anlaşılmır. K.S.Stanislavski bu cür nitq haqqında demişdir: “Səsləri 
dəyişdirilmiş sözlər mənə ağzının yerində qulağı, qulağın yerində barmağı olan 
adam təsiri bağışlayır. Əvvəli aydın deyilməyən söz başı əzilmiş adam kimidir. 
Sonu eşidilməyən söz isə mənə ayaqları kəsilmiş adamı xatırladır. Ayrı-ayrı hərf 
və hecaların buraxılması əzilmiş burun, çıxarılmış göz və ya 

diş, kəsilmiş qulaq 
və bu kimi şikəstliklər təsirini bağışlayır. Bəzi adamlar ehtiyatsızlıq üzündən 
sözləri yapışdırıb, mənasız və formasız kütləyə çevirəndə mən balın üstünə 
düşmüş milçəyi xatırlayır və tutqun dumanda payız palçığı və çiskinini 
təsəvvürümə gətirirəm” (52, 62). 
Kütlə qarşısında, auditoriyada çıxış edən nitqinin aydın olması üçün 
aşağıdakılara əməl etməlidir: 


36 
1) Danışılacaq mövzu ətrafında əvvəlcə düşünmək, lazımi material və 
faktlar toplamaq; 2) Həmin materialı sistemləşdirmək; 3) Mətn yazılıdırsa, dönə-
dönə oxumaq, oradakı əsas fikri ifadə edən sözləri (məntiqi vurğulu sözləri)
aydın və nəzərəçarpacaq dərəcədə tələffüz etməyə nail olmaq; 4) Söz və qram-
matik formaları düzgün və aydın tələffüz etmək; 5) Məzmuna uyğun intonasiya 
seçə bilmək; 6) Mətndə qarşıya çıxa biləcək mənası çətin sözləri (alınma sözləri, 
terminləri, neologizmləri, köhnəlmiş sözləri və s. izah etmək; 7) İstinad olunan 
mənbəni (əsər, məqalə, radio və televiziya verilişləri və s.) göstərmək; 8) Fikri, 
çıxarılan nəticəni misallarla əsaslandırmaq; 9) Auditoriya ilə (eləcə də müsahiblə) 
əks əlaqəni yaratmaq – sual vermək, cavab almaqla deyilənlərin başa düşül-
düyünü, mənimsənildiyini müəyyənləşdirmək, lazım gələrsə əlavə şərh vermək; 
10) Dinləyicilərin mənafe uyğunluğu, şəxsi maralarını nəzərə alınmaq. 
Nitqin aydınlığını yaradan amillərdən biri də 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə